Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


partlayan zaman cücərti fazasının qeyd



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə12/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   8   9   10   11   12   13   14   15   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012


partlayan zaman cücərti fazasının qeyd 
edilməsi qəbul olunub, ancaq cücərtinin uzunluğu 3-5 sm-ə çatır, torpaq səthində yan budaqlar 
əmələ gələn zaman kollanma fazası qeydə alınır, lakin yeraltı budaqlanma böyümə prosesindən, 
kollanma düyününün tumurcuqlarından başlayır; boruya çıxma fazası o vaxt qeydə alınır ki, sünbül 
biri-birinə yaxın buğumaraları ilə torpaq səthindən 5 sm hündür olan yarpaq qınında yerləşsin, belə 
olduqda onu əl ilə yoxlamaq əlverişlidir.
Fitosenoz 
– (fito-bitki, senoz-qrup, birlikdə, bir yerdə) bitki qrupu. Təbii fitosenoz – çoxnövlü 
davamlı bitki qrupu. Aqrosenoz – insan tərəfindən süni yaradılmış bir və çox növlü bitki qrupları. 
Məhsul 
- kənd təsərrüfatı bitkilərinin becərilməsinin nəticəsində alınan məhsullar.
Məhsuldarlıq 
– vahid əkin sahəsindən alınan kənd təsərrüfatı bitkilərinin məhsulu.
Potensial məhsuldarlıq 
– bu, genotipi şərtləşdirilmiş, sortun biologiyasının bütün 
tələbatlarının təmin edilməsini reallaşdıran, sortun ən böyük məhsuldarlığıdır 
Məhsulun quruluşu 
– komponentlərin göstəriciləri, hansı ki, məhsulun həcmindən asılıdır. 
Məsələn, dənli bitkilərin məhsulunun quruluşunu təhlil edən zaman bitki sıxlığı nəzərə alınır, 
məhsuldar kollanma, 1 m
2
-də olan sünbüllü gövdələrin miqdarı, bir sünbüldə olan sünbülcüklərin 
və dənin miqdarı, bir sünbüldə olan dənlərin kütləsi, yerüstü kütlədə dənin payı (məhsul indeksi), 
dənin bioloji məhsuldarlığı.
Bioloji məhsuldarlıq 
– vahid sahədə yetişdirilən məhsulun miqdarı. Yığım zamanı itirilən 
məhsulun həcmi bioloji məhsuldarlığa nisbətən təsərrüfat məhsuldarlığından daima az olur. 
Gübrə norması 
– bir hektarda bir ildə istifadə olunan təsiredici maddənin miqdarı.
Gübrə dozası
– gübrə normasının bir hissəsinin bir dəfə tətbiq edilməsi. Məsələn, payızlıq 
buğda altına verilən azot gübrəsinin norması hektara 150 kq-dır, onu üç dəfəyə verirlər: səpinə 
qədər hektara 30 kq dozada (payız soyuqlarının düşməsinə qədər daha bərabər çıxışlar almaq və 
bitkinin yaxşı inkişafı üçün), yazda (vegetativ kütlənin fəal böyüməsi zamanı) və dənə dolma 
fazasında kökdən kənar yemləmə şəklində hektara 30 kq (dənin tərkibində zülalın miqdarını 
artırmaq üçün). 
Bitkinin boy və inkişafına, məhsul və onun keyfiyyətinə bütün xarici mühit amilləri bu və 
yaxud digər dərəcədə kompleks təsir göstərir. Bu zaman heç bir amil digərini əvəz edə bilməz, 
bitkilərin həyatı üçün bütün bunlar fizioloji təsirlərinə görə eyni əhəmiyyətə malikdirlər. Məsələn, 
işıqlanmanın çatışmamasını yüksək temperatur əvəz edə bilməz, kaliumun artıqlığı fosfor 
çatışmazlığını ödəyə bilməz (əvəz etmək). Bu amillərin əvəzedilməz və eyni əhəmiyyətə malik olan 
fizioloji qanunudur.
Bu qanunun nəticəsi kimi, bitkinin boyu, inkişafı, məhsulu və onun keyfiyyəti minimum
amillərlə məhdudlaşır. Bəzən nəticə müstəqil qanun kimi izah olunur – 
minimum qanun

Amillərin əvəzedilməz və eyni əhəmiyyətə malik olan daha bir çox mühüm nəticəsi qanundan 
irəli gəlir - əgər hər bir mühit amillərinin parametrləri optimal olarsa, bütün fizioloji proseslər 
bitkidə fəal gedər, genotip özünün potensial məhsuldarlığını reallaşdıra (həyata keçirmək) bilər. Hər 
bir amilin bolluğu, eləcə də onun azlığı kimi ziyandır. Məsələn, su bol olan zaman torpağın 
aerasiyası aşağı düşür, və oksigen məhdudlaşmış amilə çevrilir. Bu qanunun nəticəsi kimi, amillərin 
əvəzedilməz və eyni əhəmiyyətə malik olması bəzən müstəqil qanun – 
optimum qanunu
formalaşdırılır. 
Baxmayaraq ki, onlar olduqca əhəmiyyətlidirlər, bəzən də əsas rol oynayırlar, bu amillərdən 
bəzilərinin parametrlərini insan hələlik tənzimləyə bilmir. Məsələn şaxtasız dövrlərin davamı 
vegetasiya dövrləri intervalında məhdudlaşır (bir qayda olaraq, vegetasiya dövrü nə qədər uzun 
olarsa, sortun məhsuldarlığı o qədər yüksək olar). 
Yaz şaxtalarının qayıtması zamanı qısa gün fotoperiodizm bitkilərinin səpin müddətləri irəli 
çəkilir, onların vegetasiya dövrü qısalır, potensial məhsuldarlıqları aşağı düşür. İnkişaf fazasının 
keçmə sürəti işıq saçmanın gərginliyindən asılıdır, o nə qədər yüksək olarsa, inkişaf fazaları biri-
birini o qədər tez əvəz edir. Bu xüsusən istilik sevən bitkilər üçün zəruridir.
Son dərəcə mühüm əhəmiyyət kəsb edən fəal temperaturlar cəmi tənzimlənməyən amil kimi 
qabaqcadan göstərilmişdir. Məhsulun həcmi və keyfiyyəti yalnız çöküntülərin cəmi və onların 
vegetasiya dövrləri üzrə paylanmasından asılıdır. Çöküntülərin intensivliyi də əhəmiyyət kəsb edir. 


14 
Yağış suları su eroziyası və torpağın zəif islanması ilə nəticələnən, böyük səthli su novçaları 
yaradır. Bütün bu amillərin parametrləri coğrafi bölgəyə görə müəyyən edilir. 
Cədvəl 3 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin