Le-Şatelye prinsipi. Ərimə temperaturu ilə təzyiq arasındakı qanunauyğunluğu Le-Şatelye
prinsipindən də müəyyən etmək olar.Bu prinsip aşağıdakı şəkildə məlumdur: tarazlıqda olan
sistemə xaricdən yaranmış tarazlığı pozacaq təsir göstərsək, o zaman sistemdə yeni istiqamətli, yəni
əvvəlki tarazlıqdan yenisinə keçmək elə prosesin köməyilə həyata keçirilir ki, xarici təsiri
zəiflətmiş olsun.Bu prinsipə görə tarazlıqda olan sistemin temperaturunun artırılması elə prosesə
səbəb olmalıdır ki, istilik udulsun. Əksinə, tarazlıqda olan sistemi soyutsaq, istilik ayrılması ilə
gedən prosesin baş verməsi daha ehtimallı olur, və ya təzyiqin artması elə proses yaratmalıdır ki,
həcmin kiçilməsi baş versin; təzyiqin azalması isə həcmin artması ilə əlaqədar prosesi
doğurmalıdır.
Fərz edək ki, su və buz 0
0
C-də sistem təşkil edir.Əgər bu sistemdə təzyiqi artırsaq, elə proses
getməlidir ki, həcm azaısın.Bu zaman buz əriyəcək və həcm kiçiləcək, çünki buzun xüsusi həcmi
suyun xüsusi həcmindən böyükdür.Buzun əriməsinin qarşısını almaq üçün sistemi soyutmalıyıq.
Beləliklə, təzyiqi artırmaqla buzun ərimə temperaturunu aşağı salırıq. Asanlıqla sübut etmək olar
ki, kükürd tipli maddələrdə əks hal daha çox səciyyəvidir.
Üçlü nöqtə. Buxarlanma, sublimə və ərimə əyriləri B nöqtəsində (şəkil 2.1) kəsişirlər. Bu
nöqtə üç fazalı ( bərk, maye, buxar ) sistemdə qrafiki olaraq nonvariant tarazlığı əks etdirir.
Beləliklə, bir komponentli üç fazalı sistemdə təzyiq və temperaturun ancaq müəyyən qiymətində
tarazlıqda ola bilərlər. Məsələn, su üçün belə nöqtənin koordinatları +0,0098 dərəcə və 4,570 mm.
civə sütununa bərabərdir. Buxarlanma, sublimə və ərimə əyriləri müvafiq monovariant tarazlığı
ifadə edirlər. Bu əyrilər elə həndəsi yerləşdirilmişlər ki,hər birinin davamı iki əyrinin aralıq
sahəsindən keçsin. Şəkil 2.2-də kükürd tipli maddələr üçün monovariant əyrilərin ümumi həndəsi
mövqeyi verilmişdir.Monovariant əyrilərin su tipli maddələr üçün belə vəziyyətdə olmamasını
sübut etmək olar.Üçlü nöqtə ətrafında olduğundan görüşmə nöqtəsi yaxınlığında sublimə əyrisi
buxarlanma əyrisinə nisbətən daha böyük bucaq altında dəyişəcəkdir. Əgər B nöqtəsindən absis və
ordinat oxuna paralel keçən xətlər çəksək, diaqramı 4 kvadrata bölmüş olarıq .I, II, III, IV.Burada I,
III müsbət, II, IV mənfi işarəli kvadratlardır.
buxarlanma subl dT dp dT dp
Şəkil 2. Kükürd tipli maddələrin hal diaqramında monovariant əyrilər. Klauzius-Klapeyron tənliyindən məlumdur ki, sublimə və
buxarlanma zamanı tənliyin sağ tərəfindəki kəmiyyətlər müsbət
olduğundan, bu əyrilər müsbət, yəni I və III kvadratlarında
yerləşməlidirlər.Ərimə əyrisi isə BD su tipli maddələr üçün II
kvadratda yerləşəcək və onun davamı isə IV kvadrata keçəcək,
çünki təzyiq artdıqca buzun ərimə nöqtəsi aşağı düşür.
Kükürd tipli maddələr üçün isə təzyiq artdıqda ərimə nöqtəsi artdığı üçün ərimə əyrisi müsbət
kvadratdan I-də yerləşir, davamı isə III kvadratdan keçəcəkdir.
Kükürd tipli maddələr üçün Klauzius-Klapeyron tənliyindən hesablanmış gizli buxarlanma,
sublimə və ərimə istiliklərindən, xüsusi həcmlərin dəyişməsindən istifadə edərək,
dT dp ərimə
dT dp sublimə
dT dp buxarlanma
ifadəsindən deyə bilərik ki, bunların hamısı müsbət kəmiyyət
olduğundan üçlü nöqtəyə yaxınlıqda ən böyük bucaq altında ərimə temperaturunun təzyiqdən
asılılığı,ən kiçik bucaq altında isə buxarlanma temperaturunun təzyiqdən asılılıq əyrisi
dəyişəcəkdir. Monovariant əyrilərin hamısı müsbət kvadratlarda yerləşəcəkdirlər (şəkil 2.2).
Buxarlanma və sublimə əyriləri arasında ərimə bucağı fərqi şəkildə göstərildiyi kimi çox da böyük
deyildir.