AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə23/41
tarix05.05.2017
ölçüsü48 Kb.
#16980
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

316
Naxçıvan  M R -dan  təxminən  3  dəfə  artıqdır  (657-yə  qarşı  387-i).  Sənayedə 
məşğulluq  göstəricilərinə  görə  D QM V  yalnız  Bakı-Sumqayıt  rayonlarından  geri 
qalırdı.  D ağlıq  Q arabağ  M uxtar  Vilayətində,  yeni  obyektlərin  istifadəyə 
verilməsi  intensifikasiya  tədbirlərinin  həyata  keçirilməsi  nəticəsində,  istehsahn 
yüksək inkişaf surəti təmin olunm uş, doqquzuncu beşillikdə bu rəqəm  153,1  faiz, 
onuncu  beşillikdə  162,2  faiz  təşkil  etmişdir.  Dağlıq  Q arabağda  adam başm a  1,4 
min  m anatlıq  çox  sənaye  məhsulu  istehsal  olunm uşdur  ki,  bu  da,  Bakı  və 
Sumqayıt  müstəsna  olmaqla,  respublikamızm  bütün  iqtisadi  regionlanndakı 
göstəricilərdən 
yüksəkdir. 
DQMV-də 
sənaye 
kompleksinin 
əsasını 
elektrotexnika,  ipəkçilik,  maşınqayırma,  elektroenergetika,  tikinti  m ateriallan, 
toxuculuq,  mebel,  ayaqqabı, ət-süd sənşyesi və başqaları  müvəffəqiyyətlə inkişaf 
etmişdır.  1981-ci  ildə  Dağlıq  Q arabağ  sənayesində  çahşanların  217  nəfəri  ali 
təhsilli,  454  nəfəri  orta  ixtisas  təhsilli  mütəxxəsisləridir  ki,  bu  da  Naxçıvan  M R  
ilə müqayisədə 25 faiz çox dem ək idi59,
DQM V  əhalisinin  ictimai  istehsalla  məşğulluq  səviyyəsi  kifayət  qədər 
yüksək  idi.  Əmək  ehtiyatlarının  sayı  94,4  min  nəfər,  əmək  qabiliyyətli  yaşmda 
olan  olan  kişilər  44,8  min,  qadm lar  isə  42,5  min  nəfərdir.  Əhalinin  məşğulhıq 
strukturu getdikcə  yaxşılaşırdı.  Dağlıq  Qarabağm   sürətli  inkişafı,  şəhər,  qəsəbə 
və kəndlərdə sənaye müəssisələri, onlarm filiallannm, sexlərinin yaradılması evdə 
işləyənlərin  sayımn  çoxalması 
və  başqa  sahələrdə  Azərbaycan  hökümətinin 
gördüyü  tədbirlər  Vilayətdə  əmək  qabiliyyətli  əhalisinin  məşğulluğunu  daha 
səmərəli  və  tam   təmin  etmişdir.  Bunun  nəticəsi  idi  ki,  1985-ci  ildə  DQM V-də 
əhalinin  adam başm a  pul  gəlirləri  1113,5  m anatdan  çox  olm uşdur  ki,  bu  da 
bütövlükdə  üm umrespublika  üzrə  olan  göstəricilərdən  97,8  m anat,  Naxçıvan 
M R -dakm dan  170,4  m anat  çoxdur.  DQM V-nin  inkişafı  haqqm da  yuxandakı 
qərəzsiz  araşdırm alar  və  əsash  faktlar  minlərlədir.  Yəqin  ki,  tariximizi 
saxtalaşdırmağa çahşan  erməni  lobbisi yuxarıdakı  tarixi faktları  ya bilmirlər,  ya 
da bilərəkdən  onu saxtalaşdınrlar.  Erməni m illətçilərisaxtakarlığm  daha  yüksək 
zirvəsinə  gedərək  D QM V-nin  iqtisadi  inkişafmda  Ermənistamn  rolunu  ölçüyə 
gəlməz  dərəcədə  şişirtmişlər.  H albuki,  apanlan  tədqiqatlar  nəticəsində  məlum

olur  ki,  DQMV-niri  iqtisadi  inkişafmda  Ermənistamn  payı  2  faizdən  aşağı 
olmuşdur.  Bölgənin  iqtisadi  və  sosial  inkişafmm  90  faizi  Azərbaycan 
Respublikasınm,  8  faizi  isə  RSFSR,  U krayna,  Latviya,  Litva,  Estoniyanm 
üzərinə  düşmüşdür.  Keçmiş  SSRİ məkanmda müttəfiq  respublikalann  bir-birinə 
texniki  köməkliyi  danılmaz  faktdır,  lakin  onu  şişirtmək,  həqiqətə 
uyğun 
olmayan yalançı faktlan dünyaya yaymaq bir cinayətdir.
Ümummilli  liderimiz H.Ə.Əliyev  çıxışlarından  birində  1970-1985-ci  illərdə 
sənayenin  inkişafı  haqqmda  fikirlərini  belə  ifadə  etmişdir:  «1970-1985-ci  illərdə 
Azərbaycanda  sənaye  dinamik  inkişaf  etmişdir.  Bu  illər  ərzində  213  yeni  iri 
sənaye  müəssisəsi  istismara  verilmiş,  250-dən  çox  iri  zavod,  fabrik  və  istehsalat 
sexləri  tikilmiş  sənayedə əmək  məhsuldarılığı  2,1  dəfə,  məhsul  istehsalı  3,3  dəfə, 
mənfəət  3,2  dəfə,  sənaye-məhsuldar  personalın  fondlarla  təchizatı  1,4  dəfə 
artımış,  451  adda  məhsula  dövlət  keyfiyyət  nişanı  verilmişdir.  Ölkəmizdə 
buraxılan  məhsul  dünyamn  65  ölkələrinə  ixrac  olunmuş  və  xalqımızm  maddi 
rifah halı xeyli yaxşılaşmışdır»60.
Kənd təsərrüfatı: Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi  1969-1982-ci 
illərdə  ən  mühüm  iqtisadi  nəticələrdən  biri  respublikamızda  kənd  təsərrüfatının 
dinamik  inkişaf  ctməsi  və  iqtisadiyyatda  onun  rolunun  artması  təşkil  edir.  Bu 
dövrdə,  istehsahn  elmi  əsaslarla  intensivləşdirilməsi  və  təkmilləşdirilməsi  kənd 
təsərrüfatında  naliyyətlərin  artmasmda  mühüm  rol  oynadı.  Kənd  təsərrüfatında 
dərin  islahatlar  səviyyəsində  həyata  keçirilən  zənıri  yeniləşmə  onun  inkişafmın 
heç zaman görünməmiş tərəqqisini təmin etdi.
DQM V  Azərbaycanm  münbit  torpaqlara,  əlverişli  iqlim  şəraitinə  və  su 
ehtiyatlarına malik regionudur.  Dağlıq Qarabağm  belə bir təbii-coğrafı mövqeyə 
malik olması kənd təsərrüfatmm inkişaf etdirilməsinə şərait yaratmışdır.  İqtisadi 
rayonun  ərazisində  taxılçılıq,  üzümçülük,  heyvandarhq  təsərrüfatlannm   inkişafı 
apancı sahələr olmuşdur. Dağlıq Q arabağ ərazisində istehsal Olunan məhsullann 
57 faizi bitkiçiliyin, 43 faizi heyvandarlığm üzərinə düşmüşdür61.
1970-1985-ci  illərdə  Azərbaycan  höküməti  DQMV-də  kənd  təsərrüfatmın 
inkişafı  üçün  mühüm  tədbirbr  həyata  keçirdi.  Həmin  tədbirbrdən  biri,  Dağlıq
Q arabağ  M uxtar  Vilayətinin  bütün  iqtisadiyyatının  və  mədəniyyətinin 
yüksəldilməsində  Azərbaycan  K P   M K-mn  və  Nazirlər  Sovetinin  «Dağlıq 
Q arabağ  M uxtar  Vilayətinin  xalq  təsərrüfatmm  daha  da  inkişaf  etdirmək 
tədbirləri  haqqm da»  1973-cü  ilin  m ayında  qəbul  etdikləri  qərann  böyük 
əhəmiyyəti olm uşdur62.  İlk növbədə, Azərbaycan K P  M K -nin, qərarlarına uyğun 
olaraq  Vilayət  Partiya  Komitəsinin  kənd  təsərrüfatmm  inkişafı  üçün  «tədbirlər 
planı» işlənib hazıriandı.
Azərbaycan  höküməti  Dağlıq  Qarabağ  kənd  təsərrüfatmm  inkişafma, 
onun  maddi-texniki 
möhkəmləndirilməsinə  (su  təsərrüfatı  və  melorasiya 
tədbirlərinə  böyük  məbləğdə  dövlət  təxsisatı  nəzərə  alınmadan)  171  milyon 
m anatdan çox vəsait ayırdı63.
Dövlətimiz  DQMV-də  kənd  təsərrüfatı  inkişafı  üçün  təkcə,  1970-1979-cu 
illərdə  11  milyon  327  min  m anat uzunmüddətli  kredit verdi.  1980-1985-ci  illərdə 
isə  həmin  kreditin  məbləği  artınlaraq  13  milyon  476  min  m anata  çatdı. 
Bütövlükdə,  D Q M V   Aqrar-sənaye  kompleksinə daxil olan  idarələrə —  əkinçilik 
və heyvandarhq  məhsullan  istehsal edən  Vilayət  Sovet  icarəyə  komitəşinin  kənd 
təsərrüfatı  idarəsinə,  Dağlıq  Q arabağ  A qrar-istehsalat birliyinə,  DQM V  Sovxoz 
Ərazi  istehsalat  Birliyi  sistemində  birləşən  kənd  təsərrüfatı  xammalı  emal  edən 
sənaye  müəssisələrinə,  Vilayət  kənd  təsərrüfatı  orqanlanna,  vilayət  kəndkimya 
idarələrinə,  nəqliyyat  müəssisələri  və  tikinti  təşkilatlanna,  kənd  təsərrüfatı 
texnikumları və peşə məktəblərinə konkret tapşınqlar verildi.
Bundan  əlavə,  Dağlıq  Q arabağm   kənd  təsərrüfatınm  inkişafı  üçün 
A zərbaycan höküməti meliorasiya və irriqasiya işlərini daha d a genişləndirdi.  Bu 
məqsədlə,  dövlətimiz  1970-ci  ildə  201  min  m anat,  1975-ci  ildə  248  min  m anat, 
1980-cı ildə isə 326 min m anat əsaslı vəsait ayırdı. DQM V-də mühüm əhəmiyyətə 
m alik  çoxlu  su  təsərrüfatı  qurğusu yaradıldı  və  kanallar  çəkildi.  Yeri  gəlmişkən 
onu  da  qeyd  edək  ki,  Dağlıq  Qarabağm   relyefı  müxtəlifdir.  D ağlıq  ərazilər 
nisbətən  dəmyə  olduğundan, 
bitkiçilik  və  heyvandarlıq  sahəsi  yağm urlarm  
hesabm a  inkişaf  etdirilir.  Bununla  yanaşı,  bölgənin  yeraltı  və  yerüstü  su 
ehtiyatlan  genişdir.  E)QMV  Kür-Araz  su  hövzələrinə  aid  olub  Q arqarçay,
319

Xaçmçay,  Tərtərçay suvarma  şəbəkəsindən  ibarətdir.  Həmçinin,  bu  çaylar  3500 
metrədək  hündürlükdən  axarlarım  götürdüyündən  düzənlikdə  sürətli  axır  və 
eneıji  ehtiyatlan  yaradır64.  Enerji  mənbəyi  kimi  istifadə  edilməklə  yanaşı, 
həmçinin,  Dağlıq  Qarabağm  düzən  ərazilərinin  suvarılmasmda  çox  böyük 
əhəmiyyət  kəsb  edir.  Dağ  sulanndan  mənbələrini  alan  bu  çayların  suyunun 
təmizliyi  əhalinin  məişətdə  də  istifadəsinə  imkan  yaradır.  DQMV-də  qurunt 
suları çox yerlərdə bulaq sulan şəklində səthə çıxır ki bunlardan  içmək  və məişət 
xidmətləri üçün istifadə olunurdu.
Azərbaycan  K P  və  onun  birinci  katibi  H.Ə.Əliyev,  DQMV-nin  kənd 
təsərrüfatını  su  ilə  təmin  etmək  məsələsini  daim  diqqət  mərkəzində saxlamışdır. 
Təsadüfi  deyildir  ki,  1970-1981-ci  illərdə  Dağlıq  Qarabağda  təkcə,  irriqasiya  və 
melarasiya  işlərinə 775 min m anat vəsait aynlmışdı65.
70-ci  illərdə  Vilayətin  kolxoz  və  sovxozlannda  100-400  metr  dərinlikdən 
çıxan  artezan  quyuları  qazıldı.  Dağlıq  Qarabağın  dərin  dərələrindən  axan 
çaylardan  su  vurmaq  üçün  təkcə,  1971-1975-ci  illərdə  43  mexaniki  aqreqat 
verildi66.
Tərtər çayı üzərində tikilən sərsəng su anbarmm tikintisinə Azərbaycan KP 
MK-nin birinci katibi  həmişə diqqət yetirmişdir.  Hətta,  1970-ci  ildə Azərbaycan 
KP  M K   «Tərtər  çaymda  magistral  kanallarla  birlikdə  su  anb an   tikintisini 
sürətləndirmək  tədbirləri  haqqm da»  xüsusi  qərar  da  qəbul  etmişdir.  Sərsənq  su 
anbannda  tikinti  işləri  1976-cı  başa  çatdırılmışdır,  Uzaqgörən  dövlət  xadimi 
H.Ə.Əliyev  həmin  kompleksin  açılışında  iştirak  etmiş  və  bu  nəhəng  tikintini 
«dostluq  tikintisi»  adlandırmışdır.  A panlan  tədqiqatlar  nəticəsində  məlum  olur 
ki, Azərbaycan dövləti Sərsənq Su anbarm ın tikintisinə 95  milyon m anatdan çox 
vəsait  sərf  etmişdir  ki,  bu  da  altmcı  beşillik  ərzində  respublikada  təsərrüfat 
qurğulan  tikintisinə  sərf  edilən  bütün  vəsaitə  təxminən  bərabər  idi.  Tikinti 
zamam  20  milyon  kubm etr  beton  və  sement tökülmüş,  2800  tondan  artıq metal 
konstruksiya  və texnoloji avadanlıq qanşdınlm ış,  uzunluğu bir kilometrdən  çox 
olan  yeraltı  tünellər  çəkilmişdir67.  Səthi  35  kvadrat  kilometr  olan  Sərsənq  Su 
anban  560  milyon  kub  m etr  su  tutur.  Bu  su  ümumı  uzunluğu  təqribən  100
320
kilometr  olan  kanallar  vasitəsilə  DQMV-nin  kolxoz  və  sovxoz  tarlalanna 
axıdılırdı.  Burada  əsas  iki  magistral  kanal  tikilib:  1-ci  kanal  uzunluğu  75 
kilometr olan sağ kanaldır,  2-ci isə sol  kanaldır  ki,  onun  uzunluğu 25  kilometrə 
bərabər idi68.  Sərsənq Su anbarm dakı sudan  120 min  hektar sahədə yeni əkinləri 
və çoxillik bitkiləri suvarm aq nəzərdə tutulm uşdu69.
1970-ci  illərdə  Y uxarı  Qarabağ  kanalı  yenidən  quruldu.  Bəhs  etdiyimiz 
illərdə,  rayonlar  arası  kanallar  şəbəkəsi  və  təsərrüfat  daxili  kanalların  çəkilişi 
genişləndirildi.  Dövlətimizin  ayırdığı  xüsusi  vəsait  hesabm a  DQM V  ərazisində 
1976-1981  ıllərdə  uzunluğu  388,5  kilometr  olan  iri  həcimli  rayonlararası  dövlət 
kanalları,  348  kilom etr  uzunluğunda  təsərrüfatlar  daxili 
kanallar  çəkilib 
istifadəyə  verilmişdir70.  H ətta, Ağdərə rayonu  ərazisində təsərrüfatları  suvarmaq 
üçün  «süni  yağış»  adlı  suvarma  sistemi  tətbiq  olundu  ki,  bu  vasitə  həm  suyun 
ıtgisinin  qarşısmı alır, həm də bitküərin əmək məhsuldarhğım yüksəldirdi.
Azərbaycan  höküməti  1970-1985-ci  illərdə  DQMV-də  kənd  təsərrüfatını 
inkişaf etdirmək  üçün  irriqasiya  və  melorasiya  işlərini  lazımi  səviyyədə  həyata 
keçirdi  və suvanlan  torpaqların  həcmi  1970-ci ildəki 21363 hektara qarşı  1975-ci
/ /
ildə 22749 hektara,  1980-ci ildə 24375 hektara,  1985-ci ildə 28969 hektara çatdı71.
1970-1985-ci illərdə Azərbaycan hökümətinin  DQM V-də kənd təsərrüfatım 
inkişaf etdirmək  üçün  həyata  keçirdiyi  tədbirlərdən  biri  də  Vilayətin  kolxoz  və 
sovxozlarını  kənd  təsərrüfatı  maşmları  və  digər  texniki  vasitələrlə  daha  yaxşı 
təchiz  edilməsindən  ibarət  olmuşdur.  Dağlıq  Qarabağın  təsərrüfatlarının  texniki 
təchizat  səviyyəsi  xeyli  yaxşılaşmışdı.  Azərbaycan  höküməti  1971-1981-ci  illər 
ərzində  DQM V-nin  kolxoz  və  sovxozlarmda  işləmək  üçün  494  kənd  təsərrüfatı 
maşınları  göndərdi.  Bəhs  etdiyimiz  illərdə,  Vilayətdə  traktorlarm   sayı  1269-dan 
1412-yə, taxılyığan kom bayınların sayı 239-dan 250-yə, yük avtomobillərinin sayı 
isə 756-dan  1096-ya çatdı72.
Bununla  yanaşı,  Azərbaycan  höküməti  1970-1985-ci  illərdə  DQMV-nə 
minlərlə  kotan,  m üxtəlif  toxumsəpən  maşın,  taxıldöyən,  silosdoğrayan, 
taxıltəmizləyən  maşm,  çiləyici  və  tozlayıcı  qurğular  və  sair  göndərdi.  Texniki 
vasitələrin  getdikcə  təkmilləşməsi,  gücünün  artm ası,  idarə  olunmasının
321

intelektual  xarakter  kəsb  etməsi  kənd  təsərrüfatı  əməyində  mütərəqgi 
dəyişiklikbrə 
təsir  edən  amillərdən  biri  idi.  DQMV-də  kənd  təsərrüfatınm 
texniki  bazası  dövlətimizin  ayırdığı  xüsusi  vəsait  hesabma  hər  5  ildən  bir 
tamamilə təzələnirdi.
DQMV-də  elmi-texniki  tərəqqi  gücbndikjə,  təsərrüfatlar  nisbətən  daha 
mükəmməl  texnika  və  mexanizmlərlə  təchiz  olunduqca,  istehsalın  və  əməyin 
enetji  ilə silahlanma  səviyyəsi  artırdı.  1971-1981-ci  illərdə  Azərbaycan  höküməti 
Dağlıq Qarabağm kolxoz və sovxozlannda işlətmək üçün  137 elektrik mühərriki, 
123 texniki mühərrik verdi73.  Bununla da, DQM V-nin təsərrüfatlarmda işlədilən 
elektrik  mühərriklərinin  sayı  183-dən  320-yə,  mexaniki  mühəriklərinin  sayı  isə 
182-dən  305-ə  çatdı74.  1970-1985-ci  illərdə  Azərbaycan  höküməti  tərəfindən 
Dağlıq  Qarabağın  təsərrüfatlannm  kompleks  mexanikləşdirilməsi  və  Aqrar 
Sənaye  Kompleksinin  ardıcıl  olaraq  möhkəmbndirilməsi  m aya  dəyərini 
azaltmağa,  əmək  məhsuldarlığımn  yüksəldilməsinə  və  kənd  təsərrüfatının 
dinamik inkişafına şərait yaratdı.
1970- 1985-cı  illərdə  DQMV  kənd  təsərrüfatı  məhsuldar  qüwələrinin 
inkişafı  kənd  əməkçilərinin  peşə  ustahğmm  artmasını  tələb  edirdi.  DQMV-də 
kadrlara  olan  təlabatm  ödənilməsində  burada  fəaliyyət  göstərən  peşə 
məktəblərinin  rolu  böyük  idi.  Bəhs  etdiyimiz  dövrdə,  DQMV-də  5  texniki  peşə 
məktəbi  fəaliyyət  göstərirdi.  Bunlardan  21  və  159  saylı  peşə  məktəbləri 
Xankəndində,  129 saylı məktəb Ağdərədə, 72 saylı məktəb Şuşada,  125 saylı peşə 
məktəbi Xocavənddə gənc  nəslə  peşə təliminin  sirlərini  öyrədirdi.  H adrudda  isə 
125 saylı Xocavənd peşə məktəbinin filialı yaradılmışdı75.  Həmin peşə m əktəbbri
1971-ci  ildə  480  nəfər  ixtisaslı  fəhlə  və  500  nəfər  ixtisash  mütəxəssis 
hazırlamışdırsa,  1975-d ildə onun sayı 2966-ya,  1980-cı  ildə isə  3118-ə çatmışdı. 
Bəhs  etdiyimiz  dövrdə  DQMV-də  5  texnikum  var  idi  ki,  bunlardan  biri  — 
Xankəndi sovxoz texnikumu sırf kənd təsərrüfatı  mütəxəssisləri hazırlam aq işini 
həyata keçirirdi76.  DQMV-də fəaliyyət göstərən  peşə məktəbləri  və texnikumlar 
burada  oxuyan  tələbələrə  təkcə,  elmm  sirlərini  öyrətmirdilər,  eyni  zamanda, 
öyrəndiklərini  praktikada tətbiq  edirdilər.  Artıq,  məktəbi  qurtaran  məzun  işini
322
tam   bilən  bir  mutəxəssis  kimi  Dağlıq  Q arabağın  kolxoz  və  sovxozlannda  işə 
başlayırdı.
Azərbaycan dövləti respublikanın bütün kəndiərini ixtisaslı kadrlarla təmin 
etmək üçün  ali və o rta ixtisas müəssisələrində təhsil alanlann saymı ilbəil artırdı. 
Təkcə  1965-1980-cı  illərdə  Azərbaycan  höküməti  DQM V-nin  kolxoz  və 
sovxozlarında  işləmək  üçün  348  ixtisaslı  kadr  göndərmişdir.  Həmin  illərdə 
ixtisaslı kadrlarm  sayı 2741-dən 3089-a çatdı77.
1970-1985-ci 
illərdə 
DQMV-nin 
kənd 
təsərrüfatmda 
mülkiyyət 
münasibətlərində  dərin  dəyişikliklər  baş  vermişdi.  K ənd  təsərrüfatında  dövlət 
mülkiyyətinin  rolu  getdikcə  artmışdı.  1970-1985-ci  illərində  Dağlıq  Qarabağda 
kolxozlarm  iriləşməsi  və  sovxozlara  çevrilməsi  nəticəsində  sayı  2,1  dəfə 
azalmışdı.  Belə  ki,  1970-ci  ildə  DQMV-də  70  kolxoz  var  idisə,  1985-ci  ildə  33-ə 
endi.  Bu  zaman  Azərbaycanda cəmi 608  kolxoz  var  idi78.  Bəhs  etdiyimiz illərdə, 
D Q M V   də  sovxozlann  sayı  üç  dəfə  artdı.  1970-ci  ildə  Dağlıq  Q arabağda  13 
sovxoz var idisə,  1980-ci ildə artaraq 38-ə,  1985-ci ildə isə40-a çatdı.  1985-ci ildə 
Azərbaycanda  805  sovxoz var  idi.  DQMV-də  kolxozların  sovxozlara, çevrilməsi 
bir  sıra  mənfı  hallar  doğurdu.  Əhalinin  kənddən  şəhərə  axını  gücləndi  və 
məşğulluq problemləri meydana gəldi.
1970-1985-ci  illərdə  Azərbaycan  hökümətinin  DQM V-də  həyata  keçirdiyi 
tədbirlərdən  biri  də  kənd  təsərrüfatı  bitkiləri  zərərvericilərinə,  xəstəliklərinə  və 
alağa  qarşı  icbari  tədbirləri  həyata  keçirmək  məqsədiylə  kimyəvi  dərmanlarla 
təm inatı  işini  yaxşılaşdırdı.  Eyni  zamanda,  torpağm   münbitliyini  yüksəltmək 
üçün  Dağlıq  Qarabağm   kolxoz  və sovxozları üzvi  və  mədəni  gübrələri  ilə  təmin 
edildi.  Baytarhq  xidməti,  sanitariya  qaydalarm a  əməl  olunmuş,  heyvandarlıqda 
xəstəliklərə  qarşı  mübarizə,  onun  cins  tərkibinin  yaxşılaşdırılması  ön  plana 
çəkildi.  A zərbaycan  höküməti,  Dağlıq  Q arabağ  M uxtar  Vilayəti  kolxoz  və 
sovxozlarmı  gübrələr  və  ziyanvericilərə  qarşı  kimyəvi  dərm anlarla  təminatını 
ilbəil  artırırdı.  Belə  ki,  1970-ci  ildə Azərbaycan  höküməti  Dağlıq Q arabağa  12,3 
min  to n   gübrə  vermişdirsə,  1980-cı ildə  bu  rəqəm  2  dəfə  artaraq   24,6  min  tona 
çatmışdır.  1985-ci  ildən,  hər  il  ardıcıl  olaraq,  DQ M V-nin  təsərrüfatlanna

təxminən  24-26  min  ton  gübrə  verilmişdi79.  Bütün  bunlar,  Dağlıq  Qarabağm 
təsərrüfatlannda  torpaqlann  münbitliyini  artırdı,  eroziyanın,  şoranläşmasm 
qarşısmı aldx və məhsuldarlxğx yüksəltdi.
1970-1985-ci  illərdə,  DQMV  Aqrar-Sənaye  kompleksinə  33  kolxoz,  40 
sovxoz,  6  təsərrüfatlar  arası  birlik  və  sənaye  müəssisələrinin  5  heyvandarlıq 
kompleksi daxil idi80.  70-ci  illərdə Dağlxq Qarabağın  kənd təsərrüfatı istehsahnm 
intensivləşməsi, 
ixtisaslaşması 
və 
təmərgüzləşməsi, 
təsərrüfatlararası 
kooperasiyanm və aqrar-sənaye inteqrasiyasınm genişlənməsi kənd təsərrüfatınm 
inkişaf etməsinin mühüm amillərdən biri idi.
Bəhs  etdiyim  illərdə,  DQMV-nin  kənd  təsərrüfatmm  ixtisaslaşması 
sahəsində  elmi  cəhətdən  əsaslandınlmış  tədbirlər  həyata  keçirildi.  70-ci  illərdə 
kənd təsərrüfatmda əmək bölgüsünün dərinləşməsi prosesi sürətləndi. DQMV-nin 
kənd  təsərrüfatmda  sturuktur  dəyişiklik  aparılarkən  Vilayətin  təbii-coğrafi 
mövqeyi,  iqlimi,  torpaq  quruluşu  və  şair  nəzərə  alxndı.  Məsələn,  Ağdərə 
rayonunda  (həm  də  bütün  DQMV-də)  pam bıq  əkini  dayandırıldı.  Pambıq  əkin 
sahələri  üzüm  əkini  ilə  əvəzləşdirildi.  Şuşa,  H adrud,  Xocavənd  və  Xankəndi 
rayonlarm da tütün əkininə son qoyuldu. Tutun, yalmz Ağdərə rayonunun dağlıq 
ərazisində əkildi.
Şuşa  və  Xocavənd  rayonlarmın  sövxozlan  karto f  əkinini  dayandırdılar, 
H adrud rayonunun  sovxozlan  isə kartof əkinini  tam  azaltdı.  K artof əkini  ilə ən 
çox  Xankəndi  və  Ağdərə  rayonlan  məşğul  olurdu.  Taxıl  əkini  ilə  DQMV-nin 
bütün təsərrüfatları  məşğul  olsa da,  Şuşa  rayonunda  taxıl  əkini  3  dəfə  azaldıldı. 
Şuşa rayonunun sovxozlannda isə taxıl əkini  1974-cü ildən tam am  dayandırıldı81. 
Həmçinin,  Şuşa  rayonu  sovxozlannda  1972-ci  ildən  tərəvəz  əkini  ixtisar  edildi. 
70-ci  illərdən  Şuşanm  təbii  coğrafi  mövqeyi  ilə  bağlı  burada  dəmyə  bitkilər 
əkilməyə başlandı.  Şuşanın sovxozlannda üzüm əkilmirdi, kolxozlannda yalntz 2 
hektar  üzüm  əkilirdi.  1970-ci  ildən  başlayaraq,  Şuşa  rayonu  baram a  istehsah 
planından  azad  edilmişdi82.  1970-ci  illərdə üzümçülük  və  heyvandarhq  DQMV- 
nin kənd təsərrüfatmm əsas a p a rıa  sahələri olmuşdu.
324
Beləliklə, 
1969-1982-ci 
illərdə 
də 
Azərbaycan 
dövlətinin  başçısı 
H.Ə.Əliyevin  şəxsi  prinsipal  mövqeyi,  dərin düşüncəsi  nəticəsində Azərbaycanm 
DQM V-nin  kənd-təsərrüfatmda,  ardxcıl  olaraq,  kompleks  tədbirlər  həyata 
keçirildi.  Belə  ki,  elmi  naliyyətləri  və  qabaqcxl  təcrübə  istehsalata  tətbiq  edildi; 
Dağlıq Q arabağm   kolxoz və sovxozlarmm  ixtisaslx  kadırlarla təmin  olunmasx  işi 
tam   həyata  keçirildi;  Elektrikləşmə,  mexanikləşmə, 
irriqasiya,  melorasiya, 
ixtisaslaşma  işləri  Dağlıq  Qarabağın  bütün  təsərrüfatlarında  tətbiq  olımdu; 
kənddə  tikinti-abadlıq,  quraşdırma  işləri  həyata  keçirildi;  əmək  və  əmək  haqqı 
tamamilə  maliyyələşdirildi;  dövlətimiz  tərəfindən  ayrılan  vəsaitin  həcmi  ilbəil 
artırıldı;  D ağlıq  Qarabağm  bütün  təsərrüfatları  avadanlıq,  toxum,  cins  heyvan, 
texnika,  m addi vəsait və başqa aqrar sektora lazım olan vəsaitlə təmin olundu və 
bunun  nəticəsində  1970-1985-ci  illərdə  Dağlıq  Qarabağm   kənd  təsərrüfatı 
dinam ik şəkildə və yüksək sürətlə inkişaf etdi.
1970-1985-ci  illərdə DQMV-də  kənd təsərrüfatı  təyinatlı torpaqlar həcmcə 
az  dəyişmişdi.  Belə  ki,  1970-ci  ildə  həmin  torpaq  sahəsi  490  min  hektar  idisə, 
1985-ci  ildə  min  hektar  artaraq  497  min  hektara  çatmışdır83.,  Aparılan 
tədqiqatlardan  məlum  olur  ki,  kolxoz  təsərrüfatlannın  torpaqlan  azalmış, 
sovxozlarınkı  isə artmışdır.  DQMV-dəki kənd təsərrüfatına  yararlx torpaqlardan 
246,7  min  hektarı  kolxozlann,  132,2  min  h ek tan   sovxozlan,  113,7  min  h ek tan  
dövlət  meşə  fondunun,  7,4  min  hektarı  digər  torpaqlara 
aid  idi*4.  Dağlıq 
Qarabağın kənd təsərrüfatma yararlı torpaqlardan şum  yerləri  1965-d ildəki 54,6 
min  hektardan  1980-d  ildə  63  min  hektara,  1985-ci  ildə  isə  artaraq  66,3  min 
hektara çatm ışdır85.
1980-d  ildə  DQMV-nin  rayonları  arasm da  əkin  sahələri  bölgüsü  qeyri 
bərabər idi.  Belə ki,  Vilayətdən ümumi şum sahəsinin 35 faizi Ağdərə rayonunun, 
30  faizi  X ocavənd  rayonunun,  20  faizi  Xankəndinin,  10  faizi  H adrudun,  5  faizi 
Şuşa  rayonunun  payma  düşmüşdü86.  1980-cı  ildən  başlayaraq,  DQMV-də 
torpaqlarm   herikə  (dincə)  qoyulması  prosesi  başlamışdır.  1980-d  ildə  Vilayətin 
təsərrüfatlannda  3,5  min  hektar,  1985-d  ildə  1,8  min  hektar,  1986-cı  ildə isə 4,7 
m in  hektar  şum  yeri  dincə  qoyulm uşdur87.  1970-1985-d  illərdə  DQMV-nin
\
325

müxtəlif  kateqoriyalardan  olan  təsərrüfatlarından  müxtəlif  kənd  təsərrüfatı 
bitkilərinin əkin sahəsi aşağıdakı kimi apanlm ışdır (min hektarla)88.
Illər
DQMV-də 
ümumi  əkin 
sahəsi
O cümlədən
Dənli
bitkilər
Texniki
bitkilər
K artof 
və 
bostan  bit- 
kiləri
Yem
bitkiləri
1966
54,6
32,0
2,5
1,8
18,3
1970
69,9
42,1
1,6
1,6
24,6
1975
63,1
30,4
0,2
1,7
30,8
1980
63,0
29,6
0,2
2,0
31,2
1985
66,3
32,1
0,5
1,9
31,8
Bəhs  etdiyimiz  dövrlərdə,  DQMV-də  taxıl  istehsalmm  intensivləşdirilməsi 
kənd  təsərrüfatmm  inkişafmm  ən  mühüm  problemlərindən  biri  olaraq  qalırdı. 
1970-ci  ildə  DQMV-də  dənli  bitkilər  42  min  artıq  sahəni  tuturdu  ki,  bu  da 
Dağlıq  Q arabağdakı  ümumi  əkin  sahənin  60  faizi  demək  idi.  Vilayətdə  əkilən. 
dənli bitkilərin yansm dan çoxu suvarılardı.  1961-1968-di illərdə bu sahəyə diqqət 
zəif  olmuş  və  taxıl  təsərrüfatı  başlt  başma  buraxılmışdı.  1970-ci  ildən  taxılçılıq 
mədəniyyətinin  yüksəldilməsinə,  dənli  bitkilərin  sort  tərkibinin  dəyişdirilməsinə, 
onlann  əkin  və  biçin  texnologiyasınm  yaxşılaşdınlmasına  diqqət  artdı  və yalnız 
yüksək məhsuldar buğda sortlan əkilməyə başladı.  Nəticədə,  1985-ci ildə  1970-ci 
illə müqayisədə  taxıl əkin sahəsi  10  min  hektar  azalsa da, taxıl  yığımı  5  min  ton 
artmışdır  (6,8  tondan  11,8  tona  çatmışdır).  Bəhs  etdiyimiz  illərdə,  Dağlıq 
Qarabağda  taxılm  məhsuldarlığı  təxminən  2  dəfə  artmışdır.  1970-ci  ildə  hər 
hektardan  11,8 sentiner taxıl götürürdüsə,  1985-ci ildə 21,2 sentinerə qalxmışdı89.
Becərilməsi 
çətin 
olan 
pambıq 
bitkisinin 
əkini 
DQMV-nin 
təsərrüfatlannda 
1975-ci 
ildən  dayandmlmışdı. 
Hansı 
ki,  DQMV-nin 
təsərrüfatlannda  1960-cı  ildə  3403  hektar,  1970-ci  ildə  1402  hektar,  1974-cü ildə
1024  hektar  sahədə pam bıq  əkilmişdir.  Pambıq  istehsalı  1970-ci  ildə 2691  tona,
1974-cü  ildə  2112  tona  çatmışdır.  Həm in  illərdə  hər  hektardan  götürülən 
məhsuldarlıq 
19,2  sentinerdən,  20,7  sentinerə  çatmışdır90. 
Bu  zaman 
respublikamızda hər hektardan 26,7 sentner pam bıq götürülmüşdü91.
1970-1985-ci  illərdə  DQM V  kənd  təsərrüfatı  istehsahnm  strukturunda 
üzümçülüyün  xüsusi  çəkisi  artdı.  Azərbaycan  hökümətinin  xüsusi  qayğısı 
nəticəsində  Vilayətdə üzümçülük  intensiv  surətdə  inkişaf etdirildi.  Bəhs  etdiyimi 
illərdə,  DQM V-nin  təsərrüfatlannda  12,3  min  hektar  sahədə  yeni  üzümlüklər 
salındı.  Bu  zam an  respublikamızda  cəmi  90  min  hektar  sahədə  üzüm  tingi 
əkilmişdir.  1960-cı  ildə  DQMV-də  üzüm  palntasiyaları  5,5  min  hektar  idisə, 
1970-ci  ildə  10,8  min  hektara,  1985-ci  ildə  isə  artaraq  17,8  min  hektara 
çatmışdır92. 
1970-1985-ci  illərdə  Dağlıq  Q arabağda  üzüm  istehsalı  və 
üzümlüklərin  məhsuldarlığı  ildən  ilə  artm ışdır.  Ağdərə  rayonunun  «Partiyanm 
X XII  qurultayı»  adm a  və  «Bakı  fəhləsi»  sovxozlan  Xocavənd  rayonunun 
«Kommunizm»,  «Kirov»,  «K.M arks»  adm a  kolxozları,  Əsgəran  rayonunda 
«S.Nelson»  adına  kolxoz  və  başqa  təsərrüfatlarm   üzümçüləri  j'ükşək  məhsul 
ustası  kimi  şöhrət  qazanmış  və  həmin  təsərrüfatların  yüzdən  çox  üzümçüsü  hər 
hektaradan 300-350 sentner üzüm məhsulu əldə etmişlər.  H ətta yuxarıda adlarmı 
çəkdiyimiz təsərrüfatlarm  hər hektanndan  400-450 sentner məhsul götürənlər də 
vardır ki,  onlar «sosialist əməyi qəhrəmanı», «SSRİ Dövlət M ükafat;  lauriatı»  və 
«Lenin ordeni»nə layiq görülmüşlər93.
Bəhs  etdiyimiz  illərdə,  Azərbaycan  hökümətinin  DQMV-də  həyata 
keçirdiyi  mühüm  tədbirlər  —   üzüm  plantasiyalannda  işlərin  texnikləşdirilməsi, 
mineral 
gübrələrdən 
istifadə 
edilməsinin 
yaxşılaşdınlması, 
aqrartexniki 
qaydalara  çiddi  riäyət  olunması  üçün  lazimi  şərait  yaradılması  və  şair  amillər 
üzüm  istehsalmın ildən ilə artm asm a şərait  yaratm ışdır.  1970-ci  ildə orta hesabla 
hər hektardan  70,6 sentiner məhsul  götürüldüsə,  1981-1985-ci illərdə bu göstərici 
102,2  sentinerə  çatmışdır.  Ən  yüksək  məhsuldarlıq  1980-d  ildə  götürülmüşdür 
(hər  hektaradan  119,9  sentiner).  Dağlıq  Q arabağda  istehsal  olunan  məhsulların
26  faizi  üzümçülüyün  paym a  düşürdü94.  Son  20  il  ərzində  Dağlıq  Q arabağda

üzüm  istehsah  18  dəfə  artnuşdır.  1961-1965-ci  illərdə  orta  hesabla hər  il dövlətə
8,3 min ton üzüm təhvil verilmişdirsə,  1970-ci ildə bu rəqəm artaraq 54 min tona
1975-ci  ildə 75,4 min tona,  1976-1985-ci illərdə isə hər il orta hesabla dövlatə  142 
m in to n  üzüm satılrriışdır.  1985-ci ildə Azərbaycanda 286 min hektar üzümlük var 
idi və təsərrüfatlardan  1829  min  ton  üzüm  yığılmışdı95.  Lakin  80-ci  illərin  ikinci 
yansm da  bütün  sovet  imperiyasmda  alkoqolizmə  qarşı  mübarizə  kompaniyası 
başlanandan  sonra  yüz  min  hektardan  çox  üzümlük  məhv  edilmiş,  Azərbaycan 
xalqma böyük ziyan vurulmuşdu.
XX 
yüzilliyin  70-80-ci  illərində  DQMV-nin  kənd  təsərrüfatında  texniki 
bitkilər  arasında  tütün  də  yetişdirilirdi.  Yuxarıda  qeyd  etdiyimiz  kimi, 
Azərbaycan hökümətinin kənd təsərrüfatı sahəsində həyata keçirdiyi ixtisaslaşma 
siyasəti nəticəsində  1965-ci  ildə  Hadrud,  Xojavən və Şuşa rayonlannda,  1973-cü 
ildə  isə  Xankəndi  rayonunda  tütün  əkini  dayandmldı.  1974-cü  ildən  Vilayətdə 
yalnız Ağdərə rayonunda  tütün əkilirdi96.  1985-ci ildə,  1970-ci illə müqayisədə  13 
hektar  çox  sahədə  tütün  əkilmişdir.  Belə  ki,  1970-d  ildə  tütün  əkini  226 hektar, 
1975-d  ildə  231  hektar,  1980-ci  ildə  238  hektar,  1985-d  ildə  239  hektar  sahədə 
tütün əkildi97.
E)QMV-nin təsərrüfatlanrida  tütün  istehsalmda az da olsa artım  müşahidə 
edilmişdir.  Belə ki,  1965-ci ildə dövlətə tütün satışı  177 ton  idisə,  1970-ci ildə 253 
tona,  1975-d  ildə  232  tona,  1980-ci  ildə  338  tona,  1985-ci  ildə  isə  artaraq  412 
tona  çatmışdır.  Bəhs  etdiyimiz  illərdə,  tütünün  əmək  məhsuldarlığmda  artım  
1965-ci  ildəki  7,2  sentinerə  qarşı,  1970-ci  ildə  11,2  sentiner,  1975-ci  ildə  10,1 
sentiner,  1980-ci  ildə  15,5  sentiner,  1985-ci  ildə  isə  15,8  sentiner  olmuşdur. 
DQMV  tütünçüləri  gəlirlə  işləmişdirlər.  Məsələn,  1965-ci  ildə  Dağlıq  Q arabağ 
tütünçülərinin  illik  gəliri  252  min  m anata  bərabər idisə,  1981-d  ildə  b u   göstərid 
15 dəfə artaraq 3  milyon  880 min  m anata çatm ışdır98.  Tütün  əkin  təsərrüfatlann 
pul  gəlirlərinin  artması,  məhsulun  keyfiyyətinin  yaxşılaşması  və  məhsuldarhğm 
yüksəlməsi,  hər  şeydən  öncə,  Azərbaycan  hökümətinin  bu  sahənin  inkişafı  üçün 
hər cür şəraitlə təmin etməsi ilə bağlı idi.
328
Tərəvəzçilik  və kartofçuluq  Dağlıq  Qarabağ  kənd təsərrüfatında  köməkçi, 
əlavə  sahələrdəndir.  K artof  və  tərəvəzi  Dağlıq  Q arabağm   bütün  rayonlannda 
əkirdilər.  Xocavənd  və  Şuşa  rayonunun  sovxozları  k a rto f  əkmirdilər.  1971-ci 
ildən  isə  Şuşa  rayonu  sovxozlan  tərəvəz  əkinini  dayandırm ışlar99.  Tərəvəz  və 
kartof əkini  1970-d ildə  1,6 min hektar,  1980-ci ildə 2 min hektar,  1985-d ildə  1,9 
min  hektar  sahədə  əkilmişdir.  Dövlətə  k a rto f  satışı  1970-ci  ildə  0,3  m in  ton 
olmuşdursa,  1985-ci  ildə  2  dəfə  artaraq  0,6  min  tona  çatm ışdır'00.  Tərəvəz 
tədarükü  isə  1971-1975-ci  təsərrüfat  illərindəki  3  min  tondan,  1981-1985-ci 
təsərrüfat  ilində  o rta  hesabla  5  min  tona  qalxmışdır.  O nu  d a  qeyd  edək  ki, 
yuxarıdakı  rəqəmlərə  şəxsi  təsərrüfatlardan  əldə  olunan  kartov  və  tərəvəz  daxil 
deyildir.  Məsələn,  1980-ci  ildə 
bütün  təsərriifatlardan  9,4  min  ton  k arto f 
məhsulu  olmasına  baxm ayaraq,  bunun  0,4  min  tonu,  tərəvəzin  isə  9,4  min 
tondan  4,8  min  to n u   dövlətə  satılmışdır101.  Qalan  m əhsullar  yerli  əhalinin. 
tələbatınm ödənilməsinə sərf edilmişdir.
1970-1985-ci  illərdə hər hektardan kartofun  məhsuldarlığı  113-sentinerdən 
159-sentinerə  qalxm ışdır102.  DQM V-nin  təsərrüfatlarm dan  tərəvəz  bitkilərindən 
soğan,  pom idor,  xiyar,  istiot,  kələm,  yerkökü,  qarpız  və  sair  becərilirdi. 
Azərbaycanda  1966-1970-ci  illərə  nisbətən  1981-1985-ci  illərdə  orta  illik  məhsul 
istehsalı k a rto f 122,5  min tondan  189,8 min tona, tərəvəz 364,5 min tondan 890,4 
min tona çatm ışdır103.
D Q M V-nin  mənzərəsi  üçün  ən  səciyyəvi  cəhət  meyvə  bağlannın 
mövcudluğu  və  inkişafıdır.  Dağlıq  Qarabağm   hər  yerində  bağçılıqla  məşğul 
olurdular.  İstər  kolxoz  və  sovxozlarda,  istərsə  də  şəxsi  təsərrüfatlarda  əkilən 
bütün  meyvə  bağlärı  suvarılırdı.  DQM V-nin  torpaq  iqlim  şəraiti  çox  illik 
bitkilərin  əkininin  xeyli  genişlənməsinə  im kan  verir.  Üzüm  bağlan  müstəsna 
olmaqla,  1970-ci  ildə  bağçılıq  təsərrüfatının  həcmi  1960-cı  illə müqayisədə  1440 
hektar  a rta ra q   3830  hektara  çatm ışdır104.  D ağlıq  Q arabağda  meyvə  bağlannm 
həcmi  1980-ci  ildə  3383  hektara,  1985-ci  ildə  2849  hektara  çatırdı105.  Dağlıq 
Q arabağm  təsərrüfatlarında arm ud, alm a, gavalı, alça, qaragilə,  qoz, fmdıq, nar, 
heyva,  zoğal,  tu t  və  başqa  meyvə  agaclan  əkilirdi.  1970-1985-ci  illərdə  əkin
329

sahəbrinin  azalmasma  baxmayaraq,  Azərbaycan  hökümətinin  həyata  keçirdiyi 
kompleks tədbirlər nəticəsində Dağlıq Qarabağda həm məhsul istehsalmın həcmi 
həm  də  əxnək  məhsuldarlığı  ilbəil  artmışdı.  Məsələn,  1960-cı  ildə  Dağlıq 
Qarabağın  təsərrüfatlanndan  2,2  min  ton  məhsul  yığılmışdırsa,  1970-ci  ildə 
həmin  məhsul  3,7  m in  tona,  1980-ci  ildə  5,3  min  tona,  1985-ci  ildə  isə  5,6  min 
tona  çatmışdır106.  Bəhs  etdiyimiz  illərdə,  əmək  məhsuldarlığında  böyük  artım 
müşahidə edılmişdir.  1970-ci ildə hər hektardan  15,6 sentiner meyvə və giləmeyvə 
götürülmüşdürsə,  1985-ci  ildə  artaraq  42,1  sentinerə  çatmışdır.  1970-ci  ildə 
müqayisədə  1985-ci  ildə Azərbaycanda meyvə və giləmeyvələr  82,8  min tondan
317,5  min  tona  çatm ışdır107.  1985-ci  ildə  Naxçıvan  M R-da  meyvə  və  giləmeyvə 
bağlarmm sahəsi 6125 hektar, məhsulun ümumi həcmi 7,7 min ton, məhsuldarlıq
17,6  sentiner  idi108.  DQMV-də  əmək  məhsuldarlığı  istər  ümumrespublika 
səviyyəsindən, istərsə də Naxçıvan M R ilə müqayisədə yüksək olmuşdur.
DQMV-də  qədimdən  əkilən  çoxillik  bitkilər  içərisində  şah-tut  ağacı 
görkəmli  yer  tutur.  Çox  zəhmət  tələb  etməyən  və  və  tərkibində  şəkərliyin  faizi 
yüksək  olan  (32%)  bu  agac  Dağlıq  Q arabağ  ərazisində  qədimdən  becərilirdi. 
Tutdan  müxtəlif  növ  məhsullar,  o  cümlədən,  spirt,  bəhməz,  irçal  və  sair 
hazırlamr,  təzə  halda  yeyilir  və  ya  meyvəsi  qurudularaq  ilin  müxtəlif  fəsillərdə 
istifadə edilir.  Şah-tut ağacınm oduncağdan keyfiyyətinə görə mebel istehsalında 
istifadə edilir.  Eyni  zamanda,  tutun  yarpağı  ipəkqurdunun  yem  bazası  rolunu 
oynayır.  Şah-tut  ağacmm  sərin  kölgəsi,  misilsiz  dadı  və  müalicəvi  əhəmiyyəti 
vardı.  Bütün bu kimi müsbət cəhətlərinə görə Dağlıq Qarabağ ərazisində şah-t^t 
ağacı qədimdən əkilirdi və burada  150-200  yaşlı  olan  tu t  agaclarma rast  gəlmək 
mümkündür109.
Yuxarıda qeyd etdiyimiz kimi,  Dağlıq  Q arabağm  bütün  rayonlannda  şah- 
tut bağlan var idi. T ut bağlanm n təxminən 60 faizi Xocavənd rayonunun payma 
düşürdü.  1971-1975-ci illərdə yeni  növ  tu t  bağlannm   salmması  və tu t  bağlannın 
üzüm bağları  ilə  əvəzbşdirilməsi  səbəblərindən  tu t  bağları 219  hektar  azaldı110: 
1970-d  ildə  Dağlıq  Qarabağda  1139  hektar  olduğu  halda  1975-ci  ildə  920 
hektara  enmişdir (şəxsi həyətlərdəki tu t  bağları  bura daxil  deyildi).  Ixtisaslaşma
330
ilə əlaqədar Ağdərə  rayonu ərazisində  tut  bağları  ləğv edildi.  337  hektar  sahədə 
yeni, küləyə davamlı növün əkilməsi  hesabm a Dağlıq Q arabağ ərazisində şah-tut 
bağlarmm  sahəsi  1980-ci  ildə  1257  hektara  çatdı111.  ll  ərzində  şah-tut  ağacmm 
bəhrəsi  8  dəfə  yığılırdı.  1950-ci  illər  də  müqayisədə  60-cı  illərdə  tu t  məhsulu 
tədarükü  azalsada  70-ci  illərdən  başlayaraq  həm  məhsulun  istehsalmda,  həm   də 
məhsuldarlıqda artım  müşahidə edilmişdir.  1970-d ildə tu t yığımı  3758 to n  idisə,
1975-ci  ildə  4766  tona,  1980-ci  ildə  5195  tona,  1985-ci  ildə  isə  təxminən  2  dəfə 
artaraq  6894  tona  çatmışdır.  H ər  hektardan  götürülən  məhsuldarlıq  isə  1970-ci 
ildəki  41,8  sentinerə  qarşı  1985-ci  ildə  63,6  sentinerə  qalxmışdır112.  Aparılan 
tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  XX  yüzillik  ərzində  şah  tu t  ağacının  ən 
yüksək  məhsuldarhğı  1970-1985-ci  illərdə  əldə  edilmişdir.  DQM V-də  istehsal 
olunan  kənd  təsərrüfatı  məhsullarının  12  faizi  meyvə-tərəvəzçiliyin  payma 
düşürdü113. 
DQM V-də 
meyvə, 
üzüm, 
tütün, 
tərəvəz, 
kartof, 
bostan 
məhsuldarlığmm  xeyli  hissəsi  şəxsi  yardımçı  təsərrüfatlar  hesabma  əldə 
olunmuşdu.  1970-1985-d  illərdə  yeni  maddi-texniki  bazaya  və  sənaye  xarakterli 
texnologiyalara əsaslanaraq DQM V-də kənd təsərrüfatının üzümçülük, taxılçılıq, 
tərəvəzçilik,  meyvəçilik  və  digər  sahələri  dinamik  inkişaf  etmişdi.  Bu  inkişafı 
aşağıdakı  cədvəldən  də aydm  görmək  olar  (bütün  kateqoriyalardan  dövlət  kənd 
təsərrüfatı  məhsulları satışı)114.
Məhsulun
növləri
Ölçü vahidi
1970
1975
1980
1985
Uzüm
M in ton
34
103
136
142
Tütün
Ton
253
232
338
412
Pambıq
Ton
2691
2112
-
-
Taxıl
M in ton
8,7
10,4
10,5
11,8
K a rto f
Ton
335
748
405
603
Tut
Ton
3758
4766
5195
6894
Meyvə
M in ton
3,7
4,9
5,3
5,6
Tərəvəz
M in ton
1,7
3,5
4,8
5,0
331

Heyvandarlıq  DQMV-nin  qabaqcıl  kənd  təsərrüfatı  sahələrindən  biridir. 
Vilayətdə  istehsal  olunan  kənd  təsərrüfatı  məhsullanmn  43  faizi  heyvandarlıq 
təsərrüfatlannm  payına  düşmüşdür115.  1970-1985-ci  illərdə  Dağlıq  Qarabağda 
heyvandarlıq  dinamik  inkişaf etmişdir.  Dağlıq Qarabağ,  ümumrespublika  əmək 
bölgüsündə  ət,  süd,  üzüm  istehsalmda  ixtisaslaşmışdır,  respublikada  bu 
məhsujlann  istehsalınm  ümumi  həcmininin  təqribən  10  faizi  Vilayətin  payma 
düşürdü.  DQM V  Azərbaycan  SSR-in  iri  heyvandarlıq  regionu  olmuşdur. 
Regionda  heyvandarlığm  inkişafı  Azərbaycan  hökümətinin  və  dövlətimizin 
başçısı  H.Ə.Əliyevin  həmişə  diqqət  mərkəzində  olmuş,  onun  məqsədyönlü 
rəhbərliyi  nəticəsində  Dağlıq 
Q arabağda  heyvandarlığm  inkişaf  yolu, 
ixtisaslaşma və təmərgüzləşmə, sənaye təməlinə keçid və sair tədbirlər bu inkişafa 
böyük kömək etmişdir. 70-ci illərdə DQMV-də sənaye tipli 7 iri təsərrüfatlararası 
və  kolxoz  heyvandarlıq  kompleksi,  20  yem  sexi  tikilib  istismara  verilmiş, 
heyvandarlıq  binalarınm  tikintisi,  yenidən  qurulması  və  yeni  texnika  ilə  təchiz 
olunması  sahəsində  geniş  proqram   həyata  keçirilmişdir.  Bəhs  etdiyimiz  dövrdə, 
suvarılan  örüş,  otlaq  sahələri  xeyli  artm ldı.  Belə ki,  1970-ci  ildə suvarılan  otlaq 
sahələri  234  hektar  idisə,  1971-ci  ildə  577  hektara  çatdı116.  1971-1975-ci  illərdə 
E)QMV-də ictimai fermaların  tikintisi xeyli genişləndirildi.  Belə ki, həmin  illərdə
12,6  min yerlik iribuynuzlu m al-qara tövləsi,  10,7 min yerlik donuzçuluq,  33 min 
yerlik  qoyunçuluq  və  64  min  yerlik  quşçuluq  ferm alan  tikilib  istifadəyə 
verilmişdir117.  Zoobaytarlıq  xidmətinin  təkmilləşdirmək,  mal-qaranm  cinsini 
yaxşılaşdırmaq,  yem  bazasmı  inkişaf  etdirmək,  heyvandarlıq  sahəsini  ixtisaslı 
kadırlarla təmin etmək üçün xeyli iş görülmüşdür.
1976-1980-ci  illərdə  Azərbaycan  hökümətinin  ayırdığı  xüsusi  vəsait 
hesabma  DQMV-nin  kolxoz  və  sovxozlarda  sənaye  xarakterli  texnologiyaya 
əsaslanan  mexanikləşdirilmiş  heyvandarlıq  fermaları:  11810  yerlik  iribuynuzlu 
mal-qara  ferması,  31000  yerlik  donuzçuluq,  131000  yerlik  qoyunçuluq,  22000 
yerlik quşçuluq fermaları tikilib istifadəyə verilmişdir118.
1970-ci  illərdə  Dağhq  Qarabağda  heyvandarhğm  inkişafı  üçün  onun  yem 
bazasmm  möhkəmləndirilməsi  istiqamətində 
tədbirlər  həyata  keçirilirdi.
332
Təsərrüfatlarda  yeni  yem bitkiləri —  qarğıdalı,  çuğundur,  yerkökü, yonca,  arpa 
və sair əkilməyə başlandı. Suvanlan yem bitkilərinin sahəsi 2 dəfə genişləndirildi. 
Həmin  sahələr üzvü  və mineral  gübrələrlə  təmin  edildi.  Azərbaycan  höküməti  ot 
əkin  sahələrindən  onun  biçilməsi,  bağlanması,  daşmması  üçün  D ağlıq  Q arabağ 
təsərrüfatlannı tam  texnika ilə təmin etdi. O t tayalannı saxlam aq üçün çardaxlar 
və silos quyuları tikilib istifadəyə verildi.  1965-ci illə müqayisədə  1980-ci ildə yem 
əkini  sahəsi  38,5  faiz,  yem  bitkilərinin  istehsalı  isə  63,6  faiz  artd ı1'9.  Aparılan 
tədqiqatlardan  məlum olur ki, heyvandarlığm inkişafında  yem bazası 70-75  faiz 
rol  oynayır.  O na  görə  də,  bu  sahəyə  70-ci  illərdə  xüsusi  diqqət  yetirilmişdir. 
Sahələrə  düzgün  aqrotexniki 
qulluq  nəticəsində  yem  bitkilərinin  həcmi  və 
məhsuldarlığı  artm ışdır.  1975-ci  illə  müqayisədə  1981-ci  ildə  quru  o t  yığımı  4,2 
min ton, senac 54,2 ton, küləş və saman  12,6 min ton, silos  10,3 min ton artmışdı. 
H ər hektardan götürülən  məhsuldarlıq isə quru ot 28,4 sentiner, qarğıdalı və silos 
63  sentiner,  meyvəköklü bitkilər  109 sentner,  arpa  15,2 sentiner olm uşdur120.  Bu 
isə,  1970-ci  illə müqayisədə təxminən 2-3 dəfə çox demək idi.  1976-1981-ci illərdə
Azərbaycan  höküməti  Dağlıq  Qarabağm  heyvandarlıq  təsərrüfatmda  15  yem
.■*'
sexi,  40  yem  mətbəxi,  10  mexanikləşdirilmiş  vitaminlərlə  yemi  qatışdıran  sex 
tikilib  istifadəyə  verilmişdi121.  Bütün  bunlar,  Dağhq  Qarabağın  kobcoz  və 
sovxozlarmm  heyvandarlıq  təsərrüfatımn  yem  bazasınm  tələbə  cavab  verən 
səviyyədə olmasını göstərir.
1970-1985-ci  illərdə  Azərbaycan  hökümətinin  Dağlıq  Qarabağda  həyata 
keçirdiyi  tədbirlərdən  biri  də  heyvanların  cins  tərkibinin  yaxşılaşdırılması  və 
təsərrüfatları  mütəxxəsislərlə  təmin  etməkdən  ibarət  idi.  Təkcə,  1970-1975-ci 
illərdə  kənd  təsərrüfatm da  çalışan  mütəxəssislərin  sayı  30  faiz artdı.  1975-ci  ildə 
DQM V-nin  təsərrüfatlarm da  70  kolxoz  sədri,  13  sovxoz  drektoru,  11  ayrıca 
fəaliyyət göstərən  ferma müdri,  55 aqranom ,  43  zootexnik,  85  baytar,  245  ferma 
briqadiri,  27  injiner-texnik  işləyirdi122.  A parılan  tədqiqatlar  nəticəsində  məlum 
olur  ki,  DQM V-də  çalışan  ali  və  orta  ixtisas  təhsilli  mütəxxəsislərrin  sayı 
ümum respublika səviyyəsində birinci yerdə dayanmışdır.
Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin