Yanacağın alternativ növləri
Bütün dünyada alimlər alternativ yanacaq əldə etmək yolları axtarır. Bu xüsusilə qeyri əlverişli ekoloji vəziy-
yəti olan regionlar üçün daha vacibdir. ABŞ – da benzində olan tetraetilqurğuşun tədricən metiltetributilen
efiri ilə əvəz olunur, bu isə qurğuşunun miqdarını 50% -ə qədər azaldır. Braziliyada bütün doldurma məntəqə-
lərində iki kolonka dayanır; biri benzin, digəri istilik spirti.
Yapon alimləri tərəfindən yanacaq kimi məişət tullantılarından alınan «mətbəx» yağından istifadə olunması
məsləhət görülür. Bu əməliyyat texnoloji cəhətdən 2 mərhələdən ibarətdir; I mərhələdə alınmış yağ qida qalıqla-
rından süzülüb təmizlənir, II mərhələdə – metanol və katalizator qarışığının iştirakı ilə kimyəvi reaksiya apa-
rılır. Bu zaman öz xassələrinə görə yüksək keyfiyyətli yanacaq alınır və o, istənilən dizel mühərriyi üçün yararlı
olub standart yanacağa nisbətən işlənmiş qazlarda zərərli qarışıqlar, xüsusən azot oksidi az olur.
1990-cı illərin əvvəlindən Stokholmda ictimai nəqliyyat metanolla işləyir, bunun nəticəsində zərərli qarı-
şıqlar 5 dəfə azalır, həmçinin komponentlərin toksiklik, (zəhərlilik) spektri də aşağı olur.
İstənilən müasir maşınlarda 90% benzin, 10% metil spirtinin qarışığından, yəni qazoxoddan istifadə etmək
olar. Bu zaman etilləşdirilmiş benzindəki kimi effekt alınır, lakin çirkləndirici maddələr az olur.
İsveçdə «RAPS» yağından alınan ekoloji təmiz dizel yanacağına tələbat artır.
Rusiyada toz halında benzinin alınması üsulu aşkar edilmişdir. Öz keyfiyyətinə görə o, Aİ-92, Aİ-76 benzi-
ninə uyğun gəlir, lakin işlənmiş qazında karbon oksidi az olur.
Ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə
avtomobil hərəkətinin təşkili
Atmosfer havasının çirklənmə səviyyəsini azaltmaq üçün şəhər küçələrində nəqliyyat yükünü nizamlayaraq
onların bərabər paylanmasını təmin etmək lazımdır. Bu zaman hər şeydən əvvəl şəhərin strukturu – sənaye və
yaşayış rayonlarının yerləşməsi, istirahət yerləri, mədəni-məişət xidməti obyektləri nəzərə alınmalıdır.
Şəhərdə bütün küçələrin uzunluğunun təxminən 20-30 % -i magistral küçələrə düşür. Bu küçələrdə avtomo-
bil hərəkətinin 60-80% -i cəmləşir, yəni magistral yollar orta hesabla digər yollara nisbətən 10-15 dəfə çox yük-
lənir.
İri şəhərlərdə avtomobil «tıxacları» ciddi problem yaradır. Atmosferə ayrılan toksik maddələrin miqdarı ya-
nacaq sərfindən, bu isə avtomobilin sürətindən asılıdır. Çox yüklənmiş küçələrdə nəqliyyat «çox ləng» hərəkət
edərkən yanacaq 3-4 dəfə çox işlənir, bunun da nəticəsində atmosferə buraxılan zərərli maddələrin miqdarı ço-
xalır.
İri sənaye şəhərlərində hərəkətin orta sürətini artırmaq məqsədilə yapon mühəndisləri hələ 1960-cı illərdə
nəqliyyatın daha çox cəmləşdiyi yerlərdə çoxyaruslu avtomobil estakadlarının tikilməsini tövsiyyə etmişlər.
125
Rusiyada nəqliyyatın ən çox ağır ekoloji şərait vəziyyəti Moskva şəhərində yaranmışdır. Burada orta hərəkət
sürəti 12km /saata enmiş, dayanmadan orta hərəkət uzunluğu 400-500 m – dir. Hər 4 – cü avtomobilin mühərri-
yi dövlət standartının tələbinə cavab vermir. Yaşayış evlərinin pəncərəsi altında havanı hər gün yüzlərlə maşın
mühərriyi qızdırır.
Yeraltı yollar çox avtomobil toplaşan yolayrıcılarının yükünü azaldır. Belə ki, svetoforun yanında avtomobil-
lər daha çox qaz verir və boş – boşuna dayanır.
Küçələrin və meydançaların altında piyadalar üçün düzəldilən şaxələnmiş yeraltı tonnellər avtonəqliyyatın
şəhər mühitinə zərərli təsirini azaldır. Hazırda belə tonnnellər Moskvada 400 – dən artıqdar.Bakı şəhərində isə
10- a qədərdir .
Şəhərin girəcəyində iri yük maşınları üçün tikilən xüsüsi terminallar da şəhər daxilində avtomobillərin sayını
azaldır. Belə terminallarda gözətçi dayanacaqlar, mehmanxana, yeməkxana, kafe, duş, kömrük məntəqəsi, avto-
servis və s. kompleksi fəaliyyət göstərir.
Avtomobil nəqliyyatında ekoloji təhlükəsizliyin proqramında yol tikintilərinin həcminin artırılması və möv-
cud trasların rekonstruksiyası nəzərdə tutulur. Əsas məqsəd – avtomobillərin hərəkət sürətini 50 – 60 km / saata
çatdırmaqdır.
Avtomobil nəqliyyatının əhaliyə zərərli təsirini azaltmaq üçün effektiv tədbirlərdən biri də şəhərdə piyada
zonaları təşkil etmək və ora nəqliyyat vasitələrinin getməsini qadağan etməkdir.
Nəqliyyat tonnelləri intensiv nəqliyyat axını istiqamətində tikilməli, nəqliyyat və piyada hərəkətlərini müx-
təlif səviyyələrdə bölüşdürməlidir.
Xüsusi avtomobillər yaşayış evlərinin, xiyabanların, uşaq meydançalarının yanında yerləşdirilir, bu isə şəhər
əhalisinin şəraitini pisləşdirir.
Xüsusi avtonəqliyyatın saxlanması problemini həll etmək məqsədilə çoxmərtəbəli qarajlar, mehmanxanalar
tikilir. Çoxmərtəbəli qarajlar fəaiyyət göstərən rayonlarda yer haqqı alınması da həyata keçirilir. Moskvanın bir
neçə mikrorayonunda çoxmərtəbəli qarajların tikilməsi üçün yerlər ayrılmışdır.
Azərbaycan respublikasında
nəqliyyatın vəziyyəti
Respublikamız inkişaf etmiş nəqliyyat infrastrukturuna malikdir.Ekoloji baxımdan isə nəqliyyatın səviy-
yəsi çox aşağıdır.Nəqliyyat vasitələrinin əksəriyyəti keçmiş SSRİ ölkələrində istehsal edilmişdir.Onların
modelləri əsas texniki göstəricilərinə görə inkişaf etmiş ölkələrdə istehsal edilən nəqliyyat vasitələrindən
çox geri qalır.Köhnə, istismar müddəti çoxdan başa çatmış, ucuz qiymətlə xarici dövlətlərdən gətirilmiş
texniki cəhətdən yararsız avtomobillərin istismarı nəticəsində şəhərlərin havasına külli miqdarda zərərli
qazlar buraxılır.
Qeyd edək ki, böyük sərnişin avtobuslarının çoxu az sərnişin tutumu olan mikroavtobuslarla əvəz edi-
lir.Bunun nəticəsində yollarda tıxaclar yaranır, havaya buraxılan zərərli qazların miqdarı dəfələrlə artır.Ba-
kı və Gəncə şəhərlərində havanı çirkləndirməyən nəqliyyat növləri (tramvay, trolleybus) də demək olar
ki, sıradan çıxarılmışdır.
