Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Uzun və qısa gün tarla bitkilərinin əsas mühit amillərinə bioloji tələbatı



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə9/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   5   6   7   8   9   10   11   12   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Uzun və qısa gün tarla bitkilərinin əsas mühit amillərinə bioloji tələbatı
Göstəricilər
Bitkilər
Qısa gün 
Uzun gün
İşıq saçması gərginliyi 
yüksək 
aşağı 
Fəal temperatur cəmi 
daha çox 
daha az 
(sort fərqi) 
Soyuğadavamlılıq 
aşağı 
yüksək 
Nəmlik çatışmamasına dozməsi 
daha yüksək 
daha aşağı 
Turş torpaqlara dözməsi 
daha aşağı 
daha yüksək 
(növ fərqi) 
Makro və mikroelementlərlə təmin olunma 
daha yüksək 
daha aşağı 
(geniş növ fərqi) 
Torpağın qranulometrik tərkibi 
daha ağır
daha yüngül 
(növ fərqi) 
Vegetasiyanın başlanğıcında gövdənin boy atma sürəti 
asta 
sürətlə 
Vegetasiyanın başlanğıcında kökün boy atma sürəti 
sürətlə 
asta 
Şimala çəkildikcə vegetasiya dövrü 
artır 
azalır 
Şimala çəkildikcə yerüstü kütlə 
güclənir 
aşağı enir
Yüksək gərginlikli temperatur zamanı torpağın üst qatı tez quruyur, lakin bitki buna 
uyğunlaşmışdır: vegetasiyanın ilk dövrlərində onlar köklərin torpağın nəm qatına enə bilməsi üçün 
assimlyatların böyük hissəsini kök sisteminə yönəldirlər. Bu mühüm aqrotexniki əhəmiyyətə 
malikdir. Uzun gün alaq otları inkişaflarının əvvəlində intensiv böyüyərək qısa gün bitkilərini 
zəiflədirlər, və yaxşı məhsul əldə edilməsi herbisid çilənmədən və alaq edilmədən mümkün olmur.
Şimal en dairələrində harada ki, uzun gün fotoperiodizm növü formalaşıb temperatur rejiminin 
gərginliyi aşağı olur, vegetasiya müddəti şaxtasız dövrlə məhdudlaşır. Bu amil fəal temperatur 
yekununa hədd qoyur. Qısa gün bitkilərinin vegetasiya müddəti həmçinin burada payız şaxtalarının 
başlanması müddəti və yaz soyuqlarının qayıtmasının sonuncu müddəti ilə məhdudlaşır. Şimal en 
dairəsində temperatur rejiminin daha kiçik gərginliyi ilə əlaqədar olaraq torpağın üst qatının 
tədricən quruması və uzun gün bitki növü, o cümlədən alaqların inkişaflarının ilk fazasında yerüstü 
vegetativ kütlə sürətlə artır. Uzun gün bitkiləri alaqlara münasibətlərinə görə qısa gün bitkilərinə 
nisbətən daha güclü konkret qabiliyyətə malikdirlər.
Qısa gün bitkiləri formalaşmış bölgələrin torpaqları bir qayda olaraq, qranulometrik 
tərkiblərinə görə orta və ağırdırlar, neytral və qələvi reaksiyalı mühitə malikdirlər, birvalentli və 
ikivalentli kationlarla zəngindirlər, ona görə də qısa gün bitkiləri yüksək tutumlu uducu torpaq 
kompleksi olan neytral yaxud zəif turş torpaqlar tələb edirlər. Şimal en dairəsində, harada ki, uzun 
gün fotoperiodizm növləri formalaşıb, torpaqlar yüngül qranulometrik tərkiblidir, zəif turş və 
turşdur, əsas mineral qida elementlərinin miqdarı aşağıdır, bu bitkilər qida maddələri ilə zəngin 
olmayan turş torpaqlara daha yaxşı dözürlər (lakin, onlar özlərinin potensial məhsuldarlığını qida 
elementləri ilə zəngin olan zəif turş və neytral reaksiyalı torpaqlarda reallaşdırırlar).
Müəyyən edilmişdir ki, qısa gün bitkiləri şimala doğru irəlilədikcə onlarda vegetasiya dövrü 
və vegetativ kütlənin toplanması artır.
İş orasındadır ki, bitkinin ontogenezində hər bir fazalar arası dövrün keçməsi üçün müəyyən 
fəal temperatur cəminin olması zəruridir. Hansı ki, bitkidə bütün fizioloji proseslərin normal 
keçməsi üçün temperaturun ən aşağı həddi fəal temperatur qəbul edilmişdir. Şərti olaraq bu hüdud 
10 
0
C temperatur qəbul edilmişdir. Ontogenezi keçmək üçün genotipdən asılı olaraq hər bir növə və 
sorta özünün fəal temperatur cəmi tələb olunur. Sortun fəal temperatur cəmini bilməklə, onun 
toxumunun sabit yetişmə arealını səhv etmədən müəyyən etmək olar, amma, hər bir fazalar arası 
dövrün fəal temperatur cəmini bilməklə, hər bir inkişaf fazasının başlanğıcını son dərəcə etibarli 
proqnozlaşdırmaq olar. Məsələn soyanın cənub sortları üçün cücərtilər alındıqdan qönçələmə 
fazasına qədər fəal temperatur cəminin 1500 
0
C olması zəruridir. Hələlik bitki bu temperatur cəmini 


10 
toplamırsa, onlar generativ dövrə keçmirlər, lakin fotosintez prosesinin məhsulu vegetativ kütlənin 
böyüməsi istiqamətinə yönələcəkdir.
Qönçələnə fazasından paxlaların əmələ gəlməsinə qədər daha 400 
0
C, lakin ontogenezin bu 
mərhələsini keçmək üçün isə cəmi 3500 
0
C temperatur tələb olunur. Şimal en dairəsində vegetasiya 
ərzində orta çoxillik fəal temperatur cəmi 2000 
0
C-yə qədər təşkil edir. Deməli, soyanın bu cür 
sortları burada vegetasiya dövrünün böyük hissəsini vegetativ kütlənin formalaşmasına sərf edəcək, 
amma generativ orqanların əmələ gəlməsi üçün temperatur gərginliyi çatışmır. Cənuba doğru 
irəlilədikcə onlar zəruri fəal temperatur cəmini sürətlə toplayır və fazalar biri digərini sürətlə əvəz 
edirlər, böyümə prosesi və vegetativ kütlənin toplanmasına az vaxt qalır və onun daha çox vaxtı 
generativ dövrə çatır. 
Uzun gün bitkiləri üçün təkcə fəal temperatur cəmi yox, ancaq işiqli gün uzunluğunun davamı 
da əhəmiyyət kəsb etmir. Gün uzunluğu artdıqca fazalar arası dövrlər qısalır, lakin nəticə etibarı ilə, 
vegetativ orqanların kütləsinin toplanması zamanı vegetasiya dövrü qısalır, ancaq bu zaman bitkinin 
kütləsi azalır.
Beləliklə, bitki növü (onun genotipi) hansı bölgədə formalaşıbsa həmin bölgənin ekoloji 
şəraitini özündə əks etdirir. Təkamül prosesində mədəniləşdirilmiş təbii seçim, növün bioloji 
tələbatına, onun formalaşdığı bölgənin əsas mühit amillərinin parametrlərinə uyğunlaşmışdır. Növ 
nə qədər daha çox sərt şəraitdə formalaşıbsa, becərilmə şəraitinə o qədər az tələbkardır. Növ nə 
qədər onun zona mənşəyindən daha uzaqda becərilərsə, əsas mühit amillərinin vaxtını aqrotexniki 
tədbirlərlə düzəltmək insanın üzərinə düşür, bu növün vahid məhsul istehsalına daha çox vəsait sərf 
olunar. Bu vəziyyətə alternativ kimi sort yaradıla bilər, hansı ki, bioloji tələbatı başlanğıc forma ilə 
müqayisədə tamamilə dəyişər və konkret zonanın əsas mühit amillərinin parametrlərinə cavab verə 
bilər.
Beləliklə, bitkinin becərilmə şəraitinə hansı tələbatı göstərməsini öyrənmək üçün növün 
formalaşdığı zonanın ekoloji şəraitini bilmək zəruridir.
1935-ci ildə N. İ. Vavilov mədəni bitkilərə daxil olan 8 (səkkiz) əsas mənşə mərkəzlərini və 
növlərin yayılmasını müəyyən etmişdir: 1 - Çin; 2 - Hindistan, o cümlədən Hind-Malaziya; 3 - Orta 
Asiya; 4 - Ön Asiya; 5 - Aralıq dənizi ölkələri; 6 - Abissin (Efiopiya); 7 - Cənubi və Mərkəzi 
Amerika; 8 - Cənubi Amerika, Çili və Braziliya-Paraqvay da daxil olmaqla o daha düzgün hesab 
edirdi. Materiallar toplandıqca mərkəzlərin sərhədləri dəqiqləşdirilirdi. O, forma əmələ gəlmə 
mərkəzləri və genetik növ müxtəlifliyi mərkəzlərini əlavə olaraq seçməklə, onların mədəni 
bitkilərin mənşə mənbələri adlandırılmasını daha düzgün hesab edirdi. N. İ. Vavilov ideyalarının 
davamçıları E. N. Sinskaya, P. M. Jukovskiy, A. İ. Kuptsov və başqaları daha sonralardan elmi 
ekspedisiyaların nəticələrinə əsasən mədəni bitkilərin mənşə mərkəzlərinin miqdarını 
genişləndirdilər və onların adlarını dəqiqləşdirdilər. P. M. Jukovskiy genetik mərkəzlərin təsnifatını 
aşağıdakı kimi göstərmişdir.
1. Çin-Yapon (N. İ. Vavilova görə Şərqi Asiya), soya, yumşaq buğda, darı, çumiza, payza, 
qarabaşaq və s. vətəni olmaqla Çinin, Koreyanın, Yaponiyanın mülayim və subtropik rayonları 
daxildir.
2. İndoneziya-Cənubi Çin (N. İ. Vavilova görə Cənubi Asiyanın tropik zonası), vələmir, 
yulafca, şəkər qamışı və bir çox tropik meyvə və tərəvəz bitkilərinin vətənidir. 
3. Avstraliya – çəltiyin yabanı növlərinin, pambığın Avstraliya növlərinin, üçyarpağın, 
tütünün, evkaliptin, bir çox tropik ağac bitkilərinin vətənidir. 
4. Hindistan (N. İ. Vavilov onu Cənubi Asiyanın tropik zonasına daxil etmişdir), çəltiyin, 
yumru dənli buğdanın, şəkər qamışının, pambığın asiya növlərinin, meyvə və tərəvəz bitkilərinin 
vətənidir.
5. Orta Asiya (N. İ. Vavilova görə Cənubi-qərbi Asiya), Tacikistan və Özbəkistanın ərazisi, 
eləcə də Qərbi Tyan-Şan və Əfqanıstan daxildir. O Ön Asiya mənbələri ilə sıx bağlıdır. Burada 
noxud bitkisi, yem paxlası, mərcimək, nut, lobya (maş), çətənə, əfqan çovdarı, saflor, yemiş, bəzi 
pambıq növləri, digər çoxillik bitkilər meydana gəlmişdir. 
6. Ön Asiya (Dağlıq Türkmənistan, İran, Zaqafqaziya, Kiçik Asiya və Ərəbistan yarımadası 
dövlətləri), bəzi buğda növlərinin, arpanın, çovdar, vələmir, noxud, yonca, sərilən kətanın, və bir 
çox meyvə və tərəvəz bitkilərinin vətənidir. 


11 
7. Aralıq dənizi ölkələri (N. İ. Vavilova görə), Misir, Suriya, Fələstin Yunanıstan, İtaliya və 
Aralıq dənizinə digər yanaşı olan ölkələr daxildir - vələmirin, bəzi buğda növlərinin, arpanın, 
paxlalı bitkilərin əksər növlərinin, sürünən üçyarpağın, çəmən üçyarpağının, kətanın, kələmin, 
çuğundurun, yer kökünün, şalğamın, soğanın, sarımsağın, xaş-xaşın, ağ xardalın və s. vətənidir. 
8. Afrika (N. İ. Vavilova görə Abissinlə birlikdə) – sorqonun, afrika darısının, gənəgərçəyin, 
Afrika çəltiyinin, bir sıra buğda növlərinin, bəzi növ paxlalıların, yağlıq palmanın, küncütün, 
kofenin, bəzi pambıq növlərinin və s vətənidir. 
9. Avropa – Sibir kətanının, sürünən və hibrid üçyarpağın, səpin yoncasının, mayaotunun, 
yabanı çətənənin, kəndir bitkisinin, bəzi meyvə və tərəvəz bitkilərinin vətənidir. 
10. Orta Amerikan genetik mərkəz, buraya Meksika, Qvatemala, Honduras və Panama 
daxildir – qarğıdalı bitkisi, uzun lifli pambıq, lobya, qabaq, yunan qabağı, bat-bat, bəzi kartof 
növləri, maxorka, istiot, bəzi çoxillik bitkilərin ilkin mənbəyidir.
11. Cənubi Amerika (N. İ. Vavilova görə Andi) – mədəni kartof, pomidor, tütün, arpanın 
çoxillik növləri, partlayan qarğıdalı və s. vətəni.
12. Şimali Amerika – bəzi arpa növləri, lüpinlər, otvari çoxillik günəbaxan növləri, bir çox 
tərəvəzlərin, meyvə və giləmeyvə bitkilərinin vətəni.
Cədvəl 2 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin