V H IF Ə S İL
DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNDƏ İQTİSADİ HƏYAT.
SƏNAYENİN İNKİŞAFİ(1950-1960-CI İLLƏR)
1950-1960-cı illərdə Azərbaycanda xaiq təsərrQfatını, o ciimlədən, sənayeni
inkişaf etdirmək üçün V, VI, VII, VIII bejillik və yeddiillik (1959-1965) plan
qəbul edilmişdir. Həmin planda .sənayedə çətinliklər, onun aradan qaldırılması
yolları, qarşıdakı vəzifələr müəyyən edilmişdir. Ən başlıca vəzifə elektrik enercisi
istehsalmın artırılması, yeni sənaye sahələrinia yaradılması və inkişafı, xalq
istehlakı malları istehsal edən sənaye sahələrinin genişləndirilməsi nəzərdə
tutulmuşdu.
Azərbaycan SSR DQMV-də çoxsahəli kənd təsərrüfatmm inkişafı, əsasən,
kənd təsərrüfatı xammalı emal edən sənayenin inkişafına şərait yaratmışdır. XX
yüzilliyin 50-60-cı illərində bölgədə yüngül və yeyinti sənayesi, ipəkçilik,
şərabçılıq, ağac emalı, mebel, süd emalı müəssisələri, elektrotexnika, tikinti
materialları kombinatı, istehsalat kombinatı, şərq musiqi alətləri fabriki və başqa
müəssisələr fəaliyyət göstərirdi.1
İpəkçilik Qarabağ əhalisinin qədim sənəti olmuşdur. İstər Çar Rusiyası
dövründə, istərsə də sovet hakimiyyəti illərində Mərkəz, Azərbaycanda
ipəkçiliyin inkişafma xüsusi diqqət yetirirdi. Çünki, ipək parça həm xarici
bazarlarda baha qiymətə satılırdı, həm də Rusiya ərazisində ipəyə böyük tələbat
var idi. Bütün bunları nəzərə alan Azərbaycan hökuməti, mərkəzin göstərişi ilə
“ipəkçiliyin inkişafı üçün tədbirlər planı” işləyib hazırladı. Həmin pianda
göstərilirdi ki, XX-əsrin 50-60-cı illərində Azərbaycan ərazisində ipəkçiliyi
inkişaf etdirmək məqsədilə əvvəlki dövrlə müqäyisədə qoyulan vəsaitin miqdarım
2 dəfə artırmaq, müəssisələrin xammala olan tələbatını ödəmək, ipək emalı
müəssisələrinin texniki səviyyəsini yüksəltmək, yeni toxuculuq kombinatları
yaratmaq, idarə sistemini təkmilləşdirmək və məhsulun maya dəyərini aşağı
salmaq məqsədilə elmin son nailiyyətlərindənistifadə etmək, məhsulların
148
keyfiyyətini və növlərin təkmilləşdirməklə məhsulun istehsalını artırm aq qarşıya
məqsəd olaraq qoyulmuşdu.
Azərbaycan SSR DQMV-də ipək emalı müəssisələrinin xammala olan
tələbatını ödəmək üçün 1950-1960-cı illərdə barama istehsalı 1940-cı illə
müqayisədə təxminən 70 faiz artdı. Belə ki, 1940-cı ildə 114 ton idisə, 1960-cı ildə
186 tona çatdı.2 Lakin bu artım Qarabağ ipək kombinatınm xammala olan
tələbatını
Ödəmirdi.
Odur
ki,
Azərbaycanın
ayrı-ayrı
rayonlarmdan,
Gürcüstandan, Ukraynadan, Özbəkistandan, Tacikistandan baram a və ya iplik
ahnırdı.3
Azərbaycan SSR DQMV-də 1950-ci ildə Kiyev mütəxəssislərinin layihəsi
əsasmda ipək emalı
fabriki tikilməyə başlamış və 1953-cü ildə başa
çatdırılmışdır. 1954-cü ilin yanvarından həmin müəssisə məhsul istehsal etməyə
başladı.4 1959-1965-ci illərdə DQMV-nin ipək emalı müəssisələrinin sexləri
yenidən qurularaq modemləşdirilmiş, onların mükəmməl avadanlıq və cihazlarla
təchiz olunması işi davam etdirilmişdir. Sexlərdə Bakı, Moskva, Leninqrad,
Kuybışev,
Tbilisi
müəssisələrinin
buraxdıqları
ən
yeni
dəzgahlar
quraşdırtlmışdır. Toxuculuq sənayesinin yeni korpusunda isə Çexoslovakiyada
istehsal edilmiş “jakkard” dəzgahları işləyirdi.5 Həmçinin, bəhs etdiyimiz dövrdə,
Şəki ipək kombinatmın və Ordubad baramaaçma fabrikinin qabaqcıl iş təcrübəsi
Dağlıq Qarabağda tətbiq olunurdu.
1950-1960-cı illərdə Dağlıq Qarabağm İpək emälı müəssisələrində ixtisash
kadrların saymda artım müşahidə edilmişdir. Belə ki, 1945-ci ildə burada 1
mühəndis,
16 texnik və texnoloq mütəxəssis işləyirdisə,
1970-ci ildə
mühəndislərin sayı 100-ə çatırdı.6 Həmin mütəxəssislər ipək sənayesini inkişaf
etdirmək məqsədilə yeni səmərələşdirici təkliflər irəli sürür, avtomatlaşdırma,
mexanikləşdirmə, yeni avadanlıqlarm mənimsənilməsi işini uğurla davam
etdirirdilər. Məsələn, 1960-cı ildə müəssisələrdə 48 baram aaçm a avtom atı (SKE-
4 BU) quraşdırıldı ki, bu qurğu məhsuldarlığı 25 faiz yüksəltdi.7 Hətnçinin, yeni
149
tətbiq edilmiş dəzgahlar nəticəsində baram a tullantılarm m təkrar istehsah ilə
itgisiz və yüksək keyfiyyətli məhsul əldə etmək mümkün oldu.
1960-cı ildə Q arabağ Ipək Kombinatınm ipəkburma sexində əlavə olaraq
yeni 28 ipəkeşmə, 25 ipəksarıyan dəzgah quraşdırıldı. “Yuri Q aqarin” adına
sexdə quraşdırılan dəzgahlar əmək məhsuldarlığmı 30 faiz yüksəltdı.8 Ona görə
də, həmin yeni dəzgahlar Dağlıq Qarabağ ərazisindəki bütün ipək emalı
müəssisələrində tətbiq olundu. 1965-ci ildə ipək parça istehsal olunan sexdə isə 72
mexaniki (ÇQSP-50), 123 avtom atik (AT-100-5M) dəzgahlar, 8 m akara və 11
çillə maşınları quraşdırılıb işə salındı. Yeni yaradılmış fabrikdə isə 569 müxtəlif
nişanlı parça dəzgahı (AT-2-120-M15, AT-140-M15, AT-100-5 M), 25 çillə və
makara, 2 şlixtləmə (sap yapışdıran) maşın quraşdırıldı.9 Yeni avadanlıq və
dəzgahların işə salmması böyük səmərə vermiş, xam ipək istehsalında iri həcmli
artım müşahidə edilmişdir. Belə ki, 1970-ci ildə 1 kombinatda istehsal edilən
məhsulun həcmi 1914-cü ildə Qarabağın 36 fabrikində istehsal olunan məhsulun
həcminə bərabər idi.10 1970-ci ildə yeni dəzgahların quraşdırılması hesabına
parça istehsalı artaraq 1 gündə 36 min metrə çatdı. Parçalar müxtəlif adlarla
krepdeşin, zeps, atlas, şotlandka, damasse, alpak və başqa ad altında istehsal
olunurdu.
İpək sap istehsal edən sexdə 58 ipəksarıyan maşın, 11136 fırlama deşici və
50 burucu maşın işləyirdi. Həmin sexdə bir gündə 300 kq burulmuş ipək sap
istehsal olunurdu ki, bu da, 1916-cı illə müqayisədə 4 dəfə artıq demək idi.11
Başqa sözlə desək, həmin dövrdə 10 ipək sap istehsal edən müəssisənin işini 1970-
ci ildə 1 sex yerinə yetirirdi.
Azərbaycan hökuməti DQMV ipək emalı müəssisəsini hamişə yeni texnika
ilə təmin edirdi. M aşm və dəzgahlar Tbilisi, Kamenski, M oskva, Şuiski, Vicuqi,
Klima, Kuybışev zavodlarından, kiçik hissələr və köməkçi materiallar Pavlovo-
Posada şəhərindən, bəzi avadanhqlar isə Gəncə, Mingəçevir, Tbilisi, Çerkasov,
Mogilyov şəhərlərindən alm araq DQMV-yə göndərilirdi.
