nəfəsalmanı öyrənərək siz öz səsinizi daha dərin və səsli edirsiniz.
Siz havadan
onun boğazdan, ağızdan,
burun dəliyindən, dil üzərindən, dişlərdən, dodaqlardan
və burundan keçdiyi zaman səmərəli istifadə edə bilərsiniz. Bundan başqa düzgün
nəfəs almanın köməyi ilə siz qışqırmağa və ya pıçıldamağa keçmədən səsinizi
qaldıra və azalda bilərsiniz.
Açıq səs rezonansı
olduqca faydalıdır. Səs tam
səslənmə əldə etməsi üçün o
bədənin yuxarı hissəsində və başda rezonanslaşmalıdır, boğazda yox. Bunun üçün
ağızı daha geniş açmaq və sözləri səs tellərindən dodaqlara istiqamətləndirmək
lazımdır. Bu prosesləri bir neçə etapa bölmək olar:
nəfəs alma, nəfəs
buraxma,
fonasiya
(havanın səs tellərinin arasından keçməsi),
rezonans
(boğaz,
ağız
və
burun
boşluqlarında
səs
dalğalarının
güclənməsi),
artikulyasiya
(dodaqların,
çənələrin, dişlərin köməyi ilə səslərin
formalaşması).
İntonasiya
səsin yüksəlməsi və azaldılması onun tonunun dəyişməsidir. İntonasiya
olduqca əhəmiyyətlidir, çünki məruzəçinin monoton nitqindən darıxdırıcı və
yatızdırıcı heç nə yoxdur. İntonasiya
deyilənə məna verir, onun köməyi ilə ayrı-
ayrı sözləri və frazaları ayırmaq olur. Və bunun üçün heç də dinləyiciləri
qorxudaraq qışqırmağa ehtiyac yoxdur. Dinləyicilərin
çoxu natiq sözün əsl
mənasında cığırmağa başlayanda inciyirlər.
Dostları ilə paylaş: