AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə15/41
tarix05.05.2017
ölçüsü48 Kb.
#16980
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

222
başlayaraq,  ərzaq  və  sənaye  müəssisələrinin  pərakəndə  satış  qiymətləri  ardıcıl 
olaraq  aşağı  salmdı.  Artıq,  1950-ci  ildə  1947-ci  illə  müqayisədə  məhsullarm 
pərakəndə  satış  qiymətləri  43  faiz  aşağı  düşdü50.  1950-ci  ildən  sonrakı  dövrdə 
əmək  haqqm a  görə  əhalinin  alıcılıq  qabiliyyəti  ərzaq  və  qeyri  ərzaq  mallannm  
pərakəndə  satış  qiymətlərinin  aşağı  salmması  hesabma  artmışdır.  1951-1961-ci 
ildə ərzaq məhsullarınm qiyməti 3,2 faiz, qeyri ərzaq məhsullarının qiyməti isə 22 
faiz  aşağı  düşmüşdü.  1951-1954-cü  illərdə  qiymətlər  4  dəfə  aşağı  salındığmdan 
dövlət  ticarət  şəbəkəsində ərzaq məhsullarımn və sənaye mallarmm qiyməti orta 
hesabla 24,5  faiz aşağı  oldu51.  Bütün  görülən tədbirlər dövlət və bazar qiymətləri 
arasm da fərqin tədricən aradan qaldırılmasına kömək edirdi.
Bəhs etdiyimiz illərdə, DQMV-də əhaliyə ərzaq mallarmın satışı durmadan 
artırdı.  1950-ci  ildə  Dağlıq  Q arabağda  adam başm a  ərzaq  satışı  1940-cı  illə 
müqayisədə  2  dəfə  artmışdır.  1950-1960-cı  illərdə  isə  bu  göstərici  1,9  dəfəyə 
bərabər  idi.  1961-1971-cı  illər  ərzində  DQM V-nin  dövlət  satış  müəssisələrində 
ərzaq  məhsullarmm  illik  mal  dövriyyəsi  5  milyon  770  mindən  14  milyon  815 
minə çatdı52.
DQMV-də  əhalinin  ərzaq  mallarma  olan  təlabatınm   ödənilməsində  yerli 
əhalinin  şəxsi  və  kollektiv  çoxsahəli  yardımçı  təsərrüfatları,  həmçinin,  kolxoz 
ticarəti  mühüm  rol  oynayırdı.  1940-cı  illə  müqayisədə  1950-ci  ildə  kolxoz 
bazarlarında  ərzaq  məhsullarınm  mal dövriyyəsi  4 milyon  255  mindən 8  milyon 
855  minə,  1960-cı  ildə  14  milyon  996  minə,  1965-ci  ildə  18  milyon  440  minə, 
1970-ci  ildə  isə  24  milyon  951  minə  çatmışdır.  Deməli,  1940-cı  illə  müqayisədə
1970-ci  ildə  şəxsi,  yardımçı  və  kolxoz  ticarəti  5,8  dəfə  artm ışdı53.  DQMV-də 
dövlət  ticarəti  daxil  olmadan,  1950-ci  ildən  1970-ci  ilədək  ərzaq  məhsullannın 
ayrı-ayrı növləri arasındakı artım  tempində fərqlər mövcud olmuşdur.
Belə ki, ət, m al-qara yağı, konservlər, un və ərzaqlıq taxıl, yarma və paxlalı 
bitgilər,  əriştə  məmulatları,  spirtli  içkilər  istehlakı  2-3  dəfə  artmışdırsa,  balıq, 
yum urta,  mürəbbə,  cem,  k arto f  və  tərəvəz  istehlakında  artım  müşahidə
223

edilməmiş,  çay  və digər  ərzaq məhsullarınm  istehlakında  isə  0,1-0,2  faiz  azalma 
halı qeydə almmışdır54.
1950-1971-ci illərdə dövlət ticarəti daxil olmadan istehlak malları içərisində 
ərzaq  məhsullarının  istehlakı,  bütövlükdə,  Azərbaycan  SSR  üzrə  40,3  faizdən 
49,5  faizə,  Azərbaycanın  Naxçıvan  bölgəsində  44,8  faizdən  53,1  faizə,  Daglıq 
Q arabağ bölgəsində 35,2 faizdən 42,5 faizə qalxmışdı55.
DQM V-də  əhalinin  ərzaqla  təchizatmm  yaxşılaşmasma  ictimai  iaşə 
müəssisələri kömək edirdi.  Ictimai iaşə müəssisələrinin fəaliyyətinin  planlı şəkildə 
qurulması  əmək  ehtiyatlarmdan  səmərəli  istifadəni,  əhalinin  məişətinin  yenidən 
qurulmasım  və  qadınların  əməyinin  yüngülləşməsini  zərurıləşdirdi.  Azərbaycan 
hökümətinin  ayırdığı  xüsusi  vəsait  hesabma  Dağlıq  Q arabağda  1950-1960-cı 
illərdə  yeni  yeməkxana  və  bufetlər  yaradıldı,  mövcud  obyektlər  yeni 
avadanlıqlarla  təmin  olundu  və  əsaslı  təmir  edildi.  Təkcə  10  il  ərzində 
Azərbaycan  hökuməti  DQM V-də  135  yeni  ictimai  iaşə  xidməti  müəssisəsi 
əhalinin  istifadəsinə  verdi.  A rtıq  1970-ci  ildə  Dağlıq  Qarabağda  ictimai  iaşə 
müəssisələrinin sayı  1960-cı illə müqayisədə 2,3 dəfə artıb 233-ə çatdı.  1970-ci ildə 
respublikamızda 6209 ictimai iaşə müəssisəsi var idi56.
A parılan  tədqiqatdan  məlum  olur  ki,  DQMV-nin  rayonlarında  ictimai- 
iaşə  müəssisələrinin  tikintisi  Xankəndi  rayonu  daha  çox  diqqət  mərkəzində 
olmuş,  Şuşa rayonu üzrə isə göstərici aşağı  səviyyədə idi.  H ətta ermənilərin daha 
çox cəmləşdiyi kəndlərdə paltar və ayaqqabı təmiri emalatxanaları, paltar yumaq 
və təmizləmək  üçün  qəbul məntəqələri,  məişət maşınları  və  avadanhqları təmiri, 
dəlləkxana,  foto  xidməti  atelyesi  və  digər  xidmət  göstərən  məntəqələr  təşkil 
edilmişdir.  DQM V-də  fəaliyyət göstərən  xidmət em alatxanaları və atelyeiərin  50 
faizi  kəndlərin  payına  düşürdü.  1970-ci  ildə  Dağlıq  Qarabağın  ictimai  iaşə 
müəssisələri  və  sexlərində 
1153  nəfər  usta  və  şagird  işləyirdi.  DQMV-də 
adam başm a  düşən  ictimai  iaşə  və  məişət  xidməti  müəssisələrinin  sayı 
iimumrespublika  üzrə  olan  göstəricilərdən  1,8  dəfə  artıq  idi57.  1970-ci  ildə 
DQM V-də  hər  10  min  nəfərə  15  ictimai-iaşə  və  xidmət  müəssisəsi  düşürdü.
224
Dağlıq  Q arabağda  ictimai  iaşə  müəssisələrinin  saymın  artm ası  həmin 
müəssisələrin  illik  gəlirində  də  özünü  göstərmişdir.  Məsələn,  1940-cı  ildə  ictimai 
iaşə  müəssisələrinin  illik gəliri  640  min  m anat  olmuşdursa,  1950-ci  ildə  950  min 
m anat,  1960-cı  ildə  1  milyon  851  min  m anat,  1965-ci  ildə  2  milyon  494  min 
manat,  1968-ci ildə isə 4,5 dəfə artaraq 2 milyon 988 minə çatm ışdır58.
Aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1957-1965-ci  illərdə 
DQMV-də hər sakinə düşən iaşə xidmətinin həcmi 7 m anat  16 qəpik olmuşdursa,
1966-1970-ci  illərdə həmin  göstərici  təxminə  2  dəfə  artaraq  13  m anat  33  qəpiyə 
çatmışdır59.  Dağlıq  Q arabağda  məişət  xidməti  müəssisələri  60-cı  illərdən  yeni 
qayda  ilə  işləməyə  başladılar.  Müəssisələrdə  planlaşdırma  və  həvəsləndirmə 
sistemı  tətbiq  edildi.  Nəticədə,  məişət  xidmətinin  həcmi  2  dəfə  artdı.  DQMV-də 
məişət  xidmətinin  hər  nəfərə düşən həcmi  ümumrespublika  döstəricilərindən  1,4 
dəfə artıq olmuşdur.
Belə  ki,  respublikamız  üzrə  bu  göstərici  30,2  m anat  idisə,  onun  tərkib 
hissəsi  olan  Dağlıq  Qarabağda  41,9  m anata,  Naxçıvan  M SSR-da  31,4  m anata 
çatmışdır60.  DQM V-nin  müsəlmanlar  yaşayan  kəndlərdə  demək  olar  ki,  ictimai 
iaşə  xidməti  müəssisəsi  yox  dərəcədə  idi.  1950-1960-cı  illərdə  DQMV-də ictimai 
iaşə,  bütövlükdə  Respublikamız  üzrə  olan  göstəricilərdən  üstün  olsa  da,  hələ 
kifayət  qədər  inkişaf  etməmişdi  və  bir  çox  müəssisələrdə  xidmət  mədəniyyəti 
aşağı səviyyədə idi.
1950-1960-cı  illərdə  DQMV-də  əhalıyə  sənaye  malların  satışı  durmadan 
artdı.  Məsələn,  1961-d  ildə  DQM V-də  sənaye  mallarmın  illik  mal  dövriyyəsi  8 
milyon  713  min  m anat  olmuşdursa,  1971-d  ildə  bu  göstərici  2  dəfə  artaraq  16 
milyon  136  min  m anata  çatmışdır.  Bütövlükdə,  Dağlıq  Qarabağda  sənaye 
mallarmm  illik  mal  dövriyyəsi  ərzaq  məhsullarının  illik  mal  dövriyyəsindən 
(1965-ci  il  müstəsna  olmaqla)  üstün  olmuşdur.  1950-1971-ci  illərdə  sənaye 
məhsullannın  illik  mal  dövriyyəsi  52-60  faiz  təşkil  etmişdir.  Lakin  Xankəndi 
rayon  satış  bazasında  tamamilə  bunun  əksini  təşkil  etmişdir.  Yəni,  sənaye 
mallarının illik mal dövriyyəsi 43-48 faizini tutm uşdur61.
225

1961-1971-ci  illərdə  DQMV-də  ərzaq məhsulları  və  sənaye mallarmın illik 
m al dövriyyəsi və onların faizlə olan nisbətini aşağıdakı cədvəldən izləmək olar62.
JVe
Satış sistemi
1961
1965
1967
1971
I
DQM V-də  ümumi  ictimai  istehlakın 
həcmi (min m anat) o cümlədən,
14483
18440
21951
27500
1
.
Ərzaq malları (min m anat)
5770
9818
10588
11364
2.
Sənaye məhsullan (min manat)
8713  " 8622
11363
16136
3.
Ərzaq mallarınm faizlə miqdarı
40
53
48
41
4.
Sənaye məhsullarmm faizlə miqdarı
60
47
52
59
II
Xankəndi satış müəssisələrində
6925
9350
11441
14815
1
.
Ərzaq malları (min m anat)
9314
4882
6223
7668
2.
Sənaye məhsulları (min m anat)
3011
4468
5218
7147
3.
Ərzaq məhsulları faizlə miqdarı
57
52
54
52
4.
Sənaye məhsullarmm faizlə miqdarı
43
48
46
48
1950-1960-cı  illərdə  DQMV-də  bütün  istehlak  malları  işçisində  sənaye 
məhsulları  istehlak  həcmi  nəzərdən  keçirilərkən  məlum  olur  ki,  1950-ci  ildə 
həmin  göstərici  64,8  faiz,  1960-cı  ildə  74,8  faiz,  1970-ci  ildə  isə  59,5  faiz  təşkil 
etmişdir63.  Ümmrespublika  üzrə  olan  göstəricilər  nəzərdən  keçirilərkən  məlum 
olur  ki,  müvafiq  illərdə  respublikamızda  59,7;  64,4;  50,4  arasmda,  Naxçıvan 
M SSR-da  isə  51,2;  57,7;  46,9  arasm da  tərəddüd  etmişdir64.  Ümumiyyətlə,  1950- 
1960-cı  illərdə sənaye  məhsullarının  istehlak  həcminə  görə  D QM V  Azərbaycan 
SSR  üzrə  birinci yerdə  dayanmışdır ki,  bu  da  Azərbaycan  hökümətinin  vilayətə 
göstərdiyi  qayğının  təzahürü demək  idi.  1950-ci illə müqayisədə  1970-ci ildə  bəzi 
sənaye  məhsullarımn  —   pam bıq  parça,  yun  parça,  yaylıq,  baş  geyimləri,  tütün 
məmulatları,  meşə  m ateriallan,  süni  ipək  parça  istehlakmda  cüzi  azalma  halı, 
digər  sənaye  məhsulları  —  təbii  ı'pək  parçalar,  tirokatac  malları,  corab,
226
A panlar  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  Şuşada  məqsədli  şəkildə 
dağıdılmış  qədim  mədəniyyət abidələrinin  yerində, nəinki  bir bina,  h ətta  10 belə 
bina  tikmək  olardı.  1960-cı  illərdə  Şuşada  öz  möhtəşəmliyi  və  memarlıq 
incəlikləri  ilə bəzəyən  16  şərq hamamm heç birindən əsər  əlamət qalmadı.  Hansı 
ki,  bu  hamamlar  ən  yaxşı  Avropa  hamamları  ilə  rəqabət  apara  bilərdi.  Şəhərə 
xüsusi  gözəllik  verən  “Alaqapı”  və  “Çanaqqala”nm  da  dağıdılması  bu  dövrə 
təsadüf etmişdir.  Beləliklə,  DQM V  XDS-nin  layihə  müəllifləri  məqsədli  şəkildə 
tikinti-abadlıq  işləri  adı  altm da  Şuşanı  qədim  və  yaraşıqlı  yaşayış  binalarınm 
xeyli hissəsini dağıtmağa müvəffəq oldular.
Vətənini,  torpağını,  millətini  sevən  ümummilli  liderimiz  H.Ə.Əliyevin
1969-cu  ildə  dövlət  başçısı  vəzifəsinə  gəlişi  ilə  Şuşa  şəhərinə  qayğı  artdı  və şəhər 
bərpa olunmağa başlandı. Böyük öndərimiz çıxışlarından birində göstərmişdir ki, 
“ Şuşa  abidələr  şəhəridir.  Diyarm  zəngin  tarixi  ilə  bağlı  qədim  tikliləri  bərpa 
etm ək,  hər şeyi  qayğı  ilə qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq  bizim 
ən ümdə və müqəddəs vəzifələrimizdir”98. Uzaqgörən dövlət başçımızın təşəbbüsü 
və  bilavasitə 
rəhbərliyi  ilə  1977-ci  ildən  Şuşa  şəhəri  Azərbaycanın  Tarixi 
M emarlıq abidəsi elan edilmişdir.
1950-1960-cı  illərdə  DQMV-nin  Ağdərə,  H adrut,  Xocavənd rayonlarında, 
Talış,  N oraşen,  Çartar,  N oraguh,  Aşan,  Kişi,  Çaylı  və  digər  kəndlərində  çox 
böyük  həcmdə  tikinti-abadlıq  işləri  aparılmışdır.  Ermənilərin  daha  çox 
cəmləşdiyi  kəndlərdə  aparılan  tikinti  abadlıq  işləri  bütövlükdə  Şuşa  rayonuna 
ayrılan  vəsaitin  həcmindən  çox  olmuşdur.  Təkcə,  Xocavənd  rayonun  Çartar 
kəndində  1950-1960-cı  illərdə  600  yerlik  tam aşa  salonu  olan  mədəniyyət  sarayı, 
kolxoz  idarəsi  üçün  ikimərtəbəli  bina,  elektirik  dəyirmanı,  avtom at  telefon 
stansiyası, 
m əktəb  və  uşaq  bağçası,  mexanikləşdirilmiş  böyük  həcmli  çörək 
zovodu, mədəniyyət və istirahət parkı, ikimərtəbəli şəxsi evlər və başqa obyektlər 
tikilib istifadəyə verilmişdi99.
Azərbaycan  Respublikası  höküməti,  həm karlar  ittifaqı  təşkilatı  və  digər 
ictimai  təşkilatlar DQM V əhalisinə  həmişə qayğı ilə yanaşmış,  bölgənin  iqtisadi,
237

sosial  və  mədəni  həyatı  daim  diqqət  mərkəzində  olmuşdur.  Bu  baxımdan, 
Azərbaycanm  DQM V  əhalisinin  sosial  iqtisadi  və  mədəni  həyat  səviyyəsi,  istər 
ümumrespublika  səviyyəsində,  istərsə  də  qonşu  Ermənistanla  müqayisədə  çox 
böyiik üstünlüklərə malik olmuşdur.
H ər  şeyə  düzgün  qiymət  verməyi  bacaran,  böyük  siyasətçi  H.Ə.Əliyev 
1950-1960-cı illərdə Azərbaycanda aparılan tikinti  abadlıq  işlərinə bu cür qiymət 
vermişdir:  “ 1950-1960-cı  illərdə  əsaslı  tikinti  sahəsində  ciddi  çatışmamazlıqlara 
yol  vermişdir.  Sənaye  müəssisələrinin,  yaşayış  binalarmın,  mədəni-məişət 
obyektlərinin  istismara  verilməsi  üzrə  tapşırıqlar  müntəzəm  olaraq  pozulurdu. 
Bütövlükdə,  60-ci illərdə əsas fondlar  1  milyard rubla qədər kəsirdə qalmışdır ki, 
bu da  1969-cu ilin  başlanğıcında  respublikanm  bütün  əsas  fondlarmm  10 faizini 
təşkil  edirdi.  Sənaye  sahələrinin  və  sosial  sferanın  potensialmın  gücləndirilməsi 
işində əldən  verilmiş  imkanlar respublikanm  60-cı  illərdə sosial iqtisadi cəhətdən 
geri qalmasmm başlıca səbəbləri idi100.
1950-1960-cı illərdə DQMV-də avtomabil  yollarmm  yenidən  qurulması  və 
yenilərinin  sahnm ası  sahəsində  böyük  işlər  görülürdü.  DQMV-dən  keçən 
ümumdövlət  və  respublika  əhəmiyyətli  avtomabil  yollarının,  vilayət  əhəmiyyətli 
avtomabil  yollarınm  və  Dağlıq  Q arabağ  təsərrüfat  daxilindəki  avtomabil 
yollannın salmması və təmirinə  1965-ci ildə Azərbaycan hökuməti tərəfındən  562 
min  m anat  I970-ci  ildə  isə  1  milyon 
174  min  m anat  vəsait  ayrılmışdı. 
Azərbaycan  Respublikası  höküməti  DQMV-də  yollarm  salınması,  yenidən 
qurulması 
və  təmiri  üçün  iş  qüvvəsi,  təcrübəli  mütəxəssislər,  maşm  və
mexanizmlər göndərdi101. Bu işə sənaye, nəqliyyat tikinti təşkilatlanm  cəlb etdi.
Dağlıq  Qarabağm   avtomabil  yolları  çox  böyük  əhəmiyyətə  malik  idi. 
Qədim  dövrlərdən  buradan  hərbi  və  ticarət  yolları  keçirdi.  Bəhs  etdiyimiz 
dövrdə,  D Q M V  yollarmdan, yəni Ağdam dəmir yolunu - Xankəndini birləşdirən
31  klometrlik  yoldan  yüklərin  daşmmasında,  Ermənistan  şərq  rayonlarma, 
Naxçıvan  M SSR-na,  Azərbaycamn  digər  rayonlarm a 
yük  dövriyyəsində,
238
edildi.  İstirahət  günləri  qabağı  və  bayramqabağı  günlər,  əmək  haqqı  tam 
saxlanılmaqla, iş günü 4 saata qədər azaldıldı71.
1950-1960-cı  illərdə  Dağlıq Qarabağ əhalisinin məişətinin yaxşılaşmasmda 
tikinti  sənayesinin  sürətlə  artm ası  mühüm  rol  oynamışdır.  Sov.İKP  M K-nm  və 
SSRİ  Nazirlər  Sovetinin  1957-ci  il  31  iyul  tarixli  “SSRİ-də  mənzil  tikintisinin 
inkişafı haqqm da” qərarından sonra Azərbaycan  hökuməti DQMV-də mənzil və 
digər obyektlərin tikintisinə xüsusi diqqət yetirmiş və bu sahəyə qoyulan vəsaitin 
həcmini  ildən-ilə  artırmışdxr72.  Dövlətimiz  DQMV-də  yalnız  tikinti  işləri  üçün
1951-ci  ildə  716  min  m anat  vəsait  ayırmışdırsa,  1960-cı  ildə  6,4  dəfə  artaraq  4 
milyon  600  minə,  1965-ci  ildə  12,2  dəfə artaraq  8  milyon  700 minə,  1967-ci  ildə 
isə  15,9 dəfə  artırılıb  11  milyon  397 minə çatmışdır.  Bundan  əlavə,  yeni  tikilmiş 
binalarda quraşdırm a (montac)  işləri üçün  1951-197l-d ülərdə  94 milyon manat 
vəsait aynlm ışdı73.  1950-1960-cı illərdə Azərbaycan höküməti tərəfındən DQMV- 
nin  xalq  təsərrüfatmm  ayrı-ayrı  sahələrinə  aynlmış  vəsaitin  miqdarmın  necə 
paylandığm aşağıdakı cədvəldən görmək olar (min m anat hesabı ilə)74;
j

Müəssisələrin adı
İllər
1957
1960
1963
1965
1970
I
Bütün  DQMV-i  üzrə  aynlan 
ümumi 
vəsaitin 
həcmi: 

cümlədən,
5183
7295
19365
17962
26900
1.
Sənaye müəssisələri tikintisi
293
1427
793
2136
2510
2.
Yaşayış binalan tikintisi
473
1040
1809
922
2420
3.
K om m unal tikintisi
46
176
480
373
750
4.
M əktəb tikintisi
107
318
481
500
1100
5.
Səhiyyə müəssisələri tikintisi
-
67
215
250
1130
6.
Digər obyektlərin tikintisi
683
1114
2522
4519
5990
7.
Binalarda 
quraşdırm a 
abadlıq işləri
3581
3153
13069
9262
13000
229

DQM V-də  tikinti  işlərinin  əksəriyyətini  dövlət  və  kooperativ  təşkilatlar 
həyata keçirirdi.  A parılan  araşdırmalar nəticəsində məlum olur ki,  1960-cı illərdə 
DQM V  tikinti  abadlıq  işlərinə  ayrılan  ümumi  vəsaitin  təxminən  89-91  faizi 
binalarda  quraşdırm a-abadlıq,  son  təmir  işlərinə,  4-7  faiz  tikinti  trestinin 
avadanlıq  və  ləvazimatlarla  təmin  olunmasına,  1,1-1,7  faizi  plan,  axtarış  və 
layihə işlərinə, 0,8-4,1  faizi maliyyə və digər işlərə aynlmışdır75.
1960-cı  illərdə Azərbaycan höküməti DQMV dövlət və kooperativ idarə və 
müəssisələrinin  tikintisinə  böyük  həcmdə  vəsait  ayırmışdı.  Belə  ki,  1940-ci  ildə 
dövlət və kooperativ  idarə və  müəssisələrinin  tikintisinə 0,4  milyon  m anat  vəsait 
ayrılmışdırsa,  1960-cı  ildə  həmin  göstərici  5  milyona,  1965-ci  ildə  10  milyona,
1970-ci  ildə  isə  20  milyona  çatmışdır76.  1965-ci  ildən  1970-ci  ilədək  DQMV-nin 
xalq  təsərrüfatında  tikinti-abadlıq  işlərinə  ayrılan  143,1  milyon  m anat  vəsaitin 
107  milyon  m anatı  dövlət  və  kooperativ  idarə  və  müəssisələrinin  tikintisinə  sərf 
edilmişdi77.
Azərbaycanm  başqa  rayonları  ilə  müqayisədə,  DQMV-də  tikinti 
quraşdırm a  işlərinə  ayrılan  vəsaitin  həcmi  xeyli  çox  idi.  Belə  ki,  1950-1960-ci 
illərdə təkcə Xankəndi  rayonuna ayrılan vəsait qonşu  3  rayona - Ağdam,  Füzuli 
və  Tərtər  rayonlarına  ayrılan  vəsaitə  bərabər  idi.  1966-1968-ci  illərdə  Naxçıvan 
MSSR-da  tikinti  quraşdırm a  işlərinə  58  milyon  m anat  vəsait  ayrılmışdırsa,  bu 
göstərici Dağlıq Q arabağda 68 milyon m anata çatmışdır78,
Azərbaycan  höküməti  DQMV-də  tikinti-abadlıq  işləri  aparm aq  üçün 
təkcə,  vəsait  ayırm aqla  kıfayətlənməyib,  buraya  ixtisaslı  mühəndis  kadrlar, 
tikinti  materialları,  işçi  qüw əsi  və  texnika  göndərdi.  Dövlətimizin  bölgəyə 
göstərdiyi  dərin  qayğı  nəticəsində  xeyli  m iqdarda  çoxmərtəbəli  yaşayış  binaları, 
məktəblər,  uşaq  bağçaları,  klublar,  kitabxanalar,  ictimai  iaşə  müəssisələri, 
heyvandarlıq  fermaları,  sənaye  müəssisələri  və  başqa  obyektlər  tikilib  istifadəyə 
verildi.  1955-ci  ildən  1970-ci ilədək  olan  dövrdə  DQMV-də  ümumi  sahəsi  863,4 
min kvadrat m etr olan  mənzil tikilib istifadəyə verilmişdir79.  1956-1970-ci  illərdə 
ümumi  respublika  üzrə  bu göstərici  23435  min  kvadrat metrə  çatm ışdır80.  1955-
230
1970-ci  illar  ərzində  DQMV-də  yaşayış  evlərinin  artım   tempini  aşağıdakı 
cədvəldən  ciə  görmək  olar  (hər  1000  kvadrat  metrə  düşən  istifadəyə  yararlı 
ümumi yaşayış evlərinin sahəsi)81.
ILLƏR
D Q M V üzrə 
tikilən 
ümumi 
yaşayış evlə- 
rinin sahəsi
o cümlədən,  •
Dövlətvəko-
operativ
müəssisələri
vəyaşayış
evlərinin
sahəsi
Fəhlə və qul- 
luqçuların 
dövlət krediti 
ilətikdiyi 
evlərin sahəsi
Kolxozlarda 
tikilən yaşayış 
evlərinin 
sahəsi
1955
32,3
1,2
5,3
25,8
1956-1960
320,6
21,6
74,5
224,5
1961-1965
248,5
90,1
60,5
97,9
1966-1970
262,0
65,6
85,3
111,1
Cədvəldə  göründüyü  kimi,  1955-ci  illə  müqayisədə  1970-ci  ildə  mənzil 
tikintisi  11,3 dəfə artmışdı.
1950-ci  ildən  1970-ci  ilədək  olan  dövrdə,  DQMV  şəhər  və  qəsəbələrində 
16344 yerlik  10 yeni tipli məktəb,  1780 yerlik 49 uşaq bağçası və körpələr evi,  19 
kütləvi kitabxana,  18  klub (şəhər və qəsəbələrdə),  16 iri həcmli sənaye müəssisəsi,
606,9  min  yerlik  ictimai  ferma  tikilib  istifadəyə  verilmişdir.  Bununla  yanaşı, 
1954-1968-ci  illər  ərzində  DQM V-nin  kəndlərində  10476  yerlik  54  ibtidai, 
natam am   orta  və  o rta  məktəb,  16325  yerlik  69  klub  və  mədəniyyət  sarayları, 
8345 kvadrat metrlik ziyalılar və kolxozçular üçün yaşayış evləri tikilmişdir82.
DQM V-də  tikinti  işlərinin  geniş  vüsət  alması  ilə  əlaqədar  bir  çox 
müəssisələrdə  yaşayış  evlərinin  tikilməsində  fəhlə  və  qulluqçuların  şəxsi 
əməyindən  istifadə  olunurdu  ki,  bu  onlara  həmin  evlərdə  mənzil  sahəsi  almaq
231

h ü ququ  verirdi.  1950-1960-cı  illərdə  Azərbaycanın  hər  yerində,  o  cümlədən, 
D Q M V -də  tikinti  sahəsində  yeni  bir  təşəbbüs  “Xalq  tikintisi  üsulu”  irəli 
sürülmüşdü83.  Həmin  üsula  görə,  bir  sıra  sənaye  müəssisələrinin  və  tikinti 
təşkilatlarının  fəhlə  və  qulluqçulan  tikilən  evləri  öz  qüvvələri  ilə  tikirdilər.  Bu 
zam an  m aterial  və  avadanhqların  çoxu  Azərbaycan  höküməti  tərəfmdən 
ödənilirdi.  D Q M V -də  yaşayan  ermənilər,  bu  qərardan  istifadə  edərək,  5-6 
otaqdan  ibarət  im arətlər tikdilər.  1970-d  ildə  tikilən  fərdi  evlərin  ümumi  sahəsi
225,6 min kvadrat m etrə çatmışdır84.
DQ M V -də əsaslı tikinti işlərinin geniş vüsət alması,  Sov.İKP M K  və SSRİ 
N azirlər  Sovetinin  1965-ci  il  oktyabrın  4-də  qəbul  etdiyi  —  “Azərbaycan 
hökümətinə  əsaslı  tikintinin  planlaşdırılması,  əməyi  və  əmək  haqqınm 
maliyyələşdirilməsi  sahəsində əlavə hüquqlar verilməsi haqqm da” qərarın həyata 
keçirilməsi  ilə  də,  bağlı  olmuşdur.  Çünkı  həmin  vaxtdan  sonra  Bakıda  evtikmə 
kombinatı,  Sumqayıt  və  Mingəçevirdə  evtikmə  zavodları,  Sumqayıtda  şüşə 
zavodu və  dəmir-beton  hissələri  istehsal edən  zavodlar tikilib istifadəyə  verilmiş 
və istehsal olunan tikinti texnikaları vaxtında DQMV-ə çatdırılmışdır.
Dövlətimizin  DQMV-də  apardığı  tikinti  abadlıq  işləri  vilayət  sakinlərinin 
mənzilə  olan  təlabatmm  ödənilməsində  böyük  əhəmiyyətə  malik  oldu.  1969-cu 
ilin  məlumatına  görə,  Dağlıq  Q arabağda  hər  adam a  orta  hesabla  7-8  kvadrat 
m etr mənzil sahəsi düşürdü ki,  bu ümumrespublika göstəricilərindən  2,5 dəfə çox 
demək  idi85.  Bununla  belə,  DQM V  XDS  “tikinti,  şəhərsalma  və  arxitektura 
sahəsində  səlahiyyət’lərindən —  şəhərsalma,  arxitektura,  kompleks  tikinti  işləri, 
şəhərlərin  və  digər  yaşayış  məntəqələrinin,  m uxtar  vilayət  ərazisində  yeni 
tikintinin  yerləşdirilməsi,  habelə  sənaye,  nəqliyyat,  mədəni  məişət  və  digər 
obyektlərin  genişləndirilməsi,  yenidən  qurulması  işlərinə  rəhbərlik  etməklə 
məqsədli  şəkildə  DQMV  ərazisində  ermənilər  yaşayan  kəndlər  abadlaşdırılır, 
milliyyətcə  azərbaycanlılar  yaşayan  kəndlərin  heç  birində  sosial  obyekt 
tikilmirdi.  Nəticədə,  azərbaycanlı  kəndləri  boşalıb  dağılır  və  xarabazara 
çevrilirdi.
232
Aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1959-1967-ci  illərdə 
DQMV  də  yaşayış  məskənlərinin  sayı  242-dən  235-ə enmişdir.  Vilayətdə  azalan 
həmin  7  kənd  azərbaycanlılarm  yaşadığı  kəndlər  idi.  Həmin  kəndlər  ya tamam 
dağılmış və ya yaxınlıqda yerləşən ermənilər yaşayan kəndlərə birləşdirilmişdir86. 
Ermənilər  yaşayan  kənd,  qəsəbə  və  sovetliklər  mədəni-məişət  obyektləri,  işıq, 
istiliklə  təmin  olunduğu  halda,  Vilayətdə  rəhbərlik  edən  daşnaklar  antitürk  - 
antiAzərbaycan  siyasətini  davam   etdirərək,  azərbaycanh  kəndlərinə  həmişə 
biganəlik  göstərmiş  və  burada  yaşayan  azərbaycanh  gənclərin  iş,  yaxşı  yaşayış 
dalmca 
gedərək  qədim 
ata-baba  yurdlarmı 
tərk 
etməsinə, 
nəticədə, 
azərbaycanlıların  sayının  azalmasına  gətirib  çıxarmışdır.  Yuxarıda  qeyd 
etdiyimiz  kimi,  Azərbaycanın  digər  bölgələrindən  fərqli  olaraq,  DQMV-nin 
səhər,  rayon,  qəsəbə  və  kəndlərində  iri  həcmli  kompleks  tikinti  işləri  həyata 
keçirilmişdir.  Lakin  bütün  bu  müvəffəqiyyətlərlə  yanaşı,  DQM V  də  ictimai  və 
fərdi mənzil tikintisi heç də əhalinin mənzilə olan təlabatını  tam  ödəmirdi.  Bəzən 
mənzil  tikintisi  üçün ayrılan dövlət vəsaiti, Dağlıq Q arabağ rəhbərliyi tərəfındən 
qəsdən  Azərbaycan  Respublikasına  qarşı  süni  narazılıqlar  yaratm aq  məqsədilə, 
səmərəli  istifadə  edüm ir  və  ya  istifadəsiz  qalırdı.  Məsələn,  1963-cü  ildə  mənzil 
tikintisi  kəsirlə  yerinə  yetirilmişdir.  1968-1969-cu  illərdə  isə  1  milyon  517  min 
m anat  dəyərində  tikinti  quraşdırm a  işləri  görüləcəyi  halda,  177,7  min  manatlıq 
(ümumi  vəsaitin  53  faizi  dəyərində),  kommunal  tikinti  sahəsində  isə  planda 
nəzərdə tu tu lan  298 m in m anatlıq əvəzinə  190,9 min manatlıq tikinti quraşdırma 
işləri  görülmüşdür87.  Bundan  əlavə,  DQMV-nin  ən  böyük  tikinti  təşkilatından 
biri  olan  9  saylı  T ikinti  Tresti  1968-1969-ci  illərdə  respublikamızm  tikinti 
təşkilatından  hər  cür  köməklik  almasına  baxmayaraq,  mənzil  tikinti  işlərini 
kəsrlə  yerinə  yetirmiş  və  əvəzində  Azərbaycan  hökümətini  günahlandırmışdır.  9 
saylı  Trestin  səhlənkarlığı,  yarıtm az təşkilatçıhğı  və vilayət rəhbərliyinin  məkirli 
siyasəti  nəticəsində,  1969-cu  ildə  Ağdərə  rayonım da  527  kvadratmetrlik  16 
mənzilli  yaşayış  binası,  H adrut  rayonunda  527  kvadratmetrlik  16  mənzilli,. 
Xocavənd  rayonunda  315  kvadratm etrlik  12  mənzilli,  Xankəndində  1208
Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin