Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

Toksiki maddənin insan üçün təhlükəliliyi özünü 
kumulyasiya olunma xüsusiyyətində göstərir
, ona görə də onun 
öyrənilməsi 
kimyəvi 
maddənin 
gigiyenik 
cəhətdən 
reqlmentləşdirilməsi 
zamanı 
mütləqdir. 
Kumulyasiyanın 
qiymətləndirilməsi sənaye toksikologiyasının ən geniş yayılmış 
metodu kimi maddənin summar miqdarının orta hesabla təyininə 
əsaslanır
.
Bu məlumatlar yarımkəskin təcrübədə heyvanlarda alınan 
müəyyən effektlərin aşkar olunmasına qədər alınan həmin 
summar miqdar birdəfəlik orta effektiv doza ilə müqayisə 
edilməklə qiymətləndirilir.
Toksikologiyada kumulyasiyanın qiymətləndirilməsinin 
bir neçə metodu qəbul edilmişdir. Onlardan biri heyvana hər gün 
maddənin orta ölüm dozasının-DL
50
(1/5, 1/10, 1/20 ) miqdarının 


98 
yeridilməsindən ibarətdir. Bu metod xroniki zəhərlənmənin 
inkişaf etmə təhlükəsini proqnozlaşdırmağa imkan verir. Belə 
sxem üzrə planlaşdırılan təcrübə 4 aya qədər davam etdirilir. 
Nisbətən daha tez alınanı “subxroniki intoksikasiya” testidir. Test 
24 gün ərzində aparılır. İlk gündəlik başlanğıc dozanın (DL
50 
) 0, 
1 hissəsi ilk 4 gün ərzində yerildilir. 5-ci sutkada doza 1, 5 dəfə 
artırılır və 4 gün ərzində yeridilir və bu qayda ilə davam etdirilir.
əgər kumulyasiyanın qiymətləndirilməsi ölüm səviyyəsinə görə 
aparılırsa onda kumulyasiya əmsalının qiyməti aşağıdakı 
formulla hesablanır. 
𝐶𝑐𝑢𝑚 =
𝐷𝐿 50 (𝑛)
𝐷𝐿 50
Burada, DL 
50(n)
- n dəfə yeridilməklə orta ölüm dozasının 
təsiri zamanı 
summar orta ölüm dozasıdır; 
DL
50
- birdəfəlik 
yeridilməklə
orta ölüm dozasıdır. 
Kumulyasiya əmsalının 
qiymətinin 1-dən az olması- maddənin həddindən çox kumulyativ 
təsirli, 1-dən - 3-ə qədər olması – kəskin kumulyativ təsirli, 3-
dən-5-ə qədər orta kumulyuativ təsirli, 5-dən çox isə aşağı 
kumulyativ təsirə malik olmasını göstərir.
Birləşmənin daha kumulyativ aktivliyə malik olması və 
onun təsiri zamanı xroniki intoksikasiyanın inkişaf etməsi 
barədəki tam məlumatları uzun müddətli eksperiment nəticəsində 
əldə etmək olar.
5 aylıq qoyulan eksperimentin məqsədi 
maddənin xroniki təsir həddi konsentrasiyasının (Lim 
ch

orqanizmə zərərli təsirinin qiymətləndirilməsindən ibarətidir. 
Xroniki təsir həddi konsentrasiyasının təsirinin öyrənilməsi 
toksikometriyanın ən vacib parametri olub, gigiyenik 
reqlamentin (YVK) əsaslandırılmasına imkan verir.
Bununla yanaşı Lim 
ch
–dan istifadə edilməsi xroniki təsir 
( Z
ch
) və bioloji (Z
biol
) təsir zonasını hesablamağa imkan verir. 
Xroniki təsir zonası ( Z
ch 
) nə qədər genişdirsə, maddə xroniki 
intoksikasiya törətməsinə görə bir o qədər təhlükəlidir, həmçinin 
bioloji təsir zonası (Z
biol
) nə qədər böyükdürsə, birləşmə bir o 
qədər orqanizm üçün kəskin kumulyativ təsirə malikdir.


99 
Xroniki təsirin öyrənilməsi üzrə aparılan təcrübə qrupuna 
uyğun olaraq kontrol qrupda da aparılmalıdır. Təcrübələr ağ 
siçovullar üzərində, kəskin növ həssaslığı olduğu halda daha 
daha həssas heyvanlar üzərində aparılır. kimyəvi birləşmə ilə 
heyvanların zəhərlənməsi gündə 4 saat olmaqla, həftədə 5 gün,
4 ay müddətində aparılmaqla, 5-ci ayda bərpa dövrü öyrənilir. 
Bir qayda olaraq toksikoloji qiymətləndirmə 3 konsentrasiyada – 
hədd konsentrasiyası
və 
təsir etməyən konsentrasiya
təyin 
edilməklə aparılır. Maddənin təsir tipindən asılı olaraq kompleks 
funksional, biokimyəvi, morfoloji və başqa göstəricilər öyrənilir. 
Hər bir göstərici 12-dən az olmayaraq heyvan qrupu üzərində 
öyrənilir. 
Eksperimental 
heyvanlarının 
vəziyyətinin 
qiymətləndirilməsi dinamika üzrə qyrənilir:birinci müayinə-2 
həftədən sonra, sonra-hər ay davam etdirilir. 
Toksiklik və təhlükəlılık parametrləri haqda əsas 
məlumatlar 
alındıqdan sonra, ehtiyatlılıq əmsalının 
əsaslandırılması lazımdır ona görəki, sonra təyin ediləcək LİM
ch
və b. göstəricilərin adekvatlılığı , həssaslığı və zəhərin təsir 
xüsusiyyətləri bu göstəricidən asılıdır.Adi hallarda ehtiyatlılıq 
əmsalı kimi 3-dən 20 –yə qədər interval qəbul edilir.Ehtiyatlılıq 
əmsalı aşağıdakı hallarda artırılır: 
-mütləq toksikliyin artması; 
-İZEƏ-nin artması; 
-kəskin təsir zonasının azlması; 
-kumulyativ xassənin artması (C
cum
, Z
ch
, Z
biol
); 
-növ həssaslığı fərqinin çox olması(3dəfədən çox),
-dəri-rezorbtiv təsirin yüksək olması. 
Ehtiyatlılıq əmsalı və YVK əsaslandırıldıqdan sonra,
DÜST-12.1.00-76.uyğun olaraq maddənin toksiklik və 
təhlükəlilik sinfi müəyyənləşdirilir. (“Zərərli maddələr.Təsnifat 
və ümumi təhlükəsizlik tələbləri”) Təhlükəlilik sinfi cədvəlinə 
əsasən ən kiçik göstəriciyə malik olan toksimetriya parametrinə 
əsasən təyin edilir( cəd.2.4.).


100 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin