3.4. Polkovnik L.Biçeraxovun qoĢunları
Dövrün hadisələrində müstəsna rol L.Biçeraxov və onun silahlı dəstəsinə məxsus idi. Belə ki, hələ I
Dünya müharibəsinin gedişində İran ərazisinə rus ekspedisiya korpusu yeridilmişdi
(komandir, general-mayor N.Baratov, qərargah rəisi: general-mayor Lastoçkin). Korpus
Türkiyə sərhədində fəaliyyət göstərməli və ingilislərin Mesopotamiya korpusunun arxadan
müdafiəsini təşkil etməli idi.
98
1915-1916-cı illərin əməliyyatları göstərdi ki, İranın yaşayış
az olan ərazilərində ənənəvi müharibə aparmaq çətindir və istənilən səmərəni vermir. Bu
səbəbdən korpusun tərkibindən kazaklardan ibarət iki partizan dəstəsi seçilərək düşmənin
arxasında fəaliyyət göstərmək üçün reydə göndərilmişdi (o dövrdə partizan termini düşmən
arxasına göndərilən nizami qoşunlara da şamil edilirdi). 1500- 2000 nəfər şəxsi heyəti olan
kazak reyd dəstələri geniş əməliyyatlar başladıqda düşmənin arxasında vahimə yaratmalı,
qərargahları, anbarları və digər hərbi obyektləri dağıtmalı idilər. Baratovun korpusunda iki
piyada taboru, iki drujina, 36 yüzlük kazak, 20 top var idi.
99
Reyd dəstələrindən birinə polkovnik L.Biçeraxov
başçılıq edirdi.
Mesopotamiya
ərazilərinədək
irəliləyən polkovnik L.Biçeraxovun dəstəsi
ingilis qoşunları ilə əlaqə yaratmış və elə
buradaca Rusiya imperiyası və onun
ordusunun dağılması xəbərini almışdı.
General-mayor baratovun Korpusu təxliyyə
olunmağa başladıqda bolşevik təbliğatına
uymuş
və
tamamilə
nizam-intizamı
itirmişdi. General Denstervilin yazıları
göstərir ki, yalnız İrandan çıxıb tezliklə
vətənə qayıtmaq istəyi rus hərbi hissələrini
tamamilə dağılmaqdan saxlayır, onlar
Baratov və onun zabitlərinin əmrlərini həvəssiz də olsa, yerinə yetirirdilər. Bara-tovdan fərqli olaraq
L.Biçeraxov öz dəstəsi üzərində nəzarəti tam saxlamış, təxminən 1500 nəfər kazak döyüşçüsündən ibarət olan
hissəsində inqilabi təbliğatın qarşısını ala bilmişdi. İngilislərlə əlaqə saxlamaq üçün podpolkovnik Kletterbek və
Yeni Zelandiyalı heyətlə bir radiostansiya daim Biçeraxovun dəstəsində idi.
100
Baratovun korpusu ilə Kirmanşahda birləşən Biçeraxov inqilabi təblığatın qarşısını almaq üçün korpusdan
ayrı mövqe tutmuş və ingilislərlə
96
Денстервиль, с.124.
97
Денстервиль, с. 10.
98
Корсун Н.Г. Кавказский фронт первой мировой войны, Москва, 2004, с.387.
99
Корсун. Кавказский фронт, с.388-389.
100
Денстервиль, с.16.
41
əlaqələrini genişləndirmişdi. Müstəqil şəkildə hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər qüvvəsi olmayan
ingilis komandanlığı məhz Biçeraxovun dəstəsindən istifadə etmək qərarına gəlmişdi. İngilis komandanlığının
Baratovun korpusunun ayrı-ayrı hissələrini maraqlandırıb İranda saxlamaq cəhdləri boşa çıxdı və onlar nisbətən
azsaylı, lakin intizamlı Biçeraxov dəstəsinə arxalanmağı qərarlaşdırdılar. General Denstervil yazırdı ki, "Bizim
seçimimiz yoxdur. Biçeraxov qayda-qanunu ən dəhşətli üsullarla yaradır və onun sadiq poruçiki Sovlayev kefi
istədiyi qədər günahsız insan həbs edib ki, onların arasında bəlkə bir nəfər günahkar tapıla-tapılmaya".
Artıq 1918-ci ilin martında Biçeraxovla general Denstervil arasında müqavilə imzalanmışdı. Müqavilənin
şərtlərini general Denstervil öz xatirələrində tam göstərir: Denstervil kifayət qədər qoşun toplayana qədər
Biçeraxov öz dəstəsini İrandan çıxarmır; əvəzində ingilislər ona maddi yardım göstərir; ingilislərin razılığı
olmadan Biçeraxov heç bir əməliyyat keçirmir, əks təqdirdə maliyyə yardımı kəsiləcək; Biçeraxovun ingilislər
qarşısında ilk öhdəliyi Xəzərə doğru yolları Denstervilin üzünə bağlayan inqilabçı Kiçik xanın qoşunlarını
məğlub etməkdir; İranda fəaliyyəti səmərəli olarsa, Biçeraxov Qafqazda da ingilislərin tam dəstəyini alacaq.
Denstervil hətta seçim qarşında qaldığını yazırdı: "ya kazaklar, ya da biz sonrakı işlərdən imtina etməliyik".
101
Beləliklə, ingilis qoşunlarının tərkib hissəsi və ilk dövrlərdə hətta əsas zərbə qüvvəsi olan Biçeraxovun
dəstəsi iyunun əvvəllərində Kiçik xanın qoşunlarını məğlub etdi. Məhz Biçeraxov martın 28-də Qəzvinə daxil
olmaqla şəhərin Kiçik xan tərəfindən tutulmasının qarşısını aldı.
Qafqaza girmək üçün fürsət axtaran L.Biçeraxov ingilislərin məsləhəti ilə Bakı Soveti ilə əlaqə saxladı və
bolşeviklərə öz xidmətlərini təklif etdi. Nəyin bahasına olursa-olsun Bakını türk-Azərbaycan qoşunlarına
vermək istəməyən S.Şaumyan və əlaltıları əvvəllər əksin-inqilabçı saydıqları şəxsin təklifini qəbul etdilər.
102
Halbuki bu zaman L.Biçeraxovun qardaşı Georqi Biçeraxov Mahaçqala-Dərbənd arasında bolşeviklərə qarşı
qiyam qaldırıb sovet hakimiyyəti ilə vuruşurdu.
103
Bakı Soveti doğrudan da sovet hakimiyyəti uğrunda
mübarizə aparsaydı, qatı əksinqilabçının, özü də ingilislərlə əlaqələrini gizlətməyən əksinqilabçının köməyini
qəbul etməzdi. Görünür, Bakı Sovetinin erməni liderləri sovet hakimiyyəti və onun prinsipləri ilə az
maraqlanırmışlar. Bakı Sovetinin göndərdiyi gəmilər Biçeraxovu öz dəstəsiylə Ənzəli limanından götürüb Ələt
yaxınlığında sahilə çıxarmışdı. Bu zaman Biçeraxovun 1500 kazak döyüşçüsü, məsləhətçi qismində 5 ingilis
zabiti və Kroufordun briqadasından zirehli avtomobillər qrupu (4 zirehli ingilis avtomobili) var idi. Sənədlərdə
göstərilir ki, ingilislər ona 180 milyon rubl verərək 10 min nəfərlik qoşun toplamağı tapşırsalar da, Biçeraxov,
çox böyük çətinliklə öz ətrafında 6 min nəfər cəmləşdirə bilmişdi. General Denstervil yazır ki, Biçeraxovun
dəstəsini gəmiyə mindirməzdən əvvəl "mən onu Ənzəlidə görməyə getdim və biz
gələcək birgə fəaliyyətimizlə bağlı razılığa gəldik. Bu planlara mən böyük ümid
bəsləyirəm, ancaq onlar barəsində bu kitabda susacam".
General Denstervil yazırdı ki, Biçeraxov ilk döyüşlərini Kür çayı üzərindən
salınmış Yevlax körpüsü uğrunda aparmış, lakin əməliyyatlar uğursuz olmuşdu".
Qoşunların komandanı təyin edilsə də, sol cinaha rəhbərlik etməyə göndərilən
Biçeraxov türk-Azərbaycan qoşunlarına güclü müqavimət göstərmiş, lakin Qafqaz
İslam Ordusunun cənub qoşun qrupunun (komandan polkovnik H.Səlimov) səyləri
ilə məğlub edilmişdi. Döyüşlərdə itkilər verən Biçeraxov bir zirehli avtomobil də
itirmişdi. Bunun günahını isə onu dəstəkləməli olan sovet qoşunlarında görürdü. Öz
uğursuzluqlarını onun ayağına yazmağa başlayan Bakı Soveti Biçeraxovla
münasibətləri tam pozmuş və о öz dəstəsi ilə (2000-2500 nəfər) Biləcəri stansiyasına, oradan isə Dərbəndə
getmişdi. Ehtimal ki, о bu gedişi Dərbəndi öz təsir dairəsinin şimal xətti kimi görən ingilislərlə
məsləhətləşmələrdən sonra etmişdi. İngilis qoşunları avqust ayında Bakıya girəndə Biçeraxov da bura gəlmək
istəmiş, lakin Xaçmaz-Quba-Qusar istiqamətində Azərbaycan könüllü dəstələləri ilə döyüşlərdə yubadılmış və
geri qayıtmağa məcbur olmuşdu.
104
Bakı uğrunda döyüşlərin ağır məqamlarında general Denstervil Biçeraxovu
xatırlayırdı: "Biçeraxovun digərləri üçün nümunə biləcək etibarlı, intizamlı qüvvələri bizə çox gərəkli idi. Biz
Biçeraxovsuz da fəaliyyət göstərə bilərdik, lakin belədə çox vaxt itirirdik".
1918-ci ilin sentyabrında Dərbənd və Petrovskun müdafiəsinin təşkili ilə məşğul olan Biçeraxov Bakıya
gələ bilməsə də, 500 nəfərlik bir dəstəni şəhər müdafiəçilərinin köməyinə göndərmişdi.
105
3.5. Bakı Soveti və Sentrokaspi Diktaturası
qoĢunlarının say tərkibi
101
Денстервиль, с. 17.
102
Кязымзаде Ф. Борьба за Закавказье (1917-1921) //Литературный Азербайджан, 1993, № 3-4, с.70.
103
Гражданская война. Энциклопедия, с.67.
104
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.272.
105
Денстервиль, с.118.
42
1917-ci ilin sonlarında yaradılmağa başlayan Bakı Sovetinin qırmızı qvardiyası dekabr ayında 400
nəfərdən ibarət idi. İnqilabçı fəhlə və əsgərlər hesabına 1918-ci il yanvarın əvvəllərinə qırmızı qvardiyanın sayı
3500 nəfərə çatdırıldı. Xəzər dəniz donanmasının 200-300 nəfərlik matros dəstəsi Bakı Sovetinin əsas
dayaqlarından biri sayılırdı.
106
Şəhərdə olan Rus Milli Şurası da öz silahlı dəstəsini yaratmağa çalışırdı. Bakıda
eyni zamanda erməni-daşnak qüvvələri cəmləşməkdə idi. Erməni Milli Şurası və "Daşnaksutyun" partiyasının
yerli rəhbərləri silahlı dəstələrin
yaradılmasında çox fəal idi.
107
Belə dəstələrin
təşkili və formalaşması uzun vaxt tələb
etdiyindən Rusiyadan 36-cı Türküstan atıcı alayı
göndərildi. Əksəriyyəti inqilabçı əsgərlərdən
ibarət olan alay etibarlı qüvvə hesab olunurdu,
üstəlik, onun komandir heyəti digər hərbi
hissələrin təlimatçısı rolunu oynaya bilərdi.
Hərbi hissələrin fəaliyyətini təmin etmək üçün
xüsusi mühəndis-tikinti idarəsi yaradıldı ki,
onun da tərkibində 5 tikinti dəstəsi, 4 fəhlə arteli
var idi. Toplanmış dəstələr 1-ci beynəlmiləl
alayın tərkibində cəmləşdirilirdi. 1918-ci il martın əvvəllərində S.Şaumyan Moskvaya göndərdiyi teleqramda
yazırdı kı, Bakı Sovetinin qoşunları 7 min bolşevik və 4 min erməni silahlısından ibarətdir. Tədqiqatçıların
fikrincə, burda ilk növbədə ermənilərin sayı qəsdən kiçildilmişdir. Xəzər hərbi donanmasından 200-400 matros
Bakıdakı mart hadisələrində fəal iştirak etmişdi. Müxtəlif siyasi partiya və hərəkatların, qeyri-
azərbaycanlılardan ibarət milli şuraların silahlı dəstələrinin birləşdirilməsi nəticəsində Bakı Soveti qoşunlarının
sayı 7500 nəfərə çatdırıldı. Ermənistan Respublikası Tarix İnstitutunun keçmiş direktoru akademik Hrant
Avetisyan yazırdı ki, Bakıda "Sovet hakimiyyəti uğrunda Qafqaz ordusunun dörd briqadası - 25 tabor və 18 min
qırmızı qvardiyaçı vuruşurdu; qırmızı qvardiyaçıların 70 %-i ermənilər idi". Ehtimal ki, o, milli Azərbaycan
qüvvələrinə qarşı duran bütün qüvvələri qırmızı qvardiyaçılar kimi hesablamışdır: Erməni Milli Şurasına tabe
olan dəstələr, "Daşnaksutyun" partiyasının dəstələri və s. Ədəbiyyatda qeyd olunur ki 1918-ci ilin əvvəlində
Bakıda "erməni korpusunun 4 min döyüşçüsü var idi".
Toplanmış qüvvələr 4 briqada və əlavə hissələrdən ibarət 1-ci korpus tərkibində fəaliyyət göstərməli idi.
Aprelin 20-də Erməni Milli Şurasına tabe olan hissələrin Qırmızı Orduya qatılması barədə qərar qəbul edildi.
Bu isə yeni hərbi hissələr yaratmağa imkan verdi. Bununla belə, ermənilər öz əllərində müəyyən sayda hərbi
hissə cəmləşdirməyə çalışırdılar. Aprelin 26-da İnqilabi Müdafiə Komitəsi ilə Erməni Milli Şurasının birgə
iclasında belə qərar qəbul edildi ki, 2-ci erməni ehtiyat piyada alayı ləğv edilsin, onun şəxsi heyəti Amazaspın
taboruna verilsin. Amazaspın taboru əsasında Qırmızı Ordunun 16-cı və 17-ci taborları təşkil edildi.
108
Sonralar
1918-ci il erməni vəhşiliklərini araşdırmaq üçün yaradılan fövqəladə istintaq komissiyasının sədri A.Novaski
yazırdı ki, Qubada qırğınlar törədən Amazaspın dəstəsində "iki minə yaxın adam var idi, onlara "Daşnaksutyun"
partiyasından olan ermənilər rəhbərlik edirdi".
May ayında geniş miqyaslı döyüşlərə hazırlaşan Bakı Sovetinin hərbi rəhbərliyi səfərbərliyin müddətini
uzatdı ki, yeni hərbi hissələr yaradılsın. Mayın
sonlarında Bakıda 19-cu və 20-ci taborlar
yaradıldı, Xüsusi hücum bölüyü və dəmir
bölük təşkil edildi. Nəticədə döyüşçülərin
ümumi sayı 18 min nəfərə çatdı. Bakı XKS-
nin hərbi-dəniz işləri üzrə xalq komissarı
Q.N.Korqanovun 1918-ci il mayın 22-də
RSFSR Xalq Komissarı Sovetinə göndərdiyi
məruzədə qeyd edilirdi ki, yaradılmış 19
batalyonun tərkibində 18 min döyüşçü var, 20-
ci tabor və bəzi hissələr yaradılmaqdadır.
1983-cü ildə Moskvada çap edilmiş "SSRİ-də
vətəndaş müharibəsi və hərbi intervensiya" kitabında Bakı Sovetinin qüvvələri iyunun əvvəllərinə 18 min nəfər
döyüşçü, 19 top, 3 zirehli qatar, bir neçə hidroplan, 4 kanoner gəmisi və 3 silahlı ticarət gəmisindən ibarət ordu
kimi göstərilir (Sovet Rusiyasından göndərilmiş 4 zirehli avtomobil, 13 təyyarə və 6 top çıxılmaqla).
106
Дарабади П.Г. Военные проблемы. с.92.
107
Дарабади П.Г. Военные проблемы, с.106-107.
108
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.66.
43
Bakı Fəhlə, Əsgər və Matros Deputatları Soveti İcraiyyə Komitəsinin 1918-ci il 24 may qərarı ilə Bakı və
ətraf rayonlarda "hərbi hazırlıq dərsləri icbari mütləq və ümumi" elan edildi.
Qərbə doğru irəlilədikcə bolşevik-erməni qoşunları erməni kəndlərinin sakinlərindən hərbi hissələr təşkil
edir, onların bir qismini ordu tərkibinə qatır, digər qismini isə yerli dəstələr kimi saxlayırdılar. Qaraməryərn
döyüşündə ətraf erməni kəndlərinin silahlı sakinləri də iştirak edirdi. Şamaxı və Kürdəmirdə müsəlman əhalidən
silahlar yığılır, erməni kəndlərinin əhalisi isə hərbi dəstələr şəklində toplanıb silahlandırılırdı. Şamaxı
ətrafındakı döyüşdə erməni kəndlərinin əhalisi 800 nəfərlik tabor təşkil etmişdi.
Erməni Milli Şurası və "Daşnaksutyun" partiyasının fəalları döyüş getməyən bölgələrdə də hərbi hissələr
yaratmağa çalışırdılar. Misal üçün, Gəncədə pulemyotlara malik 600 nəfərlik erməni taboru təşkil edilmişdi.
Fransanın Rusiyadakı səfiri Nulens 1918-ci il iyunun 10-da Fransa xarici işlər naziri Stefan Pişona
məruzə edirdi ki, "regionda ermənilər müttəfiqlərə sadiq qalan yeganə xalqdırlar. Ermənilər Bakı, Dərbənd və
Petrovskun sahibləridir. Onların burada qoşunları var: 10 mini təşkil olunub, 15 min nəfəri pərakəndədir. Digər
erməni qruplaşmasında 20 min nəfər var: onlar İrəvan dağlarma çəkilən Qars ordusunun qalıqlarıdır". Bu
məruzədən aydın olur ki, Qırmızı Ordudan başqa erməni dəstələri pərakəndə halda mövcud olmuş, üstəlik,
keçmiş çar ordusunun Diyarbəkir bölgəsində fəaliyyət göstərmiş hərbi hissələrindən qalan 20 minə yaxın erməni
Cənubi Qafqaza keçmişdir.
B.Şeboldayev Sovet Rusiyası hərbi-dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubunda yazırdı ki,
iyunun 10-da Bakı Sovetinin əsas zərbə qüvvəsi olan korpusda 4 atıcı briqada (12.000-13.000 süngü), 3 yüzlük
süvari, topçu və çevik qüvvələr var.
Rusiyadan əlavə qüvvələr almağa çalışan S.Şaumyan 1918-ci il iyunun 14-də V.Leninə göndərdiyi
teleqramda qeyd etmişdi ki, iyunun 10-da Hacıqabuldan yürüşə başlayan sovet qoşunlarının tərkibində on min
döyüşçü var. Rəqəmləri kiçiltməklə əlavə qüvvə almağa çalışan S.Şaumyana Rusiyadan canlı qüvvə göndərmək
qeyri-mümkün idi: vətəndaş müharibəsi cəbhələrində bolşeviklərin vəziyyəti ağır idi. Şaumyan isə vəziyyəti
düzəltmək üçün 2-3 nizami diviziya və 25 min dəst hərbi geyim istəmişdi.
1918-ci il iyunun 26-da Moskvada Ümumrusiya Hərbi Komissarlıq bürosunun təlimatçılarından birinin
Trotskinin adına yazdığı məruzəsində qeyd edilirdi ki, Bakıya böyük hərbi qüvvə göndərilməlidir; gələcəkdə 23
min nəfərlik ştatı olan diviziyanın 9 min nəfərdən ibarət əsas hissəsi Moskvada təşkil edilməli və Bakıda tam
formalaşdırılmalıdır. Diviziya iki həftə ərzində yaradılmalı idi. Bu təklif Hərbi Dəniz İşləri Xalq
Komissarlığının əməliyyat bölməsinin rəisi S.İ.Aralov tərəfindən dəstəklənsə də, icrası mümkün deyildi.
Rusiyadan canlı qüvvə sarıdan kömək gəlməyəcəyini görən S.Şaumyan yerli imkanları axtarıb-arayırdı.
1918-ci il iyunun 21-də Bakıda "dəmir dəstə", iyunun 22-də sovet taboru adlı hərbi hissə yaradılmağa başladı.
İyunun 30-da 1893-1897-ci il təvəllüdlü kişilərin hərbi mükəlləfiyyəti elan edildi. Bununla yanaşı 1900-1917-ci
illərdə hərbi xidmətdə olmuş dənizçilərin səfərbərliyi də elan edildi və onun əsasında dənizçi taboru yaradıldı.
Lakin yaradılan hərbi hissələr ştatdan aşağı say tərkibinə malik idi: siyahıya almanların cəmi 30 %-ni toplamaq
mümkün oldu.
109
S.Şaumyanın əmri ilə şəhərdə silahlı yoxlamalar keçirilir, erməni və ruslar tutularaq cəbhəyə
göndərilirdi. Başda V.F.Poluxin olmaqla 170 nəfərlik dənizçi dəstəsinin Bakıya gəlişi də vəziyyəti dəyişə
bilmədi.
Bakı Sovetinə qoşulan L.Biçeraxovun dəstəsində 1500 nəfərdən çox döyüşçü var idi.
İyulun əvvəllərində cəbhədə vəziyyətin kəskinləşməsi nəticəsində Bakı qırmızı təlimatçılar məktəbinin
şəxsi heyəti cəbhəyə göndərildi. Bu dövrdə Muğanda toplanmış 5-6 minlik silahlı qüvvəni Qafqaz İslam
Ordusuna qarşı vuruşmağa sövq etmək üçün 2 min nəfərlik qoşun göndərilmişdi. Onun tərkibi 200 nəfər rus,
300 iranlı, 1500 ermənidən ibarət idi. Lakin Sura-Qarabulaq kəndləri arasında Kür çayı üzərindəki keçidlər
uğrunda döyüşdə türk-Azərbaycan qoşunları tərəfindən məğlub edilən bu qüvvələr geri çəkildilər. İyulun 1-nə
olan vəziyyəti təsvir edən general Denstervilin qeydlərinə görə, vuruşan Qırmızı Ordunun sayı azı on minə
çatırdı.
İyulun 19-da Petrovun 780 nəfərlik dəstəsi Bakıya gəldi. Artıq iyulun 20 və 23-də Şaumyan teleqramlar
vuraraq Moskvadan yeni hərbi hissələr istədi. Bakının qeyri-türk millətlərındə millətçi-şovinist hisslər oyatmaq
üçün müxtəlif çağırışlar səsləndirilir, vərəqələr paylanır, "vəhşi Türkiyəyə qarşı", "nifrətamiz türk
zorakılıqlarına qarşı" birgə mübarizə aparmağı təbliğ edilirdi. İyulun 23-24-də Rusiyadan Bakıya silah və sursat
çatdırıldı, lakin onları paylamaq üçün qüvvə yox idi, mövcud qoşunlarda isə ruh düşkünlüyü açıq-aydın
sezilirdi. Bu səbəbdən iyulun 26-dan başlayaraq Şaumyan Lenindən təkidlə nizami hərbi hissələrin
göndərilməsini istəyirdi.
110
İyulun sonlarında Qırmızı Orduya əlavə mükəlləfiyyət elan olundu, bu dəfə 1883-1892-ci illər təvəllüdlü
kişilər orduya çağırılırdılar. Нəmçinin sosialist inqilabçı partiyaların dəstələri, çar ordusunun istefada
ehtiyatda
olan mühəndis və texniki hissələrinin zabit və əsgərləri Qırmızı Orduya cəlb olundu.
109
Кадишев А. Б. Интервенция, с.112.
110
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.242-243.
44
İyulun 26-da Bakı Soveti İcraiyyə Komitəsinin qərarı çap edildi. L.Biçeraxovun dəstəsi Qırmızı Orduya
tabe edilir, şəhərdə hərbi vəziyyət elan olunur. İyulun 28-də 1885-1892-ci illər təvəllüdlü kişilərin səfərbərliyi
elan edildi, onlar üçün hərbi xidmət müddətinin 6 ay olacağı bildirildi.
Bakı ətrafında kənd sovetləri əmək mükəlləfiyyəti tətbiq etməli idilər: əhali 50 nəfərlik dəstələr şəklində
istehkamların inşasında iştirak etməli idi.
Görülmüş tədbirlərə baxmayaraq qoşunların sayını nəinki artırmaq, heç əvvəlki sayı saxlamaq da
mümkün olmurdu. Döyüşlərdə verilən itkilər və fərarilik halları Qırmızı Ordunun sayını əhəmiyyətli şəkildə
azaltmışdı. Denikin Ordusunun generalı Lyadov yazırdı: "Qırmızı Ordu daşnak zabitlərin rəhbərliyi altında
toplaşmış vuruşmaq bacarığı olmayan erməni könüllülərindən ibarət idi. Onlar ətraf kəndləri talayır və
müsəlman kəndlilərinin nifrətini oyadırdılar. Onların cəbhədən qaçmamaqlarının səbəbi isə evlərinin uzaqda
yerləşməsi idi. Xəzər donanmasının ən yaxşı matrosları hələ mart hadisələrindən əvvəl səfərbər edilmişdi.
Donanma yalnız şəhər alverçilərindən ibarət idi, onlar da donanmaya alver və dələduzluq etmək fürsətinə görə
gəlirdilər. Qırmızı qvardiyaçılar az idi, onların şücaəti vəziyyəti dəyişə bilmirdi".
111
Ən etibarlı hissə sayılan Q.Petrovun dəstəsi ağır zərbələr alaraq böyük itkilər vermiş, 780 nəfərlik dəstədə
200 nəfərə yaxın döyüşçü qalmışdı.
İyulun 30-31-də Biçeraxov öz dəstəsini götürərək cəbhəni tərk etdi. Bakıda olduğu müddətdə Biçeraxov
Muğan və Bakının rus əhalisindən bir tabor təşkil etmiş, onu böyüdüb alaya, sonra isə briqadaya çevirmişdi. Bu
briqada Biçeraxov tərəfindən Dərbənd istiqamətinə aparılmış, sentyabr ayında dəniz yolu ilə geri qaytarılaraq
(general Denstervilin yazdığına görə, 10 pulemyotla silahlanmış təxminən 500 nəfər) Bakı uğrunda döyüşlərdə
iştirak etmişdi. Generalın yazdığına görə, onlar Biçeraxovun avqustda özü ilə apardığı bakılılar taboru idi "və
onlar sadəcə öz evlərinə qayıtdılar. Lakin onlar bizim (ingilislərin) yerli qoşunlardan daha yaxşı təlim
keçdiyindən və nizamlı olduqlarından onların yardımı bizim üçün arzu edilən idi".
İyulun sonlarında Bakı Soveti qoşunlarında vahimə dəhşət həddinə çatmışdı Q.Korqanovun teleqramları
göstərir ki, Ələtdən geri çəkilən 1600 nəfərlik dəstədə 200 nəfər qalmış, digərləri isə fərarilik etmişdilər. İyulun
sonlarında V.Leninin əmri ilə Lenin adına 1-ci İnqilab alayı Bakıya göndərildi. Rusiya Qırmızı Ordusunun ilk
hərbi dəstələrindən olan bu alay Belorusiyada fəaliyyət göstərmiş qırmızı qvardiyaçılar və partizanlardan ibarət
idi. Avqustun 14-də alay Həştərxana çatdı, lakin səhəri gün burada əksinqilabi qiyam başlandığından və qiyamı
yatırmaq üçün bu alayın istifadəsinə ehtiyac olduğundan onun Bakıya göndərilməsi yubadıldı.
Bakıda iyulun 30-dan 31-nə keçən gecə daşnak partiya liderləri və bolşevik dəstələrinin rəhbərləri
müşavirə keçirərək cəbhəyə 3000 erməni göndərilməsi barədə qərar qəbul etmişdilər. Lakin daşnak liderləri
gözləniləndən az qüvvə toplaya bildilər.
Bakı Sovetində bolşeviklərin istefası, Sentrokaspi Diktaturasının bolşeviklərdən fərqli siyasət yürüdəcəyi
barədə vədləri, ingilislərin Bakıya desant çıxarmağa hazırlaşması xəbəri fərariliyi azaltdı.
Avqustun 3-də Biçeraxovun qayıtmaq barədə Sentrokaspi Diktaturasına göndərdiyi teleqram erməni və
rus dillərində çap edilərək şəhərin hər yerinə yapışdırılmışdı. O, uğursuzluqlarını bolşevik hökumətinin ona
inamsızlığı ilə izah edir, bu qayıdışda qələbə qazanacağına söz verirdi. Lakin onun dəstəsi quru yolla
Dərbənddən Xaçmaza qədər gəlsə də, Bakıya yaxınlaşa bilmədi, çünki türk zabitlərinin Quba-Qusar bölgəsində
azərbaycanlılardan yaratdıqları hərbi hissələr bu yürüşün qarşısmı aldı.
112
Avqustun 3-də Bakı və rayonlarda səfərbərlik üzrə komissar R.Bekzadyan və komissarlığın katibi
Qukasyan əhaliyə müraciət edib kişilərin siyahıya alınmasını istədilər. Siyahıya salınanlar hərbi hissələrə
cəlb olunmalı idi. Avqustun 5-də Bakı Sovetinin bolşevik hissələri və Sentrokaspi Diktaturasının qoşunları
Qafqaz İslam Ordusuna qarşı birlikdə vuruşurdu. İtkilərin yerini doldurmaq üçün 42 yaşınadək olanların yeni
səfərbərliyi keçirildi və 1 alay formalaşdırıldı.
Avqustun 4-də ilk ingilis hərbi hissələri Bakıya gəlməyə başladı.
Sentrokaspi Diktaturasına göndərdiyi məktubların birində general Denstervil qeyd edirdi ki, Bakının
15.000 fəal şəhər müdafiəçisi var. Onların döyüş səviyyəsi aşağı olsa da, yaxşı silahlanıblar.
Lənkəranda rus əhalisindən toplanmış qüvvələr general Denstervillə əlaqə saxladı. Onların 5 min
döyüşçüsü, bir neçə topu var idi. Lənkəran ingilislərə ərzaq və 2 kiçik gəmi bağışladılar və onlardan təlimatçılar
istəyərək türk-Azərbaycan qoşunlarına qarşı vuruşmağa hazır olduqlarını bildirdilər. Xəbəri razılıqla qarşılayan
Denstervil dərhal Muğana bir neçə ingilis zabiti, həmçinin kapitan Stepanov və kapitan
Qurlandı göndərdi.
113
Lakin Qafqaz İslam Ordusunun gördüyü tədbirlər nəticəsində Muğandakı hissələr Bakıda olan hissələrlə birləşə
bilmədi.
111
Ратгаузер Э. Революция и гражданская война, с. 194.
112
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.271-272.
113
Денстервиль, с.91.
45
Avqustun 15-də Polkovnik Keyvortdan aldığı raportu şərh edən general Denstervil qeyd edir ki, "adamlar
hər birində 150 nəfərdən 500 nəfərədək hərbçi olan 22 taborda cəmləşdiriliblər." Deməli, raporta əsasən,
taborların heyətini 3300-11000 nəfər arasında hesab etmək olar.
Avqustun 27-nə hazırlanan irimiqyaslı əks-hücum planından aydın olur ki, Sentrokaspi Diktaturasının
kifayət qədər qoşunu var idi. Müdafiə mövqelərində dayanan qoşunlardan başqa bu qüvvələr hücumda iştirak
etməli idi: bir piyada alayı (8 bölük tərkibində), 7 piyada taboru (14 bölük tərkibində), 37 piyada bölüyü, bir
süvari bölüyü, 3 zirehli avtomobil. Lakin Qafqaz İslam Ordusu komandan-lığının fəaliyyəti əks-hücumu təşkil
etməyə imkan vermədi.
Şahidlərdən biri yazır ki, Bakıda zorla səfərbərlik keçirilsə də, toplanan əsgərlər rüşvətlə evlərinə
buraxılırdı. Siyahıya görə, Sentrokaspi Diktaturasının 72 min əsgəri var idi ki, onlardan da 40 mininə silah
paylanmışdı, reallıqda isə 3-4 min nəfər toplanmışdı. Osmanlı mənbələrinə əsasən, Bakıda son hücum
ərəfəsində 12.500 döyüşçü var idi.
114
Sentyabrın 14-də baş vermiş döyüşlərdə Sentrokaspi Diktaturasının 1647
əsgəri, 30 zabiti əsir götürülmüşdü.
115
Dostları ilə paylaş: |