16980
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
AA.BAKIXANOV ADINA TARİX İNSTİTUTU
NAZİM MƏMMƏDOV
AZƏRBAYCAN SSR-İN DAĞLIQ QARABAĞ
MUXTAR VİLAYƏTİNDƏ İCTİMAİ-SİYASİ
HƏYAT, İQTİSADİ VƏ MƏDƏNİ İNİKİŞAF
(1923-1991)
BAKI-2008
Azarbayt m Hespublikası Prezidentinin
jşlər İdarəsi
PRE7İDENT KİTABXANASI
S7
Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix
Insitutu Elmi Şurasının 17.03.2008-ci il tarixli qərarı ilə çap
olunur.
Elmi redaktru: t.e.d. Q.Ə.Hacıyev
Rəyçilər: tarix elmləri doktoru, professor O.B.SuItan-
ov,
t.e..d., professor S.A.Məmmədov, t.e.d., professor
A.B.Baxşəliyev, t.e.d., professor İ.X.Zeynalov, t.e.d.
Ə.M.Məmmədov,
t.e.n., dos. R.C.tmanov, t.e.n., a.e.i.
A.İ.Ələkbərov
Texniki redaktor: Ə.X.Mustafayev
Korrektor: B.K.Həsənov
Kompüter dizayn və tərtibatı: R.R.Baxışova
Məmmədov Nazim Rəhbər oğiu. Azərbaycan SSR-in
Dağlıq Qarabağ Muxtar Vüayətində ictimai-siyasi həyat iq-
tisadi və mədəni inkişaf (1923-1991). Bakı. Təhsil NPM,
2008, 568 səh.
Kitabda Azərbaycamn DQMV-nin 1923-1991-ci illər
tarixi tədqiq edilmişdir. Əsərdə Dağlıq Qarabağda sovet
rejiminin qurulması, kommunst ideologiyası və inzibati-
amirlik sisteminin formalaşdırılması, ermənilərin müxtəlif
dövrlərdə Azərbaycana qarşı torpaq iddiaları və təcavüzü,
1970-1985-ci
illərdə
Azərbaycanda
idarəçiliyin
güc-
ləndirilməsi,
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ
münaqişəsi şərh olunur.
„ 0033175
M
-------------- 2008.
700122
© Məmmədov N.R.
© «Təhsil» NPM, 2008.
GİRtŞ
1991-ci ildə Şimali Azərbaycan dövləti öz müstəqilliyini yenidən
bərpa etdikdən sonra başqa sahələrdə olduğu kimi cəmiyyətin mədəni və
mənəvi həyatında da mühüm dəyişikliklər baş verdi. Erməni işğalçılan
tərəfindən minlərlə sosial-mədəni obyektlərin məhv edüməsinə, postsovet
respublikalan ilə mədəni əlaqələrin zəifləməsinə və bir çox sahələrdə tam
qırılmasına,
vəsait
çatışmamazhqlanna,
təxribatçılann
törətdiyi
çətinliklərə baxmayaraq elm, təhsil, ədəbiyyat, incəsənət, kötləvi
informasiya vasitələri inkişaf etməyə başladı.
Xüsusilə,
X X
yüzilliyin 90-cı
illərinin
ikinci
yansından
Azərbaycanda yaradıcı ziyalılarımız üçün sərbəst düşüncə və iş şəraiti
yaradılmış,
milli-mənəvi sərvətlərimizin tədqiqi və
təbliği, tarixi
araşdırmalar geniş vüsət almışdır.
Azərbaycanm 70 illik sovet dövrünə çox düzgün qiymət verən
tanmmış dünya siyasətçisi H.Ə.Əliyev «Yeni 2001-ci il, yeni əsr və üçüncü
minillik
münasibətilə
Azərbaycan
xalqma
müraciəti»ndə
böyük
uzaqgörənliklə tarixçi alimlərimiz qarşısında mühüm vəzifələr durduğunu
qeyd edərək göstərmişdir ki, «1922-1991-ci illər Azərbaycanda sovet
hakimiyyətinin
qurulması və 70 il ərzində Azərbaycanm sovet
hakimiyyəti, sovet dövləti çərçivəsində yaşaması dövrünü əhatə edir. Bu
illərdə Azərbaycanda çox zəngin iqtisadi və intellektual potensial
yaranm ışdı.... 1920-1991-ci illərdə Azərbaycanm iqtisadiyyatı ilə yanaşı
təhsil, elmi, və mədəniyyəti də böyük inkişaf yolu keçm işdir... Azərbaycan
xalqınm keçib getdiyi yol yenüməz, zəngin, mərdanə bir qəhrəmanhq
tarixidir... Müstəqü dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçi-
rilməsi, tariximizin bir çox qaranhq səhifələrini dərindən tədqiq edib
açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri üə bağh yeni
təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir». Bu baxundan
3
Azərbaycan tarixinin tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar
Vilayətinin zəngin, unudulmuş, təhrif olunmuş, ziddiyyətlərlə dolu olan
1923-1991-ci illər tarixinin tədqiqi bu gün son dərəcə əhəmiyyətli və
olduqca zəruridir. Dağlıq Qarabağm tarixini zəruriləşdirən ilkin amil
Azərbaycamn bu qədim diyarınm müvəqqəti olaraq erməni vandallan
tərəfindən ələ keçirilməsi və erməni diasporu tərəfindən şantaj, şovinizm,
saxta siyasətinə məruz qalması ilə bağlıdır. Son dövrlər isə bu siyasətə bir
terror da əlavə edilmiş və
bütün dünya üçün təhlükəyə çevrilmişdir.
Mövcud vəziyyəti obyektiv tədqiq etməklə «qonşularımız»ın kimliyini
dünya ictimaiyyətinə çatdırmalı və bütün dünyanı təhlükəli erməni
terrorundan xilas etməliyik. :DQMV-nin 1923-1991-ci illər tarixinin
tədqiqini zəruriləşdirən amillərdən biri də, sovet hakimiyyəti illərində
mərkəzin planı əsasmda erməni separatçılanmn Dağlıq Qarabağı
Azərbaycandan qoparmaq cəhdləri və bunun xalqımız üçün törətdiyi ağır
nəticələrini, Vilayətdə sosial iqtisadi və mədəni inkişafın mərhələlərini
öyrəmnək, bu istiqamətdə Azərbaycan dövlətinin humanist siyasətinin
ermənilər tərəfindən saxtalaşdınlması cəhdlərinin açılması, DQM V-nin
sosial-iqtisadi geriliyi barədə ortaya atılan tezisin əsassız olduğunu arxiv
sənədləri, tarixi mənbələr, faktlar, dövrü mətbuat və digər materiallar
əsasmda sübut etməkdən ibarətdir. Ümumiyyətlə, monoqrafiyanı işlərkən
müəllif aşağıdakı konkret vəzifələri həll etməyə cəhd göstərmişdir;
- DQM V-də XI Qırmızı Ordunun özbaşınalığına və erməni
separatizminə qarşı milli müqavimət hərəkatmm baş verməsi, onun digər
regionlarından fərqli xüsusiyyətləri, məqlubiyyət səbəbləri və əhəmiyyətini
təhlil etmək;
- Mərkəzin diqtəsilə Azərbaycan SSR-in tərkibində qondarma
DQM V-nin yaradılması prosesini izləmək. Bu qondarma qurumu
yaradanlann məqsədlərinə aydınhq gətirmək və DQM V-nin yaradılmasını
4
Azərbaycana çarşı «parçala və hökm sür» imperiya siyasətinin davamı
kimi səciyyələndirmək;
- DQM V-də sosialist təsərrüfat sisteminin formalaşmasımn
xüsusiyyətlərini və doğurduğu nəticələri şərh etmək, sənayeləşmənin və
zorakı kollektivləşmənin SSRİ-nin mənafeyinə uyğun bir siyasət olduğunu
faktlarla sübut etmək;
- Sovet rejimi şəraitində DQM V-də elmin inkişafının əsas
mahiyyət, məqsəd və nəticələrini aydınlaşdırmaq. «Mədəni inqilab» adı
altmda Azərbaycan xalqımn milli-mənəvi dəyərlərinə vurulan ağır zərbəni
açmaq;
- Azərbaycanm sosial-iqtisadi və mədəni inkişaf tarixində
DQM V-nin sosial-iqtisadi və mədəni inkişaf mərhələlərini müstəqil
tədqiqat obyekti kimi araşdırmaq;
- D ağlıq Qarabağda fəaliyyət göstərən bütün sənaye, nəqliyyat,
tikinti, səhiyyə, mədəniyyət və digər müəssisələrin məhz Azərbaycan
dövləti tərəfindən yaradılıb inkişaf etdirilməsini tarixi sənədlər və faktlar
əsasmda sübuta yetirmək;
- Qərəzsiz statistikanm dili ilə DQM V-dəki sosial-iqtisadi
durumun Azərbaycanın digər regionlanna nisbətən yüksəkdə dayandığmı
göstərməklə, erməni ideoloqlarmın «DQM V-də yaşayan erməni əhalisinin
sosial-iqtisadi vəziyyətlərinin geriliyi» tezisinin ağ yalan olduğunu sübut
etmək;
-
Tariximizi saxtalaşdıran erməni müəlliflərinin
«DQ M V
iqtisadiyyatımn Ermənistanla sıx bağlılığı» qeyri-obyektiv fikirlərinin
əsassız olduğunu faktiarla açıqlamağa çahşmaq;
- Bəhs olunan xronoloji çərçivədə Azərbaycan hökumətinin
DQ M V-də xalq təsərrüfatımn, mədəniyyətin, əhalinin sosial vəziyyəti və
məişətinin yaxşılaşması üçün həyata keçirdiyi tədbirlərin xronologiyasını
5
izləmək və görülən tədbirlər nəticəsində vilayətdə baş verən sosial-iqtisadi,
mədəni yüksəlişi səciyyələndirmək;
- Azərbaycanm başqa regionlan ilə müqayisədə DQ M V-nə böyük
həcmdə maliyyə vəsaitinin ayrılması, lakin həmin kapitalm erməni
icmasımn daha çox cəmləşdiyi yaşayış məntəqələrinə istiqamətlənməsi,
erməni rəhbərliyi tərəfindən azərbaycanlılar yaşayan kəndlərə ögey
münasibətin məqsədlərini aşkarlamaq;
- tkinci dünya
müharibəsi dövründə DQM V-nin oğul və
qızlarımn, ön və arxa cəbhədə göstərdikləri fədakarlıqları izləmək;
- X X yüziUiyin 70-ci illərindən 80-cı illərin ortalannadək DQM V-
nin xalq təsərrüfatmın bütün. sahələrinin irimiqyash inkişaf etməsinin
səbəbini açıqlamaq;
- DQM V-də «yenidənqurma»nın tətbiqi, onun ictimai, siyasi və
iqtisadi nəticələrini təhlil etmək;
- SSRİ rəhbərliyinin antiazərbaycan siyasətinin davamı, Dağlıq
Qarabağda milli-münaqişə ocağının alovlandınlması və onun xalqımız
üçün törətdiyi ağır nəticələri göstərmək;
- Azərbaycamn suveren hüquqlarımn pozulması, DQM V-də
Xüsusi Idarə Komitəsinin, Təşkilat Komitəsinin və qondarma «Dağlıq
Qarabağ Respublikası»mn yaradıhnasmda Mərkəzi məqsədlərinə aydmhq
gətirmək;
- 1924-cü il noyabrın 26-da «DQM V-i haqqında Əsasnamə»nin
qəbul edilməsi, sonrakı dövrlərdə ali hakimiyyət orqanlarmm mənafeyinə
uyğun
həmin
«Qanun»a
əlavələr
edilməsi,
D Q M V
XDS-nin
deputatlanmn həmin
«Qanun»da yazılan səlahiyyətlərindən çox
məharətlə istifadə edərək bölgədə yaşayan azərbaycanhlar əleyhinə
yönəldilməsi kimi acı həqiqətləri açıqlamaq;
-
DQM V-nin,
Qarabağ
regionunun,
Naxçıvan
Muxtar
Respublikasmm və bütün Azərbaycanın inkişafının, siyasi, iqtisadi, sosial,
6
milli və digər məsələlərin kompleks həlli milli dövlət quruculuğu
prinsiplərinin toxunulmazhğmın təmin edilməsindən, şovinist meyllərin və
milli məhdudiyyətlərin aradan qalldırılmasından, Azərbaycanda yaşayan
bütün millətlərin və xalqlann nümayəndələrinin əməkdaşlığımn inkişaf
etdirilməsindən asılı olduğunu, yeri gəldikcə vurğulamaq.
Monoqraflyada, Ermənistamn Azərbaycana qarşı əsassız ərazi
iddiaları «Böyük Ermənistan» yaratmaq məqsədilə xalqımızm başına
gətirilən müsibətlər, xüsusilə X X yüzilliyin 80-ci illərin sonu, 90-cı illərin
əvvəllərində erməni vandalları tərəfindən törədilən vəhşiliklər, soyqınm
hadisələri mötəbər tarixi mənbələrə əsaslanaraq təhlil edilmiş və erməni
millətçiləri,
onların
xaricdəki
havadarları
tərəfmdən
Azərbaycan
əhalisinin başma gətirilən qanlı faciələrin dünya ictimaiyyətinə və gələcək
nəsillərə çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir.
7
IF Ə S İL
Dağlıq Qarabağda Sovet rejiminln bərqərar olması və
Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması (1920-1923)
1. Dağlıq Qarabağda sovet rejiminin qurulması və ona qarşı
milli müqavimət hərəkatı (1920-ci ıl)
Ä2ərbaycamn tarixində, təsərrüfat və mədəniyyətində onun
ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın özünəməxsus rolu və yeri
vardır. Dağlıq Qarabağ sivilizasiyanm ən qədim ocaqlanndan biridir.
Eyni zamanda burada qədim insanların məskən salması, yaşaması üçün
hər cür əlverişli şərait - isti və rütubətli iqlim, zəngin flora və fauna
mövcud olmuşdur.
Azərbaycamn Dağlıq Qarabağ bölgəsi Kiçik Qafqazın cənub-
şərq hissəsini əhatə edir. Onun cənub və şərq sərhədiəri Kür-Araz
ovalığma çatır. Qərb və şimaldan isə Murovdağ və Qarabağ silsilələri ilə
əhatə
olunmuşdur.
Həmin dağ silsilələrindən
Kür və
Araza
istiqamətlənən çaylar axır. Dağlıq Qarabağ ərazisinin şimaldan cənuba
eni 120 kilometr, qərbdən şərqə 35-60 kilometrdir. Sahəsi 4,4 min
kvadrat kilometrdir1.
Dağhq Qarabağda yeraltı və yerüstü su ehtiyatlan boldur.
Azərbaycamn orta illik su ehtiyatlannın 18 faizi burada cəmləşmişdir.
Dağlıq Qarabağın çay şəbəkəsi çox mürəkkəb dağ relyefı içərisində
yerləşərək uzunluğu 10 kilometrdən artıq olan 56 çayı və uzunluğu 10
kilometrdən az olan 77 çayı əhatə edir. Buradakı 133 çaym hamısı kiçik
çaylardır və öz sularmı qarışıq mənbələrdən, xüsusilə yağışlardan alır2
Dağlıq Qarabağda qrunt suları çox yerdə bulaq suları şəklində
səthə çıxır və həmin sulardan həm içmək üçün, həm də məişətdə istifadə
olunur.
8
cərəyan edir. O rta yanvar tem peratur +2 dərəcədə -13 dərəcə arasmda, iyulda
+ 14 dərəcədən +26 dərəcə arasmda dəyişir. Yağmtı 400-900 mm düşür5.
Dağlıq Q arabağ zəngin və tayı bərabəri olmayan
kurort-turizm
ehtiyatlarma malikdir. Onların əsasmı şəfah, təmiz dağ havası, meşələr,
müalicəvi əhəmiyyətli mineral sular, bulaqlar, mənzərəli alp çəmənliklər, tarixi
abidələr və sair təşkil edir.
Dağlıq Qarabağın relyefı və iqlimi müxtəlif olduğu kimi torpaq tipləri də
müxtəlifdir. Dağlıq Qarabağm torpaqları qurşaqlar üzrə yerləşir. Vilayətin şərq
hissəsində alçaq sahələrdə bozumtul-qəhvəyi torpaqlar; şimal-qərb və cənub-
şərqdə dağ-qəhvəyi torpaqlar; yüksək dağlıq ərazilərdə isə qonur dağ-meşə
torpaqları və dağ-qara torpaqları vardır6.
Dağlıq Qarabağın bitki örtüyü çox müxtəlifdir. Belə ki, torpaq örtüyündəki
şaquli dəyişkənlik bitkilərə də təsir etmişdir. Dağlıq Qarabağm 114 min hektar
sahəsini meşələr, 57 min hektar sahəsini isə kolluqlar tutur. Dağlıq Qarabağın
meşələrində bitən əsas ağac növləri bunlardır: palıd, fısdıq, saqqızağacı, cökə,
vələs, çinar, göyrüş, qaraçöhrə, kol bitkiləri, qoz, alma, arm ud, alça, zoğal,
göyüm və sair. B urada yaşı 150-200 ilə, hündürlüyü 25-30 metrə, gövdəsinin
dövrəsi 2,5 metrə çatan nadır ağaclar vardır. Dağlıq Q arabağda 2 minə qədər
bitgi növü məiumdur7.
Dağlıq Qarabağda çox böyük əhəmiyyətə malik olan faydalı qazıntı
ehtiyatları vardır. Belə ki, ərazidə Mezozoy və Kaynozoy erasma aid əhəng
daşları, gillər və şistlər geniş yayılmışdır. Tər-Tər və Xaçınçay arasında
Ağdərənin M ehm anə yatağında qalay, mis, sink, gips, əhəngdaşı, H adrudda
qranit yataqları, dağlarda xromit, qurğuşun, polimetal fılizləri, tikinti
materialları. mərmər, gibs, üzlükdaşı. mergellər, sement üçün əhəmiyyətli mergell
əhəng daşları, oda davamlı gil, təbaşir mövcuddur8. Ağdərənin Dovşanlı
kəndində bülöv daşı, dəyirman daşı vardır. Dağlıq Q arabağ ərazisində dünya
miqyasmda tanınmış, müalicəvi əhəmiyyətli hidrokarbonatlı Turşsu mineral
bulağı daha çox məşhurdur. Bununla yanaşı ərazidə 11 növ müxtəlif tərkibli su
çeşmələrinə malik 120-dən çox mineral bulaq var9. Bütün bu cəlbedici gözəlliklər
və təbii sərvətlər xain qonşularımızın diqqətindən yayınmamışdır.
Vilayətdə 40-dan artıq millətin nümayəndəsi, o cümlədən azərbaycanlı.
erməni, rus, ukraynalı, belarus, gürcü, yahudi, latış, yunan, ləzgi və başqalan
yaşayırdılar. Lakin «etnik təmizləmə» siyasətini yeridən erməni cəlladları
vilayətdə azərbaycanlılan güllələmiş, girov götürmüş və məcburi şəkildə qaçqma.
köçkünə, didərginə çevirərək "Türksüz Dağlıq Qarabağ" yaratmışdılar. Bu isə
"Türksüz və Böyük Ermənistan" yaratm aq siyasətinin məntiqi davamı demək idi.
Ərazidə istehsal edilən məhsulların 57 faizi bitkiçiliyin, 43 faizi isə
'heyvandarlığm payına düşür10. Vilayətdə aqrar sahənin inkişafı sənayenin də
genişlənməsinə şərait yaratmışdır. Dağlıq Q arabağda əhalinin sosial, mədəni-
məişət sahəsindəki göstəricilər ümumrespublika səviyyəsindən çox yüksəkdə
dayanmışdır. Dağlıq Qarabağın əlverişli coğrafı mövq'eyə malik olması, iqtisadi
cəhətdən güclü inkişafı və ticarət yolları ayrıcında yerləşməsi həmişə xain
qonşularımızm diqqətini cəlb etmişdir. Dağlıq Qarabağ Azərbaycanm ən gözəl
və bərəkətli guşələrindən biridir.
Azərbaycanda işqalçılıq siyasətini həyata keçirən bolşeviklər keçmiş Rusiya
imperiyasını bərpa etmək moqsədilə I920-ci il aprelin 28-də Bakıda Azərbaycan
Sovet Sosialist Respublikasmın yarandığınt elan etdilər11. Doğrudur, xalqm
narazı olacağından qorxan balşeviklər öz işğalçılıq siyasətini pərdələmək üçün
Azərbaycanı «müstəqil» Sovet Sosialist Respublikası elan etsələrdə, əslində aprel
çevrilişindən sonra Azərbaycan öz dövlət müstəqilliyini itirdi. «Müstəqil
Azərbaycan Respublikası» şüarı altında bolşeviklərin XI Qırmızı Ordu hissələri
qısa bir müddətdə ciddi müqavimətə rast gəlmədən Azərbaycanın əksər
ərazilərini öz nəzarəti altına aldılar12. Bolşeviklərin təsiri güclü olan Dağlıq
Qarabağda Sovet ordu hissələri hələ özünü yetirməmiş hakimiyyət onların əlinə
keçmişdi. I919-cu ilin sonu 1920-ci ilin əvvəllərində Dağlıq Q arabağda vəziyyət
son dərəcə gərgin idi. Çünki, XI Qırmızı O rdunun hücumu ərəfəsində
Azərbaycan Milli Ordusunu cəbhə xəttindən uzaqlaşdırmaq məqsədilə Rusiyanm
10
«sifarişi» ilə Dağlıq Q arabağda ermənilərin qiyamı baş vermiş, Ermənistamn
əsassız ərazi iddiaları və hərbi təcavüzü miqyash xarakter alm ışd ır'l
1920-ci ilin m artında A.İ.M ikayan Moskvada bir qrup Ermənistan
nümayəndəsini qəbul etdi. A.İ.M ikayan bildirdi ki, əgər Sovet qoşunları Bakıya
daxil ola bilərsə, onda Ermənistan dövləti də öz məqsədinə çatacaqdır. Bakmın
asan yolla ələ keçirilməsi üçün burada yerləşən Milli O rdunun çıxarılması tələb
olunurdu. Ona görə də Dağlıq Q arabağda şovinist erməni cəlladının göstərişi ilə
erməni müdaxiləsi yenidən başlandı. Erməni daşnak hökuməti bildirirdi:
«Qafqazda Gürcüstan və Azərbaycan ola bilməz. Burada ancaq Ermənistan
olmalıdır»14. 1920-ci il 22 m artda başdan-ayağa silahlanmış güclü, təlim görmüş
nizami erməni ordusu Şuşaya daxil olub amansız qırğmlar törətdilər. Həmin gün
minlərlə dinc əhali daşnak quldurları tərəfındən öldürüldü. Həmin gün təkcə Şuşa
şəhərində 1700 bina yandırılmışdı. Şərəf və ləyaqətin tapdalanm ası, qadma,
qocaya, uşaqa am an veriimədən qırılması adi hala çevrilmişdi15. Dağlıq
Q arabağda baş verən bu qırğımn qarşısım almaq üçün Azərbaycan Milli Ordu
hissələri 1920-ci il aprelin 26-da Dağlıq Q arabağa daxil oldu!6. Təcavüzkar
erməni quldur dəstəbri müvəqqəti olaraq ərazidən uzaqlaşdı. Lakin Şimal
sərhədlərimizdoki yaranmış boşluqdan istifadə edən XI O rdu hissələri
Azərbaycan sərhədlərini keçdi17.
Beləliklə, 1920-ci il aprel çevrilişi ərəfəsində Dağlıq Q arabağda erməni
daşnaklarının məkirli ərazi iddiaları kütləvi xarakter aldı və onlarm yerli dinc
müsəlmanlara qarşı təcavüzü, zorakılığı, qarəti daha d a genişləndi. AK (b)P
Qarabağ Komitəsi Dağlıq Qarabağda yaranmış vəziyyətdən istifadə edərək öz
təbliğatlarını genişləndirdilər. Bəhs etdiyimiz dövrdə Şuşa gizli bolşevik
komitəsinə milliyətcə erməni olan Akop Kamari rəhbərlik edirdi. Dağlıq
Q arabağda xalqımızın iqtisadi və siyasi böhranla üzləşməsi, onların milli çəkişmə
və qarşıdurm adan təngə gəlməsi əhalinin müəyyən təbəqəsinin bolşevik
təbliqatına inanmasına səbəb olmuşdur. Dağlıq Q arabağda A kop Kam ari başda
olmaqla Ş.Şahnazaıyan, B.Vəlibəyov, B.Qaragözyan, A.Qevelyan, A.Tataryan
ıı
və başqaları xalqı «ədalətli və dinc quruluş» yaratmağ üçün birliyə səsləyərı
yığıncaqlar keçirirdilər18.
1920-ci il aprelin 29-da Dağlıq Qarabağ inqilab komitəsinin xalqa müraciəti
qəbul edildi. Həmin müraciətdə deyilirdi: «Yoldaşlar daşnakların zülmünə
dözdüyünüz bəsdir, sizin ayılmaq vaxtmız gəlib çatıb. Məgər siz açıq aşkar
görmürsünüzmü ki, bütün qanlı qırqınları daşnaklar törədir. Daşnak terroruna
əməkçilərin qırmızı terroru ilə cavab verin. Bu işdə bütün Azərbaycan kəndliləri
və proletariatı sizinlə birlikdə döyüşəcəklər. Qırmızı Ordu hissələri sizə bu uğurlu
yolda yaxın köməkçi olacaqdır»19.
Mərkəzdə hakimiyyəti ələ keçirən XI Qırmızı Ordu Azərbaycanm bütün
ərazisini zəbt etmək üçün 1920-ci il mayın 1 -dən respublikamn daxili əyalətlərinə
«Zəfər yürüşü»nə başladılar. 1920-ci il mayın 2-3-də XI Qırmızı O rdunun silahlı
qüvvələri
Yevlax
stansiyasında
qərarlaşdılar20.
XI
Ordunun
Qarabağ
istiqamətində gələcəyi xəbərini eşidən Q arabağ bolşevikləri \920-ci il maym 4-də
Qarabağ genera/-quberna£oru X.SuJtanovu hakimiyyətdən uzaqlaşdıraraq
hakimiyyətı'n Qəza İnqilab Komı'təsinin əHnə keçdiyini elan etdilər. İnqilab
Komitəsinin
tərkibinə
B.Vəlibəyov,
S.A.Ambarsumyan,
K.Şahnazarov,
Q.İbrahimov daxil oldular. Mayın 10-da H adrudda, maym 11-də Qaryagində
İnqilab Komitələri təşkil olundu21.
1920-ci il maym 12-də Q.Orcangıdzenin başçılığı ilə XI Ordu Şuşaya daxil
oldu22. XI Qırmızı Ordu hissələri Dağlıq Q arabağa daxil olarkən heç bir
müqavimətə rast gəlmədi. Ona görəki, burada əhalinin xeyli hissəsini erməni və
ruslar təşkil edirdi. Onlar Qırmızı O rdunu səbirsizliklə gözləyirdilər. Dağlıq
Qarabağdakı çoxsayh rus və erməni əhalisi Qırmızı O rdunun timsalmda
Rusiyanın hakimiyyətini görür və ona yerli, milli hakimiyyətlə müqayisədə
üstünlük verirdilər. Dağlıq Qarabağda yaşayan azərbaycanlıların bir qismi uzun
illər boyu uzanan erməni qanlı savaşma son qoyulacağını ümid edir, bəziləri isə
bolşevik təbliğatına uyub, yeni hökumətin gəlişi ilə xalq kütlələri tərəfindən
tarixən arzulanan, ədalətli və xoşbəxt cəmiyyətin yaradılacağını göziəyirdilər.
Müqavimət göstərməyə qadir olan qüvvələrin böyük bir hissəsi dərk edirdilər ki,
12
yaranmış qüvvələr nisbətində müqavimət mənasızdır və ancaq saysız qurbanlara
gətirib çıxara bilər. Bütün bunlarla yanaşı bolşeviklər əvvəlcədən bəyan
etmişdilər ki, əgər yerlərdə XI Qızıl Orduya müqavimət göstərilərsə terrora əl
atılacaqdır.
Bütün bu səbəblərə görə X I Qırmızı Ordu hissələri heç bir müqavimətə rast
gəlmədən Dağlıq Qarabağa daxil oldu. 1920-ci il mayın 13-də bolşeviklərin
«Qarabağm erməni və müsəlman xalqına müraciəti» qəbul edildi. Həmin
müraciətdə
yerlərdə
dərhal
sovet
idarə
orqanlarınm
yaradılması
və
möhkəmləndirilməsi işinə çağırış var idi23.
Moskvanın göstərişi ilə Dağlıq Qarabağın partiya təşkilatı kütlələr arasında
geniş təbliğat və təşviqat işləri aparm ağa başladı. Dağlıq Q arabağm bir çox
kəndlərində silahlı dəstələr yaradıldı. Azərbaycan Kommunist Partiyası Dağlıq
Q arabağ Mahal Komitəsinin buraxıldığını elan etdi. Bu barədə qəbul olunmuş
bəyannamədə qeyd olunurdu ki, «...K om m unist Partiyası başda olmaqla
müstəqil Sovet Respublikası bu gün sizi... ümumi düşmənə qarşı birgə
mübarizəyə çağırır. Öz inqilab komitənizi təşkil edin, buraya yalmz əsl
kommunistləri seçin»24.
Azərbaycan Kommunist Partiyasmm Mərkəzi Komitəsi yerli partiya
təşkilatlarına kömək göstərməkdən ötrü Dağlıq Qarabağa onlarca təcrübəli
partiya işçisi, smanmış şəxslər göndərdi. 1920-ci il maym 25-də əksəriyyəti erməni
millətindən ibarət olan silahlı dəstələr XI Ordunun hissələrinin köməyi ilə yerli
müdafıə qüvvələrinə qarşı mübarizəyə başladılar.
1920-ci il mayın 26-da Tağverd kəndində Q arabağ kəndlilərinin X qurultayı
çağırıldı. Qurultayda hakimiyyətin Dağlıq Qarabağ İnqilab Komitəsinin əlinə
keçdiyi elan edildi. Dağlıq Q arabağ İnqilab Komitəsinin sədri vəzifəsınə Sako
Ambarsumyan seçildi25.
R us, erməni silahlı dəstələrinin və bolşevik təbliğatına uyan bir qrup
azərbaycanlınm köməyi ilə Qarabağm bütün şəhər və kəndlərində qısa bir
m üddətdə hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi. İnqilab Komitəsi Şuşanın
yaxmhğmda yerləşən Daşaltı, Turşsu, Xaçın, Çartaz, X anabert, Q arabağ və
Quşçular kəndində toplaşan kiçik silahlı dəstələrin müqavimətini qırdılar.
İnqilab Komitəsi bölgədə yerləşən Müsavat silahlı qüvvələrinin ləğv olunması
işinə başladı26.
Yerli dinc əhali tərəfindən xiiaskar kimi qarşılanan Qırmızı Ordu
döyüşçülərinin soyğunçu, quldur, işğalçı hərəkətləri, hakimiyyətdə olanlann
qarətçilik siyasəti, varlı adam lann, o cümlədən ziyalıların evlərində kütləvi
şəkildə axtarışlar apartlması, əmlakların müsadirə edilməsi, insan ləyaqətinin
tapdalanması və təhqirlər xalqımızm yeni yaranmış hakimiyyətə qarşı
narazılığını artırırdı. Dağlıq Qarabağ ərazisində bu hal daha kütləvi xarakter
almışdı. Çünki bütün bunlarla yanaşı Qırmızı Ordunun timsalında mənfur
niyyətlərinin böyük qüvvəsini duyan ermənilər 1920-ci ilin maymda torpaq
iddiası ilə daha da azğınlaşmış və kəndlərin yandırılması, dinc əhalinin
güllələnməsi adi hala çevrilmişdir. Qəzəb dalğası xalqm müqavimət hərəkatını
yetişdirmişdi.
1920-ci ilin maymdan Azərbaycan milli ordusu, erməni
təcavüzkarlığınm, erməni basqınlarınm qarşısını almaq məqsədilə Qarabağ
bölgəsində yerləşdırilmişdi. Milli O rdu hissələrindəki əsgəriərimiz, Qırmızı
Ordunun xalqımızm adət-ənənəsinə, milli xüsusiyyətlərinə toxunan hərəkətləri ilə
barışmır, hətta yeni hakimiyyətin özbaşınalığına qarşı biganə qalmır və onların
qarşısım almağa cəhd göstərirdilər.
1920-ci il mayın I2-də Azərbaycan İnqilab Komitəsinin əmri ilə
əksinqilabçılara, təxribatçılar və alverçiliyə qarşı Fövqəladə Komissiya (FK)
yaradıldı. FK tərəfindən görülən tədbirlərə hökm verilməsi Ali İnqilabi
Tribunala həvalə olundu. FK toşkil olunduğu ilk gündən Sovet Rusiyasmda
olduğu kimi terrorçu bir orqan kimi fəaliyyətə başladı. Respublikamn bir çox
qəzalarmda və o cümlədən Dağlıq Q arabağ bölgəsində də FK təşkil olundu.
Dağlıq Q arabağda FK -nm sədri vəzifəsinə Armenak Mkrtiçeviç Qaragözov təyin
edildi. O «şübhəli ünsür» adı altında azərbaycanlı imkanlı şəxslərin, mədəniyyət
xadimlərinin həbslərinə başlandı. 1920-ci ilin sonu və 1921-ci ilin birinci rübündə
təkcə Şuşadan 75 nəfər, Xocavənd və Ağdərə bölgəsindən 112 nəfər, 1921-ci ilin
fevral-mart aylarında Çeraber kəndində 13 nəfər, İmarət-Qərvənd kəndində 9
14
nəfər, Qarakənddən 5 nəfər, Sığnaq, Daşaltı kəndlərindən 20 nəfərdən çox adam
məsulüyyətə cəlb olunmuşdular27. Məsuliyyətə cəlb olunanlarm böyük
əksəriyyəti azərbaycanhlar idi.
1920-1921 -ci illərdə yayında Xankəndi,
Xocacavənd, Qaryagin və H adrutda həbs olunmuş 200 nəfərdən çox adam Şuşa
və Qıraxtin (Cəbrayıl) həbsxanasmda saxlanılmış, qaçaq düşən və ya İrana baş
götürüb gedən qohumları və ya yerliləri ilə gizli əlaqə saxladıqlarmı bəhanə
edərək şahidsiz, sübutsuz ən ağır cəzaya məhkum olmuşlar28. Dağlıq Qarabağda
təqib olunanların, həbs edilənlərin çoxsu milli ayrı-seçkiliklə, milli ədavətlə bağlı
məsələlər üstündə mühakimə edilmişlər. FK yerlərdə əhali arasında vahimə
yaratm aq məqsədi güdürdü.
Respublikanm kəndlərində və xüsusi ilə sərhəd rayonlarm da Dağlıq
Qarabağda FK ilə XI O rdunun xüsusi şöbələri geniş fəaliyyət göstərirdi. FK kimi
XI Ordunun xüsusi şöbəsi də qəzalara, kəndlərə gedərkən ilk növbədə varlı
adam lann siyahısını tələb edir, qaçaqçılıqla məşğul olanları arayıb-axtarır, hər
bir ailənin keçmişi ilə m araqlanır, təqib olunmaları üçün tədbirlər görürdülər.
İstər FK-mn və istərsə də XI Ordunun siyasi şöbəsinin qeyri-məhdud
səlahiyyətləri var idi29. Məhz buna görə xalq təsərrüfatının bərpasma keçid
dövründə respublikanm hər yerində və xüsusilə Dağlıq Q arabağda siyasi vəziyyət
son dərəcədə gərgin bir halda idi. Əhalinin qarət olunması, təqiblər, insan
ləyaqətinin tapdalanması adi bir hala çevrilmişdir. Buna görə Şuşadan,
Qaryagindən və digər ərazilərdən xeyli imkanlı ailələr İrana, bir qismi ısə
Türkiyəyə çıxıb getməli oldular. XI O rdunun 8-ci diviziyasının siyasi şöbəsinin
əməkdaşları Şuşaya, Xankəndinə, H adrut və Qaryaginə daxil olarkən keçmiş
qəza rəislərini, pristavları, kəndxudaları, bir çox din xidmətlərini, varlı
ham paları, onların ailə üzvlərini, hətta qadınlarmı həbs edib, Şuşa və Qıraxtında
saxlanmış, bir çox bəylər əhalinin gözü qarşısında güllələnmişlər30. Cavanşir
qəzası İnqilab Komitəsinin fəaliyyəti ilə bağlı 1920-ci il 17 oktyabr məlumatmda
bildirilirdi ki, Tərtərə gələn komissiya inqilab düşmənlərinin güllələnməsini
həyata keçirdi. Cəbrayıl qəzasından, habelə H adrutdan İnqilab Komitəsinə
göndərilən gizli m əktubda göstərilirdi ki, bu bölgədə daxili «sakitlik!ə» bağlı bir
15
çox tədbirlər görülmüş, inqilab düşmənlərindən intiqam alınmışdır. Əhali böyük
qorxu, ciddi təlaş içərisində idi. Dağlıq Qarabağdan verilən xəbərlərdən aydm
olur ki, son zam anlarda bölgədə yerləşən ordu hissələri əhali arasında iş
apararkən əhalinin adət-ənənələrinə, dininə, dilinə hörmət etmir, onlarla
vəhşicəsinə rəftar edirlər. Şuşada, Ağdərədə, Qaryagində kütləvi həbslər
apanlmışdır31.
1920-ci ilin sonlarında Dağlıq Qarabağdan AK(b)P M K -nə daxil olan
məlumatda göstərilirdi ki, Şuşada vəziyyət son vaxtlar daha da ağırlaşıb.
Müsəlmanlar keçmişə daha çox meyllidirlər. Bunun əsas səbəbi heç bir qaydaya
sığmayan mal-qaranın, taxılın ot-ələfin müsadirəsi, kəndlilərə qarşı FK-nın
Dostları ilə paylaş: |