150
XX yüzilliyin 50-60-cı illərində DQMV-də ipək emalı müəssisəsi xam ipək,
rənglənmiş parça, ipək sap istehsal edirdi. İstehsal olunmuş xam ipəyin bir
hissəsi M oskvaya - “Proletar əməyi” adlı fabrikə göndərilir və istehsal prosesi
axıra çatdırılaraq xarici dövlətlərə, o cümlədən, Yaponiya, İtaliya, M acarıstan və
başqa dövlətlərə ixrac edilirdi. Xam ipəyin bir hissəsi isə xariei dövlətlərə birbaşa
göndərilirdi. Q arabağ İpək K om binatında istehsal olunan rəngsiz xam parça isə
Şəki ipək emalı müəssisəsinə gətirilərək rənglənir və satışa buraxılırdı. Bəhs
etdiyimiz dövrdə, Qarabağ İpək Kombinatında 120 nəfər fəhlədən ibarət
baramanın növlərə aynlması sexi, çeşidlərə ayırma, yükləmə, mexaniki təmir,
qablaşdırma, tökmə və ştamplama şöbələri fəaliyyət göstərirdi.12 1930-cu ildən
Kombinatda nəqliyyat şöbəsi yaradılmışdır. Burada 25 yük avtomobili və 3
avtobus işləyirdi. Bu nəqliyyat vasitələri xammalı, hazır məhsulları və fəhlələri
daşıyırdı. Qarabağ İpək sənayesinin elektrik enercisinə olan tələbatı Mingəçevir
SES-nın hesabına ödənilirdi. Kom binat istiliyə olan tələbatı isə su qızdırıcı
katyollar vasitəsilə su buxarı ilə qızdırılırdı. Kombinatın işığa, istiliyə, suya,
elektrikə olan tələbatı lazımi səviyyədə ödənilirdi.
Bir neçə il əw əl kombinatda 32 kiloqramlıq baram anı fəhlələr əllərində
ikinci mərtəbəyə və başqa ərazilərə daşıyırdılarsa, 1950-1960-cı illərdə burada 4
qaldırıcı maşm (lift) və 2 reislə hərəkət edən bucurqad (telfer) işə salındı.13
Həmin mexaniki nəqliyyat vasitələri bir dəfəyə 100-150 kiloqram yükü lazım
olan yerə çatdırırdı. Təsadüfi deyildir ki, 1960-cı illərin sonlarında Qarabağ İpək
Kombinatı
qabaqcıl
texniki
yeniliklərin
tətbiqinə
və
yüksək
əmək
məhsuldarlığma görə SSRİ Yüngül Sənaye Nazirliyinin və Həmkarlar İttifaqı
Komitəsinin fəxri-fərmanı ilə təltif olunmuşdur.14 XX yüzilliyin 60-cı illərində
istehsalın avadanhqlarla təchizini təkmilləşdirmək məqsədilə səmərələşdiricilik
və ixtiraçılıq işi uğurla davam etdirilirdi. 1966-1970-ci illər ərzində Qarabağ İpək
Kombinatmda 175 nəfər işçi 250 ixtira etmiş və bununla da ipək emalı
sənayesinə 330 min m anat gəlir gətirmişdir.15 1950-1960-cı illərdə qabaqcıl iş
təcrübəsinin tətbiqi nəticəsində İpək K om binatında ehtiyat hissələrinin
151
dəyişdirilməsində böyük irəliləyiş əldə edilmişdir. Nəticədə, boş dayanma halları
minimuma endirilmiş və məhsuldarlıq artmışdır. Bunu aşağıdakı cədvəldən də
aydm görmək olar (saniyədə):16
SıraJV? İşin məzmunu
1952-ci il
1958-ci il
1968-ci il
1.
Toxucu məkiyin doldurulması
(san.)
28
19
14
2.
Toxucu qayığm dəyişdirilməsi
(san.)
20
12
7
3.
Ip
sarınan
qurğunun
təmizlənməsi (san.)
30
22
16
4.
Ərişin
dəyişdirilməsi
və
təmizlənməsi (san.)
152
78
50
5.
Qınlmış sapın yerinə bərpası
(san.)
58
39
23
6.
Cəmi (saniyə ilə)
28 8
170
110
Cədvəldən göründüyü kimi, DQMV-nin ipək emalı sənayesinin texniki
səviyyəsinin təkmilləşdirilməsi və avtomatlaşdırılması nəticəsində 1952-ci ilə
nisbətən 1968-ci ildə boş dayanma halları 2,6 dəfə təxirə salmmtşdı. Lakin bu
son hədd deyildi. Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, 70-ci illərin
ortalarm da yuxandakı göstərici 3,3 dəfəyə çatmışdı. Nəticədə, hər bir fəhlənin
orta aylıq istehsal həcmində sıçrayışlı inkişafı baş vermişdi. Belə ki, 1913-cü ildə
bu göstərici 200 manat, 1940-cı ildə 38! manat, 1958-ci ildə 852 manat
olmuşdursa, 1968-ci ildə təxminən 2 dəfə artaraq 1718 m anata çatm ışdır.16
Vilayətin ipək emalı müəssisələrində çoxdəzgahçılıq hərəkatı genişlənmiş, məhsul
istehsalının həcmi artmışdır. O na görə də, hər bır fəhlənin o rta aylıq əmək haqqı
1958-ci ildə artaraq 200 manatı keçmişdir. 1968-ci ildə isə istehsahn həcmində
115 faiz artım müşahidə edilmişdir ki, bunun da nəticəsinda fəhlələrin əmək
152
haqqı 1958-ci ilə nisbətən 112 faiz qalxmışdır. Sənayenin avadanlıqlarla lazımi
səviyyədə təchiz edilməsi ardıcıl olaraq istehsalm həcmində artım la müşahidə
edilmişdir kı, bunu aşağıdakı cədvəldən də aydın görmək olar:16
SıraM’ Istehsalm növu
Ölçü vahidi
1940-cı il
1-958-ci il 1968-ci
il
1.
Barama açma (hər 10
alət 1 saatda)
Qram la
78
123
143
2_
İpək sarıma (hər 1000 iy
1 saatda)
Kiloqramla
1,9
2,6
3,7
3.
Parça toxuma (hər 1
dəzgah 1 saata)
metrlə
1,24
2,26
2,89
Cədvəldən aydm göründüyü kimi, dövlətimizin bölgəyə dərin qayğısının
nəticəsi olaraq, Q arabağ ipək emalı sənayesinin texnikaya, xammal və
avadanlıqlara olan tələbatı tamamilə ödənilmiş və məhsulun istehsalı artaraq
keyfıyyət yaxşılaşmışdır. Təkcə 1966-1967-ci illərdə Q arabağ İpək Kom binatm da
1 milyon 765 min manatlıq məhsul istehsal edilmişdir. 1961-ci ildə hazır məhsul
istehsalmın həcmi 1913-cü ildəkindən 6 dəfə, 1940-cı ildəkindən 7 dəfə çox
artmışdır. İldən-ılə ayrı-ayrı sahələr üzrə məhsul istehsalındakı sıçrayışlı inkişafı
aşağıdakı cədvəldən də aydın görmək olar:17
SıraJM° Məhsulun
növləri
Ölçü
vahidi
19
13
1926
1940
1950
1958
1960
1968
1970
1
.
Xam ipək
Ton
12
0
12,3
99
120
117
121
116
124
2.
İpək sap
Ton
22
1,2
26
75
88
93
103
114
3.
İpək parça
M in
m 2
120
163
2079 2259 8297 9773
153
Cədvəldən aydın göründüyü kimi, 60-cı illərdə DQMV-nin ipək emalı
sənayesində ipək parça istehsalı 4 dəfə artmışdır. Ümumrespublika üzrə isə
sənaye məhsulu istehsalında 94 faiz artım müşahidə edilmişdir.
1960-cı ildə ipək emalı müəssəsində məhsulun keyfiyyətini yaxşılaşdırmaq
və maya dəyərini aşağı salmaq məqsədilə “ümumi tədbirlər planı” işlənib
hazırlandı. Həmin “planda” nəzərdə tutulmuşdur: əmək məhsuldarlığmı və
məhsul istehsalını yüksəltmək, xammala, materiala, istiliyə, elektrik enercisinə
qənaət etmək, sexlərdə və ümumi fabrikdə vəsait məsrəfini qismən azaltmaq.
Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, 1968-ci ildə DQMV-nin
ipəkçilik sənayesində xammal və materiallarm maya dəyəri 60 faiz, ipək emalı
müəssələrində isə bu göstərici 83 faiz olmuşdur. 1959-1965-ci illər ərzində
Qarabağ İpək emah müəssəsi 1 milyon 44 min m anata qənaət etmiş və 273 min
manathq gəlirlə işləmişdir.18
1964-cü ildən Qarabağ İpək Kombinatmda yeni məhsul növü, süni lifdən
ipək parça istehsalı mənimsənilmiş və 1965-ci ildə 5 milyon m etr parça istehsal
edilmişdir.19
1970-ci ilin məlumatma görə, Dağlıq Qarabağm İpək emalı müəssisələrində
3 min nəfər fəhlə və qulluqçu işləyirdi ki, bundan 360 nəfəri Kommunist
Partiyasmın, 800 nəfəri isə gənclər ittifaqının üzvü idi. Kom binatda 60 təbliğatçı
fəaliyyət göstərirdi.
Kombinat həmişə qəbul edilmiş prespektiv və cari planları qısa müddətdə
yerinə yetirirdi. Təkcə 1966-1968-ci il planmı 5 ay tez, beşillik planı isə 4 il 2 aya
yerinə yetirmişlər. Sözsüz ki, bütün bunlar əmək haqqma öz müsbət təsirini
göstərirdi. Belə ki,1970-ci ildə fəhlə və qulluqçuların əmək haqqı 1940-cı illə
müqayisədə 2,7 dəfə, 1958-ci illə müqayisədə isə 84 faiz artrmşdır. 1969-cu ildə
Qarabağ İpək Kombinatmın fəhlələri 337 min manat (bundan günəmuzduçular
105 min manat) mükafat almışdır.20
Kombinatın işçilərindən 30 faizi orta və ali təhsilli idilər və yenə də
təhsillərini davam etdirirdilər. Kombinatın işçilərinin yaşayışı üçün Xankəndi
154
şəhərində 5 mərtəbəli 400 evdən ibarət 14 yaşayış binası tikilib istifadəyə
verilmişdir. Kom binatm öz daxili vəsaiti hesabma Xankəndinə içməli su xətti
çəkilmişdir. Kom binatın işçilərindən 80-85 faizi qadm lar olduğundan sənaye
müəssisəsinin yaxmlığmda 400 nəfərlik körpələr evi fəaliyyət göstərirdi. Burada,
həmçinin, hər cür avadanlıqlarla təmin olunmuş klub, kitabxana, 25 nəfərlik
xəstəxana, mədəniyyət sarayı, istirahət mərkəzi, Ballıcada yay pioner düşərgəsi
(400 nəfərlik) ipək kombinatı işçilərinin istifadəsində idi. K om binatda məişət
xidməti lazımi səviyyədə idi.
Yeməkxana, ayaqqabı və p altar təmiri
emalatxanaları, ham am və sair fəhlələrə xidmət göstərirdi.
Azərbaycan hökuməti və Yüngül Sənaye Nazirliyi, Q arabağ Ipək
Sənayesinin gələcəkdə daha geniş inkişaf etdirmək üçün xammala olan tələbatı
ödəmək məqsədilə Özbəkistan dövləti ilə müqavilə imzalamış və yeni boyaqçı
sexin tikilməsini qərara almışdı. Həmçinin, dövlətimizin dərin qayğısı nəticəsində
işçilərin məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 16 yeni yaşayış binası tikmək
planlaşdınlmışdı. K om binatın yeni texnikaya olan tələbatını ödəmək üçün
dövlətimiz Tbilisi, Çerkassov, Mogilyov, Klima, Kuybışev, M oskva şəhərlərinin
sənaye müəssisələri ilə müqavilələr imzalamışlar. Respublikamızm Ali Təhsil
müəssisələrində təhsil almış kadrların Dağlıq Q arabağ ipək emalı müəssisələrinə
göndərilməsi qərara alınmışdır.
Dövlətimizin bölgəyə dərin qayğısmı, yuxarıdakı faktları nəzərdən
. keçirməklə, aydm görmək olur. Bütün bunlar yaxşı haldır və məsələnin zahiri
görünüşüdür. Gəlin bir anlığa məsələnin inkişafını dərindən nəzərdən keçirək və
görünməyən məqamları izləyək: DQM V-də işləyən ipək emalı müəssissləri və
onların fıliallarınm yerləşdiyi ərazilərin adlarını nəzərdən keçirərkən məluro olur
ki, həmin sənaye mərkəzləri ermənilərin daha çox cəmləşdiyi ərazilərdə
tikilmişdir. Dağlıq Qarabağın erməni rəhbərliyinin məqsədi ermənilərin
yaşadıqları ərazinin sosial-iqtisadi inkişafmı təmin etmək və əhalinin süni
artım ına nail olmaq olmuşdursa, digər məqsədləri azərbaycanlıların yaşadıqları
ərazilərə baxımsızlıq göstərməklə əhalinin süni sürətlə köçürülməsinə nail olmaq
155
və ermənilərin say çoxluğunu yaratmağa nail olmaq kimi mənfur niyyətləri var
idi. Ermənilər bu məsələni əvvəlcədən planlaşdırılmış şəkildə “DQMV-nin
Qanunu”na daxil edərək hazırlamışlar. Beləki həmin “Qanun”un 19 və 20-ci
maddələrinin 1-ci bəndində göstərilir ki, “DQMV Xalq Deputatları Soveti
Vilayət tabeliyindəki sənaye müəssisələri və birliklərə rəhbərlik etməklə onlarm
yerləşdirilməsi və tikintisinə nəzarət edir.”21 Əlbəttə belə bir “nəzarətin” necə
aparılması göz qabağmdadır.
Başqa bir fakt “Qarabağ İpək emalı sənayesi işçilərinin əmək qabaqcılları,
onlarm təltif və mükafatlandırılması” ilə bağlıdır. Qarabağ İpək Kombinatmm
cari arxivindəki sənədlər nəzərdən keçirilərkən məlum olur ki, XX yüzilliyın 50-
60-cı illərində kombinatda əmək fəaliyyəti nəzərə alınaraq 4 nəfər əmək qabaqcılı
SSRİ Ali Sovetinə deputat, 4 nəfər Azərbaycan SSR Ali Sovetinə deputat, 1
nəfər Azərbaycan K P MK-nm Uzvü, 1 nəfər Qırmızı əmək bayrağı ordeni, 9
nəfər Xankəndi şəhər sovetinin deputatı, Vilayət Xalq Deputatları Sovetinin
deputatı, 1000 nəfər orden və medal, fəxri fərman və “yarış qabaqcılı” kimi
yüksək fəxri adlara layiq görülmüşlər. Lakin, təəccüb doğuran bir məsələni
təəssüflə qeyd etməliyik ki, sadalanan bu yüksək adlara layiq görülən əmək
qabaqcılları arasmda 1 nəfər də olsun azərbaycanlı familiyası yox idi. Bəlkə bu
fabrikdə
azərbaycanh
işləmirdi?
Əlbəttə,
kombinatda
milliyyətcə
azərbaycanlıların işləməsini arxivdə rastlaşdığımız 13-cü əmək haqqı cədvəlində
izlədik. Cədvəldə elə bir bərabərsizliyə rast gəldik ki, erməni rəhbərliyinin
millətimizə qarşı düşmən, şovinist mövqeyini sözlə ifadə etmək çətindir. Eyni
fabrikdə, bərabər saatda, recimdə işləyən azərbaycanlıya 500 manat, erməniyə
5000 manat mükafat verilmişdir.22 Bütün dünyada “əzabkeş erməni” obrazı
yaratmağa çalışan separatçı erməni rəhbərlərinin görünür ağıllarma gəlməyib
ki, bu cür tarixi həqiqətlərlə nə vaxtsa rastlaşıb mətbuatda çap etdirə bilərik. Əks
halda həmin tarixi faktları da məhv edərdilər. Əlbəttə erməni ideoloqlarının
“Dağlıq Qarabağda əzilirik, sıxışdırılırıq, dayaqsız. köməksiz, zəif və kasıbıq”
sözlərinin ağ yalan olmasını, bu sözlərin bölgədə qədimdən yaşayan milliyyətcə
156
azərbaycanlılara aid olmasmı görürük. Bundan əlavə, 1970-ci ildə ümumi
Respublika üzrə fəhlə və qulluqçularm əmək haqqı 109,6 m anat idisə, DQMV-də
bu göstərici 200-350 m anata çatırdı.23
Azərbaycan SSR DQM V çoxsahəli sənayeyə malikdir. Bölgədə sənayenin
15 növü xüsusi olaraq inkişaf etmişdir.24 Vilayətdə ümumi sənaye məhsullarınm
60 faizini yeyinti sənayesi verir. Dağlıq Q arabağda yeyinti məhsulları sənayesinə
xas olan cəhətlərdən biri yüksək mıhsuldarlıqdır. Yeyinti sənayesi istehsal
həcminə görə vilayətdə birinci yerdə dayanırdı. DQMV-nin yeyinti sənayesi əsas
etibarilə yerli xammalla işləyir. Burada yeyinti sənayesinin aparıcı sahəsi
şərabçılıq olmuşdur. Şərabçılığın inkişaf səviyyəsinə görə 1950-1960-cı illərində
DQM V ümumrespublika üzrə əhəmiyyətli yer tutmuşdur. Azərbaycan hökuməti
DQMV-də şərabçılığı sənaye əsasmda qurmuşdur. Dövlətimiz vilayətdə
şərabçılıq sənayesinin inkişaf etdirmək üçün, ilk növbədə, zavodların texniki
səviyyəsini yüksəltməyi qərara almışdı. 1955-ci ildə xarici dövlətlərdən alman
yeni dəzgahlar Dağlıq Qarabağ şərab emalı zavodlarında quraşdırılırdı. Ötən
illər ərzində Əskəranda və Qırmızı Bazarda konyak spirti istehsalı üçün bir sıra
zavodlar, habelə Xankəndində şərab-konyak zavodu, H adrud, Metistağlar,
Ağdərə, Leninavan və Xocavənddə şərabın ilkin emah müəssisələri və başa
şərab-spirt zavodları tikilib istifadəyə verilmişdir. XX yüzilliyin 50-60-cı illərində
DQMV-nin Ağdərə rayonunun Partiyanm X X II qurultayı adm a sovxozunda
gündə 200 ton üzüm emal edən ilkin şərab zavodu və H adrud rayonun H adrud
sovxozunda konyak-spirti istehsal edən zavod tikilib istifadəyə verildi.25
Xammala olan tələbatı ödəmək məqsədilə üzüm əkini sahəsi genişləndirildi
və üzüm istehsalmda yüksək artım müşahidə edildi. Belə ki, DQMV ərazisində
1940-cı ildə 1565 ton, 1950-ci ildə 3646 ton, 1960-cı ildə 8040 ton Uzüm yığılaraq
dövlətə təhvil verilmişdirsə, 1970-ci ildə isə axırıncı rəqəm təxminən 6 dəfə
artaraq 54022 tona çatmışdır.26 Bu artım , ilk növbədə, Azərbaycan hökumətinin
bölgəyə yeni növ daha məhsuldar üzüm tənəkləri verməsi, becərmə işinin
vaxtında aparılması üçün maşın və traktorlarla təmin edilməsi, zərərvericilərə
157
qarşı
mübarizə
məqsədilə
gübrələrlə təmin
olunması,
ixtisaslı
kadr
çatışmamazlığınm aradan qaldırılması ilə əlaqədar olmuşdur. Bütün bunlarm
nəticəsi idi ki, Azərbaycan SSR DQMV-də 1950-1960-cı illərdə 1940-cı illə
müqayisədə sıçrayışlı inkişaf baş vermişdir ki bunu aşağıdakı cədvəldən də aydm
görmək olar:27
Sıra
sayı
Məhsulun
növü
Ölçü
vahidi
1940
1950
1958
1960
1970
1
Şərab istehsalı
Min.dkl.
105
165
361
471
539
2
Konyak
istehsalı
Min.dkl.
1,2
6
6,7
11
11,4
3
Cəmi
Min.dkl.
106,2
171
367,7
482
550,4
Cədvəldən göründüyü kimi, 1940-cı illə müqayisədə 1970-ci ildə şərab və
konyak istehsalı təxminən 5,2 dəfə artmışdır. 1970-ci ildə Qarabağ Şərabçılıq
Tresi ümumi sənaye məhsullarının 34 faizini verirdi. DQMV-də fəaliyyət
göstərən şərabın ilkin emalı, şərab-konyak, spirt və digər müəssisələri birləşdirən
Qarabağ Şərabçılıq Tresti Azərbaycan SSR Nazirlər Sovetinin Döviət
Üzümçülük və Şərabçılıq İstehsalat Komitəsinin sisteminə daxil edilmişdir.
