1
Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə
"Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı
ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin
xatirasinə ithaf olunur.
AĞAYEV YUSİF
ƏHMƏDOV SƏBUHİ
ĠSTĠQLAL
YÜRÜġÜ
1918
ALTUN KİTAB
2
Ağayev Yusif
Əhmədov Səbuhi
Ġstiqlal yürüĢü -1918. Bakı, "Altun Kitab", 2009, 416 s.
Elmi redaktor Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, Azərbaycan Tarix Muzeyinin
direktoru, akademik Nailə Vəlixanlı
Redaktor Əhməd Oğuz
Tərtibatçı Səbuhi Qəhrəmanov
© ALTUN KİTAB
Telefon: (99412) 431 97 52
www. altun-kitab.com
E-mail: yusif_agayev@yahoo.com
ISBN 978-9952-24-041-2
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən
çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
"OKA-Ofset" mətbəəsində çap olunmuşdur. Tiraj 300
3
MÜNDƏRĠCAT
Ön söz
1. MünaqiĢənin qısa tarixçəsi
1.1. Türkmənçay müqaviləsinin 15-ci bəndi - XX əsrin əvvəllərində partlamış bomba
1.2. Azərbaycan XX əsrin əvvəllərində
1.3.
Azərbaycan I Dünya müharibəsi dövründə
1.4.
1917-ci ildə Azərbaycanda hərbi-siyasi vəziyyət
1.5.
1918-ci ilin yanvar-mart aylarında Azərbaycanda hərbi-siyasi vəziyyət
1.6.
1918-ci ilin mart soyqırımı
2.
Hadisələrin qısa xronologiyası
1917-ci il
1918-ci il
3.
Bakı Soveti və Sentrokaspi Diktaturasının qoĢunları
3.1. Bakı Soveti Qırmızı Ordusunun yaradılması
3.2. Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının strukturu
3.3.
Bakı Sovetinin Qırmızı ordusu və Sentrokaspi Diktaturası ordusunda erməni hərbi
hissələri
3.4.
Polkovnik L.Biçeraxovun qoşunları
3.5.
Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının say tərkibi
3.6.
Bakı Soveti qoşunlarının komandanlığı
3.7.
Sentrokaspi Diktaturası qoşunlarının komandanlığı
3.8.
Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının silahları
4.
"Densterfors"
4.1.
"Densterfors"un təşkili
4.2.
İngilis qoşunlarının komandanlığı
4.3.
İngilis qoşunlarının say tərkibi və strukturu
4.4.
İngilis qoşunlarının silahları və hərbi texnikası
5.
Qafqaz Ġslam Ordusu
5.1.
Müsəlman Korpusunun təşkil edilməsi
5.2.
Qafqaz İslam Korpusunun təşkil edilməsi
5.3.
Müsəlman Korpusunun strukturu
5.4.
Qafqaz İslam Ordusunun iyun-iyul aylarında quruluşu
5.5. Xüsusi Azərbaycan Korpusunun təşkili və strukturu
5.6. Bakıya son hücum ərəfəsində Qafqaz İslam Ordusunun quruluşu
5.7. Müsəlman Korpusu və Qafqaz İslam Ordusunun say tərkibi
5.8.
Müsəlman Korpusu və Qafqaz İslam Ordusunun komandanlığı
5.9.
Müsəlman Korpusu və Qafqaz İslam Ordusunun silah və hərbi texnikası
6.
Tərəflərin məqsəd və planları
4
6.1.Qırmızı Ordu komandanlığının məqsəd və planları
6.2. Sentrokaspi Diktaturası komandanlığının məqsəd və planları
6.3.İngilis komandanlığının məqsəd və planları
6.4.Qafqaz İslam Ordusu komandanlığının məqsəd və planları
7.
DöyüĢ əməliyyatlarının gediĢi
7.1.
5-ci Qafqaz piyada firqəsinin Azərbaycana gəlişi
7.2.
Qafqaz İslam Ordusunun üzləşdiyi ilk rəqiblər və bu döyüşlərin nəticələri
7.3.
Qaraməryəm döyüşü (1918-ci il 18iyun)
7.4.
Qaraməryəm - Göyçay döyüşü (1918-ci il 27-30 iyun)
7.5.
Salyan döyüşü (28 iyun- 2 iyul 1918-ci il)
7.6.
Ağsu-Kürdəmir döyüşü (5-14 iyul 1918-ci il)
7.7.
Şamaxı əməliyyatı (19 -22 iyul 1918-ci il)
7.8.
Hacıqabul əməliyyatı (26-31 iyul 1918-ci il)
7.9.
Birinci Bakı əməliyyatı (1 avqust-5 avqust 1918-ci il)
7.10.Bakı ətrafında 6 avqust - 12 sentyabr döyüşləri
7.11.İkinci Bakı əməliyyatı və Bakının azad edilməsi(14-15 sentyabr 1918-ci il)
7.12.Bakı şəhəri sentyabrın 16-20-də
8.
MünaqiĢənin nəticələri
8.1.
Azərbaycan Cümhuriyyətinin paytaxtı – Bakı şəhəri
8.2.
Münaqişənin nəticələri
Ədəbiyyat
5
ÖN SÖZ
Hər bir millətin keçmişi nəsillərin vahid tarixi əlaqəsini yaradan irili-xırdalı hadisələrdən ibarətdir. Hərbi-
siyasi olaylar bu hadisələr sırasında xüsusi yer tutur. Məhz bu hadisələrin gedişində millət öz mövcudluğu
uğrunda mübarizə aparır, bu mübarizədə möhkəmlənir, birləşir.
Bəşər övladının ilk məskənlərindən olan Azərbaycan zəngin tarixi keçmişə malikdir. Əsrlər boyu
beynəlxalq rəqabətin obyektinə çevrilən diyarımız öz mövcudluğu uğrunda ağır sınaqlardan keçmiş, qanlı
döyüşlərdə iştirak etməli olmuşdur. Xarici işğalçılara qarşı aparılan mübarizədə xalqımız nəinki öz
mövcudluğunu qoruyub saxlamış, hətta təkrarolunmaz mədəniyyət yaratmışdır. Bu, «Odlar ölkəsinin» mərd
oğlan və qızlarına xas olan döyüşkənlik ruhu, və-tənpərvərlik sayəsində mümkün olmuşdur.
Ümummilli lider Heydər Əliyev demişdir: «Azərbaycan Respublikası öz torpaqlarını qorumaq üçün
böyük potensiala malikdir. Onun ən böyük potensialı - bizim vətəndaşların öz Vətənlərinə olan sədaqəti və
məhəbbətidir. Bu hisslər xalqımızın tarixi qəhrəmanlıq ənənələri ilə doğulmuşdur...». Bu ənənələrin, o
cümlədən Azərbaycan hərb tarixinin öyrənilib təbliğ edilməsi milli Silahlı Qüvvələrin möhkəmlənməsinə
yönəlmiş praktiki addımlar qədər əhəmiyyətlidir. Hərb tarixini bilmək təkcə ordunun şəxsi heyəti üçün deyil,
ümumiyyətlə, bütün vətəndaşlar üçün vacibdir. Bu çoxşaxəli problemin həlli isə hərb tarixini işıqlandıran elmi
və elmi-kütləvi əsərlərdən bilavasitə asılıdır. Bu baxımdan təqdim olunan kitab olduqca böyük əhəmiyyətə
malikdir. Ağayev Yusif və Əhmədov Səbuhinin birlikdə hazırladıqları kitab Azərbaycan tarixinin ən ağrılı
məqamlarından birinə- 1917-ci ilin noyabrından 1918-ci ilin sentyabrınadək olan dövrdə baş vermiş hadisələrə
həsr olunur. Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq xülyasında olan erməni millətçiləri
1988-ci ildən başlayaraq zor gücü ilə Dağlıq Qarabağ və ona bitişik ərazilərimiz hesabına bu xülyanı
reallaşdırmaq istəmişlər. Erməni siyasətbazları Ermənistan SSR ərazisində, daha sonra isə Qarabağ və ətraf
ərazilərdə yaşayan azərbaycanlıları doğma ata-baba torpaqlarından qovduqdan sonra boşaldılmış ərazilərdə
başqa ölkələrdən gətirilən erməniləri yerləşdirərək burada «Dağlıq Qarabağ Respublikası» adlı qondarma
"müstəqil" dövlət yaratmaq, ya da zəbt edilən əraziləri Ermənistana birləşdirmək niyyətinə düşmüşlər. Tarixi
kökü olan bu günkü hadisələri dərindən və düzgün təhlil edə bilmək üçün dünənki faktlara dönə-dönə müraciət
etmək zərurəti yaranır. Kitabın ilk paraqraflarında müəlliflər hərbi məqamlardan çox, artıq tədqiqatçılara məlum
olan faktları sadalamaqla bəzi siyasi məqamları oxuculara bir daha xatırlatmaq istəyirlər. 1917-ci il Fevral
inqilabından sonra Rusiyada hakimiyyətə gələn Müvəqqəti Hökumət erməni hərəkatını dəstəklədi. Tiflisdə
keçirilən erməni konfransında Qafqazı və Şərqi Anadolunu əhatə edəcək "Böyük Ermənistan" yaratmaq planı
qəbul edildi. 1917-ci il Oktyabr çevrilişindən sonra hakimiyyəti ələ keçirən bolşeviklər ermənilərə
münasibətlərində Müvəqqəti Hökumətin siyasətini davam etdirdilər. 1917-ci il dekabr ayının 29-da Rusiya
XKS-in Türkiyədə yaradılacaq Erməni dövləti haqqında 13 №-li Dekreti imzalandı. Qafqaz işləri üzrə
Müvəqqəti Fövqəladə Komissar Stepan Şaumyanın köməyi ilə müvəqqəti Erməni Milli Hökuməti yaradılmalı
idi. Ermənistana verilən torpaqlarda müsəlman əhalisinin sayının azaldılması məqsədilə erməni ordusu kütləvi
qırğınlar siyasətini həyata keçirməyə başladı. Göyçə gölü ətraflarını, Naxçıvanı, Zəngəzuru və Dağlıq Qarabağı
gələcək Ermənistan dövlətinin ərazilərinə çevirmək üçün erməni millətçiləri yeni-yeni planlar hazırladılar.
Bakıda, bolşeviklər öz tabeliyində olan hərbi hissələrlə daşnakların silahlı dəstələrini birləşdirdilər.
1918-ci ilin martın 31-də Bakıda əməliyyata başlayan və bir neçə gün ərzində şəhərin azərbaycanlılara
məxsus hissəsini viranəyə çevirib əhaliyə divan tutan erməni daşnak dəstələri bolşeviklərlə əlbir hərəkət
edirdilər. Müsəlman əhalisinin qırğınları Şamaxıda, Qubada və digər Azərbaycan ərazilərində baş verdi. 1918-ci
il mayın 28-də müstəqil Azərbaycan dövlətinin yaradılması xəbəri bol-şevik-daşnak qüvvələrini təlaşa saldı.
Gəncəyə və oradan da Tiflisə doğru hücumunda S.Şaumyan daşnak Andranikin əməli yardımına bel bağlayırdı.
Təqdim olunan kitabın hərbi hadisələrin təsvirinə həsr olunmuş paraqrafları zəngin tarixi mənbələr
(sənədli, illüstrativ, foto və s.) və mövcud elmi ədəbiyyat əsasında yazılmışdır. Bir çox hadisələrin
işıqlandırılmasında müəlliflər arxiv materiallarından istifadə etmişlər. Müəlliflər həm Azərbaycan, həm də
xarici ölkələrin tədqiqatçılarının əsərlərindən yaradıcı istifadə edərək Azərbaycanda hərb işi tarixinin ən çətin
problemlərinin kompleks tədqiqini həyata keçirməyə cəhd göstərmişlər. İşin strukturu da hərb tarixinin gedişi
ilə şərtləndirilmişdir.
Y.Ağayev və S.Əhmədov Azərbaycanda baş vermiş hərbi-siyasi hadisələri təsvir edir, tərəflərin silahlı
qüvvələrinin hərbi strukturunu açıqlayır, tətbiq edilmiş silahları araşdırırlar. Daha sonra müəlliflər hərbi
əməliyyatları, bu əməliyyatların gedişində Azərbaycan hərb sənətinin hansı dəyişikliklərə məruz qalmasını,
hansı nailiyyətləri əldə etməsini ətraflı təsvir edirlər. Tədqiqat işində tarixşünaslıqda indiyədək məlum olmayan
bir çox tarixi faktlar da öz əksini tapmışdır. Kitabda mövzuya dair fotoşəkil, rəsm, xəritə və sxemlərin verilməsi
onu daha da oxunaqlı edir, kitabın elmi əhəmiyyətini artırır. Müəlliflərin aşkar etdiyi və tədqiqata cəlb edilən
statistik mənbələrin yeniliyi ciddi tədqiqat işinin aparılmasından xəbər verir.1915-ci ildə Rusiyanın Van və
Ərzurumdakı baş konsulu general V.F. Mayevski yazırdı: "Həqiqət ona görə yoxdur ki, erməni müəllifləri
həmin həqiqətdən düşünülmüş şəkildə qaçırlar. Onların bütün fəaliyyəti yalanlar, ağlasığmaz, görünməmiş, hələ
6
eşidilməmiş qəddarlıqlar uydurmağa əsaslanmışdır ki, başqalarında ermənilərə rəğbət, türklərə nifrət hissi
yaransın". Bunların qarşısını almaq, erməni təbliğatını susdurmaq isə ilk növbədə tarixi həqiqətə əsaslanan
kitabların yazılması ilə mümkündür. Azərbaycan hərb tarixinin şanlı səhifələri haqqında olan hazırkı kitab da
həmin zərurətdən irəli gəlir. Şübhə etmirik ki, bu kitab oxucular və ictimaiyyət tərəfindən maraqla
qarşılanacaqdır.
Akademik Nailə Vəlixanlı
7
1. MünaqiĢənin
1
qısa tarixçəsi
1.1 Türkmənçay müqaviləsinin 15-ci bəndi –
XX əsrin əvvəllərində partlamıĢ bomba
1828-ci il fevralın 10-da Rusiya və İran dövlətləri arasında Təbriz ya-xınlığındakı Türkmənçay kəndində
sülh müqaviləsi imzalandı. Bu müqavilə Azərbaycanın taleyində dərin izlər qoydu: Azərbaycan öz dövlətçiliyini
itirdi, onun Araz çayından şimalda yerləşən torpaqları Rusiyaya, cənubdakı torpaqları isə İran Qacarlar
dövlətinə birləşdirildi. Müqavilənin digər maddələrinə nisbətən o zamanlar qorxusuz görünən 15-ci maddəsi XX
əsrin əvvəllərində bomba kimi partladı.
Türkmənçay müqaviləsinin 15-ci maddəsi Qacarlar dövlətinin ərazisində yaşamış ermənilərə aid idi. Bu
maddədə deyilirdi ki, şah Azərbaycan adı ilə tanınan ərazidə (Cənubi Azərbaycan nəzərdə tutulur) Rusiya
imperatorunun tərəfini saxlamış şəxsləri cəzalandırmayacaq, onlara 1 il müddətində yaşadıqları torpaqları tərk
edib, Rusiya imperiyasının ərazisinə keçməyə maneçilik törətməyə-cək,
daşınmaz əmlaklarını satmaq üçün bu şəxslərə 5 il vaxt verəcəkdir.
2
Beləliklə,
erməni ailələri Azərbaycanın İrəvan, Qarabağ, Naxçıvan, Şəki və Şamaxı
xanlıqlarının ərazilərinə köçürülməyə başlayır. Ermənilərin Azərbaycanın
İrəvan, Naxçıvan və Qarabağ torpaqlarında yerləşdirilməsi Azərbaycanı
Gürcüstan və Türkiyədən təcrid etmək, Cənubi Qafqazda ermənilərin
kompakt yaşadıqları vilayəti yaratmaq məqsədini güdürdü. XIX əsr rus
tarixçisi V.Potto yazırdı ki, Rusiya hakim dairələri "Rusiyanın rəhbərliyi
altında Asiyada güclü Ermənistan dağlıq dövlətini yaratmaq...” fikirlərindən
əl çəkmirdi, "Ermənistan İran, Türkiyə və Rusiya ilə həmsərhəd, Xəzər
dənizində limana malik ölkə olmalı idi".
Köçürülməni sürətləndirmək və bu işdə pərakəndəliyə yol verməmək
üçün erməni V.O.Behbudovun rəhbərliyi ilə xüsusi komitə yaradılmışdı.
1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsinin gedişində və müharibədən
sonra da Türkiyə ərazisindən Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi
davam etdirildi.
1828-1830-cu illərdə 40 mindən artıq İran və 84 mindən artıq Türkiyə
ermənisi köçürülərək Cənubi Qafqazda, xüsusilə Azərbaycan torpaqlarında
yerləşdirildi. Həmin dövrdə İrəvan şəhərini idarə etmək üçün rus zabitlərindən
ibarət müvəqqəti hökumət yaradılmışdı. 1911-ci ildə N.N.Şavrovun qeyd
etdiyi kimi, "rəsmən köçürülmüş 124 min erməninin arxasınca çoxlu sayda
qeyri-rəsmi köçənlər də olmuşdur. Onların ümumi sayı 200 min nəfərdən
artıqdır".
3
Erməni ailələrini yerləşdirmək üçün çar hökuməti tərəfindən təqib
olunan azərbaycanlı xan və bəylərin torpaqları, həmçinin dövlət torpaqları
(əvvəllər onlar da xanlıqlara məxsus idi) ayrılmışdı. XVIII əsrin sonları - XIX
əsrin əvvəllərində baş vermiş müharibələrdə azərbaycanlı əhalinin bir
qisminin həlak olması, bir qisminin isə çarizmin dini və siyasi təzyiqi altında Türkiyə və İrana köçməsi
Azərbaycanda ermənilərin yerləşdirilməsinə imkan yaratdı. 1822-1823-cü illərdə rus məmurları tərəfindən tərtib
edilmiş "Qarabağ əyalətinin təsviri"nə görə, keçmiş Qarabağ xanlığının ərazisində yaşayan əhalinin yalnız
8,4%-i xristian (alban və ermənilər) idi. Lakin artıq 1832-ci ildə ermənilərin köçürülməsi hesabına xristianların
sayı 34,8 %-ə çatdırıldı. "Təsvir"ə əsasən, Şuşa şəhərində 1948 azərbaycanlı və 474 erməni ailəsi yaşayırdı.
4
Rusiya məmuru İ.Şopenin qeydlərinə əsasən, 1832-ci ildə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində
164.450 nəfər (31.201 ailə) yaşayırdı ki, onlardan 25.151 nəfəri (4.428 ailə) "Assuriya ərazisindən köçürülmüş
yerli ermənilərdir". Beləliklə, azərbaycanlı əhalinin sayı yenə də üstün idi, lakin köçürmələr regionun etnik
tərkibinə əhəmiyyətli təsir göstərirdi.
1
Azərbaycan tarixinin “ağ ləkələrindən” biri onun dövr və hadisələrinin qısa və yığcam adlar ilə təmin edilməməsi ilə bağlıdır. Belə ki, 1918-ci il mart
hadisələri əsaslı olaraq soyqırım siyasəti kimi qiymətləndirilibsə, Bakı Soveti daha sonra Sentrokaspi Diktaturası və ingilislərin Azərbaycan hökuməti və
onun müttəfiqi Osmanlı dövlətinə qarşı yeritdiyi siyasət və baş vermiş döyüşlər heç bir ad (müharibə və.s) almamışdır. Bu səbəbdən biz 1918-ci ilin iyun-
sentyabr hadisələrini “münaqişə” termini ilə bildiririk.
2
Şükürov K. Türkmənçay - 1828. Tarixi xronika (ixtisarla). Bakı, 2006, s.139
3
Шавров Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. Баку, 1990, с. 63.
4
Описание Карабагской провинции (составленное в 1823 году по распоряжению главноуправлявшего в Грузии Ермолова). Тифлис, 1866(təkrar
nəşr Bakı, 2004), с. Х
8
İran Qacarlar dövlətində Rusiyanın səfiri olan A.S.Qriboyedov yazırdı: "Biz İosif Arqutinski ilə
fikirləşirdik ki, müsəlmanları onların ağırlaşmış vəziyəti ilə necə barışdıraq, onları necə inandıraq ki, ermənilər
onların torpaqlarını həmişəlik tutmayıblar".
Çarizmin Cənubi Qafqazda işğalçı fəaliyyəti ermənilərin Azərbaycan torpaqlarında dövlət qurmaq
iddiasını fəallaşdırdı. Rusiyanın yaxından köməyi ilə bu iddianın reallaşmasına çalışan yeni erməni
"ideoloqları", hərbçiləri, din xadimləri, məmurları yetişdirildi.
Dövrün müasirlərindən biri yazırdı: "O dövrdən bəri ermənilərin müsəlman dövlətlərindən Rusiyaya köçü
ardı-arası kəsilmədən davam edirdi... Türkiyə və ya Persiya ilə hər bir müharibə bizə on minlərlə erməni bəxş
edirdi".
5
XIX əsrin ikinci yarısında ermənilərin Şimali Azərbaycana miqrasiyası kəskin surətdə artdı. Buna
səbəb 1853-1856-cı illər Krım müharibəsi, 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsi və onları müşayiət
edən hadisələr idi. Belə ki, 1877-ci ildə "general Terqukasov bizim Surmari qəzasına 35 min araba Türkiyə
ermənisi köçürmüşdü". N.N.Şavrov qeyd edirdi: "Ermənilərin daha geniş miqyasda köçü 1893-1894-cü illərdə,
Türkiyədə erməni hadisələri olanda baş verir. 1897-ci ildə gəlmə ermənilərin sayı 90 min nəfəri ötmüşdü. 1896-
cı ildə general - adyutant Şeremetev Zaqafqaziyadakı ermənilərin sayını 900 min nəfər kimi müəyyən etmiş,
1908-ci ildə isə onların sayı 1 milyon 300 min idi". Yalançı şahidlikdən geniş istifadə etməklə torpaqsız
köçkünlərdən olan ermənilər dövlət torpaqlarının böyük sahələrini zəbt etdilər".
6
1917-ci ildə daha 300 min
erməni Anadoludan Cənubi Qafqaza, əsasən Azərbaycan torpaqlarına qaçmışdı.
7
Təzə köçürülmüş əhaliyə yerli camaat hesabına torpaqlar və imtiyazlar ayrılmışdı. Beləliklə, əvvəldən
ermənilərin Şimali Azərbaycanda artımı mexaniki hərəkət hesabına baş verirdi. Köç baş verəndən dərhal sonra
Rusiya inzibati dairələri erməniləri yerli infrastruktura "yeritməyə" çalışırdılar. Rusiya mətbuatında başlayan
təəsübkeşlik kampaniyası barəsində V.L.Veliçko yazırdı: "satılmış rus publisistləri rus insanlarını inandırmağa
çalışırlar ki, ermənilər Qafqazda yeganə və mədəni ünsürdürlər. Peterburqda erməni varlıları və onların
nümayəndələri hakim siniflərə və təəssüf olsun ki, bir çox mətbuat nü-mayəndələrinə neft aksiyaları, ləzzətli
yeməklər və hətta bu məqsədlə xüsusi olaraq muzdla tutulmuş gözəl qadınların dodaqları ilə bunu sübut etməyi
bacarırlar".
8
Bu zaman əsas vasitə kimi din istifadə edilirdi: "Xristianlığa olan bu istinadlar olduqca
səciyyəvidir, çünki ermənilər öz qonşuları müsəlmanların hesabına yararlanmaqdan vaz keçməzlər, həm də ona
görə ki, "xaçpərəst" ("xristianin") adı onlara imtiyazlı səviyyə verir".
9
XIX əsr rus qafqazşünasları çar hökuməti tərəfindən köçürülmüş in-sanlara avtoxton azərbaycanlı
əhalinin mülayim münasibətini belə izah edirdilər: "azərbaycanlıların qanı, şübhəsiz ki, əsilzadə qanıdır;
təbiətən onlar xeyirxaq, cəsur, ürəyiaçıqdırlar, əqli və mənəvi inkişafa meyllidirlər. Dövlətçilik ideyası və özü
də güclü hakimiyyətə, ənənələrə və qayda-qanuna hörməti nəzərdə tutan ideya, şübhəsiz ki, onlara xasdır.
Əsasən azərbaycanlı güclü və patriarxal-ədalətli qeyri-məhdud hakimiyyətin tərəfdaşıdır..."
10
Ürəyiaçıqlıq,
qonaqpərvərlik, "patriarxal-ədalətli" çarın qərarlarına hörmət - bu səbəbləri Rusiya tədqiqatçıları xüsusi qeyd
etmişdilər.
Ermənilərin Qafqaza böyük planlı köçürülmələri müasirin dili ilə desək, "bütün Zaqafqaziyanı qana
boyamışdı". Saray müşaviri V.F.Maevski yazırdı: "Daşnaksutyun" və ona bənzər cəmiyyətlər istər Türkiyədə,
istərsə də Qafqazda erməni xalqının əsas bəla mənbəyidir".
11
Maraqlıdır ki, "Daşnaksutyun" partiyasının
yaradıcıları və liderlərindən biri O.Kaçaznuni 1923-cü ildə yazırdı: "Qəddar taledən şikayət etmək və bizim
bədbəxtçiliyimizin səbəbinin bizdən kənarda axtarmaq acıdır - bu bizim milli psixologiyamızın xarakterik
cəhətlərindən biridir".
12
Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi XX əsrin əvvəllərində də davam edirdi. Onlar artıq istər
Qərb dövlətləri, istərsə də Rusiyanın siyasətinin əhəmiyyətli alətinə çevrilirdilər.
1.2. Azərbaycan XX əsrin əvvəllərində
1903-1905-ci illərdə Rusiya imperiyasını bürümüş iqtisadi böhran
Azərbaycan iqtisadiyyatına da ağır zərbə vurdu. Dözülməz əmək və
yaşayış şəraiti əhalinin narazılığının artmasına səbəb olurdu. XX əsrin
əvvəllərinin əsas mübarizə forması fəhlələrin mütəşəkkilliyi ilə tətillər
5
Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян и их миграция на Кавказ с Балкан. Баку, 2003, с.76-77.
6
Шавров Н.Новая угроза, с.64-66.
7
Вердиева X., Гусейнзаде Р. «Родословная» армян, с.74.
8
Вердиева X., Гусейнзаде Р. «Родословная» армян, с.114.
9
Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян, с.74.
10
Yenə orada,с.155-157.
11
Yenə orada с. 24-25.
12
Вердиева X., Гусейнзаде Р. «Родословная» армян, с.69.
9
oldu. İqtisadi tələblərlə bərabər ilk dəfə siyasi tələblər də irəli sürüldü. 1904-cü il dekabrında Bakıda neft
mədənləri fəhlələrinin tətili onların qələbəsi ilə nəticələndi. Qəzalarda kəndli çıxışları baş verir, 1905-ci ildən
başlayaraq qaçaq hərəkatı güclənirdi. Qaçaqlar kəndlilərin köməyindən istifadə edərək, zalım sahibkarların
mülklərinə hücumlar edir, bəzən hökumət idarələri və polisə basqınlar edirdilər.
1903-cü il iyulun 15-də hökumət xəfiyyələri neft mədənlərində yanğınlar törətdi. Bu isə fəhlələrə qarşı
ittiham irəli sürüb, onların üzərinə qoşun yeritməyə və fəalları həbs etməyə imkan verdi. Nəticədə bütün sonrakı
tətillər polis və qoşunlar tərəfindən dağıdıldı.
Siyasi mübarizənin güclənməsinin qarşısını almaq məqsədilə bütün vasitələrdən istifadə edən imperiya
üsul-idarəsi son vasitəyə əl atdı -ekstremist erməni təşkilatlarını dəstəkləməklə millətlərarası ədavəti qızışdırdı.
Hökumətin milli qırğın siyasətinin həyata keçirilməsində "Daşnaksutyun" erməni partiyasının xüsusi rolu var
idi. Partiya Osmanlı dövləti və Rusiya ilə mübarizədə mifik "Böyük Ermənistan" yaratmağı qarşısına məqsəd
kimi qoymuşdu. Rusiya hakim dairələri partiyanın planlarmdan xəbərdar idi, hətta daşnaklarm tobliğatına elə
uymuşdu ki, "partiyanın məqsədlərini dəstəkləyən" 45 min
ermənini gəldikləri torpaqlara - Osmanlı dövləti və İrana
köçürməyi planlaşdırırdı.
13
Açıq üsyan nəticəsində
ermənilərin Rusiya ilə Osmanlı dövləti arasında məngənəyə
düşəcəklərini anlayan daşnak liderləri Rusiyaya hücumdan
vaz keçmək və loyallıq maskası altında gizlənmək qərarını
qəbul etmişdilər. Öz növbəsində Qafqaz inzibati dairələri
ermənilərin millətçi ideyalarından istifadə etmək qərarına
gəlmişdilər.
Erməni-azərbaycanlı
münaqişəsi inqilabi
mübarizəni zəiflətməli, zərbəni rəsmi hakimiyyətdən
uzaqlaşdırmalı idi. Nəticədə erməni təbliğatının fəaliyyəti
üçün şərait yaradılmış, erməni silahlı dəstələrinin yaradılması və təşkilatlanmasına göz yumulmuşdu. Hətta
erməni liderləri ilə sıx qohumluq və maliyyə əlaqəsində olan
Qafqaz canişini İ.İ.Voronsov-Daşkov etiraf etməyə məcbur olmuşdu ki, "Qafqazda bütün mətbuat
ermənilərin əlindədir. Daşnakların özlərinin dediyinə görə, tam sər-bəstlikdən və hətta mətbuata nəzarət edən
hökumət orqanlarının himayəsindən istifadə edir".
14
V.F.Mayevski göstərirdi ki, "həqiqət ona görə yoxdur ki,
erməni müəllifləri ondan qaçırlar. Onlarda hər şey faktların şişirdilməsi üzərində qurulub. Onların bütün
fəaliyyəti ermənilərə simpatiya, türklərə antipatiya oyadan cəfəngiyatın, eşidilməmiş qəddarlıqların
uydurulmasına yönəldilib... Məhz mətbuatın sayəsində
erməni məsələsində gerçəklik elə qatı çirkabla örtüldü ki,
ondan həqiqət şuaları keçə bilmir. Erməni təbliğatçıları heç
yerdə müqavimətlə üzləşmirdilər - nə cəmiyyətdə, nə də
mətbuatda".
15
Milli ədavətin qı-zışdırılmasında erməni
ruhaniləri də iştirak etmişdilər. V.F.Mayevski yazırdı:
"Erməni ruhanilərinin dini fəaliyəti zəifdir. Bunun əvəzinə,
onlar həmişə milli ideyaların qorunması istiqamətində fəal
çalışmışlar. Ruhani liderlər "Tanrı kəlamı"nın təbliğatından
daha çox xristian və müsəlmanların milli ədavətlərinin
saxlanması üzərində çalışırdılar. Məktəblər, xüsusilə kilsə
məktəbləri bu işdə ruhanilərə fəal kömək edirdilər". V.L.Veliçko qeyd edirdi: "Əsrlər boyu və elə indi də erməni
pərakəndəliyinin mərkəzi orqanı siyasi dövlətçiliyin xüsusi formasını təşkil edən erməni teokratiyasıdır. Zahirən
bu, kilsədir, əslində isə bir çox hallarda gizli siyasi məqsədi dini məqsədlərdən üstün tutan "milli" idarədir".
1905-ci il fevralın 2-də Bakıda başlayan təxribatlar fevralın 6-10-da əsl küçə döyüşlərinə keçmişdi. Yaxşı
təşkilatlanmış və silahlanmış erməni dəstələrinin asan qələbə qazanacağından əmin olan hökumət dairələri polis
və ordunu müşahidəçi mövqedə saxlamışdılar. Lakin milli
ziyalılar
və
milli
burjuaziyanın
rəhbərliyi
ilə
azərbaycanlıların sürətlə təşkilatlanıb ciddi müqavimət
göstərməsi istər daşnaklar, istərsə də onları dəstəkləyən
dairələr üçün tam gözlənilməz olmuşdu.
16
1905-ci ilin may
və noyabr aylarında Naxçıvanda, may və iyul ay-larında
13
Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян, с.70.
14
Вердиева X., Гусейнзаде Р. «Родословная» армян, с.68
15
Маевский В.Ф. Армяно- татарская смута..., с.36.
16
Наджафов Б. Лицо врага. История армянского национализма в Закавказье в конце XIX - начале XX века. Баку, 1993, с.129-315
10
İrəvan quberniyasında, avqust ayında Şuşada baş verən döyüşlərdə polis və hərbi hissələrin daşnakların tərəfini
saxlamasına, azərbaycanlılara atəş açmasına Qafqaz hakim dairələri barmaqarası baxmışdılar. 1906-cı ilin iyun
ayında Şuşada baş vermiş yeni toqquşmalarda erməni quldur dəstələri çar hərbi hissələrinin top atəşi ilə
qorunaraq hücumlar təşkil edirdilər. Lakin azərbaycanlı zadəganlarının təşkil etdiyi dəstələr nəinki daşnakların
təcavüzünün qarşısını almış, hətta iki rus topunu ələ keçirmişdilər. İrəvan yaxınlığında Uşu, Cəbrayıl qəzasında
Qacar, Zəngəzurda Çəmənzəminli kəndlərinin sakinlərinin erməni quldurlarına və onları dəstəkləyənlərə qarşı
qəhrəmancasına mübarizəsi Azərbaycan tarixinin şanlı səhifələrindəndir.
Saray müşaviri V.F.Mayevski yazırdı: "Ermənilərin xalq qəhrəmanları barəsində bir şey eşidilibmi? Onlar
yoxdurlar. Nəyə görə? Ona görə ki, bu mübarizlər öz xalqına azadlıq gətirmir, onun cəlladları rolunu oynayırlar.
Erməni bandaları qırğınlar törədir, sonra isə gizlənirlər... Erməni - müsəlman toqquşmaları ilə bağlı şəxsən
mənə nə məlumdursa, məni belə nəticəyə gəlməyə vadar edir ki, qanlı işlər hər yerdə ermənilərin özlərinin
təşəbbüsü ilə başlayır. Bütün bu qiyamçılar vətənpərvər deyillər. Onların dinc, silahsız, heç bir təhlükə
törətməyən müsəlmanları necə soyuqqanlıqla qətlə yetirmələrinin məndə danılmaz sübutları var... Qəddarlıqlara
türklər deyil, bu qəddarlıqları uydurub onları türklərin başına yağdıran şərq xristianları qadirdirlər..." XX əsrin
əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında yeni amil meydana gəldi - milli ziyalılar amili. Siyasi
hüquqlar uğrunda mübarizə qadağa şəraitində gizli fəaliyyət göstərən partiyalar çərçivəsində birləşməyi tələb
etdi. İstər müstəmləkə siyasəti, istərsə də erməni təcavüzünə qarşı mübarizədə "Difai" və "Müdafiə"
təşkilatlarının rolu böyük idi. 1911-ci ilin oktyabrında "Müsavat" partiyası yaradıldı.
1905-1907-ci illər hadisələri göstərdi ki, XX əsrin əvvəllərinədək Azərbaycan torpaqlarını "dinc"
üsullarla zəbt edən erməni millətçiləri artıq rəsmi dairələrin dəstəyi ilə açıq silahlı təcavüzə keçirdilər. Bununla
belə, milli ziyalıların başçılığı, milli burjuaziyanın dəstəyi ilə azərbaycanlılar erməni təcavüzünün qarşısını ala
bilmişdilər.
1912-ci ildə Rusiya imperiyası Xarici İşlər Naziri S.D.Sazonov Nazirlər Kabinetindəki məruzəsində
"Rusiyanın məqsədi, nəyin bahasına olursa-olsun, türklər, kürdlər və bizim tatarlar arasında oları səddi -
Ermənistanı yaratmaqdır"
17
söyləməklə ermənilərlə bağlı plan və məqsədlərini açıqlamışdır.
Dostları ilə paylaş: |