Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə54/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   50   51   52   53   54   55   56   57   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Auditoriyanın motivləşdirilməsi.
Tom Liç "
Uğurlu təqdimatları necə hazırlamaq, təşkil etmək və 
keçirmək"
adlı kitabında auditoriyanı motivləşdirmənin 5 səviyyəsini ayırmışdır: 
1. Diqqət.
Əmin olun ki, auditoriya sizi dinləyir. Dinləyicilərin diqqətini özünüzə 
cəlb edə bildiyinizi başa düşmək üçün hər bir dinləyiciyə ayrılıqda baxın (səmərəli 
baxış əlaqəsi). Əgər siz cavab baxışı tutdunuzsa əmin ola bilərsiniz ki, o adam sizi 
dinləyir. Sonra başqa səviyyəyə keçin. 
2. Anlama. 
Sadə qaydanı yadda saxlayın: sizin nitqiniz əlçatan olmalıdır. 
Auditoriya ilə ünsiyyət saxlamaq lazımdır ki, hər bir dinləyici sizi anlasın. Yadda 
saxlayın ki, orta insan səkkizinci sinif səviyyəsindədir. Bu o deməkdir ki, orta 
olaraq sizin çıxışınızın cümlələri 15-18 sözdən və hər bir söz 1-2 hecadan ibarət 
olmalıdır. Bu formul açıq çıxış edənlərə də aiddir. Cümlələr kifayət qədər yığcam, 
sözlər sadə olmalıdır. Belə yanaşma yeni səviyyəyə keçməyə imkan verir. 
3. İnam. 
Auditoriya sizə inansa, dediklərinizə inanacaq. Ən başlıca faktor sizin 
şəxsi xarakterinizdir. 
4. Saxlama.
Əgər çıxışınız "üçlər" qaydası üzrə gedirsə, dinləyicilər sizdən 
eşitdiklərini yadda saxlayacaq. Dinləyicilərə əsas məqamları xatırlatmağı 
unutmayın ki, onlar da yadda yaxşı saxlasınlar. 
5. Fəaliyyət. 
Bu final səviyyəsidir. Siz auditoriyaya təklif etməlisiniz ki, 
nitqinizdən sonra nələri etsinlər. Siz çıxışınızı elə keçirməlisiniz ki, bu çıxış sizi 
dinləyənlərin sonrakı fəaliyyəti ilə əlaqədar olsun. 
Auditoriya nə üçün qulaq asmır?
Auditoriya bir neçə səbəbdən natiqi dinləmir. 
Ronald Alder və Neyl 
Tauni
dinləyicilərin çıxışa diqqətlə qulaq asmamasının aşağıdakı səbəblərini 
göstərir: 
1. Çıxış olduqca çox yüklənib.
Orta hesabla insan çıxış edəni 20 dəqiqəyə qədər 
diqqətlə dinləyə bilər. Bu zaman həddindən çox çıxış edən natiq olduqca maraqlı 
və cəlbedici şeylərdən danışmalıdır ki, ona diqqətlə qulaq assınlar. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin