5
ədəbi prosesdə rolu” və s. tədqiqatları göstərmək olar. Bunlardan başqa, digər
yönümlü tədqiqatlarda da yeri gəldikcə ədəbi tənqid məsələlərinə də toxunulmuşdur.
XX əsr Azərbaycan tənqidinin müxtəlif meyarlar əsasında təsnifinə də
təşəbbüslər göstərilmişdir. Akademik Kamal Talıbzadə 1966-cı ildə XX əsrin
əvvəlləri Azərbaycan ədəbi tənqidini qruplaşdırarkən (1966) üç cərəyanın varlığından
söz açmış [239, s.97], müvafiq təhlillər aparmışdır: demokratik tənqid, burjua tənqidi,
marksist tənqid. 1984-cü ildə nəşr olunmuş kitabında isə həmin dövrün ədəbi
tənqidinin təsnifatını apararkən nəzəri-estetik prinsiplərə daha çox üstünlük vermiş,
lakin sosioloji yanaşmalardan da tam uzaqlaşmamışdır. Yaradıcılıq metodlarının
prinsiplərini müdafiə etməsinə görə realist tənqid, romantik tənqid istiqamətlərini
ayıran alim sovet dövrü ədəbi fikrində romantizmin mütərəqqi və mühafizəkar
olmaqla iki yerə bölünməsi barədə müddəalara istinadən mühafizəkar romantik
tənqidi də fərqləndirmiş, marksist tənqidin bünövrəsinin qoyulmasından da söz
açmşdır [240,s.126].
Akademik İsa Həbibbəyli isə Azərbaycan ədəbi tənqidində 1920-ci illərdən
etibarən özünü göstərən beş istiqaməti ayırmışdır. Alimin qənaətinə görə, elmi-
ideoloji, yaxud sosioloji tənqid 1920-1930-cu illərdə daha çox yayılmış, sovet
hakimiyyəti boyunca davam etdirilmişdir. Elmi-publisist tənqiddə elmi prinsiplərlə
yanaşı, publisist yanaşma da qabarıq şəkildə diqqəti çəkir (Qulu Xəlilov, Yəhya
Seyidov və digərlərinin tənqidi). Elmi-nəzəri tənqid isə konseptual elmi prinsiplərə
əsaslanan, nəzəri xarakter daşıyan tənqiddir. Görkəmli tənqidçilərdən Məmməd Arif,
Məmməd Cəfər, Yaşar Qarayev, Arif Hacıyev və digərləri bu istiqamətin
nümayəndələridir. Elmi-fəlsəfi tənqid də var ki, bunun ən məşhur təmsilçisi Asif
Əfəndiyev sayılır. Yazıçı tənqidi isə şair, yazıçı və dramaturqların qələmə alıdqları
ədəbi-tənqidi əsərləri əhatə edir [92,s.475].
Ədəbi tənqidimizin müvafiq
materiallarına nəzər salmaq akademik İsa Həbibbəylinin təsnifatının dürüst və
əhatəli xarakterini bir daha yəqinləşdirir.
XX əsr Azərbaycan ədəbi tənqidinin ədəbi prosesə və əsərlərə yanaşmasının
ifadə formaları, başqa sözlə deyilsə, janrları barədə də bəzi elmi qənaətlərə rast
gəlirik. Akademik İsa Həbibbəyli yazır: “
Dostları ilə paylaş: