n FƏSİL
Azərbaycan SSR-in DQMV-də sosialist təsərrüfat sisteminİD formalaşdırılması
və onun doğurduğu nəticələr (1920-1930-cu illər)
1. Sovet dövlətinin sənayeləşdirmə siyasətinin DQMV-də həyata keçirilməsi
Sovet imperiyasını quran bir ölkə üçün təkcə təsərrüfat dağınıqlığmı aradan
qaldınlması əlbəttə kifayət deyildir. Bunun üçün ilk növbədə mövcud sənaye
müəssisələrinin bərpa oltmmasım başa çatdırmaq, onun maddi-texniki bazasını
möhkəmləndirmək və ölkə üçün ]azım olan yeni sənaye sahələrinin yaradılması
tələb olunurdu. Bunsuz ölkənin iqtisadi geriliyini aradan qaldırmaq, müstəmlə-
kəçilik rejimini möhkəmləndirmək olmazdı. Sovet rejimini qoruyub saxlamaq,
ölkənin iqtisadi müstəqilliyinə nail olmaq, müdafiə qabiliyyətini möhkəmləndir-
mək, imperiyanm cənub bölgələrində ən etibarlı dayaqlannı yaratm aq, möhkəm-
ləndirmək, Azərbaycanı qonşu cənub ölkələrindən, soy qardaşlarm dan uzaqlaş-
dırm aq üçün sənayeni inkişaf etdirmək son dərəcədə vacib idi. Belə bir tədbir
Dağlıq Qarabağ kimi bir bölgədə yerli milli və dini ənənələri sarsıtmaq,
xristianlıq ənənələrinə söykənən rus-erməniləşdirmə siyasətini həyata keçirmək
üçün lazım idi. Bütün bu zəruriyyəti nəzərə alaraq bolşeviklər partiyası öz milli,
müstəmləkəçilik siyasətini həyata keçirməyə başladı. O nlar öz proqram larm ı
inkişaf etdirərək iqtisadiyyatı Rusiya şablomu əsasında yenidən qurdular.
Dağlıq Q arabağda dinc quruculuğa keçid olduqca mürəkkəb beynəlxalq və
daxili şəraitdə davam edirdi. 1920-ci il may çevrilişindən sonra Dağlıq Qarabağ
sənayesində çox acmacaqlı vəziyyət yaranmışdı. Bütün sənaye obyektlərinin
fəaliyyəti demək olar ki, dayandırılmışdı. Bunun ən başlıca səbəbləri aşağıda-
kılardan ibarət idi: Dağlıq Qarabağda daşnak quldur dəstələrinin törətdikləri
qanlı qırğmlar-günahsız dinc əhalinin öldürülməsi, evlərin, emalatxanaların,
sənaye obyektlərinin yandırılması, texnikanın Ermənistana daşınması;'. Dağmtı
və çətin ərzaq qıtlığı ilə əlaqədar fəhlələr acından ölməmək üçün kəndə üz tutur
və bu isə ixtisaslı kadrlann saymı azaldırdı;2 1920-ci ildən Dağlıq Qarabağda
47
idxal, ixrac əməliyyatları dayandırılmışdı; «Şübhəli ünsür» adı altmda Dağlıq
Qarabağdakı azərbaycanlı iş adamları, bəylər, sahibkarlar həbs edilmiş, güllə-
lənmiş və ya qaçmağa məcbur edilmişdir; Sənayedə çalışanlann əmək haqqı və
sənaye məhsullantun qiyməti dəfələrlə aşağı düşmüş və bu hal fəhtanin maddi
marağmı azaltmışdı; Sovet hakimiyyəti yarandığı ilk günlərdə Dağlıq Qarabağda
vahid iqtisadi planın olmaması, iqtisadi sahədə atılan səhv addımlar, siyasi
vəziyyətdəki böhranlı hal sənayeyə ağır təsir etdi; Dağlıq Qarabağda kənd
təsərrüfatmda olan ciddi böhran, xüsusilə müsadirəçilik kompaniyası sənayenin
xammala olan tələbatını çətinləşdirdi; Eyni zamanda, fəhlələrlə kəndlilər
arasmda iqtisadi və mədəni əlaqələr yaratmaq, xırda burjuaziya və milli
ziyahlara münasibət və sair məsələlərin həllində səhvlər mövcud idi. Bütün bunlar
Dağlıq Qarabağ sənayesində böhranlı vəziyyətin yaranmasmı şərtləndirmişdi3.
1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda bir neçə baramaaçma və
ipəksanma fabriki, dəyirman daşı hazırlayan karxanalar var idi. İpəkburma
fabrikində 2 min fəhlə işiəyirdi və il ərzində 3 milyon pud ip əyirirdi. Yuxarıda
qeyd etdiyimiz səbəblərə görə Dağlıq Qarabağda fəaliyyət göstərən bütün
müəssisələr öz işini dayandırmışdı4.
XX yüzilliyin 20-30-cu illərində Dağlıq Qarabağ sənayesinin inkişafmdakı
spesifik xüsusiyyətlərə görə şərti olaraq 3 hissəyə bölmək olar: Birincisi sənayenin
bərpası (1920-1925), ikincisi sənayenin yenidən qurulması (1926-1933), üçüncüsü
sənayenin yenidən qurulmasınm başa çatdırılması (1934-1940) dövrləri.
1920-ci illərin çətin şəraitində - ziddiyyətlərin daha çox kəskin cərəyan
etdiyi, diktaturanın və terrorun hakimiyyətdə olduğu Dağlıq Qarabağda
sənayenin bərpasma başlandı. Sənayenin bərpası üçün İnqilab Komitəsi mühüm
tədbirlər həyata keçirdi. İlk növbədə 1920-ci il maym 12-də verilən dekretlə
meşələr, sular, yeraltı sərvətlər dövlət mülkiyyəti elan edildi. Mayın 12-də
zavodlar, fabriklər, başqa sənaye müəssisələri, banklar milliləşdirildi və mayın
16-da verilən dekretlə istehsal, xammal materialları üzərində fəhlə nəzarəti tətbiq
olundu5. Bundan əlavə, 1920-ci il iyunun 3-də ticarət azadlığı haqqında xüsusi
qərar verildi. İyunun 9-da isə Fəhlə-Kəndli müfəttişliyi təsis edildi, sapataj və
möhtəkirliyə qarşı mübarizə aparmaq üçün F K yaradıldı6. Sənayeni işçi qüvvəsi
ilə təmin etmək üçün 1920-ci il avqustun 8-də Azərbaycan Xalq Hərbi Dəniz
Komissarlığı «Ümumi əmək mükəlləfıyyətləri haqqmda» əmr verdi. 1920-ci ilin
oktyabrından sovet təsərrüfat orqanlarmm nümayəndələrindən ibarət «Azərbay-
can SSR Ərzaq Müşavirəsi» işə başladı7. Verilən dekretləri_ Dağlıq Qarabağın
əhalisi arasında yaymaq üçün Mərkəz özlərinin inandıqları adamları göndərdilər.
Dağhq Qarabağ sənayesinin bərpa edilməsində KP, Həmkar və Komsomol təş-
kilatlarmm fəaliyyəti genişləndi. Lakin bu təşkilatlarda erməni daşnaklarımn
tasiri böyük idi və onlar müsəlmanlara qarşı diktatorluq siyasəti yeridirdilər.
Dağlıq Qarabağda sənayenin bərpası üçün Mərkəzin həyata keçirdiyi
iqtisadi siyasət çox çətin, spesifık və mürəkkəb şəraitdə cərəyan edirdi. Çünki
Dağlıq Q arabağ Azərbaycanm aqrar - kəndli regionu olmaqla, kapitalist və
yarımfeodal münasibətləri də mövcud idi. Burada iqtisadiyyat çoxukladlı xarak-
ter daşıyırdı. Ən əsası isə Ermənistanm Azərbaycana qarşı əsassız ərazi iddiaları
özünün ən yüksək zirvəsinə çatmışdı.
Sovet hakimiyyətinin «Hərbi
kommunizm»
və «Ərzaq
Sapalağı»
siyasətindən Dağlıq Qarabağm bir qrup ermənilərdən ibarət ərzaq agentləri,
tədarük komissiyaları, vəzifəli şəxsləri öz səlahiyyotlərindon sui-istifadə edərək
qanunsuz hərəkətlərə yol vermiş, azərbaycanlılardan müsadirəsi nəzərdə
tutulmayan ev əşyaları raltar-ralaz, zinnət əşyaları və sair əllərindən almmışdır8.
«Hərbi Kommunizm» siyasəti Dağlıq Qarabağda qısa bir müddət ərzində, daha
məhdud form ada həyata keçirilirdi. Tədarükü yalnız Xalq Ərzaq Komissarlığı
aparırıdı. Bütün əsas sənaye məhsulları dövlət hakimiyyət orqanları tərəfındən
bölüşdürülür, qalan məhsullar isə sərbəst dövriyyədə idi9. 1920-ci il oktyabrında
Dağlıq Q arabağda yaranmış «Ərzaq Müşavirəsi», 1921 -ci ilin yanvarında təşkil
edilən «Ali İqtisad Şurası» sənayenin inkişafındä əsaslı irəliləyiş etmədiyindən,
Azərbaycan İnqilab Komitəsi «Bütün növ ərzaq inhisarınm ləğv edilməsi
haqqmda» 1921-ci il 17 may tarixli dekreti ilə ərzaq sapalağmı ləğv etdi. Bu qərar
Azərbaycanda Yeni İqtisadi Siyasətə (YİS) keçilməsində ilk addım oldu10. Onun
əvəzində rəsmən könüllü məhsul rusumu «çanaq» vergisi qoyuldu. 1922-ci ilin
49
yazından etibarən Dağlıq Qarabağda ərzaq vergisi tətbiq olunmağa başlandı.
Həmin vaxtdan YİS-ə keçid prosesi baş verdi11. YİS hakim mövqelərin dövlətin
əlində olması şərtilə ərzaq vergisi tətbiq olunmasını, ticarət azadlığma yol
verilməsini, icarə sisteminin yaradılmasmı, xarici ticarətə yol verilməsini,
kooperasiya, bank və kredit şəbəkəsinin yaradılmasmı və başqa iqtisadi
tədbirləri tətbiq etməyi nəzərdə tuturdu. Bütün bunlar isə təsərrüfatm və
istehsalçılarm maddi marağımn artırılmasma, onlarm azad iqtisadi fəaliyyətinə
imkan verirdi. YİS dövründə xırda istehsal və ticarət müəssisələri icarəyə verildi.
Bütün bunlar isə sənayenin dirçəlməsinə, ticarətin inkişafma, maliyyə sahəsində
böhranlı vəziyyətin aradan qaldırılmasına səbəb oldu. YİS-in tətbiqi nəticəsində
Dağlıq Qarabağda bazar iqtisadiyyatımn inkişafma şərait yarandı, şəhərlə kənd
arasm da əlaqələr genişləndi və sahibkarlıq inkişaf etməyə başiadı12,
I922-ci il martın 11-də Şuşada ikinci Fövqəladə Sovetlər Qurultayı keçirildi.
Qurultayda Dağlıq Q arabağ sənaye müəssisələrinə rəhbərlik İcraiyyə Komitəsinə
həvalə olundu13. Həmin vaxt Azərbaycan hökumətinin sərəncamı ilə Dağlıq
Q arabağda sənayeni inkişaf etdirmək məqsədilə Bakıdan Dağlıq Q arabağa 25
min pud taxıl, 5 milyon manat pul, xammal və avadanlıqlar göndərildi14.
Dağlıq Q arabağda YİS-ə keçid nəticəsində müəssisələrin icarəyə verilmosi
siyasətindən real hakimiyyətdə olan qüvvələr məharətlə istifadə edərək, vaxtilə
azərbaycanlılara məxsus olan müəssisələri məqsədli şəkildə əraziyə köçürülən
ermənilərə icarəyə verdilər.
1921-1925-ci illərdə Dağlıq Q arabağ sənayesində başlıca diqqət ipəkçiliyin
inkişafma istiqamətlənmişdi. Xınzınstan ipək fabrikinin bərpası üçün Bakı
neftçiləri 500 pud xammal, xeyli avadanlıq və texnika göndərdi. Nəticədə, 1922-ci
ilin sonlarm da müəssisə öz fəaliyyətini bərpa etdi. Azneft fəhlələrinin yaxından
köməyi ilə 5 ipəkçilik müəssısəsində iş öz əwəlki ahənginə düşdü15. A rtıq 1923-ci
ildə Dağlıq Qarabağın ipəkçilik müəssisələrində 5,2 ton xam ipək, 1000 kq ipək
sapı istehsal olundu16.
Dağlıq Qarabağın bol yeraltı təbii sərvətlərindən tikinti materialları üstünlük
təşkil edir. 1921-1923-cü illərdə Dağlıq Qarabağda sement və əhəng istehsahnı
genişləndirmək üçün Rusiyadan avadanlıqlar göndərildi. Xankəndi, Xocavənd və
Hadrud sement zavodu və mərmər sexi işə düşdü'7. 1923-cü ildə Dağlıq Qarabağ
sənayesi öz əvvəlki ahəngini bərpa edə bilmədi. Çünki, kadrlara, xammalda,
texniki avadanlıqlara hələ də böyük ehtiyac var idi.
i 923-cü il iyulun 24-də Azərbaycan SSR M İK və XKS-nin Bakıda keçirilən
birgə konfransmda Azərbaycan M İK-nin sədr müavini M.B.Qasımovun «Dağlıq
Qarabağm inkişaf prespektivləri haqqmda» məruzəsi dinlənildi. Konfransda,
Dağlıq Qarabağda sənayenin bərpa və inkişafı üçün Azərbaycan Mərkəzi Ban-
kmdan 1 milyon m anat kredit, 480 min manatlıq ərzaq, parça, şəkər, şüşə, neft
məhsulları, 200 nəfər ixtisaslı kadr verilməsi qərarlaşdırıldı. Eyni zam anda 1923-
cü ildə Zaqafqaziya Xalq Rabitə Komissarlığı, Dağlıq Qarabağ sənayesinin
inkişafı üçün 5 milyon manat pul tərxis etdi18.
1923-cü ildən başlayaraq Dağlıq Qarabağda elektrik xətlərinin çəkilişinə
başlandı. İlk günlər burada 2 m ühəm k işləyirdisə, 2 il ərzində DQMV-də daha 4
mühərrik işə düşdü19.
1923-cü ilin noyabrında Azərbaycan hökuməti DQMV-nin sənayesinin
bətpa və inkişafı üçün 15 min manatlıq tikinti m ateriallan, 20 min arşm bez, 20
min pud ağ neft və müxtəlif avadanlıqlar göndərdi. 1924-cü ilin fevrahnda isə
DQMV-də bazar qiymətlərini qaydaya salmaq üçün vahid vergi sistemi müəyyən
edildi və ticarəti tənzim edən komissiya yaradıldı20.
Sovet Rusiyasmın göstərişi ilə Azərbaycan hökuməti 1924-cü ildən DQMV-
də spirt-şərab istehsalına xüsusi diqqət yetirməyə başladı. Həmin vaxtdan
Gürcüstandan alman avadanhqlar, xammal və Bakı neftçilərinin ayırdığı 15 min
manatlıq vəsait spirt-şərab zavodlarının tikintisinə sərf edildi. Zavodlarm
xammala olan tələbatını ödəmək üçün yeni tu t və üzüm bağlan əkildi. 1924-1925-
ci illərdə DQMV-də bir neçə spirt-şərab zavodları tikilib istifadəyə veTİldi.
Beləki, 1924-cü ilin iyulunda Xankəndində «Qarabağ spirt istehsalı» koperativi,
«Tuğ ıttifaqı» koperativi, 1925-ci ildə Vərənddə «Saflaşdırma Spirt Zavodu,
Əskəranda şərab zavodu tikilib istifadəyə verildi21.
51
1925-ci il fevrahn 12-də Xankəndində konfrans keçirildi. Konfransda
DQMV-də sənayedə əldə edılən müvəffəqiyyətlər və qarşıdakı vəzifələr müəyyən
olundu. Nəzərdə tutuldu ki, ipək toxuma müəssisələrinin bərpası davam
etdirilsin. Ağac materialları və spirt sənayesinin inkişafı, elektrik enerjisi isteh-
salınm yüksəldilməsi üçün ayrılan vəsaitin miqdarı artırılsm22.
Azərbaycan SSR Ali İqtisad Şurası, DQMV-də elektrikləşmə işini həyata
keçirmək üçün daimi komissiya yaratdı. Komissiya layihə işləyib hazırladı. Plana
görə Tərtər çayı üzərində 200 min klovat a t gücündə SES tikmək və gücü 700
klovata çatan Ağa Körpüsü üzərindəki SES-i qısa müddətdə istifadəyə vermək,
bölgədə elektirik xətlərinin çəkilişini davam etdirmək nəzərdə tutulmuşdu. 1924-
cü ilin sonlarmda ümumi gücü 245 klovata çatan, Aqa Körpüsü üzərindəki SES
istifadəyə verildi. DQMV-də 86 min manatiıq elektrik xətti çəkildi. Bunun 19
min m anatı təkcə Xankəndinə sərf edilmişdi23.
1921-1925-ci illərdə DQMV-də Şuşa-Yevlax və Xankəndi-Gəncə yollan
çəkilib istifadəyə verildi. Eyni zamanda Xanbulağı, Xankəndi, Malıbəyli, Qala-
dərəsi körpüləri tikildi24.
Bəhs olunan dövrdə DQMV-də yüngül sənayenin, xüsusilə ipəkçiliyin
inkişafma xüsusi dıqqət yetirildi. Bu məqsədlə 1925-ci ilin fevralında 50 min
m anat vəsait ayrıldı. 1925-ci ildə DQMV-də xalçaçılıq fabriki tikilib istifadəyə
verildi. 1925-ci ildə xam ipək 12,3 tona, hazır burulmuş ipək 1,5 tona çatdı ki, bu
da 1923-cü illə müqayisədə təxminən 60 faiz artım demək idi25. Bütün bu
müvəffəqiyyətlər isə YİS-in bəhrəsi hesab olunurdu. 1921-1925-ci illərdə Dağlıq
Q arabağda sənaye sahəsində qazanılan nailiyyətlər ilk növbədə sənaye müəs-
sisələrinə verilən sərbəstliklə bağlı idi. Belə ki, bəhs edilən dövrdə müəssisələrin
özünüidarə, özünümaliyyələşdirmə sisteminə keçməsi fəhlələrin maddi marağmın,
ruh yüksəkliyinin artmasma, bu da öz növbəsində əmək məhsuldarlığının
inkişafına, istehsahn genişlənməsinə səbəb oldu.
Beləliklə, YİS-in tətbiq olunması sayəsində 1925-ci ildə Dağhq Qarabağm
iqtisadiyyatında canlanma baş verdi. Sənaye məhsulu istehsalmın həcmi
müharibədən əvvəlki səviyyəyə yaxınlaşdı26. Əhalinin sosial vəziyyətində müəy-
yən irəliləyişlər baş verdi. Lakin aparılan tədqiqatlar nəticəsində məlum olur ki,
1921 -1925-ci illərdə DQMV-də yaşayan azərbaycanlılara, erməni rəhbərliyi
tərəfındən ögey münasibət göstərilmişdir. İstər mədəni-məişət və sənaye obyekt-
lərinin tikintisində, istərsədə müəssisələrdə işləyən fəhlələrə münasibətdə azər-
baycanhlar həmişə biganəlik və ədalətsizliklə rastlaşmışlar. Mərkəzdən dəstək
alan DQMV hakimiyyət orqanları öz məkirli niyyətlərini həyata keçirərkən heç
kimdən və heç nədən ehtiyat etmirdilər. Sovet Rusiyasımn 1921-1925-ci illərdə
Dağlıq Qarabağda həyata keçirdiyi iqtisadi və siyasi tədbirlərdə güddüyü başlıca
məqsəd yerli əhalinin (azərbaycanhların) milli mənlik şüurunu öldürmək, ərazidə
ermənilərin hesabma öz dayaqlarını möhkəmləndirmək və müstəmləkəçilik
rejimini əbədiləşdirərək ölkəmizin təbii sərvətlərini yeni rejimin tələblərinə uyğun
şəkildə istifadə etməkdən ibarət olumşdur. 1920-ci ilin ortalarm da YİS-ə keçid
nəticəsində DQMV-nin iqtisadi həyatında nisbi iqtisadi sabitlik yarandı. YİS-in
həyata keçirilməsi prosesində üstün cəhətlərlə yanaşı, zəif cəhətlər də üzə çıxmağa
başladı. Belə ki, ali hakimiyyət orqanlarına arxalanan ermənilər, onlara məxsus
olmayan sənaye müəssisələrini icarəyə götürüb sahibkara çevrildilər və müəs-
sisədə işləyən azərbaycanlılara ögey münasibət göstərdilər. Bütün bunlar sənaye
müəssisələrində çalışan zəhmətkeş, əliqabarlı, haqqı tapdalanan fəhlələrin
narazılığma səbəb olurdu. Enyi zamanda, DQMV-də YİS-in iqtisadi imkan-
larından istifadə edən fınldaqçı ermənilər iri birlikləri (trestləri) ələ keçirib min
bir saxtalıqla daha çox varlanırdılar. Varlı təbəqəyə qarşı isə narazılıq gündən-
giinə artırdı. Həm də əhalinin təbəqələşməsi kapitalist ünsürləri yaratdığmdan bu
hal yeni cəmiyyətin prinsiplərinə zidd hesab olunurdu. Bütün bunlarla yanaşı,
YİS sərbəst ticarətə şərait yaratdığından şəhərlə kənd arasmda əlaqələr pozu-
lurdu. Məhz belə bir şəraitdə, YİS prinsiplərindən əl çəkməyə, iqtisadiyyatda
inzibati amirlik metodları tətbiq olunmağa başlandı. Mərkəzin yalnız bir məq-
sədi var idi. Hansı yolla olur-olsun sənayeni inkişaf etdirmək, ölkənin müdafiə
|
qabiliyyətini möhkəmləndirmək, onu idxalçı ölkədən ixrac edən ölkəyə çevirmək.
Azərbaycanda sənayeləşdirmənin həyata keçirilməsi ürün 1926-cı ilin fevralında
i
I
'
53
■i
sənayeləşdirmə üzrə xüsusi komissiya yaradıldı. 1926-1930-cu illər üçün inkişaf
planı hazırlandı.
1926-a i 1 fevralm 29-da Xankəndində keçirilmiş konfransda sənayeləşdirmə
planmın müzakirəsi keçirildi. Qarşıdakı vəzifələr müəyyənləşdirildi27.
Azərbaycan hökuməti DQMV-də sənayenin inkişaf üçün 457000 manat,
elektrikləşmə üçün 23630 manat, rabitə və telefonlaşmaya 32335 m anat büdcədən
pul ayırdı28. V ergibr artm ldı və zay məhsula görə cərimə müəyyən edildi.
Müəssisələrə xammal, avadanlıqlar və ixtisash kadrlar göndərildi29.
Bəhs etdiyimiz dövrdə Dağlıq Q arabağ sənayesmdə spirt-şərab zavodları
əsas aparıcı rol oynayırdı. 1926-cı ildə üzüm yığımı 96 faiz yerinə yetirilmişdir.
Vərənddə yeni spirt zavodunun tikintisi üçün 4000 m anat pul ayrılmış, Taqverd
spirt zavodu 2-ci spirt zavodunun inşasma başlanmışdır30. DQMV-də spirt-şərab
zavodları 1926-cı ildə yüksək məhsuldarlığa nail olmuş və sənayenin başqa
sahələri ilə müqayisədə birind yerdə dayanmışdır.
Azərbaycan hökuməti 1926-cı ildən başlayaraq DQMV-də ipək sənayesinin
inkişaf etdirmək üçün ciddi tədbirlər həyata keçirməyə başladı. Lakin 1926-cı ildə
1925-ci illə müqayiəsədə ipək istehsalında elə bir əsaslı fərq olm adı31.
140 min desyatin meşə zolağı ilə əhatə olunmuş DQM V-də ağac emalı
sənayesi də, inkişaf etmişdi. 1920-ci ildə burada 1 ağac emalı zavodu var idisə,
1926-cı ildə Ağdərə, Əsgəran və Xankəndində yeni zavodlar açıldı. Bu
zavodlarda müxtəlif avadanhqlar və mebel istehsal olunurdu32.
1926-cı ildə DQMV-də 14 kooperativ, 65 satış nöqtəsi var idi ki, onların
xüsusi kapitalı 194971 m anata çatırdı. DQMV-də 1926-cı ildə 23630 manat
dəyərində elektrik xətti çəkilmiş, 50 yaşayış evi istifadəyə verilmiş, Xankəndi-
Talış-Ağdərə yolu bərpa edilmiş, telefon, teleqraf çəkilişində xeyli işlər
görülmüşdür33.
1927-ci ildə DQMV-nin sənayesinə kapital qoyuluşu 1926-cı ildəkindən 75
faiz artıq olmuşdur. Ümumi məhsuldarlıqda isə 23 faiz artım müşahidə
edilmişdir. 1927-ci ildə Xankəndi ipək fabrikinin tikintisinə başlanmış və 1929-cu
ildə istifadəyə verilmişdir. Fabrikdə 134 dəzgah quraşdırılmışdır34.
54
1927-1928-ci illərdə DQMV-nin M arquşavan kəndində ipək fabriki,
Qışlaqkənddə baramasanyıcı fabrik, Taqverd kəndində təmiz spirt zavodu,
Xankəndində mexaniki emalatxana, M adaqız və Çıldıranda ağac emalı
zavodları, Ə skəranda şərab-spirt zavodu tikilib istifadə verildi. Bu vaxt 33 bina
inşa edilmiş, 52-si təm ir olunmuş 174 kilometr uzunluğunda yol çəkilmişdir33.
Aparılan araşdırm alardan məlum olur ki, sənayeləşdirmənin ilk illərində
DQMV-i sənayesində bir sıra məhdud cəhətlər ortaya çıxmışdır. Belə ki, kadr
azlığı, planlaşdırmadakı səhflər, xammal çatışmamazhğı, sənaye obyektlərinə
rəhbərlik edən ermənilərin azərbaycanlılara qarşı şovinist mövqeyi və sair hallar
sənayeləşdirmənin tempinə və əhalinin həyat səviyyəsinə ağır zərbə vururdu.
Lakin 1926-1928-ci illərdə DQM V-də sənayeləşdirmənin həyata keçirilməsinin
əhəmiyyətli cəhətləri də olmuşdur. Belə ki, DQMV-də köhnə müəssisələr bərpa
edilərək yeniləri işə düşmüş və işsizliyə son qoyulmuşdur. Dağlıq Qarabağ geridə
qalmış aqrar regiondan, aqrar-sənaye vilayətinə çevrilmişdir. Fəhlələrin sayı isə 5
dəfə artmışdır36.
Sənayeləşdirmənin ilk illərində əldə edilmiş nailiyyətlər imkan yaratdı ki,
Mərkəz uzunmüddətli inkişaf planı hazırlasm. SSRİ hökuməti, Azərbaycanm
iqtisadi inkişafını tənzimləmək, onu nəzarətdə saxlamaq üçün birinci beşillik plan
(1928/29-1932/33) qəbul etdi37.
Birinci beşillik dövründə DQMV-də sənayeyə kapital qoyuluşu 2 dəfə
artdı38. Ağac emah sənayesinin, toxuculuq sənayesinin, xalçaçılıq və corab
fabriklərinin inkişafı, tikilməsi və yenidən qurulması planlaşdırıldı. Xankəndi
SES-in tikilib yekunlaşması, M adağız SES-in tikintisinə başlanması müəyyən
edildi. Kəndlərin elektrikləşməsi, yeni spirt-şərab zavodlarının tikilməsi, yeyinti
və kərpic-kirəmid zavodlarmın şəbəkəsinin genişlənməsi, xalqm maddi rifah
halının yaxşılaşdırılması birinci beşillikdə DQMV-də nəzərdə tutulan əsas
vəzifələr idi39.
Birinci beşillik dövründə DQMV-də yeni sənaye sahələri yaradıldı. Yüngül
sənaye Dağlıq Qarabağ sənayesinin 57,1 faizini təşkil edirdi40. 1929-cu ildə
Xankəndində baram aaçm a fabriki işə düşdü. Qarabağ İpək Kombinatmın
55
məhsulları xarici dövlətlər ixrac olunurudu. Hər il, təkcə Çerkasski şəhənnə 10
ton süni ipək göndərilirdi. 1929-cu ildə işə düşən müəssisələrdən biri də Xankəndi
xalça fabriki idi. Burada istehsal olunan xalçalar orjinal və gözəl rəsmləri, əla
keyfıyyəti, müstəsna möhkəmliyi ilə dünyada tanınmışdır. 1930-cu ildən Qarabağ
xalçaları İngiltərə, İtaliya, İsveç, Danim arka, İran, Misir Ərəb Respublikasına
ixrac edilməyə başlanmışdır41.
1930-1931-ci illərdə Şuşada ipəkçilik kominatı, Xocavənddə əyirici fabriki,
baram a qəbulu məntəqəsi, Ağdərədə gön-dəri sexləri istifadəyə verildi42.
DQMV-də ümumi sənaye m əhsullan içərisində istehsal həcmi 21,8 təşkil
edən əsas sənaye sahələrindən bıri də, şərab-konyak istehsal edən sənayedir.
1929-cu ildə DQMV-də şərab-spirt istehsal edən müəssisələr Qarabağ Şərabçılıq
Trestində birləşdirildi. Burada istehsal olunan məhsullar Gürcüstan, O rta Asiya
və Rusiyamn Mərkəzi vilayətlərinə ixrac edilirdi. Birinci beşillik ərzində Qarabağ
Şərab Trestinin məhsulları hər il orta hesabla 20-25 faiz artmışdır. 1930-cu
DQM V spirt-fərab zavodlannda 10 növ spırtli içkilər, 4 növ konyak 9 növ quru
şərab, 3 növ yeməkxana şərabi istehsal olunurdu43.
Birinci beşillik dövründə DQMV-də inşaat materialları istehsalı xeyli artdı.
Xankəndi kombinatının istehsal etdiyi mərmər bloklar Moskva, Kiyev, Lenin-
qrad, Daşkənd şəhərlərində də, istifadə olunurdu. Kom binat həm də mişar daşı,
kərpic, üzlük tavalar istehsal edirdi.
Tikintisinə beşilliyin əvvəllərində başlanan Araçazor Dəyirman Daşı Kom-
binatı 1930-cu ildə istifadəyə verildi. K om binat çirkli suların duruldulmasmda
istifadə olunan daş da, buraxırdı. Kombinatın buraxdığı məhsullar İran və
Türkiyə bazarlarında çox böyük həvəslə alınırdı. Kombinatm məhsulları hesa-
bma 1928-1932-ci illərdə Vilayətdə 40 dəyirman tikilib istifadəyə verilmişdi.
Artıq 1933-cii ildə DQMV-də 259 dəyirman işləyirdi Dəyirmanlarda 280 fəhlə
çalışırdı. Dəiyrmanların illik gəliri 508 min m anat idi. Bəhs etdiyimiz dövrdə
Yevlaxda 1 dəyirman, Tərtərdə 12, Ağcabədidə 10 dəyırman olduğu halda, Ağ-
dərədə 72, H adrudda 60, Xocavənddə 55, Xankəndində 57, Şuşada 15 dəyirman
fəaliyyət göstərirdi44.
Birinci beşillik dövründə DQM V-də energetika sənayesi də inkişaf etdi.
1930-cu ildə 350 at gücündə olan X ankəndi SES tikilib istifadəyə verildi. 1933-cü
ildə DQM V-də gücü 408 klovata çatan 4 elektrik stansiyası fəaliyyət göstərirdi.
Bu vaxt Naxçıvan M uxtar Respublikasm da gücü 181 kilovata çatana 1 stansiya,
Yevlaxda 50 kilovathq 1 stansiya işləyirdi. Birinci beşillik ərzində DQM V-də
elektrik enerjisi istehsalı 75 faiz artdı45. Bu ümumi respublika göstəricilərindən 11
faiz çox idi.
Beşillik dövründə DQMV-nin 21 kəndində dəmirçi em alatxanalan, dərzi,
corab, sabunbişirmə, yəhər, nalbənəd, mebel, ayaqqabı, duluz və başqa artellər,
kərpic, əhəng, yağ-pendir, çörəkbişirmə, limonad və digər zavodlar tikilib
istifadəyə verildi.
M agistral yol nəqliyyatı da bu dövrdə əhəmiyyətli dərəcədə inkişaf etdi.
Azorbaycan dövləti bu məqsədlə 300 min m anat pul ayırmış və 20 mütəxəssis
göndərmişdi. Nəticədə, Xankəndi-Ağdərə, Qaryagin-Talış-Domı, Xankəndi-
Talış, Vetka-Vəng, Tərtər-M arquşavan yollan çəkilmiş, Xankəndi-Ağdərə,
Tərtər-M arquşavan, Xankəndi-Talış körpüləri tikilib ıstifadəyə verilmişdir. Yük
dövriyyəsinin həcmi 1928-ci illə müqayisədə 1933-cü ildə 2 dəfə artdı.
1928-1932-ci illərdə DQMV-də ticarət m al dövriyyəsi 5 dəfə artaraq 346 min
m anatdan 1 tnilyon 732 min m anata çatdı. Adambaşma istehlak 70 faiz çoxaldı.
1933-cü ildə DQMV-də 250 nəfərin işlədiyi 29 ticarət mərkəzi fəaliyyət
göstərirdi46.
Birinci beşillik dövründə sənayenin inkişafı fəhlə sinifmin tərkibinin kəmiy-
yət artım ı və keyfiyyət dəyişikliyinə şərait yaratdı. DQMV-də fəhlələrin sayı
1928-ci illə müqayisədə 2 dəfə artaraq (1106 nəfərdən) 2270 nəfərə çatdı.
A panlan araşdırm alardan məlum olar ki, fəhlə və qulluqçuların milli tərkibində
qeyri-aəzrbaycanlılar üstün olmuşdur47. Dağlıq Q arabağda inzibati amirlik
m etodunu tətbiq etməklə, xalqımızm gərgin əməyinin istismarı hesabma birinci
beşillik plan yerinə yetirildi. Beşillik plan ipək sənayesində 171,1 faiz, ağac emalı
sənayesində 187,5 faiz, spirt-şərab istehsalmda 79, 5 faiz, elektrik enerjisi istehsah
70 faiz yerinə yetirilmişdir. Beşillikdə 7 saatlıq iş gününə keçməklə əmək haqqı 2
57
dəfə artdı. 1928-193 3-cü illərdə DQMV büdcəsinin mədaxil və məxaricində
böyük irəliləyiş oldu. Belə ki, 1931-ci ildə DQMV-də büdcənin gəliri 2795 min
manat, məxaric 3837 min manat ikən, 1933-cü ildə gəlir 4629 min m anat məxaric
8495 min manata çatdı. Vəsait qoyuluşunun həcmində də artım müşahidə
edilmişdir. Beləki, 1926-cı illə müqayisədə 1933-cü ildə qoyulan vəsaitin həcmi 8
dəfə artmışdı48.
Beləliklə, birinci beşillikdə DQMV-də sənaye potensialı güclənmiş, fəhlə
sinifı və qulluqçulann sayı artmış, yeni sənaye müəssisələri meydana gəlmiş və
işsizlik aradan qaldırılmışdır.
Azərbaycanda inzibati amirlik metodunun tətbiqi ilə bütün iqtisadiyyat
milliləşdirılırdi. İqtisadiyyatda isə partiya ideologiyası hakim mövqe tuturdu. Bu
hal birinci növbədə mərkəzin hazırladığı perespektiv və cari planlarda öz əksini
tapırdı. Belə sərt, amiranə tədbirlərdən biri də, ikinci beşillik plan (1933/34-
1937/38) oldu. İkinci beşıllik planında mərkəz, kapitalist ünsürlərini məhv
etməklə yanaşı, Azərbaycanm tükənməz sərvətlənndən tam bəhrələnmək məq-
sədilə onun sənaye, xammal və enerji mərkəzlərini yaxşılaşdırmaqla Azərbaycan
iqtisadiyyatını sürətələ inkişaf etdirməyi qarşıya vəzifə qoydu49.
1933-cü il dekabrm 21-də AK(b)P MK-nın və XKS-nin birgə keçirdiyi kon-
fransda, DQMV-nin xalq təsərrüfatmın ikinci beşillikdə inkişaf planımn (1933-
1937) tərtib edilməsi üçün direktivlərini təsdiq etdi [686]. İkincı beşilliyin ən çətin
və mürəkkəb vəzifələrindən biri, DQMV-də birinci beşillikdə yaradılmış sənaye
obyektlərinin genişləndirilməsini davam etdirmək və yeni sənaye müəssisələrini
qabaqcıl texnika ilə təchizi işini yerinə yetirməkdən ibarət idi. Beşilliyi
müvəffəqiyyətlə yerinə yetirmək üçün bütün zəhmətkeşlərin yaradıcı əməyini
səfərbərliyə almaq tələb olunurdu. Bu məqsədlə 1933-cü ildə xüsusi təlimat-
landırılmış 165 nəfər təlimatçı DQMV-ə gəldi. İkinci beşillikdə sənayedə və
nəqliyyatda yenilikçilər, zərbəçilər hərəkatmm başlanması ilə xarakterizə olun-
muşdur.
Beşilliyin ilk illərində DQMV-nin sənayesində bəzi çətinliklər üzə çıxdı. Belə
ki, müəssisələrdə yüksək ixtisaslı kadrlar çatışmırdı. Sənaye müəssisələrinin tex-
58
niki təchizatı lazımı səviyyədə deyildi. Əmək intizamma düzgün riayət olunm ur
və fəhlələrə ikili mövqedən yanaşma halı mövcud idi. Bu səbəblərdən beşilliyin
birinci ili kəsrlə (82,5 faiz) yerinə yetirilmişdi.
Yuxarıdakı çatışmamazlıqları aradan qaldırmaq üçün Mərkəz 1934-cü il
maym 14-də xüsusi qərar qəbul etdi. İlk növbədə fəhlələrin əməyini
gərginləşdirmək üçün müəssisələr arası «yarış» təşkil edildi50.
İkinci beşillik dövründə Azərbaycanda sənayenin bərpa və inkişafına 252
milyon m anat vəsait ayrılmışdır ki, bunun 32 milyon m anatı DQMV-nin
sənayesinə sərf edilmişdir51. Azərbaycanın digər regionlan ilə müqayisədə
DQMV sənayesinə ayrılan vəsait dəfələrlə artıq olmuşdur.
İkinci beşillik dövründə ipək emalı sənayesini inkişaf etdirmək üçün 3 mil-
yon m anat vəsait ayrıldı. 1934-cü ildə Q arabağ ipək Tresti Qarabağ ipəkəyirmə
idarəsi ilə birləşdirildi. Həmin il Xankəndi ipək emalı fabriki işə düşdü. Daşaltı
ipək fabriki, H adrud baram aaçm a fabriki 1930-cu illərdə yaradılmış müəssi-
sələrdir. Qarabağ İpək Kom binatm da 12 adda məhsul istehsal olunurdu.
1933-1938-ci illərdə DQMV-nin spirt-şərab emalı sənayesi də, öz inkişafında
diqqəti cəlb edirdi. 1933-cü ildə Q arabağ Şərab Tresti Sovxozlar Tresti ilə
birləşdi, «Qarabağ Şərab və Sovxozlar Tresti» (QŞST) yarandı52. Üzümçülüyün
inkişafı hesabma 1937-ci ildən DQM V spirt-şərab zavodları yerli xammalla
işləməyə başiadı. İkinci beşillikdə Ə skəranda, H adrutda, Qırmızı Bazarda, Daş-
altıda konyak spirti istehsalı zavodları, habelə Xankəndində şərab-konyak
zavodu, H adrut, Ağdərə və Xocavənddə şərabın ilkin emalı müəssisələri isti-
fadəyə verildi. Zavodlarda istehsal olunan «Qarabağ», «M artuni», «Hadrut»,
«Gışi» şərabları keçmiş ittifaq m əkamnda böyük şöhrət qazanmışdır.
İkinci beşillik dövründə DQM V-nin D aşbulaq və Tağlar kəndlərində xalça-
çılıq müəssisələri, Ninki kəndində kərpic-kirəmid zavodu, Xankəndində ağac
emalı müəssisəsi, Xankəndində sörək zavodu, ət və süd kom binatlan, Qırmızı
Bazarda ət, meyvə-tərəvəz və süd kom binatları tikilib istifadəyə verilmişdir53.
İkinci beşillik dövründə DQM V-də elektrikləşmə sahəsində də xeyli nailiy-
yətlər əldə edilmişdir. 1933-cü ildən Tərtər çayı üzərində (Madagiz kəndi yaxm-
59
lığmda) SES-in inşasına başlandı. Bunun üçün 60 milyon m anat vəsait ayrıl-
mışdı. 1933-cü illə müqayisədə 1938-ci ildə DQMV-də elektrık enerjisi hasilatı 2,2
dəfə artdı. Bu dövrdə DQMV-də mövcud elektrik stansiyaları genişləndirilmiş,
bir sıra elektrik stansiyaları istifadəyə verilmiş, kəndlərdə elektrikləşmə işləri
apanlmışdır54.
1933-2938-ci ilbrdə DQMV-nin iqtisadi həyatmda mühüm əhəmiyyəti olan
nəqliyyatda da əsaslı irəliləyiş baş vermişdi. Təkcə Xankəndində yoolarm
çəkilişinə 100 min m anat vəsait xərclənmişdir. Bəhs olunan dövrdə Ağdərə-
Tərtər, Şuşa-Şırlan, Xankəndi-Şuşa şosse yollan çəkilib istifadəyə verildi.
DQMV-də 5 il ərzində yük daşmması 54 milyon ton, səmişin daşmması 500 min
nəfər olmuşdu53.
1930-cu illərdə DQMV-də yeni poçt və teleqraf müəssisələri açıldı. Ağdaş-
Şuşa teleqraf şəbəkəsi təmir olunaraq yenidən quruldu. 1935-ci ildə Xankəndinda
hər birinin gücü 150 vatt olan 2 qısadalğah radioverici aparatı quraşdırılaraq işə
düşdü. DQMV-nin kəndlərində poçt, teleqraf, telefon, rabitə şəbəkəsinin
təkmilləşməsi və inkişafına böyük diqqət yetirilmişdi. DQMV-də poçt, telefon və
rabitənin inkişafı Naxçıvan MSSR və Azərbaycanın digər regionlanndan üstün
olmuşdur. Təkcə ikinci beşillikdə, Xankəndində rabitənin inkişafma avrılan
vəsaitin həcmi respublikamızda birinci yerdə dayanmışdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mövcud olan bütün
kredit müəssisələri yenidən qurularaq sosialist istehsal üsulunun xarakterinə
uyğunlaşdırıldı. Xalq təsərriifatı, ticarət və nəqliyyatın inkişafı üçün Azərbaycan
Dövlət Bankı təsis edildi. ÜİK(b)P-nın XV konfransmm 15 iyun 1927-ci il tarixli
«Kredit şəbəkəsinin quruluş prinsipləri haqqında» qərarınm Azərbaycanda
həyata keçirilməsəinə uyğun olaraq, 1928-ci ildə Xankəndində Azərbaycan
Dövlət Bankmın kredit agentliyi yaradıldı. 1935-ci ildə isə Azərbaycan dövlət
bankının Xankəndi fılialı açıldı^6. İkinci beşillik dövründə Dağlıq Qarabağda
maliyyə və kredit müəssisələrinin təşkilinə başlanmış, onların əhatə dairəsi
genişlənmiş, müəssisələr təsərrüfat hesabına keçmiş və büdcənin tərtibi təkmil-
ləşmişdir. Eyni zamanda yeni yaradılan banklar əhalidən alınan vergibri təkmil-
60
ləşdirmiş, mədaxil və məxaric əməliyyatlarmda mütərəqqi irəliləmələr aparmış,
sənaye, nəqliyyat və rabitənin inkişafı, xaricı ticarət əlaqələrinin nizama salın-
masmda mühüm işlər görmüşdür. İkinci beşillik dövründə Dağlıq Q arabağda 22
yeni ticarət mərkəzi açılmışdı. 1933-1938-ci illərdə Dağlıq Q arabağda satış
məhsullarımn həcmi 5 milyon m anata çatmışdır.
1939-cu ildə xalq gəliri 1933-cü illə müqayisədə 85 faiz artdı. 1939-cu ildə
Dağlıq Qarabağda d ö v b t büdcəsi üzrə gəlir 1.404.687 m anat məxaric isə
1.422.563 m anat olmuşdur57.
İkinci beşillik dövründə Dağlıq Qarabağda fəhlə və qulluqçuların kəmiy-
yətcə artması halı müşahidə edilmişdir. Beb ki, əgər 1933-cü ildə Dağlıq
Qarabağda fəh b və qulluqçularm sayı 2270 nəfər idisə, 1938-ci ildə 5406 nəfərə
çatmışdır. Fəhlə və qulluqçularm milli tərkibinə gəldikdə isə 1933-cü ilb
müqayisədə 1938-ci ildə azərbaycanlılarm xüsusi çəkisi 28 faiz azalmışdır58.
Dağlıq Qarabağda sənaye sahəsində çalışan azərbaycanlı fəhləbrin sayımn aşağı
düşməsinin ən başlıca səbəbi əraziyə məqsədli şəkildə ittifaqm ayrı-ayrı region-
lardan ermənilərin köçürülməsi ilə bağlı olmuşdur. Eyni zam anda aryı-ayrı
regionlardan Dağlıq Q arabağa köçürülən qeyri-azərbaycanlılar şəhər əhalisi idi.
Onlar isə əraziyə köçərkən şəhərdə məskunlaşır və müəssisələrdə işə götürülürdü.
Torpağa çox bağlı olan Dağlıq Qarabağ müsəlmanlarının müəssisələrdə işə cəlb
edilməsi zəif idi. Kənddə çətin iş olan pambıqçılığın və üzümçülüyün inkişaf
etdirilməsi məqsədilə, Dağlıq Q arabağ idarə aparatm a rəhbərlik edən şovinist
mövqeyi erməni məmurları kənəddə yaşayan azərbaycanlılarm şəhərə gəlməsini
və müəssisələrdə işə düzəlməsinin qarşısmı süni vasitələrlə alırdılar. Bütün
bunlarla yanaşı, kənddə yaşayan müsəlmanların özlərinin miqrasiya fəallığı aşağı
idi. Onlarm təhsil səviyyəsi, məişət xüsusiyyətləri məhdud olmaqla yanaşı,
çoxuşaqlılıq, erkənkəbinlilik və sair amillər kənddə yaşayan azərbaycanlıların
şəhərə axınınm qarşısını alırdı. Azərbaycanlı qadmların da ictimai istehsal
əməyinə cəlb olunması çox aşağı səviyyədə idi. Ümumi respublika miqyasmda
1939-cu ildə fəhlə və qulhıqçular arasm da azərbaycanlı qadm lar 5 faiz təşkil
edirdilər59.
61
1938-ci ildə Dağlıq Qarabağda ümumi sənaye məhsullarınm həcmi
97.452.600 m anata çatmışdır. Bəhs edilən dövrdə Dağlıq Qarabağda ümumi
sənaye məhsullarının artım tempi ildən-ilə artaraq 1928-ci ildəkinə nisbətən 1932-
ci ildə 136 faiz, 1933-cü ildə 156 faiz, 1934-cü ildə 345 faiz, 1935-ci ildə 278 faiz,
1936-cı ildə 340 faiz, 1938-ci ildə 402 faizə çatmışdır. Zəhmətkeş xalqm səyi
nəticəsində ikinci beşılliyin qarşısmdakı vəzifələr 4 il 3 ayda yerinə yetirilmişdi63.
1933-1938-ci illərdə Sovet İttifaqmda sənaye məhsullannın illik artımı orta
hesabla 17,1 faiz olmuşdursa, Azərbaycanda 20,3 faiz, Dağlıq Qarabağda 18,2
faizə çatmışdır61. 1920-1940-cı illər ərzində Dağlıq Qarabağda yeni texnika
əsasında onlarca yeni sənaye müəssisəsi tikilmişdir. Ərazidə ipək sənayesi, yağ,
pendir sənayesi, tikinti ləvazimatı, meşə emalı, toxuculuq, tikiş, gön-dəri, yeyinti
və başqa sənaye müəssisələri yaradılmışdır. Dağlıq Qarabağda 1920-1940-cı illər
ərzində sənayenin inkişafı sahəsində no qədər böyük müvəffəqıyyətlər əldə
edildiyini onda görmək olar ki, 1926-1927-ci illərin dəyişməz qiymətləri ilə
götürüldükdə, sənaye məhsulunım miqdarı 1923-cü ildən 1940-cı ilədək 9 dəfə
çoxalmışdır. Təkcə Dağlıq Q arabağda ipək sap istehsalı 1934-cü ildə 1922-ci illə
müqayisədə 33 dəfədən çox artmışdır. Birinci iki beşillik dövründə Dağlıq
Qarabağda sənaye müntəzəm surətdə inkişaf edib genişlənmişdir. Təkcə ikinci
beşillikdə Qarabağ ipək sənayesinə 5,3 milyon manat vəsait qoyulmuş, üçüncü
beşillikdə isə bu məbləğ daha da çoxalmışdı. 1940-cı ildə Dağlıq Qarabağda
120.000 kvadrat m etr ipək parça, 98 ton xam ipək, 26 ton burulmuş ipək (sap)
istehsal edilmişdir62.
1920-1940-cı illər ərzində Dağlıq Qarabağda şərab-spirt sənayesi də inikşaf
etmişdir. Konyak spirt zavodu, şərab və konyak zavodları, spirtsiz içkilər
zavodu, likor zavodu və başqa zavodlar tikilib istifadəyə verilmişdir. Həmin
zavodlar əsasında yaradılmış «QŞST» müəssisəsinin gücü ildən-ilə artmışdır.
Müəssisənin istehsal etdiyi məhsullar ittifaq miqyasmda şöhrət qazanmışdır.
Dağlıq Qarabağda I940-cı ildə 40 min dkletr şərab, 1000 dkletr konyak istehsal
edilmişdir63.
62
1920-1940-cı illərdə Dağlıq Qarabağda tikinti ləvazimatı sənayesi də
genişlənmişdir. Həmin illərdə tikilən kərpic, kirəmit, əhəng və mexaniki təmir
zavodları məhsul verməyə başlamışdır. Ağac emalı fabriki işə salınmış, ilk taxta
zavodlarmdan məhsul buraxılmışdır. 1940-cı ildə Dağlıq Q arabağda 1,3 min
kubmetr taxta-şalban, 120 ton əhəng, 26 min manatlıq mebel, 172 min ədəd
kərpic istehsal edilmişdir64. ÜİK (b)P M K-nın yerlı xammaldan çoxişlənən
malları artırm aq tədbirləri haqqındakı tarixi qəranndan sonra, Dağlıq Qara-
bağda yerli sənaye sürətlə inkişaf etməyə başladı. 40-cı illərin əvvəllərində 1925-ci
illə müqayisədə yerli sənayenin ümumi məhsulu 20 dəfə artmışdı. Dağlıq
Qarabağda yerli sənayenin inkişafı üçün hər cür şərait var idi. Ərazidə bir sıra
mədən yataqlannm aşkar edilməsi yerli sənayenin coşğun inkişafına təkan
vermişdir.
Bəhs edilən dövrdə, Dağlıq Q arabağda sənət koperasiyası da genişlənmişdir.
Sənət koperasiyası yüz növdə müxtəlif məhsullar istehsal edirdi. İstehsal yerli
xammala əsaslanırdı. 1940-cı ildə Dağlıq Q arabağ sənət koperasiyasının məh-
sulları (araba və kirəmid istehsalma görə) Azərbaycanda birinci yerdə dayan-
mışdır. Bünövrəsi birinci beşillikdə qoyulan parça və xalça toxuyan, mebel, ayaq-
aabı, qənnadı malları hazırlayan artellər 1940-cı ildə xeyli məhsul vermişdir65.
1920-1940-cı illər ərzində Dağlıq Q arabağda xalça, yağ-pendir sənayesi,
asvalt-beton istehsah, çörək zavodu və ət kombinatının məhsulları diqqətə
layiqdir. 1940-cı ildə yağ istehsalı 12,8 ton, pendir və brm za 61 ton, ət istehsalı 4
min ton, süd istehsalı 25,8 min ton olmuşdur66.
1923-cü ildən 1940-cı ilədək Dağlıq Q arabağ ərazisində 42 sənaye müəssisəsi
tikilib istifadəyə verilmişdir. Bəhs edilən dövründə elektrikləşmə sahəsində xeyli
işlər görülmüş və elektrik enerjisi istehsalı 1940-cı ildə 1,5 milyon kilovatt saata
çatmışdır67.
1940-cı il yanvarın 29-da tikinti, abadlıq, yol çəkilişi və sair sahələrdəki
yüksək göstəricilərə görə Ağdərə rayonu keçici qırmızı bayraqla mükafatlan-
dırıldı.
63
1940-cı ildə Dağlıq Qarabağda qulluqçularm ümumi əmək haqqı 1926-cı illə
müqayisədə 258 faiz, sənayedə 473 faiz, tikintidə 384 faiz, nəqliyyatda 548 faiz,
ticarətdə 336 faiz artmışdır68. 1937-1940-cı illərdə Dağlıq Qarabağda sənaye,
nəqliyyat və əsaslı tikinti sahəsində xeyli müvəffəqiyyətlər əldə edilmişdir. Yeni
sənaye müəssisələrini tikən tikinti quraşdırma podratçı təşkilatlar yaradılaraq,
tikinti işləri mexanikləşdirildi və müxtəlif ixtisaslı kadrlarla təchiz olundu. Bu,
əsasiı tikinti işlərinin ildən-ilə genişləndirilməsinə kömək etdi,-
1930-1940-cı illərdə Dağlıq Qarabağ sənayesi texniki cəhətdən yenidən
quruldu. Bu isə fəhlələrin maddi-rifah halınm yaxşılaşmasma müsbət təsir etdi.
Eyni zamanda, bəhs edilən dövrdə Dağlıq Qarabağm sənaye müəssisələrində
çalışan fəhlələrin yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülmüşdü.
Belə ki, fəhlələrin əmək rejiminin yenidən qurulmasına, iş vaxtı təhlükəsizlik
texnikasma əməl edilməsi və sağlamlaşdırma məsələlərinə xüsusi diqqət yeti-
rilirdi. Fasiləsiz işləyən müəssisələr beşgünlük, başqa müəssisələr isə altıgünlük iş
həftəsinə keçmişdilər. Dağlıq Qarabağın bütün sənaye müəssisələri 7 saatlıq iş
gününə keçdilər. Asudə vaxt əldə edən fəhlələr öz ixtisaslannı artırırdılar
Dağlıq Qarabağ sənayesinin 1920-1940-cı illərdə inkişaf etməsi bir sıra
amillərlə bağlı olmuşdur. Belə ki, bəhs edilən dövrdə mərkəzin göstərişi ilə bütün
Azərbaycan ərazisinin, o cümlədən Dağlıq Qarabağ ərazisinin təbii sərvətləri
daha ətraflı öyrənilmiş və ondan səmərəli istifadə edilməyə başlanmışdır. Həmin
dövrdə Moskvanm göndərdiyi nümayəndələr Dağlıq Qarabağ istiqamətində
ekspedisiyalar təşkil etmiş və ərazidə bir sıra cəmiyyətlər yaratmışlar. Məqsəd
həmin ərazidəki təbii sərvətləri aşkarlayıb özününküləşdirmək idi. Hazır məhsul
aparm aq üçün kombinləşdirmə metodu tətbiq edilməyə başlandı. Yəni
aşkarlanmış təbii ehtiyatların (sərvətlərin) yaxınhğmda sənaye müəssisələri
tikilməyə başlandı. Bu isə Dağlıq Q arabağda sənayenin inkişafına təkan verdi.
Dağlıq Qarabağ ərazisi müxtəlif və zəngin təbii ehtiyatlara malik olmaqla yanaşı,
başqa əlverişlm imkanlara da malik idi. Yaxşı iqlimə, münbit torpağa, münasib
suvarma sisteminə malik Dağhq Qarabağ ərazisində kənd təsərrüfatı sürətlə
inkişaf etmiş, bu isə öz növbəsində sənayenin xammala olan tələbatımn
64
ödənilməsinə şərait yaratmışdır. Dağlıq Q arabağda xalq təsərrüfatma qoyulan
vəsaitin 66,5 faizi sənayeyə sərf edilmişdir. Sənaye müəssisələrində çalışan
fəhlələrin mədəni-məişət şəraitinin yaxşılaşdırılması, onlann maddi marağının
artırılması, fəhlələr içərisində ciddi əmək intizammm tətbiqi, zay məhsul
istehsalma, işdən qalmaq və gecikməyə görə cəza tədbirləri Dağlıq Qarabağda
sənayenin inkişafma təkan verdi. SSRİ məkanında vahid iqtisadi plamn tətbiqi,
texniki avadanhqlarla, təcrübəli mütəxəssislərlə və ixtisaslı fəhlələrlə Dağlıq
Qarabağ sənayenin təmin edilməsi, elektrikləşmə, nəqliyyat, yol tikintisi işlərinin
inkişafı, sənayesinin inkişafını sürətləndirdi. Bütün bunlarla yanaşı, müxtəlif
regionlardan ermənilərin məqsədli şəkildə Dağlıq Qarabağa köçürülməsi və
onların sənaye müəssisələrində işə götürülməsi Dağlıq Qarabağ sənayesinin işçi
qüvvəsi ilə tam təmin edilməsinə şərait yaratmış və sənayenin inkişafma səbəb
olmuşdur.
Beləliklə, Sovet dövlətinin sənayeləşdirmə siyasətinin Dağlıq Qarabağda
həyata keçirilməsi nəticəsində, yeni sənaye sahələrinin əmələ gəlməsi ilə işsizlik
problemi aradan götürüldü və istehsal artdı. Rus imperiyası isə iqtisadi təməlini
möhkəmləndirmək üçün Azərbaycanı öz xammal bazasma çevirməklə yeraltı və
yerüstü sərvətlərimizin talan edilməsini daha da sürətləndirdi. I920-1940-cı
illərdə Dağlıq Qarabağda möhkəm sənaye bazası yaradıldı. Bu prosesin başlıca
cəhəti ondan ibarətdir ki, gələcəkdə Dağlıq Qarabağ sənayesinin yerləşdirilməsini
daha da yaxşılaşdırmaq üçün möhkəm iqtisadi zəmin yaradılmışdır ki, sonrakı
tarixli inkişaf mərhələsində Dağlıq Qarabağda iqtisadiyyatm aparıcı sahəsi olan
sənayenin səmərəli yerləşdirilməsi, yeni, daha güclü sənaye ocaqlannın
formalaşıb kompleks yüksəlişi üçün sanballı iqtisadi zəmin yaratdı.
Dostları ilə paylaş: |