15
Belə norma zamanı torpağın pH
duz
0,2-0,4 vahid dəyişdirmək mümkündür, ancaq azotlu və
tərkibində xlor olan kalium gübrələrinin tətbiqindən pH başlanğıc vəziyyətinə qədər bərpa olunur.
Torpaq məhlulunu optimallaşdırmaq üçün enerji və maliyyə xərcləri zəruridir (1 ton CaCO
3
enerji
tutumu orta hesabla 8,5 QDj, lakin 1 ton buğda dənininki isə 18 QDj yaxındır).
Üçüncü qrup amillər onlardır ki, insanlar onları böyük sahələrdə tənzimləyə bilərlər.
Aqronomun başlıca məqsədi, tənzimlənən amillərin köməyi ilə bitkinin boy və inkişafını,
məhsuldarlığı və onun keyfiyyətini tənzimlənməyən və qismən tənzimlənən amillərin neqativ
təsirindən minimuma endirməkdən ibarətdir. Fəal temperatur cəmi aşağı, vegetasiya dövrü qısa olan
şəraitdə becərmək məqsədi ilə bitki və sort bioloji tələbatlarına uyğun seçilir. İstilik sevən bitkiləri
yaz şaxtalarının zədələməsindən qorumaq üçün bu bitkiləri nisbətən gec müddətlərdə səpirlər.
Torpaqda qida elementlərinin miqdarının çatışmaması üzvi və mineral
makro və mikrogübrələrin
köməyi ilə tamamlanır. Əkinlərin alaqlanmasını azaltmaq, bitkilərə xəstəliklərin yoluxmasını və
ziyanvericilərlə zədələnməsinin qarşısını almaq, zərərli orqanizmlərlə mübarizə üçün aqrotexniki,
kimyəvi və bioloji mübarizə üsullarından istifadə edilməlidir.
Dostları ilə paylaş: