Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ


Hal diaqramı və onun elementləri



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix28.11.2023
ölçüsü1,57 Mb.
#166981
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
ki

 Hal diaqramı və onun elementləri. 
Bir komponentli sistemdə iki dəyişən hal parametri olduğundan iki oxlu koordinat sistemindən 
istifadə edilir.Absis oxunda temperaturu, ordinat oxunda isə təzyiqi ifadə etsək, bir komponentli 
sistemin hal diaqramını alırıq.Bu sistemin halının qrafiki təsviridir.Belə sistemin halı nöqtə ilə 
müəyyən edilir, çünki nöqtənin vəziyyəti absis və ordinatla (təzyiq və temperaturla) müəyyən 
edilir.Belə nöqtəyə 
fiqurativ nöqtə
deyirlər (f). 
 
Şəkil 1. bir komponentli sistemlərin hal diaqramı; qırıq xətlər su 
tipli birləşmələrin əyrilərinə uyğundur. 
Şəkil 2.1-də də bir komponentli sistemin hal diaqramı 
verilmişdir. Orada nonvariant tarazlığa B nöqtəsi müvafiq gəlir ki, 
bunun üçün temperatur və təzyiqin qiyməti müəyyən olub, sabit 
saxlanmalıdır. Həmin nöqtəyə 
üçlü nöqtə
deyirlər. Monovariant 
tarazlığa AB, BC, BD əyriləri uyğun gəlir, belə ki, onların 
üzərindəki hər bir nöqtəyə uyğun gələn təzyiq və ya temperaturun 
qiyməti məlumdursa, digər parametrləri çox asanlıqla təyin etmək 
mümkündür. 
Divariant tarazlığa isə səthin müəyyən sahələri cavab verir. Burada ABC-dən solda bərk, BDC 
daxilində maye, ABC-dən sağda buxar fazaların sahələridir. 
Göründüyü kimi hal diaqramında B nöqtəsinə üç faza, əyriyə- iki faza, səthə isə bir faza uyğun 
gəlir ( uyğunluq prinsipi-fəsil 1.3 ). 
Üç monovariant əyri B nöqtəsində birləşirlər.Buna əyrilərlə birlikdə ulduz deyirlər.Ulduzun 
zirvesi isə üçlü nöqtədir.Üçlü nöqtədə 3 faza-bərk, maye və buxar tarazlıqda olduğundan sərbəstlik 
dərəcəsi sıfra bərabərdir, yəni sistem nonvariantdır.İndi isə B nöqtəsində birləşən üç əyrinin 
xarakterini nəzərdən keçirək. 
Sublimə əyrisi.
Şəkil 2.1-də AB əyrisi üzrə iki faza-bərk və buxar fazaları olduğu üçün ona 
bərk maddənin 
buxar təzyiqi əyrisi 
və ya 
sublimə əyrisi 
deyilir.Sublimə və ya bərk maddənin buxar 
təzyiqi əyrisinin aşağı hüdudu mütləq sıfır, yuxarı hüdudu isə ərimə nöqtəsində qurtarır.Çünki, bərk 
maddəni ərimə nöqtəsindən yuxarı qızdırmaq olmaz. 
Əgər biz 
dT
dp
qiymətini Klauzius-Klapeyron tənliyindən 




dT
dp
T
q
müəyyən etsək və q ( 
bir fazadan başqa fazaya gizli keçidin istiliyini ) sublimə prosesi üçün 

ilə əvəz etsək: 
 
subl
subl
T
dT
dp










( 2.3 ) 
Burada 

-gizli sublimə istiliyidir. 
Məlumdur ki, gizli sublimə istiliyi, iki prosesin, yəni xüsusi ərimə (

) və gizli buxarlanma (

) istiliklərinin cəminə bərabərdir: 





( 2.4 ) 
Beləliklə, 



olduğundan
buxar
subl
dT
dp
dT
dp













( 2.5 ) 


22 
buxar
buxarlanma
dp
dT
dp















tənliyindən və cəm dəyişikliyi 
 


sublimə və buxarlanma 
zamanı hər iki halda təxminən qaz fazasının həcminə bərabər olduğundan ( 2.5 ) tənliyinə əsasən 
deyə bilərik ki, sublimə təzyiqinin temperaturdan asılılığı əmsalından böyükdür.Buradan təyin edə 
bilərik ki, sublimə əyrisinin əyilmə bucağı daha kəskin olacaq.Doğrudan da hal diaqramından ( 
şəkil 2.1-dən ) göründüyü kimi buxarlanma əyrisinə nisbətən sublimə əyrisi kəskin dəyişir. 
Buxarlanma prosesinin və ya doymuş buxar təzyiqinin temperaturdan asılılığı maye ilə buxarın 
tarazlıq halını əks etdirir və şəkil 2.1-də BC əyrisinə müvafiqdir.Doymuş buxar təzyiqi 
temperaturun artması ilə artır.Doymuş buxar təzyiqinin sonu böhran nöqtəsidir.Böhran nöqtəsində 
maye ilə buxar arasında fərq yox olur.Doymuş buxar təzyiqi əyrisini aşağıdan məhdudlandıran 
nöqtə yoxdur ( ola bilsin ki, mütləq sıfır belə nöqtədir ). Maye donma nöqtəsindən aşağıda mövcud 
ola bilir, ifrat doymuş mayenin buxarlanma əyrisi ümumi buxarlanma əyrisinin bir hissəsidir və 
şəkil 2.1-də qırıq xətlə BC’ ilə işarə edilmişdir.Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olur 
ki,buxarlanma əyrisi sublimə əyrisinə nisbətən absis oxundan kiçik bucaq altında aralanır. 

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin