ıoı
və istehsalat intizamı gücbnmişdi. Dağlıq Qarabağ əhalisi ön və arxa cəbhənin
strateji mallarla təmin olunmasıtıda öz layıqli köməyini göstərmişdir.
Azərbaycan ziyalıları müharibənin ilk günlərindən bütün səy və yaradıcılıq
fəaliyyətlərini qəsbkar faşist Almaniyasına qarşı, mübarizəyə, azadlığın, sivil
cəmiyyətin qorunm asm a yönəltdilər. İctimai və humanitar sahədə çalışan
alimlərimiz xalqm qəhrəmanlıq tarixindən, döyüş ənənələrindən bəhs edən əsərlər
yaratdılar. Yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar öz əsərləri vasitəsilə
insanlarda vətənə məhəbbət, duşmənə nifrət hissi aşılayır, faşist işğalçıları
üzərində qələbəyə inam yaradırdılar. Böyük Vətən müharibəsində cəbhəyə və ölkə
iqtisadiyyatma xidmət və qayğı göstərməklə Azərbaycan xalqı, öncə onun
ziyalıları Sovet Ordusunun alman-faşizmi üzərində qələbəsinə mühüm töhfə
vermişlər.
Böyük Vətən müharibəsində arxa cəbhədə olduğu kimi ön cəbhədə də
xalqımızın m ərd oğul və qızları böyük qəhrəmanlıqlar göstərmişdir. Müharibədə
Sovet ittifaqı xalqları 27 milyon nəfərdən artıq şəhid vermişdi. Azərbaycan SSR-
dən cəbhəyə getmiş 700000 nəfərə qədər döyüşçüdən 300000 nəfəri həlak
olmuşdu. Böyük Vətən müharibəsi cəbhələrində H.Aslanov, S.Qəniyev,
M.Əbilov, H.Hüseynov, A.Abdullayev, Y.Abdullayev, A.Abasov, Q.Zeynalov,
T.Əliyarbəyov, A.Vəzirov, A.Qazızadə, B.Mehdiyev, D.Nəcəfov, N.Kərimov və
başqa sərkərdə və komandirlərimiz ölkəni faşizm bəlasından qurtarm aq üçün
böyük hərbi təşkilatçılıq qabiliyyəti və əsgəri rəşadət göstərdilər. Xalqımızın
mərd oğullarmdan 121 nəfəri döyüşlərdəki rəşadətinə görə Sovet İttifaqı
Qəhrəmanı adm a layiq görüldü. 30 nəfər azərbaycanlı döyüşçü Şöhrət Orderinin
hər üç dərəcəsi ilə, 176 min nəfər isə müxtəlif orden və medallarla təltif edildilər.
Partizanlarımızda müqavimət hərəkatm da fəal iştirak edərək mərdlik və şücaət
göstərmiş, düşməndən amansız intiqam almışdılar.
Böyük Vətən müharibəsi dövründə Dağhq Q arabağdan 45 min nəfər oğlan
və qız cəbhəyə getmiş, Vətənə hədsiz sədaqət, mərdlik, fədakarlıq və igidlik
nümayiş etdirmişdiləT. 22 min nəfər Dağlıq Q arabağ sakini vətənin azadlıq və
istiqlaliyyəti uğrunda döyüşlərdə qəhrəmanlıqla canını qurban vermişdi. Onlar
Sovet Ordu hissələrində, partizan dəstələrində, müqavimət hərəkatı sıralannda
hitlerçilərə qarşı vuruşmuşlar. Dağlıq Qarabağda anadan olmuş 15 min döyüşçü
döyüş orden və medallan ilə təltif edilmiş, 18 nəfəri Sovet İttifaqı Qəhrəmanı
kimi yüksək
ada layiq görülmüşlər21. Onlardan bir neçəsinin döyüş yohınu
xatırlatmaq yerinə düşərdi: Smolensk meşələrində fəaliyyət. göstərən PaTtizan
dəstəsində «Partizan Aliyə» adı ilə tamnan Aliyə Fətulla qızı Rüstəmbəyova
Qarabağm tacı Şuşada dünyaya göz açmışdır (1907-ci ildə). Tibb İnstitutunu
bitirən Aliyə Böyük Vətən müharibəsinin elə ilk günündən öz ərizəsi ilə alman
faşizminə qarşı müharibəyə getdi. Müharibənin ilk günlərində böyük bacanğa
malik olması aşkar
edilmiş və qeyrətli azərbaycanlı qızı Tibb-sanitariya
batalyonuna rəis təyin edilmişdir. Dərin zəkaya malik cərrah Aliyə minlərlə
insanı ölümün pəncəsindən xilas etmişdir. 1941-ci ilin əvvəllərində yaralanaraq
əsir düşən Aliyə, 1942-ci ilin əvvəllərində əsirlikdən qaçmış və Smolenskdə
partizanlara qoşulmuşdur. Cəmi 35 bahar yaşayan həssas, nikbin, qeyrətli Vətən
övladı 1942-ci ildə qəhrəmancasına həlak olmuşdur22. Təlim, tərbiyə və təhsilini
Şuşada alan və ölümündən sonra «Böyük Vətən Müharibəsi Qəhrəmanı» adma
layiq görülən «Partizan Aliyə» ilə bütün Azərbaycan xalqı fəxr edə bilər.
Sovet İttifaqınm donanma admiralı İ.S.İsakov Böyük Vətən müharibəsi
illərində qoşunlara bacarıqlı rəhbərlik etdiyinə, igidlik və qəhrəmanlıq
göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adı almış, 6 Lenin ordeni, 3 Qırmızı
Bayraq Ordeni, 2 dəfə birinci dərəcəli Uşakov ordeni, birinci dərəcəli Vətən,
Müharibəsi və Qırmızı Ulduz ordenləri ilə, bir çox medallarla, habelə bir sıra
xaricı dövlətlərin ordenləri ilə təltif olunmuşdur11.
Rostov şəhərinin xatirə lövhəsində bir igid şuşalmın da adı həkk olub:
«Qaraşov Aslan Məmməd oğlu (10.XI.1919, Şuşa - 12.02.1943, Rostov)». Aslan
1939-cü ildə ordu sıralarına çağırılmış və Böyük Vətən müharibəsində artilleriya
batareyasının komandiri təyin edilmişdir. O, Şimali Qafqazm azad edilməsində
böyük igidlik göstərmişdir. Rostovun Semernikova kəndində gedən döyüşlərdə
cəsur dövüşçü Aslan düşmənin 8 tankını yandırmış və özü də həlak olmuşdur.
Möhkəm əqidəli şuşalı balasına Böyük Vətən Müharibəsi qəhrəmanı adı verilrniş,
«Qırmızı Bayraq» ordeni və çoxlu medallarla təltif edimişdir.
Təhsilini Leninqrad və Moskva hərbi məktəbində almış A.F.Vəzirov
Böyük Vətən müharibəsi illərində Zaqafqaziya cəbhəsi Şimal ordu qrupunun 5-ci
dağ m inaatan - mühəndis briqadasımn, 3-cü Ukrayna cəbhəsinin Qırmızı Bayraq
Ordenli 51-ci mühəndis-istehkam briqadasınm tərkibində olmuş və sonra
briqadaya kom andirlik etmişdir. Polkovnik A.F.Vəzirov göstərdiyi şücaətə görə
Sovet
tttifaqı Qəhrəmanı, 4 Qırmızı Bayraq Ordeni, II dərəcəli Boqdan
Xmelnistki ordeni və medallarla təltif olunmuşdur25.
Xocavənd rayonunda anadan olmuş M.A.Parseqov 1940-cı ildən
artilleriya diviziyasma komandirlik etmişdir. O, Mannerheym xəttinin
dağıdılmasmda, Kiyevin müdafıəsində, Yapon militaristlərinin darmadağm
edilməsində fəal iştirak etmiş və öz əsgər borcunu şərəflə yerinə yetirmişdir.
Göstərdiyi xidmətlərə görə general-polkovnik M .A.Parseqova Sovet İttifaqı
Qəhrəmanı adı verilmişdir26.
Bütün Azərbaycan xalqınm fəxri sayılan Quliyev Yaqub Allahqulu oğlu
1900-cu ildə Şuşada dünyaya göz açmışdır. 1920-ci illərdə vzvod komandiri, rota
komandiri, türkmən süvari polkunun qərargahınm rəisi, 1938-ci ildə Türküstan
dağ-süvari briqadası qərargahının rəisi, 1939-cu ildə O rta Asiya Hərbi dairə
qərargahının rəis müavini, 1942-ci ildə 97-ci süvari diviziyasmm komandiri
vəzifələrində işləmişdir. Dərin düşüncəli Y aqub sovet hərbi xadimi adm a layiq
görülmüş və general mayor rütbəsi almışdır. İgid şuşalı Stalinqrad vuruşmasmda
qəhrəmancasına həlak olmuşdur. Xalqımız ölməz qəhrəmanı ilə fəxr edə bilər.
Onun adı Mamay təpəsindəki xatirə ansamblına yazılmış, Türkmənistanda
Yaqubun adm a abidə qoyulmuş və bır məşhur küçəyə Y.Quliyevin adı
verilmişdir. Ölümündən sonra Y.A.Quliyev Lenin ordeni, sağlığmda isə 2 dəfə
«Qırmızı Bayraq» ordeni ilə təltif olunmuşdur. Lenin ordenli generalm adına
Şuşada da küçə vardır27.
DQM V-nin H adrut rayonunun M etstağlar kəndində anadan olmuş
S.A.Xudyakov general və aviasiya marşalı rütbəsinədək yüksəlmişdir. O,
Moskva ətrafm da gedən döyüşlərdə, Kursk, Oryol, Belqrad və solsahil
Ukraynasmm azad olunmasmda, Yassı-Kişinov əməliyyatlannda fəal iştirak
etmişdir. İgidlik və mərdlik nümayiş etdirdiyinə görə S.A.Xudyakov bir sıra
orden və medallarla təltif olunmuşdur.
Dərin düşüncəsi, möhkəm iradəsi, qibtə olunan vətənparliyi ilə xalqımızın
sevimlisinə çevrilmiş, həm zahirən, həm də mənən əsl azərbaycanlı və türk oğlu
adm a layiq olan Xəlil Məmməd oğlu Məmmədov gözəlliklər diyarı Şuşada
dünyaya göz açmışdır (1916). 1940-cı ildə tank batalyonunun alay məktəbini
bitirən Xəlil tank komandiri təyin edilmişdir. Böyük Vətən müharibəsində rota
və batalyon komandirləri vəzifəsində işləyən X.Məmmədov Kerç, Krım, Şimali
Qafqaz, Ukrayna, Moldava, Ruminiyamn azad edilməsində qəhrəmanlıqlar
göstərmişdir. Göstərdikləri qəhrəmanlıqlara görə Xəlil Məmmədova 1945-ci ildə
Sovet Ittifaqı Qəhrəmanı adı verilmiş və general-mayor rütbəsinədək
yüksəlmişdir. X.Məmmədov Qırmızı Bayraq, Aleksandr Netski, 2 Qırmızı
Ulduz, Şərəf nişanı ordenləri və medallarla təltif edilmişdir. Qəhrəmanın həyatı
bugünkü gəncliyimizə gözəl öməkdir.
Bütün Taqanrok sakinləri arasında «məğlubedilməz» ləqəbi ilə tanman
Şuşa rayonunun Zarıslı kənd sakini Əli Rza oğlu Bədəlov müharibə başlayan
vaxtdan öz ərizəsi ilə cəbhəyə getdi. Cəsur topçu Ə.R.Bədəlov Mozdok,
Taqanrok, Melitopol, Kişinyov ətrafmda, M acanstan və Polşada gedən
döyüşlərdə yüzlərlə alman tankını məhv etmişdir. Ali Baş Komandanlığınm
imzaladığı təşəkkür əmrində onun adı həmişə birinci çəkilmişdir.
Şuşalı Əmir Məmmədoğlu Rüstəmov müharibə dövründə, azərbaycanlılar
arasm da birinci texnik-mühəndis olmuşdur. 1942-ci ildə Qafqaz uğrunda gedən
döyüşlərdə düşmən obyektlərinin yerini və hücum üçün planı Ə.Rüstəmov çox
dəqiqliklə çəkmişdir. K apitan Ə.Rüstəmov 1942-ci ilin yanvarxnda 56-cı orduya,
sonra isə 25-ci m inaaxtaranlar briqadasma komandirlik etmişdir. General-mayor
rütbəsinədək yüksələn komandir çoxlu orden və medallann sahibidir. Böyük
Vətən müharibəsi dövründə Dağlıq Qarabağdan onlarca döyüşçü - Sovet İttifaqı
qəhrəmanı A.C.Qasparov, Bəylər və Əşrəf Cahangirovlar, Musa, Baxış və
Alyoşa Hüseynov qardaşları, Kamran Məmmədov v.ı başqaları fovqəiadə
mərdlik göstərmişdilər.
Beləliklə, Böyük Vətən müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatdı.
Qələbənin əidə edilməsində bütün Azərbaycan xalqmm, o cümlədən DQMV-nin
əhalisinin böyük xidmətləri olmuşdur. Alman faşizm üzərində qələbə əldə
edilməsinin ən başlıca səbəbi ölkənin və xalqm bütün gücünün səfərbər
edilməsində idi. Həmçinin ölkə rəhbərliyi inzibati idarəçiiik metodlarım daha da
möhkəmləndirib, iqtisadiyyatı qısa bir zamanda hərbin tələbləri əsasmda yenidən
qura bildi və xalqlann iqtisadi, hərbi, mənəvi qüvvələrini birləşdirdi. Azərbaycan
xalqı ikinci dünya müharibəsində SSRİ-nin qalib çıxmasma öz layiqli töhfəsini
vermiş, adı XX əsrdə qəsbkarhğa və mürtəce qüvvələrə qarşı mütərəqqi
qüwələrin tarixi səlnaməsinə qızıl hərflərlə əbədi həkk olunmuşdur. Azərbaycan
xalqı Böyük Vətən müharibəsinin ağır yükünü öz çiyinlərində daşımış və faşizm
üzərində tarixi qələbə qazanılmasmda mühüm rol oynamışdır. Ümummilli
liderimiz H.Ə.Əliyev çıxışlanndan birində qeyd etmişdir: «1941-1945-ci illər
Azərbaycan xalqınm tarixində çox görkəmli yer tutur və xalqımızın tarixində
parlaq səhifələrdəndir... Ikinci dünya müharibəsi əyani şəkildə bir daha təsdiq
etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və
rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü və qəhrəman xalqdır.
Faşizm üzərində qələbədən sonra xalqımızm keçdiyi yol Azərbaycanm gələcək
milli azadlığma, müstəqilliyinə gedən yol olm uşdur... Azərbaycan yüksək inkişaf
yolu keçdi və böyük iqtisadi, intellektual potensial topladı. Bunların əsasmda
xalqımız öz müstəqilliyini əldə etdi və dünya birliyində öz yerini tutdu»28.
V FƏSİL
DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNDƏ tQTİSADİ VƏ
SOSİAL HƏYAT (1946-1950)
İkinci dünya müharibəsində Azərbaycan xalqı bütün iqtisadi, hərbi və
mənəvı gücünü səfərbər edərək SSRİ-nin qalib çıxmasına öz layiqli töhfəsini
vermiş və XX əsrdə qəsbkarlığa və mürtəce qüvvələrin tarixi səlnaməsinə öz
admı qızıl hərflərlə əbədi həkk edirmişdir. Azərbaycanm oğul və qızları faşızmə
qarşı mərdliklə vuruşaraq 121 nəfər Sovet İttifaqı Qəhrəmanı adma layiq
görülmüş, arxada çalışan əməkçilərimiz cəbhəyə böyük köməklik göstərmişdilər.
Müharibənin bütün ağırlığım öz çiynində çəkən Azərbaycan xalqı öz milli
sərvətlərinin xeyli hissəsini itirmişdir.
Müharibə Azərbaycanın hər yerinə, o cümlədən onun ayrılmaz tərkib
hıssəsi olan DQMV-nin bütün təsərrüfatına çox ağır zərbə vurdu. 1945-ci ildə
vilayət sənayesində ümumi məhsul istehsalı 1940-cı illə müqayisədə təxminən 22
faiz aşağı düşmüşdü. Müvafıq illərdə ipək parça istehsalı 120 min m2-dən 93,6
min m--ə, xam ipək 98 tondan 76,4 tona, pendir istehsalı 61 tondan 48 tona,
şərab istehsalı 40000 dkl-dən 3120 dkl-ə, konyak istehsalı 1000 dkl-dən 780
dekletrə, taxta şalban 1300 m3-dən, 1014 m 3-ə, əhəng 120 tondan 94 tona, mebel
istehsalı 26 min m anatdan 20 min m anata enmişdi1. M üharibə illərində DQMV-
də istehlak malları istehsalı kəskin surətdə aşağı düşmüşdü. 1945-ci ildə 1940-cı
ilə nisbətən pambıq istehsalı 2,4 dəfə azalmış, əkin sahəsi 4 min hektardan 1,2
min hektara enmişdi. Barama istehsalı 114 tondan 72 tona, yun istehsalı 109
tondan 85 tona qədər azalmışdı. DQMV-də 1940-cı ildən 1945-ci ilin sonunadək
iribuynuzlu m al-qaranm sayı 87,6 min başdan 78,5 min başa, davarlann sayı isə
160,4 min başdan 140,2 min başa enmişdi2. Kənd təsərrüfatmın maddi texniki
bazası xeyli zəiflənmişdi.
1940-cı ildə Azərbaycanda əhalinin sayı 3304,1 min nəfər, o cümlədən
edilməsi ilə bağlı əhalinin sayı 1945-ci ildə 17,65 faiz azalmışdı3. Müharibə
dövründə Dağlıq Qarabağda fəhlə və qulluqçularm bacarıqh və işlək hissəsinin
ön cəbhəyə səfərbər edilməsi ilə əlaqədar onlann sayı 15 faiz aşağı düşmüşdü.
Faşizm üzərində qələbədən sonra Respublikamızda xalq təsərrüfatı bərpa
olunmağa başlandı. SSRİ Dövlət Müdafıə Komitəsinin 26 may 1945-ci il «Silah
istehsalınm azaldılması ilə əlaqədar olaraq sənayeni yenidən qurmaq sahəsində
tədbirlər haqqmda»kı qərarmdan sonra Azərbaycanda sənayenin bərpası və
inkişafı üçün mühüm tədbirlər görüldü. Belə ki, müharibə qurtardıqdan sonra
müəssisələrdə 8 saatlıq iş günü və illik məzuniyyətlər bərpa edildi. Həmçinin
1945-ci il dekabrın 1-dən başlayaraq müharibə illərində istıfadə edilməmiş
məzuniyyətlərə görə pul kompensasiyasınm ödənilməsinə başlandı4.
Sənaye və kənd təsərrüfatmı müharibədən əvvəlki səviyyəyə çatdırmaq
məqsədilə Azərbaycan SSR Ali Sovetinin 1946-cı il martm 18-dək keçirilmiş
birinci sessiyasmda 1946-1950-ci illəri əhatə edən dördüncü beşillik plan qəbul
edildi5.
1945-ci illər sonlarmda Azərbaycan
XKS qərarı əsasında xalq
təsərrüfatmın inkişaf etdirmək məqsədib DQMV-nin ümumi büdcəsi 41 milyon
294 min m anat məbləğində təsdiq edilmişdir ki, bu da 1944-cü illə müqayisədə
12,2 faiz çox idi6.
DQMV-də dördüncü beşillik planda sənayenin bərpa və inkişaf üçün
aşağıdakı tapşırıqlann yerinə yetirilməsi planlaşdırılmışdı. 1950-ci ildə DQMV-
nin sənayesi: 600 min kərpic, 800 min tikinti daşı, 1300 ton əhəng, 1 milyon 200
min ədəd, kirəmid, 300 min kubmetr taxta, 18500 kubmetr odun, 28 min metr
pambıq parça, 548 min m etr ipək parça, 3,1 min kvadrat metr xalça, 60 min cüt
ayaqqabı, 200 min cüt corab, 48 min ədəd trikotaj üst paltan, 80 min ədəd
trikotaj alt paltarı, 51 min ton yağ, 100 ton qənnadı malı, 110 dekaletr üzüm
şərabı, 20 ton metal qab-qacaq və 1600 ədəd araba verməli idi7. Planda həmçinin,
mövcud mexaniki emalatxana əsasmda mexaniki zavod tikilməsi nəzərdə
tutulmuşdu. Dağlıq Qarabağda tikiləcək həmin zavodun 3 sexi - mexaniki,
tökmə və avtomabil təmiri sexləri - 1950-ci ilin sonunda başa çatdınlmalı və
108
sonrakı beşilliklərdə yeni sexlər yaradılmalı idi8. Bünövrəsi 1945-ci ilin
ortalarm dan qoyulan Xankəndi ağac emalı fabriki qısa bir m üddətdə başa
çatdırılmalı idi. Həmçinin sonraiar DQM V-nin mərkəzinə çevrilmiş Xankəndi
şəhərində yeni əhəng zavodu, kirəmid kərpic zavodu, faner sexi, «Qarabağ Çaxır
Tresti» üçün şərab an b an və yeni mətbəə binası tikmək. planlaşdırılmışdır9.
DQMV-nin sənaye işçiləri qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə həyata
keçirilməsi üçün bütün güclərini səfərbər etməyə başladılar. Vilayətdəki rezin
sənayesi, yäğ pendir sənayesi, tikinti ləvazimatı, meşə emalı, toxuculuq, tikiş,
gön-dəri, yeyinti və başqa sənaye müəssisələri 1946-cı ildə Bakıdan gətirilmiş
avadanlıqlar hesabına yenidən qurularaq təm ir olundu. Artıq 1947-ci ildə
DQMV-də sənayenin ayrı-ayn sahələrində xeyli irəliləmələr diqqəti cəlb edirdi.
Bu isə öz növbəsində Azərbaycan hökümətinin bölgəyə olan xüsusi diqqətindən
irəli gəlirdi.
Dağlıq Q arabağda inkişaf etmiş sənaye sahələrindən biri ipək emalı
sənayesi idi. Q arabağ ipək emalı sənayesi 1947-ci ildə plam 121,3 faiz yerinə
yetirmişlər10. 1950-ci ildə isə Dağlıq Q arabağ ipəkçiləri mərkəzə m əlum at verib
planı artıqlaması ilə və vaxtmdan əvvəl yerinə yetirməsi haqda məlumat
vermişdilər. Əgər 1940-cı ildə Q arabağ ipək kombinatı dövlətə 98 to n xam ipək
vermişdilərsə 1950-ci ildə bu rəqəm 120 to n a çatmışdır11. Həmçinin müvafiq
illərdə ipək parça istehsalı 120 min kvadrat metrdən 163 min kvadrat metrədək
artmışdır12.
Ümummilli liderimiz H.Ə.Əliyev çıxışlarından birində 1946-1950-cı illəri
təhlil
edərək
belə
qiymətləndirmişdir:
«Müharibədən
sonrakı
illərdə
respublikamız iqtisadiyyat və mədəniyyətin yeni yüksəliş mərhələsinə qədəm
qoydu. A rtıq 1948-ci ildə respublika sənayesi müharibədən əvvəlki səviyyəni
ötmüş, ...energetika və su təsərrüfatı tikintiləri genişlənmiş, kənd təsərrüfatımn
maddi texniki bazası xeyli möhkəmlənmişdir»1J.
DQM V-nin sənayesi əsasən kənd təsərrüfatı xammalı emal edir. Vilayətin
sənaye məhsulunun yarıdan çoxunu yeyinti sənayesi, əsasən şərabçılıq verır.
1946- 1950-ci illərdə dövlətimizin bölgəyə ayırdığı vəsait hesabına vilayətdə şərab-
109
spirt sənayesi də sürətlə inkişaf edib genişlənirdi. Burada fəaliyyət göstərən
konyak spirt zavodu, şərab və konyak zavodları, spirtsiz içkilər zavodu, likor
zavodu və başqa zavodlar 1946-cı ildə yenidən qurularaq başa çatdınlm ışdır14.
Həmin zavodlar əsasmda yaradılmış «karvintrest» müəssisələrinin gücü ildən-ilə
artınlmışdır. «Karvintrest»in buraxdığı məhsullarm tam olmayan siyahısı - adi
şərab, şirin şərab, konyak, spirt-rektifikat, tut spirti, üzüm spirti, texniki spirt,
bəhməz, meyvə suları, turşaşirin içkilər, qazlı su və sair bu kimi məhsullar
DQMV-də spirt sənayesinin nə qədər güclü inkişaf etdiyini göstərir. DQMV-də
1946-1950-ti illərdə spirt-şərab sənayesinin inkişafmı aşağıdakı rəqəmlərdən də
görmək olar. Belə ki, 1940-cı ildə vilayətdə 40 min dkl. şərab istehsal
edilmişdirsə, 1950-ci ildə şərab istehsalı 4 dəfədən çox artaraq 165 dkl. olmuşdur.
Həmçinin müvafıq illərdə konyak istehsalı 1000 dkl-dən artıb 6000 dkl-ə
çatmışdır15.
1946-1950-ci illərdə DQMV-də tikinti ləvazimatı sənayesi də genişlənirdi.
Kərpic, kirəmit, əhəng və mexaniki təmir zavodlarınm m əhsullanndan təkcə
vilayətin ərazisində deyil qonşu rayonlarda da istifadə olunurdu. Bəhs edilən
dövrdə DQMV-də iki böyük müəssisə yaradıldı. Bunlardan biri ağac emalı
fabriki idi ki, həmin fabrik vilayət əhalisinin mebelə olan ehtiyacmı tam ödəyirdi.
Əgər 1940-cı ildə DQMV-də 26 min manatlıq mebel istehsal edilmişdirsə, 1950-ci
ildə bu göstərici 173 min manata çatmışdır16. Eyni zamanda taxta zavodunun da
işə düşməsi tikintinin inkişafına təkan verdi. Bölgədə taxta şalban istehsalı 1940-
cı ildə 1,3 min kubmetrdən, 1950-ci ildə 2 min kubmetrədək yüksəlmişdi17.
DQMV-də yerli sənayenin daha böyük sürətlə inkişafı üçün hər cür şərait
mövcud idi. Bu, ilk növbədə Azərbaycan hökümətinin bölgəni yeni texnika və
ixtisaslı kadrlarla təmin etməsi, ayrılan vəsaitin miqdlarmm ildən-ilə artırılması
ilə bağlı idisə, digər tərəfdən bölgədə bir sıra mədən yataqlarının tapılması ilə
əlaqədar idi. 1946-1950-ci illər ərzində DQMV-də çox böyük m iqdarda mərmər,
sement, Islandiya şpatı, litoqrafıya daşları, gil, təbaşir və sair yataqlar aşkar
edilmiş və yerli sənayenin inkişafma təkan vermişdir. Dağlıq Q arabağ sənət
kooperasiyası 100 çeşiddə məhsul buraxırdı. Yerli meşə m ateriallanndan, cır
ııo
meyvələrdən və sair istifadə əsasında külli m iqdarda çoxişlənən m allar istehsal
olunurdu18.
Təsadüfi
deyildir ki,
DQMV-nin
sənət
kooperasiyası
ittifaqmııı
müəssisələri araba və kirəmid istehsalı cəhətdən 1950-ci ilin göstəricilərinə görə
Azərbaycanda birinci yeri tutm uşdur19.
1946-1950-ci illər ərzində DQM V-də yeni artellər, tikinti materialları, saxsı
qab, trikotaj mallar, corab, ayaqqabı, mebel, şirniyyat və sair istehsal edən
em alatxanalar açılmışdır. Bəhs edilən dövr ərzində vilayətdə sənət və əlillər
kooperasiyasınm buraxdığı məhsullar 8,5 dəfə, fəhlələrin sayı isə 25 dəfə
artmışdır. Burda fəaliyyət göstərən mexaniki zavod isə ildən ilə böyüyərək
vilayətin kolxoz və müəssisələrinin ehtiyaclannı ödəyirdi. Digər sənaye
sahələrindən olan xalça toxunm ası, yağ-pendir sənayesi, asfalt-beton istehsalı və
çörək zavodunun da işində böyük irəliləyişlər diqqəti cəlb edirdi. Təkcə pendir
istehsalmdakı artım 1940-ci ildəki 61 tona qarşı 1950-ci ildə 113 tona çatm ışdır20.
1950-ci ildə 1940-cı illə müqayisədə DQMV-də sənayenin necə inkişaf
etdiyini aşağıdakı cədvəldən də aydın görmək olar:
Sıra
jVo-Sİ
Məhsulun növləri
Ölçü vahidi
1940
1950
1
Ipək parça
min m2
120
163
2
Xam ipək
ton
98
120
3
Pendir və brmza
ton
61
113
4
Şərab
min dkltr.
40
165
5
Konyak
min dkltr.
1
6
6
Taxta-şalban
min m 3
1,3
2,0
7
Mebel
min manat
26
173
8
Ağac materialları
m3
1,3
2,0
9
Əhəng
ton
1222
1313
10
Kərpic
min ədəd
172
729
11
Kirəmid
min kub metr
43
49,5
111
12
Yonulmuş daş
min kub metr
46,8
42,7
13
Elektrik enerjisi
min kub metr
1514
4669
Beləliklə bəhs edilən illərdə Azərbaycan hökıimətinin DQMV-nə yaxmdan
qayğısı nəticəsində sənayenin bütün sahələri inkişaf edir və qarşıya qoyulan
vəzifələr vaxtmda və artıqlaması ilə yerinə yetirilirdi. Nəticədə 1940-cı ilə
nisbətən 1950-ci ildə DQMV-də sənaye məhsalu istehsalı 74 faiz artmışdır ki, bu
da ümumi Azərbaycan üzrə olan orta göstəricidən 69 faiz, Naxçıvan Muxtar
Respublikasmm orta göstəricilərindən 30 faiz çox demək idi21. Lakin aparılan
tədqiqatlar nəticəsində məlum olur ki, vilayət rəhbərliyi yeni sənaye sahələrinin
yaradılmasmda ikili mövqe tutmuşdular. Təəssüflə qeyd etmək lazımdır ki, uzun
illər Qarabağımızm, sonralar isə DQMV-nin mərkəzi olmuş Şuşada 1946-1950-ci
illər ərzində bir dənədə olsun müəssisə açılmamışdır. Xankəndində, Hadrudda,
Xocavənddə, Ağdərədə, Əskəranda açılan yeni sənaye sahələri isə ermənilərin
daha çox məskunlaşdıqları ərazilərdə yaradtlmışdır.
1946-1950-ci illəri əhatə edən dördüncü beşillik planda sənaye ilə yanaşı
kənd təsərrüfatınm da inkişafı, müharibədən əwəlki səviyyəyə yüksəldilməsi və
bu səviyyəni ötüb kcçmək əsas vəzifə kimi irəli sürülmüşdü. Beşillik planda
DQMV-də buğda əkininin hər hektanndan 80 pud buğda, hər hektardan 20
sentiner pambıq, barama qurdunun hər qutusundan 55kq barama, hər
hektardan 2,8 sentiner yonca toxumu və 6 sentiner xaşa toxumu götürməyi,
atların sayım 25 faiz, qaramalın saymı 10 faiz, o cümlədən inok və camışlarm
sayını 25 faiz, davarların saymı 11 faiz artırm aq nəzərdə tutulm uşdu22. Eyni
zamanda hər yüz doğar heyvandan 20 buzov, 80 qulun və 102 quzu əldə etmək,
hər inəkdən 2300 kiloqram süd sağmaq, hər qoyundan 50 faiz artıq yün qırxmaq
(1946 illə müqayisədə) Dağlıq Qarabağ kənd təsərrüfatı ilə məşğul olan
əməkçilərinin mühüm vəzifələrindən idi23.
Dağhq Qarabağda kənd təsərrüfatınm bərpa və inkişafı. həmişə
Azərbaycan hökümətinin diqqət mərkəzində olmuşdur. ÜİK(b)PMK-nm fevral
(1947-ci il) plenumunun «Müharibədən sonrakı dövrdə kənd təsərrüfatını
112
yüksəltmək tədbirləri haqqmda» qərarmdan24 sonra
Azərbaycan höküməti
DQMV-də əkin sahələrinin genişləndirilməsi, dənli və texniki bitkilərin
məhsuldarlığımn yüksəldilməsi, heyvanlarlığm məhsuldarlığınm artırılması, MTS
və sovxozlann işinin yaxşılaşdırılması, kənd təsərrüfatı maşmlan istehsalmm
artırılması barədə tədbirlərin həyata keçirilməsi nəticəsində bölgədə kənd
təsərrüfatmm istehsalat-texniki bazası xeyli möhkəmləndirildi. 1946-1950-ci
illərdə Azərbaycan höküməti bu sahəyə 109,6 milyon manat vəsait qoymuşdu.
Həmin vəsait hesabma Dağlıq Qarabağa 198 traktor (15 at gücündə), 33 taxıl
kombayını, 154 yük maşını və çoxlu miqdarda digər kənd təsərrüfatı maşım və
çoxlu m iqdarda digər kənd təsərrüfatı maşm və alətləri verildi25. DQMV-də
1940-ci ilə nisbətən yük avtomobillərinin sayı 1950-ci ildə 5 dəfə artmışdı.
Ümumi Azərbaycan üzrə bu artım təxminən 3,5 dəfə idi26. 1946-1950-ci illərdə
Azərbaycanın kəndlərində yaradılmış 12 MTS-dən 3-ü, 3 MHS-dən 1-i DQMV-
nin payma düşürdü27.
DQMV-da
1946-1950-ci
illərdə
irriqasiya
tikintisi
genişləndirildi.
Tərtərçay, Xaçmçay, Qarqarçay, Köndələnçay və Quruçaydan təsərrüfatların
suvanlması üçün yeni kanallar çəkildi.
t)İK (b)P MK-nin 1946-cı il 19 sentyabr tarixli «Kolxozlarda kond
təsərrüfatı arteli Nizamnaməsinin pozuntularını ləğv etmək tədbirləri haqqında»
qərarına28 uyğun olaraq Azərbaycan höküməti DQMV-də kənd təsərrüfatınm
təşkili təsərrüfat cəhətdən möhkəmləndirilməsi üçün mühüm tədbirlər həyata
keçirməyə başladı.
Belə ki, DQMV-də kolxozlarm ictimai mülkiyyəti
möhkəmləndirildi, torpaqlardan istifadə edilməsi nizama salmdı, kolxozçulann
əməyi səmərəli təşkil edildi. Göstərilən qərara uyğun olaraq DQMV-də kolxozlar
birləşdirilməyə başlandı. Belə ki,
1946-1950-ci illər ərzində DQMV-də
kolxozların sayı 195-dən 91-ə endi29. Nəticədə isə ixtisara düşən kolxozlardan
1600 nəfər inzibati işçı istehsalata göndərildi. Bəhs edilən dövrdə DQMV-də
ümumi əkin sahəsində azalma halı müşahidə edilmişdir.
113
1940-1950-ci illərdə Azərbaycan SSR DQMV-də ayrı-ayrı kateqoriyalar
üzrə əkin sahələrinin ümumi həcmini aşağıdakı cədvəldən də aydın görmək olar:
(min hektarla):
Sıra
JMe-si
Əkin sahəsinin növləri
1940
1950
1
Ümumi əkin sahəsi
82,0
79,1
2
Dənli bitkilər
70,6
67,8
a.
Buğda
41,9
39,7
b.
A rpa
17,3
3
Texniki bitkilər
4,1
2,4
o cümlədən,
a.
Pambıq
3,0
1,3
b.
Tütün
0,3
4
K arto f və tərəvəz
2,3
2,2
o cümlədən,
a.
K arto f
1,5
1,4
b.
Tərəvəz
0,5
0,6
5
Yem bitkiləri
5,0
6,7
DQMV-nin iqtisadiyyatında ən mühüm sahələrdən biri taxılçılıqdır.
Azərbaycan höküməti DQMV-də taxılçılığm inkişafı üçün yeni növ taxıl
«Arandəni» buğdası və «Şirvandəni» arpası toxum alan verdi. «Arandəni»
buğdası vilayətdə daha yüksək effekt verdiyi üçün 1949-cü ildə bütün əkin
sahəsinin dörddə üçündə əkilməyə başlandı30. Dənli bitkilər Dağlıq Qarabağın
bütün rayonlarmda əkilirdi: 1940-cı ildə dənli bitkilər ümumi əkin sahəsinin 86
faizini təşkil edirdi. Yəni 81969 hektar ümumi əkin sahəsindən 70609 hektarında
dənli bitkilər əkilmişdi31. 1950-ci ildə isə 79152 hektar ümumi əkin sahəsindən
67768 hektannda dənli bitkilər əkilmişdi32. Faiz hesabı ilə götürüldükdə bu
ümumi əkin sahəsinin 85,6 faizinı təşkil edir. Taxıl əkini sahəsinin nisbi
azalmasma baxmayaraq yeni aqrotexnika üsullannm tətbiqi, becərmə işlərinin
114
yaxşılaşdırılması, toxumçuluq işlərinin düzgün qurulması nəticəsində DQMV-də
əkin sahələrinin məhsuldarlığı xeyli artmışdı. Belə ki, 1940-cı ildə DQMV-də
dövlətə 7014 ton taxıl təhvil verilmişdirsə, 1950-ci ildə bu göstərici 7668 tona
çatmışdır33. Dağlıq Qarabağm kənd təsərrüfatında pambıqçılıq xüsusi yer tutur.
DQMV-nin Ağdərə rayonunda pambıq əkini ilə daha geniş məşğul olurdular.
1913-cü ildə DQMV-də cəmi 500 hektar sahədə pambıq əkilirdisə 1946-1948-ci
illərdə 1500 hektar sahədə pambıq əkilmişdi34. Qabaqcıl aqrotexnikadan və
zəngin təcrübədən istifadə əsasmda pambıq tarlalarının becərilməsi xeyli
yaxşılaşdırılmış və tarlalardan yüksək məhsul götürülmüşdür. 1947-ci ildə hər
hektardan 13,1 sentner əvəzinə 16,2 sentner, yəni 1913-cü illə müqayisədə 3
dəfədən artıq məhsul götürülmüşdür. DQMV-nin pambıqçıları 1940-cı ildə
dövlətə 3,1 min ton pambıq təhvil vermişdilərsə 1948-ci ildə bu göstərici 4 min
tonu keçmişdi35.
Azərbaycan SSR XKS-nin 1944-cü il qərarına əsasən 1949-1950-ci illərdə
DQMV-də pambıq sahələri ixtisar edilməyə, əvəzində yeni bir bitki-qvaula
əkilməyə başlandı. Hələ, 1928-ci ildən Ağdərənin M arquşadan sovxozunun elmi-
tədqiqat stansiyasmda qvaula bitkisinin toxumçuluğu və aqrotexnikası ilə
məşğul olmağa başlamışdılar. Ağdərə rayonunun iqlimi və torpağı qvaula əkini
üçün yararlı olduğundan 1929-cu ildən burada həmin bitki əkilməyə
başlanmışdır. DQMV-də əsas etibarilə avqustifolum «Pioner-Qarabağ» çeşidi
əkilirdi. Həmin növ 9-10 faiz kauçuk veridi36. 1946-cı ildə Ağdərənin Talış,
M adaqız, Çaylı, M arağa, M arquşavan, Həsənqaya, Levonarx, Lüləsər,
M aqavuz, Seysulan, M axrataq, Orataq, Ksabet, Gülyataq və Canyataq
kəndlərində 156 hektar sahədə qvaula bitkisi əkilmişdir. 36 hektar saədə isə ştillik
salınmışdır. Qvauladan təbii kauçuk əldə etməkdən ötrü və xammal bazasmın
. təşkil edilməsi üçün DQMV-də zavod tikilməsi zərurəti ortaya çıxmışdır. Belə bir
zavod 1946-cı ildə Ağdərənin Madağız kəndində tikilmişdir37. Sonrakı illərdə
həmin bitkinin əkin sahəsi genişləndirilmiş və DQMV-də böyük həcmdə
qvauladan yüksək keyfiyyətli kauçuk almaq üçün əsas baza təşkil olunmuşdur.
115
İpəkçilik Dağlıq Qarabağ zəhmətkeşlərinin ən çox sevdiyi peşələrdən
biridir. 1946-1950-ci illərdə Azərbaycan dövləti bu sahəyə də xüsusi diqqəl
yetirmiş və DQMV-də tut və çəkil bağlannm sahəsini xeyli genişləndirmiş,
bölgəyə yeni növ, daha məhsuldar baram a qurdu vermiş və ixtisaslı mütəxəssislər
göndərmişdir. 1940-cı illə müqayisədə 1950-ci ildə tut bağları 2 dəfə artırılaraq
883 hektara çatmışdır38. Barama qurdu becərmək texnikasını öyrənmək
sahəsində baram a məhsulu xeyli yüksəlmişdir. 1924-cü ildə hər qutu barama
qurdundan 18,5 kiloqram baram a götürüldüyü halda39, 1950-ci ildə bu rəqəm
50,4 kiloqrama çatmışdır. DQMV-nin kum darlan 1950-ci ildə dövlətə 122 ton
baram a təhvil vermişdilər40 ki, bu da 1924-cü illə müqayisədə 2 dəfə, 1940-cı illə
müqayisədə isə 20 faiz artıq idi. DQMV-nin kum darlan Qarabağ ipək emalı
sənayesinin əsas xammal bazası hesab olunurdu.
1946-1950-ci illərdə bağçılıq, xüsusilə üzümçülük DQMV-də kolxozlarm
iqtisadiyyatında əsas sahələrdən birini təşkil edirdi. Azərbaycan höküməti
bölgədə üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirdi. Belə ki, üzüm
bağlarını 1940-
cj
ildəki 1970 hektardan 2408 hektaradək genişləndirdi (1950-ci
ildə)41. Bağlar salmarkən mexanizasiyadan istifadə etməyi nəzərdə tutan
mütərəqqi üsullar tətbiq olundu. Bütün sahələrdə cərgə ilə dəmir-beton
dayaqlarla üzüm əkininə başlandı. Yeni və daha məhsuldar üzüm növləri
gətirilərək DQMV-də əkilməyə başlandı. Əvvəllər üzüm bağları təkcə Xocavənd
və H adrud rayonlarmda əkilirdisə, indi Xankəndi və Ağdərə rayonlarm da da
yeni üzüm bağları salmdı.
Azərbaycan hökümətinin gördüyü tədbirlər
nəticəsində əmək məsrəfi azalaraq, üzümün maya dəyəri aşağı düşdü və
məhsuldarlıq artdı. Bütün bunların nəticəsi idi ki, 1940-cı ildə DQM V-də 1565
ton üzüm yığımı artaraq 1950-ci ildə 3646 tona çatmışdır42. Tədarük edilən üzüm
isə işlənmək üçün Qarabağ şərab sənayesi trestinə verilirdi.
DQMV-nin çoxillik bitkiləri içərisində şahtut ağaclan görkəmli yer tutur.
Çox qulluq tələb etməyən bu ağac Dağlıq Qarabağ ərzisində qədimdən
becərilirdi. Şah-tut spirt istehsalmda əsas xammaldır. Bundan başqa ondan
bəhməz, mürəbbə hazırlamr və təzə halda yeyilir. Şah-tut digər tu t növlərindən
116
fərqli olaraq çoxlu bar verir, dadlıdır və şəkərlilik faizi 32-yə bərabərdir43.
M üharibənin başlanması ilə əlaqədar baxımsızlıq ucbatm dan şah-tut bağları
1945-ci iidə 1940-cı illə müqayisədə 2 dəfə azalmışdı. 1946-1950-ci illərdə yeni
şah-tut bağları yaradılmış və 1950-ci ildə şah-tut bağlarmm ümumi sahəsi 1734
hekıara çatmışdır44. Bu isə 1940-cı illə müqayisədə 2 dəfə arüq.dem ək idi.
] 946-1950-ci illərdə DQMV-də tütün istehsah sahəsində də xeyli
irəlilayişlər əldə edildi. 1946-cı ildə əkin sahəsi artmldı və yeni növ tütün bölgədə
əkilməyə başlandı. Nəticədə tütün istehsah 1940-cı ildə 99 ton idisə, 1950-ci ildə
artaraq 164 tona çatdı45. Tütün DQMV-də yüksək gəlirli və prespektivli sahə
olduğundan sonrakı illərdə bu sahəyə xüsusi diqqət yetirildi.
1946-1950-ci illəri əhatə edən beşillik planda DQMV-də tərəvəz, kartof və
yem bitkiləri sahələrinin də inkişafı nəzərdə tutulmuşdu. 1940-cı ildə Vilayətin
təsərrüfatları 1537 hektarda kartof, 543 hektarda tərəvəz və 4966 hektar sahədə
yem bitkiləri əkmişdilərsə, 1950-ci ildə yem bitgiləri 6740 hektar, kartof 1431
hektar, tərəvəz 568 hektarda əkilmişdi46. Müvafıq illərdə DQM V-də kartof
istehsah 1137 tondan 1229 tona, tərəvəz istehsalı 503 tondan 544 tona, yem
bitkiləri isə 5000 tondan 6700 tona çatdı47. Onu da qeyd edək ki, kartof və
tərəvəz yerli əhalinin tələbatmı ödəyirdi.
1940-cı illə müqayisədə 1950-ci ildə ümumi əkin sahəsinin azalmasma
baxmayaraq kənd təsərrüfatı məhsulları istehsalında artım müşahidə edilmişdir
ki, bunu aşağıdakı cədvəldən də aydm görmək olar:
Sıra
JSö-si
Məhsulun növləri
Ölçü vahidi
1940
1950
1
Taxıl
ton
7014
7668
2
Tütün
ton
99
164
3
K artof
ton
1137
1229
4
Tərəvəz
ton
503
544
5
Uzüm
ton
1565
3646
6
Ət (diri çəkidə)
ton
1427
2480
117
7
Süd və süd məhsulları
min tonla
2,6
5,1
8
Yumurta
min ədədlə
289
1857
9
Yun
min tonla
109
206
10
Barama
min tonla
114
152
Heyvandarlıq DQMV-nin iqtisadiyyatında ən əsas vo həlledici sahəbrdən
biridir. DQMV-nin bərəkətli otlaqlan, geniş düzənlikləri, əlverişli iqlim şəraiti,
təmiz dağ bulaqları maldarlığın inkişafma zəmin yaratmışdır. Lakin müharıbə
başqa sahələrdə olduğu kimi heyvandarhq təsərrüfatına da öz mənfı təsırmi
göstərmişdi.
Azərbaycan
höküməti
1946-1950-ci
illərdə
DQMV-də
heyvandarhğm inkişafı üçün xüsusi tədbirlər gördü. Belə ki, bölgəyə 150
aqronom göndərildi və 26 aqronom məntəqəsi yaradıldı48. DQM V-nin bütün
kolxozlarına böyük m iqdarda şvis inəklər, memos qoyunlar, cins ayqır və
donuzlar verildi. Bütün zootexnika və baytarlıq tələblərini ödəyən onlarla böyük
heyvandarlıq binası tikildi və onlann sayı 1948-ci ildə 746-ya çatdırıldı49. H ər bir
kolxozda əmtəə ferm alanm n sayı artırılaraq 5-ə çatdırıldı50. Hər bir fermaya isə
yüzlərlə mal-qara verildi. Yem bitkilərinin əkin sahələri genişləndirildi.
Dövlətimiz bölgəyə ildən-ilə ayrılan vəsaitin miqdarmı artırdı. Görülən tədbirlər
nəticəsində DQMV-də bütün kateqoriyalardakı təsərrüfatlarda 1950-ci ildə mal-
qaranm sayı əvvəlki illərlə müqayisədə xeyli artmışdır51. Bunu aşağıdakı
cədvəldən də aydm görmək olar (min baş ilə)52.
Sıra
sayı
Kateqoriyalar
1913
1920
1940
1950
1
Qaramal
63,7
50,7
87,6
85,9
2
Qoyunlar
102,2
39,4
102,6
158,7
3
Keçilər
4,8
-
57,8
44,4
4
Donuzlar
13,8
5,9
'26,1
31,7
Cəmi:
184,5
96,0
274,1
320,2
118
Cədvəldən görür.düyü kimi 1950-ci ildə mal-qaranm sayında 1940-ci ilə
nisbətən 15 faiz artım olmuşdur. 1940-cı illə müqayisədə 1950-ci ildə
heyvandarlıq məhsulları istehsalmda da yüksək artım müşahidə edilmişdir. Belə
ki, bəhs edilən illərdə mal-qara və quş əti (diri çəkidə) 1427 tondan 2480 tona,
süd məhsulları 2,6 min tondan 5,1 min tona, yumurta 289 min ədəddən 1857 min
ədədə, yun 109 tondan 206 tona çatmışdır53.
Ançılıq
Dağlıq
Qarabağ
ərazisində
yaşayan
əhalinin
qədim
məşğuliyyətlərindən biridir. Xüsusilə subalp və dağətəyi qurşaqlarda külli
m iqdarda bitən şirəli bitkibr DQMV-də ançılıq işinin inkişaf etməsi üçün
əlverişli şərait yaratmışdır. Arıçılıq prespektivli və gəlirli sahə olduğundan
Dağlıq Qarabağm hər yerində əhali arı saxlayırdı. Məlum hadisə ilə bağlı XX
əsrin 40-cı illərinin birinci yarısında arıçılıq sahəsində geriləmə halı müşahidə
edilmişdir. Azərbaycan höküməti 1946-cı ildə Xankəndi Arı Damazlıq
Mərkəzinin işini yenidən qurması üçün vəsait ayırdı. Bölgəyə yeni arı ailələri
gətirildi. 1946-1950-ci illərdə DQMV-də arıçılıq həm eninə, həm də dərininə
inkişaf etdi. Belə ki, 1934-cü ildə vilayətin 41 kolxozunda, 1940-cı ildə 58
kolxozunda a n saxlamlırdısa, 1950-ci ildə bu rəqəm 70-ə çatmışdır54. Şişkinin
rəhbərlik etdiyi Xankəndi Arı Damazlıq Mərkəzi vilayətdə yeni, məhsuldar
növlər yetişdirməyə başladı. Nəticədə hər pətəkdən 25-35 kloqram bal əldə edildi.
1940-cı ildə müqayisədə 1950-ci ildə DQMV-də arı ailələrinin sayı 2 dəfədən çox
artdı. Belə ki, müvafiq ilbrdə vilayətdə arı ailələri 4944-dən 9972-yə çatdı. 1950-
ci ildə bal istehsalı 1927-ci illə müqayisədə 3 dəfə çoxaldı55. Beləliklə, 1946-1950-
ci illərdə DQMV-nin xalq təsərrüfatmm müvəffəqiyyətlə bərpa edilməsi,
dördüncü beşilliyin əsas istehsal tapşırıqlarının yerinə yetirilməsi, sənayenin,
kənd təsərrüfatının, tikintinin, nəqliyyat və rabitənin texniki səviyyəsinin daha da
yüksəlməsi ilə əlamətdar oldu. Sənayedə müharibədən sonrakı birinci beşillik
plan 4 il müddətində yerinə yetirildi. 1940-cı ildə nisbətən 1950-ci ildə DQMV
sənayesinin ümumi məhsulu 74 faizi ötüb keçdi. Belə ki, xam ipək istehsalı 22
faiz, ipək parça istehsalı 36 faiz, şərab istehsalı 50 faiz, konyak istehsalı 5 dəfə,
yağ istehsalı 4,9 dəfə, yağlı pendir istehsalı 85 faiz, mebel istehsah 6,8 dəfə, əhəng
119
10 faiz, kərpic 4,5 dəfə, kirəmid 12 faiz, ağac materialları istehsalı 65 faiz,
elektrik enerjisi istehsalı 3 dəfə artdı56. E)QMV-də fəaliyyət göstərən iri
müəssisəıər - Q arabağ ipək emalı müəssisəsi, Qarabağ Şərab Tresti, Yağ-pendir
zavodu, Mebel fabrik, Qarabağ tikiş fabriki, Çörək fabriki və başqa müəssisələr -
Azərbaycan höküməti tərəfindən avadanlıqlarla təmin edilirdi. Nəticədə isə
istehsalın gücü artırıldı, məhsulların çeşidləri genişləndirildi və keyfiyyəti
yaxşılaşdı. DQMV-nin kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 1950-ci ildə 1945-
ci ilə nisbətən 4 min hektar artaraq 79,1 min hektara çatdı və ümumi məhsul
istehsalmın həcmi 1940-cı illə müqayisədə 32 faiz çox oldu. Belə ki, taxıl yığımı
654 ton, üzüm 2081 ton, diri çəkidə mal-qara və quş əti 1053 ton, süd və süd
məhsulları 2,5 ton, yum urta 1568 min ədəd, baram a 38 ton, xırda buynuzlu
heyvanlar 27 faiz, donuzların sayı 22 faiz artdı57. Beləliklə, Azərbaycanda və
onun aynlmaz tərkib hissəsi olan DQMV-də Mərkəzi hökümətin həyata keçirdiyi
tədbirlər nəticəsində yeraltı və yerüstü sərvətlərimiz bir yerdə və hazır şəkildə
cəmləşərək «beynəlmiləlçilik» şüan altında Ermənistana və Rusiyaya daşımr,
talan edilirdi.
Dostları ilə paylaş: |