AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə24/41
tarix05.05.2017
ölçüsü48 Kb.
#16980
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

333

Bəhs  etdiyimiz  illərdə,  Azərbaycan  hökümətinin  DQMV-də  həyata 
keçirdiyi  tədbirlərdən  biri  də  m al-qaranın  cins  tədbirlərinin  yaxşılaşdırıl- 
masmdan  ibarət  olmuşdur.  Xankəndindəki  Qarabağ  zona  təcrübə  stansiyası, 
Leninavandakı  Qarabağ  eksperemental  bazası,  Daşbulaq  və  Q aro  sortluq 
məntəqələri,  «Turşsu»  damazhq  diaqnoz  kabinəsi  bölgədə  xəstəliklərə  qarşı 
mübarizə  və  yeni  növlərin,  süni  mayalanmanm  əldə  edilməsində  böyük  işlər 
görmüşlər.
Ictimai  mal-qara,  əsas  etiban  ilə  yaxşı  avadanlıqlarla  təchiz  edilmiş 
binalarda saxlamlırdı. Fermalarm əksəriyyətində çox zəhmət tələb edən proseslər
—   qoyunlann  qırxılması,  heyvanlann  suvarılması  onlara  yem  verilməsi, 
binalann  təmizlənməsi  və  başqa  işlər  mexanikləşdirilmişdi.  Ferm alar  öz  işini 
yaxşı  bilən  mütəxəssislərlə  tam   təmin  edilmiş,  heyvanlann  xəstəliklərinə  qarşı 
mübarizə 
gücləndirilmişdi. 
Heyvandarlıq 
ferm alanndakı 
maşmlara 
və 
aqreqatlara,  elektirik  avadanlıqlarma  texniki  xidmət  göstərilməsi  işi  bacarıqlı 
mütəxissislərə  tapşırılmışdı.  M al-qara  mütəxxislərin  tərtib  etdikləri  qayda 
əsasındı yemlənirdi.  1978-ci ildə DQMV-də daha bir heyvandanlıq təsərrüfatı — 
«təsərrüfatlararası 
heyvandarlıq 
kompleksi» 
istifadəyə 
verilmişdi123. 
Heyvandanlıqda  məhsuldarlığın  artırm asında  bu  təsərrüfatların  çox  böyük 
xidmətləri  olmuşdur.  Heyvandarlıq  Kompleksi  DQMV-nin  15  heyvandarlıq 
təsərrüfatı  ilə  sıx  əlaqə  əsasında  inkişaf  edirdi,  Azərbaycan  hökümətinin  1970- 
1985-ci  illərdə  DQM V  heyvandanhq  təsərrüfatlarmda  həyata  keçirdiyi  tədbirlər 
nəticəsində  bütün  kateqoriyalardan  olan  təsərrüfatlarda  mal-qaranm  sayı  artdı.
ı
Belə  ki,  1971-ci  illə  müqayisədə  1985-ci  ildə  iri  buynuzlu  mal-qaranm  sayı  86,4 
min  başdan  88,4  min  başa,  qoyun  və  keçilərin  sayı  266,2  min  başdan  288  min 
başa,  quşlann  sayı  162,2 min başdan  286,5  min  başa çatdı (şəxsi  təsərrüfatlarda 
olan quşlar daxil deyil).  İri buynuzlu m al-qaranm , qoyun və keçilərin təqribən 30 
faizindən çoxu, donuzun isə  15 faizi şəxsi təsərrüfatlarda saxlanılırdı.
XX 
yüzilliyin  70-80-ci  illərində kənd  təsərrüfatı heyvanlan  arasında yalmz 
arı  ailələrinin  sayında  azalma  müşahidə  edilmişdi.  Vilayətin  kolxoz  və 
sovxozlarmda  1970-ci  ildə 9739  a n   ailəsi  var idisə,  1981-ci ildə  bu göstərici  6188
334
enm işdir124. 
Bəhs  etdiyimiz  illərdə,  mal-qaranm  saymın  artm ası  ilə  yanaşı, 
heyvandarlıq  məhsullannm   istehsah  və  tədarükünün  müntəzəm sürətdə dinamik 
inkişafı da müşahidə edilmişdir.  Məsələn,  1970-ci ildə hər inəkdən il ərzində orta 
hesabla  1497 kloqram  süd sağılmışdırsa,  1985-ci ildə bu göstərici 2427  kloqram a 
çatmışdır.  Hər  qoyundan  qırxılan  illik  yunun  həcmi  isə  1970-ci  ildəki  2,8 
kloqram dan  1985-ci  ildə  2,9  kloqram a  qalxmışdır.  Hətta,  Xocavənd  rayon 
südçülük  ferm alannda  hər  inəkdən  4300-5200  kloqram   süd  sağımı  hallın  da 
müşahidə  edilmişdir125.  1970-1985-ci  illərdə  dövlətə  heyvandarlıq  məhsullanmn 
satışm da  böyük  artım   müşahidə  edilmışdir  ki,  bu  artımı  aşağıdakı  cədvəldən  də 
aydın görmək olar (bütün kateqoriyadan olan təsərrüfatlardan)126.
M əhsulun növü
Ölçü vahidi
1970
1975
1980
1985
M al-qara 
və 
q u şə ti
Min ton
7,2
10,1
10,4
11,5
Süd və süd məh- 
sulları
M in to n
17,2
22,0
28,1
31,1
Y um urta
M ilyon ədəd
7,8
10,1
10,7
11,2
Y un
Ton
494
579
592
605
Barama
Ton
83
133
139
146
1980-ci  illərdə  DQM V-də  adambaşına  il  ərzində  320  kq  süd,  68  kq  ət 
düşürdü  ki,  bu  da  ümumrespublika  göstəricilərində  xeyli  yüksək  idi127. 
Ümumrespublika üzrə istehsal  olunan  südün  10,5  faizi,  ətin  10  faizi  DQM V-nin 
üzərinə  düşürdü.  A parılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1980-ci  illərin 
ortalarında  adam başm a  düşən  ümumi  kənd  təsərrüfatı  m əhsullannm   həcminə 
görə DQM V üm umrespublika üzrə olan göstəricilərdə öndə dayanmışdır.  A dam  
başına  düşən  kənd  təsərrüfatı  məhsullarımn  həcmi  1986-cı ildə ümumrespublika 
üzrə  588  m anat,  Naxçıvan  M uxtar  Respublikasmda  500  m anat  idisə, 
Azərbaycanm Dağhq Q arabağ bölgəsində isə 692 m anata çatm ışdır‘28.

Beləliklə,  1970-1985-ci illər Azərbaycamn quruculuq salnaməsinə ən parlaq 
səhifələr  kimi  daxil  olmuşdur.  Çünki,  bu  dövrdə  xalq  təsərrüfatmm  quruculuq 
sahələri  dinamik  inkişaf etmiş  Azərbaycan  ittifaq  miqyasında  üzüm  istehsahna 
görə  1-ci  yeri,  baram a  istehsalmda  ikinci  yeri,  pam bıq  istehsalmda  4-cü  yeri 
tutmuş,  xalqın  maddi  rifah  halı  yaxşılaşmış,  orta  aylıq  əmək  haqqı  1,5  dəfə 
artroış,  milli  iqtisadiyyatımız  miqyaslı  və  ardıcıl  inkişaf  etmiş,  Azərbaycanm 
sosial-iqtisadi həyatında  çox  böyük  yüksəliş  baş  vermişdir.  Ümummilli  liderimiz
H.Ə.Əliyev çıxışlannm birində demişdir ki, «bu gün tam  əminliklə söyləmək olar 
ki, Azərbaycanm Dövlət Suverenliyi və iqtisadi müstəqilliyi sistemli şəkildə artan 
xarici-iqtisadi əlaqələri dünya iqtisadiyyatma  get-gedə daha dərindən  inteqrasiya 
olunması hələ  1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensiyahna 
əsaslanır»129.
Sosial  yüksəliş  1970-1985-ci  illərdə  Azərbaycanm  DQMV-nin  iqtisadi 
yüksəlişi,  əhalinin  rifahmın  və  məişətinin  daha  da  yaxşılaşdınlmasma  şərait 
yaratmışdır. 
1965-1985-ci  illərdə  DQMV-nin  kolxoz  sovxoz  və  şəxsi 
təsərrüfatlarmda ümumi  istehsal təqribən iki dəfədən çox, əhalisinin hər nəfərinə 
düşən  real  gəlir  81  faizdən  çox  artmışdır130.  Fəhlə  və  qulluqçuların  orta  aylıq 
əmək  haqqı  1970-ci  illərdə  1,4,  1980-ci  illərdə  isə  1,3  dəfə  çoxalmışdır.  Dağlıq 
Q arabağda  əhalinin  real  gəlirinin  yüksəldilməsində  əsas  mənbələrdən  biri  əmək 
haqqınm  ardıcıl olaraq artınlmaıdır.  Azərbaycan dövlətinin başçısı  H.Ə.Əliyevin 
rəhbərliyi  altm da Azərbaycan  K P qurultaylannda,  M K  plenum lannda vaxtaşırı
çağnlan müşavirələrdə  respublikamızın,  o cümlədən, onun  ayrılmaz hissəsi  olan
t
DQM V-nin  iqtisadi,  sosial  və  mədəni  inkişafı  üçün  konkret  vəzifələr  irəli 
sürülmüş  və əhalinin  rifah  və məişətinin  daha  da  yaxşılaşdırılması  üçün təşkilati 
tədbirlər  müəyyən  edilmişdir.  1970-ci  illərdə  xalq  təsərrüfatmm  müxtəlif 
sahələrində  fəhlə  və  qulluqçulannın  əmək  haqqınm  nizama  salınması  və 
yüksəldilməsi  sahəsində  göriilən  tədbirlər  nəticəsində  DQMV-də  fəhlə  və 
qulluqçularm   o rta  aylıq  əmək  haqqı  1965-ci  illə  müqayisədə  1985-ci  ildə  60 
faizdən  çox  artmışdı.  Əgər  1965-ci  ildə  DQMV-də fəhlə  və qulluqçularm. pul  ilə 
ödənilən  o rta   aylıq  əmək  haqqı  60  m anat  idisə,  1965-ci  ildə  bu  rəqəm  90,3
m anata,  1975-ci  ildə  125,1  m anata,  1980-d ildə  148,4 m anata,  1985-ci ildə  153,5 
m anata  çatm ışdır131.  Gəlirləri  daha  çox  olan  Dağhq  Q arabağ  kolxoz  və 
sovxozlarında,  sənaye  müəssislərində  aylıq  əmək  haqqı  d ah a  yüksək  olmuşdur. 
Məsələn,  Ağdərə rayonunun  partiyanm X X II qurultayı adm a sovxozun fəhlə və 
qulluqçularm   o rta  ayhq  əmək  haqqı  1975-ci  ildə  144  m anat,  1980-ci  ildə  270 
m anat,  1985-ci ildə isə təxminən iki dəfə artaraq 295 m anata çatm ışdır132.
1970-1985-d  illərdə DQM V  kolxozçulannm  da o rta  aylıq  əmək  haqqm da 
artım   müşahidə  edilmişdir.  Bəhs  etdiyimiz  dövrdə,  bu  artım   1,5-2  dəfəyə 
çatmışdır.  D QM V -də  kolxoz  və  sovxozlann  illik  gəlirlərinin  yüksək  dərəcədə 
artm ası burada işləyən kolxozçuların d a  əmək haqqına güclü təsir etmişdir.  1965- 
ci  ildə  kolxoz və  sovxoz  təsərrüfatlannda  işləyən  hər  bir  fəhləyə  gündə 2  m anat 
65  qəpik  keçirilirdisə,  1970-ci  ildə  bu  rəqəm  3  m anat  87  qəpiyə,  1975-ci  ildə  4 
m anat 42  qəpiyə,  1980-ci ildə  5 m anat  17  qəpiyə,  1985-ci ildə 6 m anat  12 qəpiyə 
qalxmışdır133.  K ənd  təsərrüfatında  çalışan  işçilərin  orta  aylıq  gəliri  1960-cı  ildə 
təxminən  50  m anat olm uşdursa,  1970-ci ildə  441  m anat,  1975-ci ildə 565 manat,
1980-d  ildə  892  m anat,  I985-d  ildə  isə  976  m anat  oJmuşdur134.  Bu  baxımdan, 
Dağlıq  Q arabağ  kənd  əməkçilərinin  orta  illik  gəliri  1960-cı  ilə nisbətən,  1965-d 
ildə  iki  dəfə,  1970-ci  ildə  2,7  dəfə,  1976-ci  ildə  3,5  dəfə,  1980-d  ildə  5,5  dəfə 
artmışdır.  Tədqiq  edilən  illərdə,  vilayətin  kolxozçu kəndlilərinin  təkcə,  orta  illik 
əmək  haqqı  deyil,  eyni  zamanda,  onlarm   gəlirləri,  təqaüdləri,  güzəştli  və  maddi 
kömək  ictimai  fondlann  artması  hesabma  çoxalmışdır.  A parılan  tədqiqatlar 
nəticəsində məlum olur ki, DQMV-də kənd təsərrüfatı işçilərinin orta aylıq  əmək 
haqqı respublika göstəricilərindən xeyli çox olmuşdur.  Məsələn, ümum respublika 
üzrə  kənd  təsərrüfatında  işləyənlər  1965-ci  ildə  51,3  m anat,  1970-d  ildə  76,7 
m anat,  1975-ci  ildə  98,4  m anat,  1985-d  ildə  119  m an at  aylıq  əmək  haqqı 
almışlarsa,  DQ M V -də bu göstərid  1965-d ildə 78  m anat,  1970-ci ildə 90 m anat,
1975-ci ildə  115 m anat,  1985-ci ildə isə 280 m anata çatm ışdır135.
1970-1985-ci  illərdə  DQMV-də  istər  kolxozçulum,  istərsə  də  fəhlə  və 
qulluqçularm  şəxsi  təsərrüfatlarmdan  gələn  gəlirləri  xeyli  artm ışdır.  M araqlı 
cəhət  ondan  ibarətdir  ki,  bəhs  olunan  illərdə,  DQM V-də  şəxsi  həyətyani

təsərrüfatlardan  əldə  edilən  gəlir  istər  ümumittifaq  səviyyəsində,  istərsə  də 
ümumrespublika  səviyyəsində  yüksəkdə  dayanmışdır.  A panlan  araşdırm alar 
nəticəsində  məlum  olur  ki,  1970-ci  ildə  keçmiş  SSRİ  m əkanmda  kolxozçular 
ümumi  gəlirlərinin  31,9  faizini  şəxsi  təsərrüfatlarından  əldə  etmişdilər.  1975-ci 
ildə  bu  göstərici  26,3  faiz,  1980-ci  ildə  30  faiz təşkil  etmişdir.  Ümumrespublika 
üzrə  bu  göstərici  1970-ci  ilə  32  faiz,  1975-ci  ildə  43,9  faiz,  1980-ci  ildə  45  faiz 
təşkil etmişdirsə Azərbaycanm DQMV-də bu göstərici  1970-ci  ildə  34 faiz,  1975- 
ci  ildə  44,7  faiz,  1980-ci  ildə  isə  46,4  faiz  təşkil  etmişdir136.  Bu  faktm  özü 
Azərbaycan  hökümətinin  Dağhq  Qarabağ  əhalisinə  göstərdiyi  dərin  qayğını  bir 
daha  subut  edir.  Bəhs  etdiyimiz  dövrdə,  ümumrespublika  səviyyədə  DQMV-də 
başqa  sahələrdə  də  yüksək  göstəricilər  əldə  edilmişdir.  Məsələn,  1960-cı  illə 
müqayisədə  1975-ci  ildə  adambaşma  düşən  məhsul  istehsalmm  həcmi 
ümumrespublika üzrə  140,5 faiz,  DQMV-də isə iki dəfə artıb 250 faizə çatmışdır. 
Həmin  illərdə,  sənaye  məhsulları  istehsalmm  həcmi  respublikamızda  229  faiz, 
Azərbaycanın  DQMV-də  281  faiz,  kapital  qoyuluşunun  həcmi,  bütövlükdə, 
Azərbaycanda  219  faiz,  DQMV-də  417  faiz  mal  dövriyyəsitıin  həcmi 
respublikamızda  240  faiz,  onun  Dağlıq  Q arabağ  hissəsində  279  faiz,  məişət 
xidmətinin həcmi ümumrespublika üzrə  540  faiz,  Azərbaycanın  Dağlıq Qarabağ 
bölgəsində 550 faiz artm ışdır137.
1970-1985-ci  illərdə DQMV-də ictimai istehlak fondlannda əhaliyə verilən 
ödənc  və  güzəştlərin  məbləği  üç  dəfə  çoxalnuşdır138.  Həmin  illərdə,  qocalara, 
əlillərə,  əmək qabiliyyətini müvəqqəti  itirənlərə,  əmək  və müharibə veteranlarma 
başçısmı  itirmiş  uşaqlı  ailələrə,  tək  analara  maddi  yardım  ilbəil  artmışdır. 
DQM V-də  qocalığa  və  əlilliyə  görə dövlətdən  təqaüd  alanların  sayı  1960-cı  ildə
14,5  min,  1966-cı ildə 22 min  1970-d ildə 27,7 min,  1975-ci  ildə 29,3 min,  1980-ci 
ildə  31,5  min,  1985-ci  ildə  33,4  min  nəfər  olm uşdur139.  1985-ci  ildə  DQMV-də 
qocalığa görə təqaüd alanlarm  sayı 20,4 min nəfərə çatmışdır.  DQMV-də təqaüd 
alan  kolxozçulann  sayı  1970-d  illə  müqayisədə,  1980-ci  ildə  əlilliyə  görə təqaüd 
alanlar  84  nəfərdən  92  nəfərə,  qocahğa  görə  təqaüd  alanlar  12,9  mindən,  10,7 
minə  xəstəliyə  və  şikəstliyə  görə  təqaüd  alanlar  999-dan  815  nəfərə,  iş
338
qabiliyyətini  itirdiyinə  görə  414-dən  315  nəfərə  enm işdir140.  1970-1980-d  illərdə 
respublikamızda  təqaüd  alanlann  sayı  643  min  nəfərdən,  987  min 
nəfərə 
çatm ışdır141.
DQ M V -də  çoxuşaqlı  analarm  sayı  1965-ci  ildə  6342  nəfər,  1970-ci  ildə 
6189  nəfər,  1975-ci  ildə  4753  nəfər,  1980-ci  ildə  4012  nəfər  idi142.  Dörduşaqlı 
analarm   sayı  bütün  çoxuşaqlı  analarm  sayını  təxminən  50  faizini  təşkil  edirdi. 
Keçmiş  SSRİ  hökümətinin  «hamiləlik,  doğum   və  xəstə  uşağa  xidmət  üçün 
müavinət  təm inatm m   yaxşılaşdınlması  haqqm da»  (1973-cü  il  26  iyun)  qərarma 
əsasən  qadm lara  hamiləliyə  və  doğuma  görə  iş  stajından  asılı  olm ayaraq  əmək 
haqqm ın  100 faiz ödənilməsinə, «aztəminatlı uşaqlı ailələrə m addi köməyin daha 
da  yaxşılaşdırılması  haqqında»  1974-cü  il  12  sentyabr  tarixlli  qərarm a  əsasən 
1974-cü  il  noyabrm   1-dən  ümumi  gəliri  ailənin  hər  üzvü  hesabm dan  ayda  50 
m anatdan  az  olan  8  yaşa  qədər  uşaqlann  hər  birinə  12  m anat  müavinat 
verilməsinə başlandı143.
Bundan  əlavə,  ittifaq  hökümətinin  «uşaqlı  ailələrə  dövlət  yardımım 
gücləndirmək  haqqm da»  1981-ci  il  31  m art  tarixli  qəran  ilə  ümumi  iş  staji  bir 
ildən  az  olm adan,  habelə  təhsil  alan  qadm lara  uşaq  1  yaşına  çatanadək  ona 
xidmət etmək üçün əmək haqqınm müəyyən hissəsi ödənilməklə bir il müddətində 
məzuniyyət  verilməyə  başlanmış,  tək  analara  verilən  dövlət  mükəfatınm 
minimum  səviyyəsi  hər  bir  uşağa  ayda  20  m anata  qaldırılmış  və  xəstə  uşağa 
qulluq  edilməsinə  görə  haqqı  ödənilən  vaxtm  müddəti  14 günədək  uzadılmışdır. 
Beləliklə,  70-80-ci  illərdə  dövlətimizin  həyata  keçirdiyi  mühüm  tədbirlər 
nəticəsində  əhaliyə  verilən  pensiyaların  həcmi  4,4  dəfə,  müavinətlərin  həcmi  isə
3,3  dəfə  çoxaldı144.  Bəhs  etdiyimiz  illərdə,  DQM V-də  kolxoz üzvlərinin  pensiya 
məbləği  m üxtəlif  göstəricilər  üzrə  xeyli  artmışdır.  Məsələn,  təkcə,  DQMV-də 
qocahğa görə pensiya məbləği  1970-ci ildəki 2 milyon 706 min m anatdan  1980-ci 
ildə  53  milyon  840  minə  qalxmışdır.  DQM V  kolxoz  üzvlərinin  əlilliyə  görə 
pensiya  məbləği  1970-d  ildəki  29,5  mindən  1980-ci  ildə  45,8  minə,  xəstəlik  və 
şikəstliyə  görə  pensiya  məbləği  243,8  mindən  436,5  minə,  iş  qabiliyyətini 
itirdiyinə görə pensiya məbləği 95,2 mindən  153,6 minə qalxm ışdır145.  1970-d ^llə

müqayisədə  D ağlıq  Q arabağ  fəhblərinin  aldıqlan  pensiya  və  müavinatlann 
məbləği 420 min m anatdan  1  mılyon 656 min m anatadək artm ışdı146.
A p anlan  araşdınnalardan  məlum  olur  ki,  əhalinin  hər  10  min  nəfərinə 
düşən  təqaüdçülərin  sayı  DQMV, istər ümumrespublika  səviyyəsindən  (14 faiz), 
istərsədə  Naxçıvan  M R  ilə  müqayisədə  (12  faiz) 
üstün  olmuşdur.  Aynlan 
təqaüdlərin  həcmində  də  bu  fərqlər  müşahidə  edilmişdir.  Lakin  DQMV  XDS 
«sosial təm inat sahəsində səlahiyyətləri»ndən çox məharətlə istifadə etmişdilər147. 
Yerli  və  ittifaq  əhəmiyyətli  pensiyalar  təyin  edilərkən  Vilayət  Sosial  Təminat 
Şöbəsi  ikili  mövqe  tutmuş,  faktiki  xəstə  olan  Azərbaycanhlar  haqqmda  tibbi 
Əmək  ekspertizasınm  rəyi  həmişə  mənfi  olurdu.  Pensiya  dərəcəsinə  gəldikdə  isə 
ən ağır xəstə azərbaycanlı III dərəcəyə, milliyyətcə erməni olanlar isə yüngül xəstə 
olsa  belə  I  dərəcəyə  aid  müəyyən  edilirdi.  Yaşa  görə  təminatlarda  isə,  eyni 
müəssisədə 
erməni  ilə  Azərbaycanlmm  arasmda  böyük  fərqlər  müşahidə 
edilmişdir.  Ümumiyyətlə, DQMV-də milliyyətcə müsəlman olanlar sosial təminat 
sahəsində də erməni millətçiləri tərəfindən həmişə sıxışdırılmışlar.
Bəhs  etdiyimiz  illərdə,  DQM V-də  əhalinin  maddi  rifah  halmm 
yaxşılaşdırılmasım  vilayət  sakinlərinin  əmanət  kassalannda  saxlanılan  pul 
əmanətçilərinin  məbləğindən,  əmanətçilərin  və  əmanət  kassalanm n  saymın 
artm asm dan da görmək olar148.
İşin məzmunu
illər
1970
1975
1980
1985
DQMV-də əmanət kassalanmn sayı
88
100
105
111
Əmanətçilərin sayı (min)
4 8 '
51
90
135
Kassalarda saxlanılan əmanətçilərin məb- 
ləği (min manatla)
31497
64751
125590 217620
O rta  hesabla  hər  bir  əmanətçiyə  düşən 
məbləğ (manatla)
617
961
1251
1612
340
A panlan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1966-1980-ci  illərdə 
DQMV-nin  Xankəndi,  Ağdərə,  Xocavənd  və  H adrud  rayonunda  əmanət 
kassalarında 
saxlamlan 
əmanətin 
dəfələrlə 
artırılm asına 
baxmayaraq 
müsəlmanların  daha  çox  cəmləşdiyi  Şuşa  rayonunda  bu  göstərici  aşağı 
düşmüşdü.  Məsələn,  həmin  illərdə  Xankəndi  rayonunda  kənd  əməkçilərinin 
saxladığı əmanətlər 9 milyondan  14 milyona, Ağdərədə 4 m ilyondan  12  milyona, 
Xocavənddə  5  milyondan  9  milyona,  H adrutda  2  m ilyondan  5  milyon  m anata 
qalxmışdırsa,  Şuşa rayonunda 9  milyon  m anatdan  2,5  milyon  m anata enmişdir. 
Bu  faktm   özü  Dağlıq  Q arabağda  yaşayan  Azərbaycanlılara  ögey  münasibət 
göstərilməsini və onların sosial vəziyyətinin aşağı olmasmı göstərir149.
1970-1985-ci  illərdə  Azərbaycan  höküməti  DQM V-də  həyata  keçirdiyi 
mühüm  tədbirlərdən  biri  də  burada  yaşayan  əhalinin  istehlak  təlabatı  ilə  təklif 
arasm da  uyğunluq  yaratmaq,  əhalinin  ərzaq  və  qeyri  ərzaq  m allanna  olan 
tədbirləri  tam   ödəməkdən  ibarət  olmuşdur.  Dağlıq  Q arabağda  əhalinin  alıcılıq 
qabiliyyətinin  artması  istehlak  malları  istehsalmm,  ticarət  və  ictimai  iaşə 
xidmətlərinin  nisbətən  inkişaf etməsi  Vilayətdə  mal  dövriyyəsinin 
ÇQxalmasına 
səbəb  olmuşdur.  1971-1981-ci  illərdə  Azərbaycan  hökümətinin  ayırdığı  xüsusi 
vəsait  hesabm a  DQM V  ərazisində  yeni  54  ticarət  müəssisəsi,  54  yeməkxana  və 
restoran,  8  qəlyanaltı  və  bufet,  1  univermaq,  1  sənaye  m allan  mağazası,  77 
ictimaı  iaşə  müəssisəsi,  59  xırda  satış  müəssisəsi,  98  çadır  ticarət  köşkü  tikilib 
Vilayət  əhalisinin  istifadəsinə  veri]di15°.  Bəhs  edilən  dövrdə,  D QM V  də  ticarət 
müəssisəsinin 
sayı  618-dən, 
672-yə,  m ağazalann  sayı  322-dən  351-ə, 
yeməkxanalärın və restoranlann sayı 78-dən  134-də,  qəlyanaltı və bufetlərin sayı 
155-dən  176-ya,  univerm aqlar  2-dən  3-ə,  sənaye  malları  mağazası  7-dən  8-ə, 
ərzaq mağazası  16-dan  17-yə, ictimai iaşə müəssisəsi 233-dən  310-a, ixtisaslaşmlş 
m ağazalar  18-dən  22-yə,  xırda  satış  mağazası  380-dan  439-a,  gündəlik  təlabat 
mağazaları  150-dən  181-ə,  digər  satış  m ağazalan  194-dən  231-ə,  çadır  ticarət 
kökləri 226-dan 324-ə çatdı15'.
1971-1985-ci  illərdə  DQM V  dövlət və  kooperativ  ticarətində  ictimai  iaşə 
daxil  olm aqla  pərakəndə  mal  dövriyyəsi  53,7  milyon  m anatdan  118,8  milyon
341

m anata  qalxmışdır.  Həmin  illərdə,  DQMV  də  ticarət  və  əmtəə  dövriyyəsinin 
məbləği  27  milyon  315  mindən  45  milyon  774  minə  çatdı.  1970-1985-ci  illrdə 
DQ M V   də  əhaliyə  hərtərəfli  mədəni  xidmət  göstərən  yaxşı  təşkil  edilmiş  ticarət 
müəssisələri  olmasma  baxmayaraq,  hələ  də  bu  sahədə  nöqsanlar  özünü 
göstəririrdi.  Belə  ki,  Vilayət ticarət təşkilatları  tərəfindən  m allann  rayonlar üzrə 
düzgün  bölüşdürülməməsi,  azərbaycanlılar  yaşayan  kəndlərdə  ticarət  mallarmın 
çatışmaması,  həmin  kəndlərdə  ticarət  və  iaşə  xidmət  səviyyəsinin  xeyli  aşağı 
olması  faktlan  aşkar  edilmişdir.  Şuşaya  və  müsəlmanlar  yaşayan  kəndlərə 
Vilayətin  mərkəzi  ticarət  müəssisələri  tərəfındən  göndərilən  malların  əksəriyyəti 
keyfıyyətsız  olduğundan  əhalinin  təlabatım  ödəmirdi.  Vilayət  tabeli  ticarət  və 
iaşə  müəssisə  və  təşkilatlannm  mal  dövriyəsinin  nom enqlaturasm da  ikili  mövqe 
aşkarlanmışdır.  DQMV-dəki  müsəlman  kəndlərindəki  mövcud  mağazalar  (əgər 
bu  qədim  daxm alan  mağaza  adlandırmaq  mümkündürsə)  soyuducu  və  digər 
texnoloji  avadanlıqlarla  təchiz  edilmirdi.  Xankəndi  ticarət  idarəsi,  Vilayət 
partiya  və  sovet  təşkilatlan  göstərilən  nöqsänları  aradan  qaldırmağa  cəhd 
etməmiş və təsirli tədbir görməmişdir.
A panlan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  1970-1980-ci  illərdə  istər 
adam başm a  düşən  pərakəndə  ticarət  dövriyyəsinin  həcminə,  istər  ticarət 
müəssisələrinin  m iqdanna,  istərsə  də  adam başm a  düşən  ticarət  mağazalarınm 
sahəsinə 
görə 
DQMV-dəki 
ümumi 
göstəricilər 
həm 
ümumrespublika 
səviyyəsində,  həm də Naxçıvan  və digər rayonlarla  müqayisədə üstün olmuşdur. 
Məsələn,  təkcə  1981-ci  ildə  10  min  nəfər  hesabı  ilə  pərakəndə  ticarşt 
müəssisələrinin  m iqdan ümumrespublika üzrə  28,  Naxçıvan  M R-da  24,  DQM V 
42  idi.  10  min  nəfər  hesabı  ilə  mağazalarm  ticarət  sahəsi  (kvadrat  kilometrlə), 
ümumrespublika üzrə  1127, Naxçıvan  M R   1319,  DQM V  1743  kvadrat kilometr 
olmuşdur. 
Adambaşma  düşən 
pərakəndə 
ticarət 
dövriyyəsinin 
həcmi 
ümumrespublika üzrə 617 manat, Naxçtvan  M R  420  m anat,  DQ M V  642 m anat 
məbləğində idi152.  Başqa dövrlərdə də bu cür fərqlər müşahidə edilmişdir.
Dağlıq  Qarabağ  əhalisinin  mədəni-məişət  şəraitinin  yaxşılaşmasında 
ictimai  iaşə  müəssisələri  böyük  əhəmiyyət  kəsb  edirdi.  1970-1980-cı  illərdə
342
DQM V-da  yeni  yeməkxana,  restaran,  mətbəx  fabriki,  qəlyanaltı  və  bufetlər 
yaradılmasına  xüsusi  diqqət  yetirilmişdir.  Təkcə,  1970-1985-ci  illərdə  Dağlıq 
Qarabağın  kəndində  26  yeməkxana,  39  'çayxana  və  bufet  tikilmişdir153.  Bu 
dövrdə,  mövcud  obyektlər yenidən  qurulmuş  və  əsaslı  təmir  edilmişdir.  Ictimai 
iaşə  müsəssisələrinin yerləşdirilməsi  prosesi nəzərdən keçirilərkən  məlum olur ki, 
burada  da  erməni  rəhbərliyi  qərəzli  mövqe  tutm uşlar.  Məsələn,  1970-1985-ci 
illərdə  Xankəndi,  Xocavənd,  H adrud,  Ağdərə rayonlarında  ictimai  iaşə  xidməti 
müəssisələrinin  yerləşdirilməsi  və  xidmət  həcmi  2,5  dəfədən  çox  artmış,  Şuşa 
rayonunda  bu artım   1,9 dəfəyə  çatmışdır154.  Ən  böyük  ictimai  iaşə müəssisələri
—   "xeyirxah  xidmət  salonu",  camaşırxanalar,  məişət  kombinatları,  paltar  və 
ayaqqabı  təmiri  emalatlxanaları,  paltar  yum aq  və  təmizləmək  məntəqələri  və 
digər  xidmət  növləri  məntəqələri  Xankəndi  şəhərində  yaradılmışdır.  1975-ci  il 
məlumatma görə,  DQM V ticarət mal  dövriyyəsinin  69  milyon  394 min  m anatın
27  milyon  767  min  m anatı 
Xankəndi  ticarət  müəssisələrinin  üzərinə 
düşmüşdür155.
1970- 1985-ci  illərdə  Azərbaycan  hökümətinin  dərin  qayğısı  nəticəsində
* Y
əhaliyə ictimai  iaşə və mədəni  məişət xidməti dinamik inkişaf etmişdir. 
Həmin 
inkişafı aşağıdakı cədvəldə aydın görmək olar:156
Göstəricilər
İllər
1970
1975
1980
1985
DQM V-də əhaliyə xidmət em alatxanaları və 
otelyelərin sayı
375
473
555
628
O  cümlədən, kənddə
191
251
282
298
Ictimai iaşə xidməti (min manat)
2495
3520
18270 21465
O cümlədən, kənddə
958
1991
8783
974
Əhaliyə məişət xidməti müəssisələrində işlə- 
yənlərin sayı
1153
1348
1579
17071
O  cümlədən kənddə
307
470
483
497
Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin