İstifadəsi
üzrə təlimat
ZASTİFER şərbət
ZASTYFER
Tərkibi
Hər 5 ml şərbətin tərkibində:
Dəmir ammonium sitrat (35 mq elementar Dəmirə ekvivalentdir) 200 mq
Sianokobalamin (Vitamin B
12
) 50 mkq
Piridoksin hidroxlorid (Vitamin B
6
) 0,5 mq
Fol turşusu (Vitamin B
9
) 1,5 mq
Sink sulfat monohidrat (0,53 mq elementar Sinkə ekvivalentdir) 1,455 mq
Dadverici şərbət əsası k.q.
Farmakoterapevtik qrupu
Bioloji aktiv əlavə
Farmakoloji xüsusiyyətləri
Kompleks preparat olub, təsiri tərkibinə daxil olan maddələrin xüsusiyyətləri ilə əlaqədardır.
Farmakodinamikası
Dəmir - hemoqlobinin, mioqlobinin və bəzi fermentlərin tərkibinə daxil olan mikroelementdir. Oksigenlə
dönən birləşmə əmələ gətirir, bir sıra oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir, eritropoezi stimulə
edir.
Dəmiri duz şəklində istifadə etdikdə orqanizmdə olan dəmir çatışmazlığı tezliklə aradan qalxır, bu da
anemiyanın kliniki (zəiflik, yorğunluq, başgicəllənmə, taxikardiya, dəri xəstəliyi və quruluğu) və laborator
simptomlarının tədricən reqressiyasına səbəb olur.
Sianokobalamin (Vitamin B
12
) -
metabolik, hemopoetik təsir göstərir. Orqanizmdə (əsasən qaraciyərdə)
koenzim formaya - adenozilkobalamin və ya kobamamidə çevrilir ki, bu da B
12
vitaminin aktiv forması olaraq
çoxsaylı fermentlərin, o cümlədən fol turşusunu tetrahidrofol turşusuna çevirən reduktazanın tərkibinə
daxildir. Yüksək bioloji aktivliyə malikdir. Normal qanyaranma üçün vacibdir - eritrositlərin yetkinləşməsinə
səbəb olur. Eritrositlərdə tərkibində sulfhidril qrupu olan birləşmələrin toplanmasına səbəb olur, bu da onların
hemolizə qarşı dözümlülüyünü yüksəldir. Qanın laxtalanma sistemini aktivləşdirir, yüksək dozalarda
tromboplastik aktivliyin və protrombinin aktivliyinin yüksəlməsinə səbəb olur. Qanda xolesterinin
konsentrasiyasını azaldır. Qaraciyərin və sinir sisteminin funksiyasına müsbət təsir göstərir. Toxumaların
regenerasiya qabiliyyətini artırır.
Piridoksin hidroxlorid (Vitamin B
6
) - mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.
Orqanizmdə triptofan, metionin, sistein, qlütamin və başqa amin turşularının mübadiləsində iştirak edir,
eritrositlərin yaranmasını stimulə edir, bir sıra neyromediatorların (dopamin, noradrenalin, adrenalin,
histamin, serotonin) biosintezində iştirak edir. Sianokobalamin ilə birlikdə sinir toxumasında iltihabi prosesi
aradan qaldırır və onun regenerasiyasını sürətləndirir. Lipid mübadiləsini normallaşdırır.
Fol turşusu (Vitamin B
9
) - bağırsaq mikroflorası tərəfindən sintez oluna bilər. Orqanizmdə fol turşusu
tetrahidrofol turşusuna bərpa olunur, o da koenzim kimi müxtəlif metabolik proseslərdə iştirak edir.
Meqaloblastların normal yetişməsi və normoblastların formalaşması üçün vacibdir. Eritropoezi stimulə edir,
amin turşularının (o cümlədən qlisinin, metioninin), nuklein turşularının, purinlərin, pirimidinlərin sintezində,
xolinin və histidinin mübadiləsində iştirak edir. Hamiləlik zamanı orqanizmi teratogen faktorların təsirindən
qoruyur.
Sink - hüceyrə membranının metabolizmi və stabilləşməsində iştirak edən mikroelementdir. Əsas
fermentlərin tərkibinə daxildir, müxtəlif biokimyəvi reaksiyalarda iştirak edir. Regenerasiya proseslərinə və
sinir impulslarının ötürülməsinə təsir göstərir. İnsulinin təsirini gücləndirir, kortizolun sintezinə səbəb olur.
Dərinin regenerasiya və saçların uzanması proseslərini stimulə edir, immunomodulyator təsir göstərir.
Civzələr və allopesiya zamanı effektlidir. Sink albuminatların əmələ gəlməsi ilə zülalları koaqulyasiya edir.
Farmakokinetikası
Sorulması:
Preparat daxilə qəbul edildikdən sonra dəmir MBT-dən yaxşı sorulur. Dəmirin biomənimsənilməsi 5-35%-dir.
Fol turşusu əsasən MBT-nin yuxarı şöbələrindən (12-barmaq bağırsaqdan) sorulur.
Paylanması və metabolizmi:
Dəmir demək olar ki, tamamilə plazma transferrinləri ilə birləşir və hemoqlobin, mioqlobin, sitoxromoksidaza,
katalaza və peroksidazanın sintezi prosesinə cəlb olunur və ya ferritin şəklində orqanizm toxumalarında
toplanır. Fol turşusunun plazma zülalları ilə birləşməsi 64% təşkil edir; biotransformasiyası qaraciyərdə baş
verir.
Xaric olunması:
Dəmir əsasən nəcis, sidik və tər vasitəsi ilə xaric olunur.
Fol turşusu əsasən böyrəklərlə, qismən bağırsaqlarla xaric olunur.
İstifadəsinə göstərişlər
- müxtəlif etiologiyalı dəmir defisitli anemiyaların profilaktika və terapiyası;
- hamiləlik zamanı anemiya;
- uzunmüddətli qanaxmalar, qurd invaziyaları;
- qeyri-kafi və balanslaşdırılmamış qidalanma;
- orqanizmdə anabolik və immunoloji proseslərin pozulması ilə sink çatışmazlığının profilaktikası.
Əks göstərişlər
- preparatın komponentlərinə qarşı hiperhəssaslıq;
- orqanizmdə dəmirin toplanması ilə müşayiət olunan xəstəliklər (aplastik və hemolitik anemiya, talassemiya,
hemosideroz, hemoxromatoz);
- dəmirin mənimsənilməsinin pozulması (sideroaxrestik anemiya, qurğuşun anemiyası, pernisioz anemiya
(vitamin B
12
çatışmazlığı));
- dəmirin və ya fol turşusunun çatışmazlığı ilə əlaqəli olmayan anemiya.
İstifadə qaydası və dozası
Daxilə qəbul olunur.
2 yaşdan 6 yaşa qədər uşaqlar: 5 ml (1 çay qaşığı) gündə 2 dəfə yemək zamanı və ya yeməkdən dərhal
sonra.
6 yaşdan böyük uşaqlar və böyüklər: 5-10 ml (1-2 çay qaşığı) gündə 2-3 dəfə yemək zamanı və ya
yeməkdən dərhal sonra.
Qəbul olunmanın müddəti fərdi olaraq təyin olunur.
Qablaşdırmada ölçü qapağı vardır.
İstifadədən qabaq flakonu yaxşı çalxalamaq lazımdır.
Xüsusi göstərişlər
Dəmir və tetrasiklinin birlikdə istifadəsi sorulmanın pozulmasına gətirib çıxarır.
Hamiləlik və laktasiya zamanı
Hamilə qadınlara və ana südü ilə qidalandıran analara təyini zamanı xoşagəlməz təsirlər qeydə
alınmamışdır.
Hamilə qadınlara və ana südü ilə qidalandıran analara təyin etməmişdən əvvəl risk/fayda nisbətini
qiymətləndirmək lazımdır.
Əlavə təsirləri
Mədə-bağırsaq pozğunluqları, qara stul, qarında narahatlıq.
Doza həddinin aşılması
Doza həddinin aşılması əsasən dəmir ilə əlaqədardır.
Simptomlar: ürəkbulanma, qusma, ishal.
Müalicə: mədəni natrium hidrokarbonatın 1%-li sulu məhlulu ilə yumaq və ya deferoksamin təyin etmək;
daxilə çiy yumurta və süd qəbul etmək, hansı ki, MBT-də dəmir ionlarının birləşməsini və onların sonrakı
xaric olunmasını təmin edir.
Doza həddinin aşılması simptomları meydana çıxan zaman preparatın qəbulunu dayandırmaq lazımdır.
Buraxılış forması
100 ml şərbət şüşə flakonda. Bir flakon ölçü qapağı və içlik vərəqə ilə birgə karton qutuda.
Saxlanılma şəraiti
+25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan yerdə saxlamaq lazımdır.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dondurmamaq.
Yararlılıq müddəti
2 ildir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
«SKant Healthcare LTD.» -
firması tərəfindən istehsal olunur.
Vapi - 396195, Qucarat, Hindistan
Kod №: GUJ/DRUGS/G-986
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi, 14
Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com