12
Dissertasiyada ilk dəfə olaraq:
- Ədəbi tənqidin inkişaf xüsusiyyətləri bir regionun ədəbi fikrinin timsalında
sistemli və hərtərəfli şəkildə tədqiq olunmuşdur;
- XX əsrdə Naxçıvanda
ədəbi tənqidin təşəkkülü, enişli-yoxuşlu inkişaf yolu,
mərhələləri, yaradıcılıq axtarışları, problemləri çoxsaylı materiallar əsasında
araşdırılmış, bir çox ədəbi-tənqidi material ilk dəfə tədqiqat predmetinə çevrilmişdir;
- XX əsrdə Azərbaycanda müasir ədəbi prosesin təhlili və tədqiqində, o
cümlədən Naxçıvan ədəbi mühitinin yaradıcılıq axtarışlarının araşdırılıb
ümumiləşdirilməsində regionda formalaşmış
ədəbi tənqidin rolu, xidmətləri
öyrənilmişdir;
- Ədəbi tənqidin bədii əsərlərlə yanaşı, yeni yaranmış ədəbiyyatşünaslıq
tədqiqatlarına münasibəti cari ədəbi prosesin tərkib hissəsi kimi nəzərdən
keçirilmişdir;
- XX əsrdə Naxçıvanda ədəbi tənqidin inkişafında
əsas rol oynayan alim və
tədqiqatçıların, həmçinin şair və yazıçıların bu yöndəki fəaliyyəti əhatəli şəkildə
araşdırılmış, səciyyəvi məziyyətlər müəyyənləşdirilmişdir.
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti.
Dissertasiya özünəməxsus elmi-
nəzəri və praktik əhəmiyyətə malikdir. Bu dissertasiyadan
Azərbaycan ədəbi tənqid
tarixinin XX əsr dövrünün yazılmasında, tədqiqi və tədrisində, həmin dövrə aid ali
məktəb dərsliklərinin hazırlanmasında istifadə oluna bilər. Ədəbiyyatşünaslığımızda
ədəbi tənqidlə bağlı
tədqiqatlarda, o cümlədən ədəbi fikir tariximizin regional
aspektlərdə öyrənilməsi sahəsində araşdırmalarda dissertasiyanın materiallarına
istinad üçün müvafiq imkanlar vardır. Həmçinin XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrinin, o cümlədən Naxçıvan ədəbi
mühitinin yetirməsi olan
ayrı-ayrı sənətkarların yaradıcılığının dəyərləndirilməsində də bu dissertasiyaya
istinad mümkündür. Naxçıvan ədəbi-elmi mühitinin inkişaf yolunun tədqiqi, ali
məktəblərdə seçmə fənn səviyyəsində tədrisi üçün
də bu dissertasiya müvafiq
material verir.
Dostları ilə paylaş: