246
qazancında d a irəliləmələr müşahidə edilmişdir. Belə ki, 1965-d ildə səhiyyə
işçilərinin əmək haqqı 74 m anat idisə, 1970-d ildə 79 m anata qalxmışdır130.
Aparılan hesablam alara görə, DQMV-nin xalq təsərrüfatında çalışan ümumi
fəhlə və qulluqçulann içərisində səhiyyə işçiləri 29,2 faiz təşkil edirdi131.
Dövlətimiz Dağlıq Qarabağın səhiyyə müəssisələrini -vaxtaşırı olaraq aü təhsilli
mütəxəssislərlə təm in edirdi. Belə ki, 1968-d il yanvar m əlumatına görə, DQMV-
nin xəstəxanalarında 20 cərrah, 58 can həkimi, 15 qadın həkimi, 30 uşaq həkimi,
5 göz həkimi, 18 yolxucu xəstəliklərə qarşı mübarizə həkimi, 3 burun-qulaq-
boğaz həkimi, 3 əsəb xəstəliklərinə qarşı mübarizə həkimi, 5 dəri zöhrəvi
xəstəlikləri həkimi, 6 rentgen həkimi, 11 ağız boşluğu, çənə və o na yaxm
orqanların həkimi, 14 diş həkimi var idi132. Aparılan hesablam alara görə, 1923-
cü ildə hər 10000 nəfərə 1,1 həkim düşürdüsə, 1940-cı ildə bu göstərici 5,1-ə,
1965-ci ildə 14,9-a, 1970-d ildə isə 15,8-ə çatmışdır. X əstəxanalarda hər 10000
nəfərə düşən çarpayıların sayı isə 1923-cü ildə 7,6, 1940-cı ildə 23,4, 1965-d ildə
9 4 ,7 ,1970-ci ildə isə artaraq 103,6-ya çatmışdır133.
İstər əhalinin həkimlərlə təminatı səviyyəsini, istərsədə çarpayılann hər 10
min nəfərə düşmə səviyyəsini tədqiq etsək görərik ki, DQM V-dəki göstəricilər
istər ümum respublika üzrə, istərsə də Naxçıvan MSSR ilə müqayisədə daha
üstün mövqeyə m alik olmuşdur. Məsələn, 1965-d ildə hər 10 min nəfərə düşən
xəstəxana çarpayılarm ın sayına görə, ümumrespublika üzrə 85,7-i Naxçıvan
MSSR üzrə 83,5 ədəd düşürdüsə, yuxarıda qeyd etdiyimiz kimi DQM V-də 94,7
ədəd çarpayı düşmüşdür. Bundan əlavə, hər 10 min nəfərə düşən orta tibb
işçilərinin sayı ümumrespublika üzrə 67,4 nəfər, Naxçıvan MSSR üzrə 57,7 nəfər,
DQMV-də isə 88,6 nəfər düşmüşdür. Bütiin ixtisaslardan olan həkimlərlə təminat
(hər 10 min nəfərə) Naxçıvan MSSR-da 12,3 nəfər, DQMV-də 14,9 nəfər idi134.
Ə w əlki illərdə olduğu kimi, 1950-1960-cı illərdə də, Azərbaycan höküməti
DQMV-nin xəstəxana və müalicə müəssisələrini hər cür avadanlıqlar və
invertarlarla təmin etmişdir. Xəstəxanalar müasir tipli cihazlarla təchiz edilmiş,
rentgen, fızioterapiya kabinləri və labarotoriyalar yaradılmışdır. Bunun nəticəsi
247
idi ki, DQM V-də yolxucu xəstəliklərin — xüsusilə qızdırma, tif, traxom a və digər
infeksion xəstəiiklərin kökü kəsilmiş, dizenteriya və brüselleoz xəstəlikləri xeyli
azalmışdır. 1950-I960-cı illərdə əhalinin sanitariya gigiyena, bilikləri artmışdı.
Vilayətdə uşaq sağlamlıq mərkəzi, uşaq sanatoriyası, uşaq bağçalan və körpələr
evi, qadın və uşaq məsləhətxanaları işləyirdi.
1950-1960-cı illərdə DQM V-də əhalinin sağlamlığımn mühafizəsində
sanatoriya kurart müalicə və istjrahət evləri mühüm rol oynayırdı. 1968-ci ildə
DQM V-də 250 yerlik 1 sanatoriya, 275 yerlik 1 müalicə və istirahət evi, 485
yerlik 1 ponsionat fəaliyyət göstərirdi. 1970-ci ildə Azərbaycanda cəmi 99
istirahət evi və sanatoriya var idi135. Şuşa şəhəri Azərbaycanın ən gözəl kurort,
turizm ehtiyatlarına malik müstəsna əhəmiyyətli sağlamlıq ocaqlarından biridir.
Hələ X IX əsrin 50-60-cı illərində Şuşa şəhərini kurort şəhərinə çevirmək
ideyası irəli sürülmüşdür. M əşhur klimatoloqlar, fıtizatorlar və mikrolioloqlar
dəniz səthindən 1403 m etr hündürlükdə yerləşən Şuşanm iqlim şəraitini, fauna və
florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli şəhərin vərəm, malyariya,
isitmə, qızdırma, göy öskürək və digər xəstəliklərə qarşı böyük müalicəvi
əhəmiyyəti olduğunu söyləmişdilər. 1854-cü ildə Şuşanın cənubunda, 18 km
aralıda Turşsu deyilən səfalı güşədə birdən-birə güclü təkanla fəvvarə vuran
mədən suyunun çıxması da alimlərin mülahizələrini doğrultdu. Ürək-damar
sistemini, mədə və bağırsaqların fəaliyyətini tənzim edən bu suyun müxtəlif
növlərindən istifadə olunm aq məqsədilə həmin yerdə müalicə otaqlarm dan, su
kanallarından ibarət ham am tikildi. Bu cür suyun sorağını alanlar yaz-yay
aylarında Şuşaya gəlir və tibb işçilərinin nəzarəti altmda müalicə olunurdular.
Dirlik, sağlamlıq çeşməsi olan Turşsuda hər il yüzlərlə xəstə sayılıb şəfa tapırdı.
Vaxtilə Şuşanı gəzən xalq şairi Səməd Vurğun Şuşanın şərəfli tarixindən söz
açaraq yazırdı ki, “Şuşa təkcə öz füsünkar təbiəti ilə deyil, həm də poetik və
musiqi mədəniyyəti ilə şöhrət qazanmışdır. Şuşa Qafqazm sənət məbədi,
Azərbaycan musiqisinin beşiyi olmuşdur”.
248
Çox təssüflə qeyd etməliyik ki, gözəl iqlimə malik kurort şəhəri olan Şuşa
1920-1950-ci illərdə erməni vandalları tərəfmdən dağıdılmış və yaddaşlardan
silinməyə cəhdlər göstərilmişdir.
Azərbaycan höküməti 10 sentyabr 1968-ci ildə “Şuşa şəhərində kurort
kompleksini inkişaf etdirmək tədbirləri haqqında” ■
q əran Şuşa kurortunun
inkişafı üçün əhəmiyyətə malik oldu 136. Şuşanın ümumittifaq əhəmiyyətli
sanatoriyaya çevrilməsi işi ümumilli liderimiz H.Ə.Əliyevin adı ilə bağlıdır.
Burada sağlamlıq ocaqları, istirahət evləri, çoxmərtəbəli yaşayış binaları inşa
edilmiş və növbədə 650-700 adam dinjəlmişdir. Şuşanın havasını İsveçrənin
“Davos” kurortu ilə müqayisə edənlər yanılmırlar, çünki Şuşanm havası və suyu
xroniki bronxit, yuxarı tənəffüs yollarının katarı, ağ ciyər enfiziomasmm
başlanğıc forması, bronxial astmanın başlanğıc forması, pleverit, qan azlığı, əsəb
xəstəlikləri, çox yorğunluq, kəskin infeksion xəstəlikləri və başqa xəstəliklərin
müalicəsi üçün əhəmiyyətə malik idi. Şuşada çox böyük müalicəvi əhəmiyyəti
Turşsu ilə yanaşı, yel xəstəliklərinin dərmanı olän “Dəmirsu”, “Köhnə şir”
dağımn ətəyində “Xəlfəli” çayla “Sarı baba” bulağmın qovuşduğu yerdə mədə-
bağırsaq xəstəliklərinin dərmanı “Şirlan suyu” və başqa kaliumlu-karbonatlı
bulaqlar da vardır. Çox təssüflər olsun ki, zəngin və tayı bərabəri olmayan,
kurort turizm ehtiyatlarına malik Şuşa şəhəri 1992-ci ildə erməni faşistləri
tərəfmdən ələ keçirilmiş, tarixi abidələrimiz dağıdılmış, yandırılmış, Şuşanı
təmiz, səfalı dağ havası, meşələri müalicəvi əhəmiyyətli mineral bulaqları,
mənzərəli alp çəmənlikləri bir qrup gəlmə ermənilərin yaşayış kurort mərkəzinə
çevrilmişdir137.
Azərbaycan hökümətinin 1950-1960-cı illərində DQM V-də əhalinin kütləvi
istirahət zonalarm dan düzgün istifädə etməsi üçün şərait yaratması, vaxtında
yolxucu xəstəliklərin qarşısmı alması, Vilayətin əhalisinə lazım olan səviyyədə
müalicəvi əhəmiyyəti dərman və tibb məmulatları ilə təmin etməsi, səhiyyə
idarələri şəbəkələrinin genişləndirmək üçün ilbəil vəsaitin miqdarını artırması və
sair tədbirlər həyata keçirməsi ölüm hallarımn azalmasma, uzunömürlülüyə
249
səbəb olmuşdur. 1960-cı il məlumatına görə, DQMV-də 85-89 yaşında olanlar
996 nəfər, 90-99 yaşında olanlar 708 nəfər, 100 yaşa yaxın və yüzü keçənlər isə
188 nəfər olm uşdu138. 1970-ci il məlumatında isə yuxarıdakı göstəricilər təxminən
20-30 faiz artm ışdır. Məsələn, 1970-ci il məlumatma görə təkcə yaşı 100-ü
keçənlərin sayı 239 nəfəri keçmişdir. Uzunömürlülərin 70 faizindən çoxu
qadm ların üzərinə düşmüşdür139.
1970-ci il m əlumatına görə, Azərbaycanda orta ömür 72 il olmuşdursa, bu
göstərici respublikamızın ən səfalı güşələrindən biri olan DQM V-də 75 ilə
çatm ışdır140. DQMV-dən uzunömürlülərin çoxu dağlıq və dağətəyi ərazilərdə
gözəl havası, suyu olan kəndlərdə yaşamışlar. Məsələn, Tuğ, Çapar, Ksabed,
M etistağlar, Azıx və başqa kəndlərdə uzunömürlülər daha çox sayda idi. Yer
üzərində əsrarəngiz təbiətinə görə tayı bərabəri olmayan Şuşa şəhərində 1950-
1960-cı illərdə yaşı 100-ü keçənlərin sayı 20 nəfər qeydə alınmışdır. Bunlara misal
olaraq, 133 yaşlı Səlim Hüseynovun, 109 yaşlı Zəhra Cabbarovanı, 138 yaşlı
Zərifə Quliyevanı və başqalarmı göstərə bilərik141. DQMV-nin hər kəndində,
qəsəbəsində uzunömürlüllərə rast gəlmək mümkündür. Uzunömürlülüyün sayına
görə, Dağlıq Qarabağ, nəinki, Azərbaycanda hətta Şərq ölkələrində və dünyada
məşhurdur, Məsələn, 1950-1970-d illər statistik məiumatlarına istinadən deyə
bilərik ki, keçmiş SSRi-də yaşı 100 və 100-dən yuxarı olanların sayı hər 100 min
nəfərə 10-12 nəfər, o cümlədən, Ukraynada
6 nəfər, Belarusiyada 13,
Özbəkistanda
10,
RSFSR-də
8,
Qazaxıstanda
10,
Gürcüstanda
51,
Azərbaycanda 84, Azərbaycanm DQMV-də isə 144 nəfər təşkil etmişdir. İnkişaf
etmiş dünya dövlətlərindən ABŞ-da bu göstərici 1,5 nəfər, Fransada 0,7 nəfər,
İngiltərədə 0,6 nəfər təşkil etmişdir142. Statistik məlumatlardan göründüyü kimi,
yer üzərində uzun ömürlülüyünə görə Azərbaycanm Dağlıq Q arabağ bölgəsi öndə
dayanmışdır. Keçmiş SSRİ m əkanm da isə Azərbaycan SSR-in DQM V birinci
yerdə idi. Bütün bunlar xain qonşularımızın diqqətindən yayınmamışdır. Vaxtilə
dünyanm müxtəlif dövlətlərindən Azərbaycana köçürülən ermənilərin Dağlıq
Qarabağı yaşayı yeri kimi seçməyi təsadüfi hadisə deyildi. Əlbəttə, bölgənin
yeraltı və yerüstü təbii sərvətləri, saf suyu, təmiz havası, çıxılmaz meşəlikləri, min
bir dərdin dərmanı olan meyvə bağları, sərin bulaqları — zəngin flora və faunası
bütün tarixi dövrlərdə məkirli və bic, bir qrup gəlmə ermənilərin ərazi iddalarına
səbəb olmuşdur. Acgöz və bədniyyət qonşularımız müvəqqəti də olsa XX əsrin
80-cı illərinin axırı, 90-cı illərin əvvəllərində Azərbaycanm qədim yaşayış
məskəni, gözəl səfa güşəsini işğal etdilər. İşğal edilmiş ərazilərimizdəki təbii
sərvətlərimiz qəddarlıqla xarici dövlətlərə və Ermənistana daşınır.
DQM V-də insanların sağlamlığının möhkəmlənməsində, onların əmək
qabiliyyətinin saxlanılmasmda bədən tərbiyəsi hərəkatı mühüm rol oynayır.
Azərbaycan höküməti başqa sahələrdə olduğu kimi, DQM V-də bədən tərbiyəsi
və idmanı inkişaf etdirmək məqsədilə 1950-1960-cı illərdə xeyli m iqdarda vəsait
ayırdı və həmin vəsaitin həcmini ildən-ilə artırdı. Belə ki, həmin məqsədlə
DQM V-nə Azərbaycan höküməti 1961-ci ildə 20980 m anat vəsait ayrılmışdırsa,
1965-ci ildə bu rəqəm 27779 m anata, 1970-ci ildə isə 1,6 dəfə artaraq 34300
m anata qalxmışdır143. Sonrakı illərdə, bu artım, davam etdirilmişdir. Azərbaycan
hökümətinin ayırdığı vəsait hesabma Dağlıq Qarabağda idman qurğuları və
binalarm şəbəkəsi genişləndirildi. 1966-1970-ci illərdə Şuşa şəhərində 28, Ağdərə
rayonlannda 20, Xocavənd rayonunda 22, H adrut rayonunda 20 idman zalı və
meydança tikilib Dağlıq Qarabağ sakinlərinin istifadəsinə verildi144. Bəhs
etdiyimiz dövrdə, Xankəndi şəhərində 15 min nəfərlik stadion, “dinam o” idman
kompleksi və digər idman qurğuları tikilib şəhər sakinlərinin istifadəsinə verildi.
D ekabr 1970-ci il məlumatına görə, DQMV-i ərazisində 43 fudbol meydançası,
277-i voleybol, tennis bosketbol meydançaları fəaliyyət göstərirdi145. Azərbaycan
höküməti Dağlıq Q arabağda yaradılmış idman mərkəzini idman qurğuları,
lazımı avadanhqlarla təmin edirdi.
1950-1960-cı illərdə Dağlıq Qarabağda bədən tərbiyə və idmanın inkişafı
üçün bədən tərbiyəsi və idm an kollektivləri yaradılması işi ildən-ilə
genişləndirilmişdi. Məsələn, 1960-cı ildə 12 min 445 idmançmı birləşdirən 172-i
bədən tərbiyəsi və idm an kollektivi var idisə, 1965-d ildə 18 min 615 idmançmı
251
birləşdirən 210 bədən tərbiyəsi kollektivi, 1970-ci ildə isə 24896 idmançmı
birləşdirən 317 bədən tərbiyəsi və idman kollektivi yaradılmışdır146. 1950-1960-cı
illərdə DQMV-də əhalinin 18 faizindən çoxu bədən tərbiyəsi və idmanla məşğul
olmuşlar.
Azərbaycan höküməti Dağlıq Q arabağda bədən tərbiyə və idman inkişaf
etdirmək üçün 1960-cı ildə 56, 1970-ci ildə isə 96 ali və orta ixtisas təhsilli bədən
tərbiyəsi və idman mütəxəssisi göndərilmişdi146. Bədən tərbiyəsi və idman
sahəsində məşğul olan işçilər aylıq əmək haqqı 1965-ci ildə 74 m anat, 1970-ci ildə
isə artırılaraq 79 m anata çatmışdı147. Dağlıq Q arabağ M uxtar Vilayətində
idman oyunları, yarışlar və sportagiadalar, bədən tərbiyəsi hərəkatının geniş
yayılması böyük əhəmiyyət kəsb edirdi. DQMV-də bədən tərbiyə və idmanın
inkişafı üçün könüllü idman cəmiyyəti minlərlə oğlan və qız arasında müntəzəm
idman işi aparırdılar. Bununla yanaşı, Dağlıq Qarabağm pioner düşərgələrində,
əmək və istirahət düşərgələrində, idman tipli düşərgələrində bədən tərbiyəsi və
idman yarışları keçirilir və burada yaşayan gənc nəslin sağlamhğmm qorunması
üçün böyük əhəmiyyətə malik olurdu. Dağhq Q arabağ idmançıları rayonlar
arası, respublika və ittifaq yarışlannda iştirak edirdilər. 1971-ci ildə DQMV-də
32 nəfər idmançı yanşlarda göstərdikləri yüksək nəticələrə görə, birinci dərəcəli
idmançı, 3550 nəfər idmançı isə göstərdikləri nəticələrdən aslı olaraq II və III
dərəjəli idmançı və “gənc idmançı” adına layiq görülmüşlər148.
Beləliklə, 1950-1960-cı illərdə Azərbaycan hökümətinin həyata keçirdiyi
kompleks tədbirlər nəticəsində, DQMV-də milliyətcə erməni əhalisinin maddi
rifah halınm yüksəlməsi təmin olunmuş və onların əmək, məişət şəraiti
yaxşılaşmışdır. Azərbaycan DQM V ərazisində məskunlaşan ermənilərin maddi
rifah halı və məişət şəraiti, istər ümumrespublika şəxsiyyətindən, istərsə də
Naxçıvan M SSR və digər rayonlardan dəfələrlə yüksəkdə dayanmışdır. Aparılan
hesablam alara görə, 1960-cı ildən 1970-ci ilin əvvəllərinədək olan dövrda
adam başına düşən məhsul istehsalınm həcmi ümumrespublika üzrə 140,5 faiz,
DQM V-də 250 faiz artmışdır. Həmçinin, sənaye məhsulları istehlakçmm həcmi
252
ümumrespublika üzrə 229 faiz, DQMV-də 281 faiz, kapital xərcmin artım həcmi
ümumrespublika üzrə 219 faiz, DQM V-də 417 faiz, ticarət m al dövriyyəsinin
həcmi ümumrespublika üzrə 240 faiz, DQMV-də 279 faiz, məişət xidməti işi
ümumrespublika üzrə 540 faiz, DQMV-də 550 faiz artım olm uşdur149.
Bunanla yanaşı, Dağlıq Q arabağda azərbaycanlılar yaşayan kəndlərə
erməni rəhbərliyi tərəfındən ögey münasibət göstərilmiş, demək olar ki, heç bir
kənddə sosial obyekt tikilməmiş, nəticədə onlarla müsəlman kəndləri boşalıb,
doğulmışdı. 1950-1960-cı illərdə Dağlıq Qarabağda yaşayan Azərbaycanlılarm
maddi həyat tərzi aşağı səviyyədə qalmaqda davam edirdi. Onların əldə etdiyi
məvacib dolanışığm minumum həddindən aşağı idi.
253
XIFƏSİL
DAĞLIQ QARABAĞ MUXTAR VtLAYƏTİNDƏ MƏDƏNİ Y Y ƏTİN
İNKİŞAFl TƏHSİL, MƏDƏNİ-MAARİF VƏ MƏTBUAT
(XX YÜZİLLİYİN 50-60-CIİLLƏRİ).
Sovet Rıısiyası Azərbaycanda öz hakimlik mövqeyini daim saxlamaq
məqsədilə süni sürətdə 1923rcü ildə “Dağlıq Qarabağ M uxtar Vilayəti”nin
təşkilinə nail oldu. Bu “xəyanətkar səxavətlilik” Azərbaycanm Milli mənafeyinə,
Vətənin gələcəyinə ciddi, ağır ziyan vuran bağışlanılmaz cinayət idi. Çünki
Muxtar Vilayət yarandığı gündən özünü Azərbaycanın qanunlarm a tabe
olmayan dövlət içərisində dövlət kimı aparırdı. Həmçinin, Ermənistan və onu
himayə edən qüw ələr “Qarabağ kartı”ndan öz məqsədləri üçün istifadə etməyə
şərait yaratdı. Bütün XX yüzillik ərzində Qarabağı Ermənıstana birləşdirməyə
cəhd edən ermənilər faktları saxtalaşdıraraq ictimai rəyi öz tərəfmə çəkmək
məqsədilə əzabkeş obrazmdan çıxış edərək pis yaşadıqlanndan şikayət etməyə və
Azərbaycan höküməti tərəfindən erməni kəndlərinə biganəlik göstərilməsi kimi
böhtançt fıkirlər yaymağa başladılar. Halbuki, tarixi faktlar rəhimsiz ermənilərin
tamamilə yalan və böhtan dediklərini sübut edir. Bu gün kimliyindən asılı
olmayaraq, hər bir Azərbaycan ziyalısı yaramazların saxta mülahizələrinə biganə
qalmamalı, mötəbər tarixi mənbələrə əsaslanaraq əsl həqiqəti oxucuların
nəzərinə çatdırmalıdır. XX yüzilliyin hansı dövrünə müraciət etsək Azərbaycan
hökümətinin, Azərbaycanm başqa əraziləri ilə müqayisədə DQMV-nə üstün
münasibətinin şahidi olur, Dağlıq Qarabağ rəhbərliyinin isə bölgədə
azərbaycanlılar yaşayan kəndlərə məqsədli şəkildə biganəlik, laqeyid niünasibət
bəslədiklərini görürük. 1950-1960-cı illər Azərbaycan SSR DQMV-nin mədəni
quruculuq tarixini nəzərdən keçirməklə bir daha yuxanda dediklərimizin şahidi
olarıq: M üharibədən sonrakı illərdə Sovet höküməti kommunist ideologiyasının
hakim mövqe tutması siyasətini davam etdirirdi. İnsanlarm şüuruna sosializm
cəmiyyətinin ədalətli, xalqm azadlıq və səadətini təmin edən, millətlər arasında
254
dostluq və qardaşlığın qarantı olması ideyası yeridilirdi. Həmin ideyaların həyata
keçirilməsində m əktəblər əsas rol oynayırdı. Bu dövrdə təhsil sahəsində qarşıdakı
ən
başlıca
vəzifələr
xalq
maarifi
şəbəkəsinin
tədris-maddi
bazasmı
m öhkamləndirmək, məktəbləri pedaqoji kadrlarla təmin etmək, təlim-tərbiyə
sistemini yaxşılaşdırm aq və tədrisin səviyyəsini yüksəltmək üçün əməli tədbirlərin
həyata keçirilməsi müəyyən edildi. Belə ki, DQMV m aarif şöbəsinin 24 mart
1965-ci il tarixli “DQM V -nin məktəblərini pedaqoci kadrlarla təmin etmək və
xalq maarifi şəbəkəsinin tədris-maddi bazasını möhkəmləndirmək tədbirləri
haqqında” qərarı qəbul edildi. Təkcə, 1965-ci ildə Azərbaycan höküməti
tərəfmdən D QM V-nin xalq təhsili müəssisələrinin təmirinə 181 min manat
məktəblərin tədris texniki vasitələrilə təmin olunmasına 70 min manat,
laboratoriyalarına və kitabxanalarına 82 min m anat vəsait ayrıldı. Sonrakı
dövrlərdə Azərbaycan höküməti DQMV-də maarifın inkişafına qoyulan vəsaitin
miqdarmı artırdı. Belə ki, 1930-cü ildə DQMV-nin xalq maarifınə ümumi
vəsaitin 38,5 faizi ayrılmışdırsa, 1950-ci ildə bu rəqəm 63,7 faizə (4078 min)
qalxmışdı. 1967/1968-ci tədris ilində ayrılan vəsaitin həcmi təxminən 2 dəfədən
çox artaraq 9 milyon 625 min m anata çatmışdır. Bu Naxçıvan M uxtar
Respublikası maarifinə ayrılan vəsaitdən 25 faiz çox dem ək idi. Nəticədə,
bölgədə tədris-tərbiyə müəssisələrinin şəbəkəsi tədricən genişlənir, şagirdlərin
sayı artırdı. Belə ki, 1940-1960-cı illərdə DQMV-də 19 yeni m əktəb tikilib
istifadəyə verildi. Bəhs edilən illərdə, müəllimlərin sayı 1696-dan 3030-a çatdı,
şagirdlərin sayı isə 40766-dan 36974-ə qədər azaldı. Azərbaycan SSR DQM V-də
1940-1960-cı illərdə ümumtəhsil məktəblərinin, orada dərs deyən müəllimlərin və
şagirdlərin artım dinamikasını aşağıdakı cədvəldən də aydın görm ək olar:
Müharibədən sonrakı dövrdə Azərbaycan SSR DQM V -də, başqa
sahələrdə olduğu kimi, mədəni-maarif və m ətbuatın inkişafm da da çox böyük
tərəqqi müşahidə edilmişdir.
1950-1960-cı illərdə Azərbaycan hökuməti DQ M V -də m ədəni-m aarif
müəssisələrini inkişaf etdirmək üçün bütün lazımi tədbirləri həyata keçirirdi.
255
Mədəni-maarif müəssisələri içərisində kitabxanalar, əwəlki illərdə olduğu kimi,
bəhs etdiyimiz dövrdə də, Azərbaycan hökümətinin xüsusi diqqət mərkəzində
olmuşdur. Belə ki, 1950-ci ildə Azərbaycan höküməti DQMV-də kitabxanaların
komplektləşdirilməsi üçün 166 min m anat vəsait ayırdı23. 1953-cü ildə isə
Azərbaycan höküməti DQMV-in İcraiyyə Komitəsi
nəzdində mədəniyyət
idarəsi təşkil etdi. Həmçinin, yeni kitabxana binalarınm tikilməsi, mövcud
kitabxana binalarının əsaslı təmjr edilməsi və Vilayətdəki kitabxanalarm maddi-
texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 632 min m anat vəsait ayırdı24.
Kitabxana işçilərinin ixtisasını artırmaq üçün Şuşa şəhərində ixtisasartırma
kursu təşkil edildi. Təkcə 1958-ci ildə M.Qorki adına Vilayət kitabxanasmın
maddi-texniki bazasmın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Mədəniyyət
Nazirliyi tərəfindən 186 min m anat pul ayrılmışdır25. Bölgəni ixtisaslı kadrlarla
təmin etmək məqsədilə 1958-ci ildə DQMV-ə Bakıdan 4 ali təhsilli mütəxəssis
göndərildi26. 1960-1962-ci illərdə Vilayətdə kitabxana xidməti ilə təmin
olunmayan kənd və qəsəbələrdə yeni
müstəqil kitabxanaların və səyyar
fondların təşkili, fəaliyyətdə olan kitabxanalann yeni ədəbiyyatla təmin edilməsi,
kitabxanalarm yeni bina, avadanhq və bəzi texniki vasitələrlə təchizi sahəsində
böyük işlər görüldü. Azərbaycan hökümətinin gördüyü bütün bu və ya digər
tədbirlər öz müsbət nəticəsini verdi. Belə ki, DQMV-də 1940-cı ildə 66 müstəqil
kitabxana var idisə, 1950-ci ildə onlarm sayı 160-a, 1967-ci ildə isə 187-yə
çatmışdı27. Həmçinin həmin kitabxanalarda olan kitab fondu 1940-cı ildə 54
min, 1950-ci ildə 150 min, 1960-cı ildə 857 min, 1970-ci ildə isə 1157 min nüsxəyə
çatdı28.
Aparılan tədqiqatlar nəticəsində məlum olur
ki,
DQMV
istər
kitabxanaların sayma görə, istərsə də kitab fondu cəhətdən ümumrespublika
səviyyəsindən çox böyük üstünlüyə malik olmuşdur. Məsələn, 1961-ci il yanvar
məlumatma görə Naxçıvan MSSR-da 135, A starada 20, Bərdədə 27, Saatlıda 22,
Mingəçevirdə 18 kitabxana olduğu halda, DQMV-də bu göstərici 166-ya bərabər
idi29. Bu vaxt Bakı şəhərində 172 kitabxana fəaliyyət göstərirdi30. Həmçinin,
256
kitab fondunda da bu üstün mövqe Vilayətdə mövcud olmuşdur. Belə ki, həmin
ildə kitab fondu Naxçıvanda 596 min nüsxə olduğu halda, DQM V-də 857 min
nüsxəyə bərabər idi31. Bu vaxt Bərdədə 128 min, Ağcabədidə 169 min,
Mingəçevirdə 103 min kitab oxucuların istifadəsində olm uşdur32. Bütün bunlar
Azərbaycan hökümətinin Vilayətə göstərdiyi diqqət və qayğının nəticəsi idi.
Tədqiqatlar nəticəsində həm də bir acı həqiqət aşkarlanm ışdır ki, Dağlıq
Q arab a ğ
rəhbərliyinin diktəsi ilə Bakıdan alınan kitablär Ermənistan SSR-nin
M yasnikov
adm a kitabxanasm a verilir və oradan erməni dilində kitablar
ahnırdı.
Həmin kitablarda isə xalqımızm, Qarabağm tarixi haqqında təhrif
olunm uş
şəkildə materiallar verilmişdir. Bununla yanaşı, bəhs etdiyimiz dövrdə,
Vilayətin erməni rəhbərliyi azərbaycanlılar yaşayan kəndlərə biganə münasibət
göstərmişdi. Belə ki, 1951-ci ildə Vilayətin H adrut rayonunda 48, Xocavənd
rayonunda 47, X ankəndi rayonunda 50, Ağdərə rayonunda 50 kitabxana olduğu
halda, Şuşada cəmi 8 kitabxana fəaliyyət göstərirdi33. Xankəndi rayonunun
ermənilər
yaşayan
kəndlərində
mədəni-maarif
müəssisələri
(xüsusilə
kitabxanalar) olduğu halda, həmin rayonun azərbaycanlılar yaşayan 10
kəndindən yalnız ikisində (Kərkicahan və K osalarda) kitabxana var idi. Başqa
kəndlərin heç birində mədəni-maarif müəssisələri yox idi. Hələ bu azmış kimi
Vilayətin azərbaycanlılar yaşayan kəndlərinin kitabxanalarındakı, onsuzda az
olan kitabların, demək olar ki, 10 faizi Azərbaycan dilində, 70 faizi erməni
dilində, 20 faizi rus dilində idi34. Məkirli siyasət sahiblərinin xalqımıza qarşı bu
cür “səxavətliliyi” sonrakı dövrlərdə də davam etdirilmişdir.
M ədəni-m aarif işinin ən kütləvi vasitələrindən biri də kino idi. Azərbaycan
hökuməti 1950-1960-cı illərdə DQMV-də klublarm şəbəkəsinin genişləndirilməsi
üçün xeyli vəsait ayırmışdır. Məsələn, 1950-ci ildə bu sahəyə 393 min manat
vəsait aynlm ışdırsa, ildən-ilə həmin vəsait artırılaraq 1960-cı ildə 2 milyon 174
min m anata, 1968-ci ildə 3 milyon 619 m anata çatmışdır35. Nəticədə, Vilayətdə
klubların sayı xeyli artmışdır. 1927-ci ildə burada 28 klub, 1940-cı ildə 151 klub
var idisə, artıq 1968-ci ilin yanvarında DQM V-də 190 klub fəaliyyət göstərirdi36.
Dostları ilə paylaş: |