Respublikamızda hazırda avtomobillərdən atılan tullantıların zərərlilik hədlərini müəyyənləşdirən eko-
loji təhlükəsizlik standartları yoxdur.Bu günədək keçmiş SSRİ – nin standartları qüvvədə qalır, bu stan-
dartlar isə müasir beynəlxalq tələblərə cavab vermir.Avtomobillərin ekoloji göstəricilərinə nəzarət tələb
olunan səviyyədə deyil.
Əksər avtomobil magistral, şəhər, rayon mərkəzləri və kənddaxili yolların standartlara cavab verməyən
səviyyədə olması,bir çoxunun isə yararsız hala düşməsi və ya sıradan çıxması avtonəqliyyat tərəfindən
ətraf mühitə atılan zərərli maddələrin miqdarının daha da artmasına səbəb olur.
Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin avtomobil nəqliyyatı sahəsində ekoloji baxımdan
dayanaqlı ekoloji inkişaf proqramında aşağıdakı tədbirlər irəli sürülür:
- Avtomobil nəqliyyatının ətraf mühitə zərərli təsirinin səviyyəsini tənzimləyən normativ – hüquqi akt-
ların qəbul edilməsi;
- Nəqliyyat sahəsində harmonik siyasətin həyata keçirilməsi üçün nəqliyyat sektorunda qanunvericilik
siteminin təkminləşdirilməsi.
- Avtomobil nəqliyyatında istifadə edilmək üçün ekoloji baxımdan təmiz yanacaq novlərinə keçilməsi
(sıxılmış maye qaz, bioqaz və s.)
- Tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələrinin utiliza edilməsinin təşkili.
- Ekoloji təmiz sərnişin nəqliyyat növlərinin tətbiqi, şəhər daxilində «piyada» zonalarının genişləndiril-
məsi.
- Avtomobil və dəmir yollarının müasir dünya standartlarına uyğun rekonstruksiya olunması.
- Ölkəyə daxil olan avtomobillərin mühərrəklərinin kataliktik qaz neytrallaşdırıcıları ilə təmin olunma-
sına və Avropa ölkələri üçün müyyənləşdirilmiş toksiklik normaların uyğunluğuna nail olmaq.
126
- Şəhər daxilində avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq və tıxacların qarşısını almaq məqsədilə
yaşayış məntəqələri ətrafında dairəvi avtomagistral yolların çəkilməsi, şəhərdə əhalinin sıxlıq təşkil etdiyi
yerlərdə (məs, Əzizbəyov metrosu stansiyasının yanı, 8 – ci km bazarının yanı və s.) yeraltı yolların sa-
lınması.
8.9. Atmosferin ozon təbəqəsi
Ozon ilk dəfə 1839 – cu ildə K.F.Şonbeyn tərəfindən elektirik boşalmalarının müşahidəsi zamanı kəşf edil-
mişdir.1850 – ci ildən sonra ozonun atmosferin bir hissəsi olduğu aşkar edilmişdir. «Ozon» - yunan sözü olub
«kəsgin iy» deməkdir. 1881-ci ildə troposfer və strotosfer ozonu ayırırlar. Troposfer ozonu yer səthindən 12-17
km
- ə qədər və strotosfer ozonu -50 km qədər, ozonun ən sıx qatı isə yer səthindən -50 km-ə qədər hündürlükdə
yerləşir. 1998 - ci ildə səmanın mavi rəngdə olmasının səbəbi ozon olması təsdiq olundu. Ozonun çox hissəsi stro-
tosferdə yerləşir. Troposferdə isə ozonun miqdarı azdır və mövsüm üzrə o, həm də havanın çirklənmə dərəcəsin-
dən asılıdır.
Troposfer ozonu atmosferdə elektrik və şimşək çaxması nəticəsində yaranır. Alimlər belə hesab edir ki, hər
il atmosferdə 16 mln ildırım çaxm
a
ası müşahidə olunur.
Dünyanın müxtəlif regionlarında bu və ya digər yüksəkliklərdə hər dəqiqə ərzində orta hesabla 100 dəfəyə qə-
dər ildırım çaxır. İl ərzində ildırım çaxması nəticəsində miliyon kiloqramla ozon əmələ gəlir.
Troposfer ozonu həm də günəş radiasiyasının antropogen qarışıqlara təsiri nəticəsində əmələ gəlir (Havada
olan azot oksidi və CO
2
-ni avtomobil yaradır). Bu zaman ozon fotokimyəvi smoqun baş komponenti sayılır
(los-Anjeles və s). Troposferdə ozonun texnogenez nəticəsində yaranması yüksəkdir (çoxdur). Bu prosesin qar-
şısı alınmazsa gələcəkdə qlobal istiləşməyə səbəb ola bilər. Bu haqda sonra geniş danışacağıq.
Əgər troposfer ozonunun konsentrasiyasının azalması xeyirlidirsə, strotosfer ozonunun azalması ekoloji fə-
lakətlərə gətirib çıxara bilər.
Biosferdə baş verən ekoloji təzadlardan biri də yer kürəsində canlı aləmi günəşin dağıdıcı ultrabənövşə-
yi şüalarından qoruyan strotosfer ozonunun təbəqəsinin nazilməsi, cənub və şimal qütblərində tez – tez de-
şilməsidir.
Ozon oksigenin allatrop modifikasiyasıdır. (O
3
) Mavi rəngə, xarakterik iyə və partlayıcı xassəyə malik
olan ozon həmçinin ən güclü oksidləşdricidir.Məhz bu keyfiyyətinə görə ozondan güclü dezinfeksiya vasitəsi ki-
mi tibbdə, ərzaq sənayesində, içməli suların saflaşdrılmasında və s sahələrdə geniş istifadə edilir. Təbii şəraitdə
havadan elektrik qığılcımları keçdikdə , şimşək çaxdıqda ozon O
2
- dən yaranır. Strotosferdə günəşin ultrabənöv-
şəyi şüalarının təsirindən də ozon törənir.
Ozonun atmosferdə miqdarı xüsusi çəki etibarilə azdır.Belə ki, hər 10 mln. hava molekuluna 1 mln. normal
oksigen və 3 ozon molekulu düşür.
Öz həcminə görə Yerin atmosfer havasının təxminən yüz mində bir hissəsinə bərabər olan ozon təbəqəsi ol-
duqca zərif və nazikdir. Məsələn, normal təzyiq və temperatur şəraitində atmosferdəki ozonu bir yerə toplamaq
mümkün olarsa, onda ozon təbəqəsinin qalınlığı cəmi 3 mm- dən artıq olmaz, lakin onun canlı təbiət üçün rolu
əvəzsizdir.
Ozonun əsas rolu onun udma spektrinin xaraktri ilə əlaqədardır. Ultrabənövşəyi (UB) və infraqırmızı (İQ)
spektr sahələrində intensiv udma zolağına malikdir.
Ozonun spektri udma xüsusiyyəti ilə bərabər mühüm qoruyucu funksiyası da vardır. Strotosfer ozon qatı
Yer səthindəki həyat üçün zərərli sayılan «bioloji aktiv» UB – B şüalanmanı (280 – 315nM) tamamilə
udur.Atmosferdə ozonun miqdarının azalması zamanı Yer səthinə çatan UB – B şüalanmanın miqdarı da hiss
olunacaq dərəcədə artır.
Ozon qatının 10% dağılması zamanı Yer səthində UB – B şüalanmanın intensivliyi təxminən 20% artır. Pla-
netin ozon qatının dağılması ekvator zonasında planktonların məhvi nəticəsində okeanın biogenezisinin dağıl-
masına, flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və hey-
vanların immunitet sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.Əldə olu-
nan məlumatlara görə ozon qatının azacıq dağılması dəri xəstəliyinin artmasına, «bədxassəli melanoma» adla-
nan xəstəliyin inkişafına səbəb olmuşdur.Yer üzərində UB – B şüalarının artması «katarakt» göz xəstəliyinə,
göz billurunun deformasiyasına gətirib çıxarır.
Ozon parnik effekti yaradan qazlara aiddir.Troposferdə ozonun miqdarının artması istiləşməyə, strotosfer-
də ozonun artması isə soyumağa səbəb olur.Sənayenin yaranma vaxtından etibarən troposferdə ozonun miq-
darının artması parnik effektini 20% artırmışdır.Ozonun ümumi miqdarının azalması qlobal istiləşmə proble-
mi yaradır, Antarktika və Arktika buzlaqlarının əriməsinə səbəb olur. Bu haqda məlumat aşağıda veriləcək.
8.9.1. Ozon təbəqəsinin dağılmasının səbəbləri
İlk müşahidələr zamanı ozonun dağılmasının reaktiv təyyarələrin fəaliyyəti ilə əlaqədar olması ehtimal
edilmişdir. lakin bu fərziyyə başlıca amil kimi təsdiq olunmamışdır. Belə ki, dünyanın iri şəhərlərinin atmos-
ferində də ozon deşikləri müşahidə edildi . Odur ki, ozon üçün təhlükə yaradan səbəblər , xüsusilə atmosferi
çirkləndirən maddələr müfəssəl öyrəniləndən sonra məlum oldu ki , ozon təbəqəsini aşılayan ən qorxulu bir-
ləşmə - xlorflor üzvi maddələrdir. (XFK) (əsasən freonlar).
127
Günəş enerjisinin təsirilə yeni ozonun yaranmasına baxmayaraq bu qazın mollekulları tərkibində oksigen ,
azot, hidrogen və brom olan kimyəvi birləşmələrin təsiri ilə tədricən dağılır.Bu kimyəvi maddələr insan atmos-
feri çirkləndirməyə başladığı vaxtdan çox əvvəllər strotosferdə mövcud olmuşdur.Azot birləşmələri quru və
okeanlardan çıxır, hidrogen atmosferdə su buxarından əmələ gəlir, xlor və brom okeanlardan metil – xlorid və
metil – bromid şəkilində atmosferə daxil olur.İnsan fəaliyyəti nəticəsində atmosferə tərkibində xlor və brom
olan əlavə kimyəvi maddələrin daxil olması nəticəsində təbii dağılma – bərpa prosesi pozulur və strotosfer
ozonunun dağılması hadisəsi baş verir.
1996- cı ildə Kaliforniya universitetinin kimyaçı alimləri Şervud– Roulanda və Mario – Malinaya , həm-
çinin alman alimi Pol – Krutsenə , hələ 1977- cü ildə irəli sürdüyü hipotezə görə Nobel mükafatı verildi . On-
ların fikirincə ozon təbəqəsinin dağıdıcısı insan tərəfindən sintez edilən xlor – ftor üzvü maddələridir.
Xlorflor üzvü maddələri, yəni xlorflorkarbon birləşmələri süni yolla çox asan sintez olunur və sənayenin bir
çox sahələrində, o cümlədən də, məişətdə geniş istifadə edilir. Belə ki, soyuducularda, kondisionerlərdə, lakla-
rın, rəng boyaların, müxtəlif insektisidlərin və s, (cücülərə qarşı işlədilən pestisidlər) aerozol qablaşmalarında
məhz freonlardan istifadə edilir.
Freonlar, soyuducular - flüorlu doymuş karbohidrogenlərdir. Tərkibində xlor və bəzən brom da olur 8.2.1
saylı cədvəldə onların təsnifatı verilir. Ən geniş yayılanları diflüordixlormetan CF
2
Cl
2
, flüortrixlormetan - CF
Cl
3
diflüorxlormetan – CHF
2
Cl (qaynama temperaturları uyğun olaraq - 29,8 ; -23,8 və 40,8
0
C- dir. Freonlar
alışmayan, partlayıcı , rəngsiz , iysiz qaz və mayelərdir . Suda pis , üzvi həlledicilərdə yaxşı həll olur, turşu və
oksidləşdiricilərə qarşı davamlıdır. Freonlar uçucu olduqlarından kosmetikada , ərzaq məhsulları , dərman mad-
dələri , boya və alov söndürən qarışıqların hazırlanmasında istifadə edilir . Freonlar az zəhərli maddələrdir.
Cədvəl 8.1
Əsas ozon dağıdıcı maddələr
Kimyəvi
formulla-
rı
İşarəsi Maddələrin adı
Ozondağıt-
ma potensia-
lı
CFFl
3
XFK – 11
Ftortrixlormetan
1,0
CF
2
Cl
2
XFK – 12
Diftortrixlormetan
1,0
C
2
F
3
Cl
3
XFK – 113
1,1,2 Triftortrixordietan
0,8
C
2
F
4
Cl
2
XFK – 114
1,1,2,2 Tetraftordixlore-
tan
1,0
C2F5Cl
XFK – 115
Pentatorxloretan
0,6
CF
2
BrCl Halon
1211 Diftorxlorbrommetan
3,0
CF
3
Br Halon
1301 Triftorbrommetan
10,0
C
2
F
4
Br
2
Halon
2402 1,1,2,2
Tetraftordibrom-
metan
6,0
CF3Cl
XFK – 13
Triftorxlormetan
1,0
C
2
FCl
5
XFK – 111
Ftorpentaxloretan
1,0
C
2
F
4
Cl
4
XFK – 112
Diftortetraxloretan
1,0
C
3
FCl
7
XFK – 211
Florgeptaxlorprorane
1,0
C
3
F
2
Cl
6
XFK – 212
Diftorheksaxlopropan
1,0
C
3
F
3
Cl
5
XFK – 213
Triftorpentaxlorpropan
1,0
C
3
F
4
Cl
4
XFK – 214
Tetraftortetraxlorpropan
1,0
C
3
F
5
Cl
3
XFK – 215
Pentaftortrixlorpropan
1,0
C
3
F
6
Cl
2
XFK – 216
Hexaftordixlorpropan
1,0
C
3
F
7
Cl
XFK – 217
Heptaftorxlorpropan
1,0
Əslində freonlar inert (təsirsiz) birləşmələrə aid olduğuna görə fauna - flora üçün zərərsiz sayılır və insan or-
qanizminə ziyan ( xətər) gətirmir . Lakin xarici mühitin yer səthinə yaxın sahəsində kənar təsirlərə qarşı davamlı
və uzunömürlü olduqları üçün gec-tez hava cərəyanı ilə atmosferdə toplanır . Beləliklə , yer səthində bir çox tə-
sirlərə məruz qalan xlor - flor üzvi birləşmələr atmosferin ozonla zəngin qatında ulturabənövşəyi şüalara qarşı
tab gətirməyib asanlıqla parçalanır.
Freonlar atmosferə aşağıdakı sahələrdən daxil olur
128
Uzun illər boyu Arktika və Antarktidada ozon problemi üzrə beynəlxalq ekspedisiyalarda tədqiqatlar aparan
V.Xattatov ( 1990) göstərir ki, strotosferdə sərbəstləşən bir xlor molekulu on min ozon molekulunu tam məhv
etməyə qadirdir.
Yanğın söndürən zamanı tətbiq olunan halonlardan ayrılan brom atomu isə daha çox azondağıdıcı xassəyə
malikdir.Strotosferə daxil olan bir brom atomu 10 000 ozon molekulunu dağıtmağa qadirdir.Təsirsiz olduğuna
görə , XFK və holoidkarbonhidrogen molekulları atmosferdə 100 ildən artıq qala bilir.Bu molekulların havadan
ağır olmasına baxmayaraq burulğan tipli küləklərin köməyilə atmosfer qatına çata bilirlər.Məlumdur ki, ilin
müxtəlif fəsillərində qütblərə doğru əsən küləklərin sayəsində XFK, haloidkarbohidrogen və digər azondağıdıcı
maddələr ozonun dağılmasına daha çox şərait yaranan sahələrə çatır.Belə ki, Şimal və Cənub qütblərində , yəni
Arktika və Antarktida üzərində müvsümi olaraq strotosfer dumanları mövcudluğu şəraitində və Günəş şüalan-
ması nəticəsində həmin maddələr parçalanaraq ozonu dağıdırlar.Təxminən 1970 – ci illərdən başlayaraq strotos-
fer ozonunun miqdarının qlobal azalması müşahidə olunur.Antarktikanın bəzi rayonları üzərində sentyabr – ok-
tyabr aylarında ozonun ümumi miqdarı təxminən 60% azalır.Hər iki yarımkürənin orta en dairələrində azalma
on il ərzində 4-5 % təşkil edir.Antarktika üzərində ozon təbəqəsində əmələ gələn «deşiyin» ölçüləri son ildə Af-
rika qitəsinin sahəsinə müvafiq olmuşdur.Arktika üzərində də ozonun ümumi miqdarının azalması öz mənfi təsi-
rini göstərir.
1990- cı illərdə strotosferdə xüsusi proqram əsasında və müasir cihazların (xüsusilə peyklər , ozonometr və s ) kö-
məyilə yerinə yetirilən tədqiqatlara görə ozonun ixtisar olunması təkcə Arktika və Antarktidaya aid olmayıb , həmçi-
nin « kiçik ozon deşikləri» bütün qitələrdə müşahidə edilir .Belə ki, süni peyklərin «çəkdikləri» xəritələrdə sahəsi orta
hesabla 3000 km diametrə bərabər olan kiçik deşiklərin ekvator boyu və orta en dairələrin səmalarına xas olması də-
qiq göstərilmişdir . Bu faktdan sonra Avstraliya və Yeni Zellandiya üzərində ozonun tədriicən və aramsız azalması
daha çox narahatlıq doğurur .
Yerin ozon təbəqəsinin dağılması insanlara və təbiətə fəlakətli neqativ təsir göstərir.Belə ki, ozon deşiklərin-
dən düşən günəş rentgen və ulturabənövşəyi şüalar görünən spektr şüalarının enerjisindən 50-100 dəfə yüksək
olur. Bu isə meşə yanğınlarının sayını artırır. Bu səbəbdən 1996-cı ildə Rusiyada 2 mln ha, Avstraliya, Şim. və
Cən. Amerikada , Afrika , Avropa və Cənubi - şərqi Asiyada da geniş meşə sahələri yanmışdır. 1997- ci ildə İn-
doneziyada baş verən meşə yanğını 5 ay davam edərək onun tüstü – dumanı tək İndoneziyanı deyil, həm də Ki-
çik Asiyanı, Sinqapurun səmasını örtmüş, hətta Cənubi - Çin dənizinə qədər çatmışdır. İnsanlar tüstüdən boğul-
muşdu.
Təcrübələrlə sübüt olunmuşdur ki , başqa maddələrə nisbətən xlorflor üzvü birləşmələr ozonu 450 – 600 dəfə
çox dağıdır
Strotosferdə ozonun azalması təkcə freonlarla əlaqədar deyildir. ABŞ geofizikləri sübut etmişlər ki, atmos-
ferdə ildə artan azot, kükürd, karbon oksidləri və b. maddələr də ozona mənfi təsir göstərir.
Göründüyü kimi ozonu azaldan səbəblər çox cəhətlidir . Yer kürəsi ilə Günəş sistemi arasında tənzimlənən
maqnetizm tarazılığının pozulması , reaktiv təyyarələr, kosmosa buraxılan minlərlə peyk və qurğulardaşıyan nə-
həng raketlər , nüvə sınaqları , ildə milyon hektarlarla təbii ozonator hesab edilən meşələrin qırılması və yanğını
nəticəsində yox olması və s. atmosferdə hidroksil birləşmələrin artmasına səbəb olur , nəticədə atmosferin stro-
tosfer qatlarında qazların bir – birinə nisbəti pozulur.
129
Øÿêèë 8.8. Ìöõòÿëèô äþâð âàõòëàðûíäà Ô-11 (CFCI3) âÿ Ô-12
(CF2CI2) òóëëàíòûëàðû. Äöç õÿòëÿð èëëèê àðòûìû óéüóí ýÿëèð 5, 10
âÿ 20%
Bu proseslər ozonun təbii yolla parçalanma və bərpaolunma intensivliyini dəyişdirir . Lakin parçalanma pro-
sesi üstünlük təşkil edən zaman mənfi balans yaranır və bərpa olunan ozon itirilən ozonun yerini doldura bilmir .
Məhz hazırda strotosferdə baş verən mənfi ozon balansının əmələ gəlməsini dayandırmaq üçün müxtəlif yollar
axtarılır.
Dostları ilə paylaş: |