Qarabağ Şərab Trestinin məhsullarına təkcə keçmiş SSRİ məkanında
deyil, xarici dövlətlərdə də böyük tələbat vardır. 1958-ci ildə Budapeşt
ümumdünya sərgisində “Qırmızı M artuni” süfrə şərabı gümüş medala layiq
görülmüşdür. DQMV-də istehsal olunan “Qarabağ”, “Qırmızı Martuni”,
“Xindoqni”, “Çəhrayi Qişi”, ”Qarakənd”, “Ağ M artuni”, “C artar” markalı
yüksək keyfiyyətli şərablar, habelə müxtəlif növ konyaklar hər yerdə şöhrət
qazanmışdır. M acarıstanla imzalanmış müqaviləyə əsasən, hər il Qarabağ Şərab
Trestindən 120 min dekalitr məhsul ixrac olunurdu.28 Həmçinin, Trestin
məhsulları Çexslovakiya dövlətinə də göndərilirdi. Onu da qeyd edək ki, 1968-ci
ildə Qarabağ Şərab Trestinin ehtiyat pul vəsaiti 1965-ci ilə nisbətən 36 faiz
158
artmışdı. Bu artım Qarabağ İpək Kom binatm da 20 faiz, Yağ-pendir zavodunda
6 faiz, Tikiş fabrikində 9 faiz, Elektro zavodda 16 faiz olmuşdur. Bəhs etdiyimiz
illərdə, əmək məhsuldarlığı isə Qarabağ Şərab Trestində 150 faizə çatmışdır.29
Qarabağm bol xammala (pambığa, ipəyə, yuna) malik olması burada
xalçaçılığın inkişafı üçün şərait yaratmışdır. Gəbə, kilim, xalt toxumaq Qarabağ
qadmlarının qədim sənəti olmuş və həmin sənətin sirləri qorunub saxlanılaraq
XX yüzillik ərzində inkişaf etmişdir. Keçmiş SSRİ məkanında və dünyada
Qarabağ xalçasma olan tələbatı nəzərə alaraq Azərbaycan hökuməti 1929-cu ildə
Dağlıq Qarabağda xalçaçılıq fabrikini tikib istifadəyə vermişdir.30
Sonrakı dövrlərdə, həmin fabrikin Daşbulaq və Tağlar kəndlərində 2 filialı
yaradıldı. Həmin müəssisələri hər birində 60 nəfər qadın işləyirdi. Dövlətimizin
bölgəyə dərin qayğısı nəticəsində burada istehsal gündən-günə təkmilləşir və
genişlənirdi. Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, 1970-ci ildə
Qarabağ Xalçaçılıq fabrikinin buraxdığı məhsulların 85 faizi keyfıyyət nişanma
layiq görülmüşdür. Oricinal və gözəl naxışları, əla yaradıcıhq üslubu, müstəsna
dərəcədə davamhlığı, naxış incəliyi, zənginliyi, süjetli kompozisiyası Vilayətdə
istehsal olunan xalçalara dünya bazarında, müxtəlif beynəlxalq sərgilərdə böyük
müvəffəqiyyət qazandırmışdır. Azərbaycan SSR DQMV-də istehsal olunan
xalçalara keçmiş SSRİ məkanmda, tngiltərədə, İtaliyada, İsveçdə, Danimarkada,
Misir Ərəb Respublikasmda böyük maraq göstərilir və bazarlarda həvəslə
alınırdı. DQMV
xalçaçıları 1970-ci ildə 2000 kvadrat metrlik xalça
toxumuşdular. Dövlətə nəzərdə tutulduğundan 10 min m anatdan artıq məhsul
satılmışdır. Xalçaçılıq sənayesini gələcəkdə daha da inkişaf etdirmək nəzərdə
tutulmuşdu.
Dağlıq Qarabağda yerli xammala əsaslanan və inkişaf etmiş sənaye
sahəbrindən biri də tikinti materialları sənayesidir. Buraya ağackəsən
(meşədoğrayan), ağac emalı (taxta-şalban), kərpic, kirəmid, əhəng daşı, daş
yonan sexlər daxil idi. Ağac emalı, tikinti materialları istehsalı sənayesi DQMV-
nin iqtisadiyyatında mühüm yer tuturdu. Ağac emah materialları sənayesinin
159
əsas mərkəzi Xankəndi şəhəri və ona bitişik kəndlardə yerləşmişdi. Beləki burada
meşə təsərrüfatları, meşə kombinatı, tikinti materialları kombinatı, istehsalat
kombinatları, mebel fabriki yerləşirdi. Ağdərə və Hadrud ərazilərində də belə
kom binatlar var idi.31
1950-1960-cı illər ərzində Azərbaycan hökuməti DQMV-də tikinti
materialları sənayesini inkişaf etdirmək məqsədilə bölgəyə 12 mütəxəssis
göndərdi. Həmçinin xarici dövlətlərdən alınan kəsici və yonucu dəzgahlar,
alətlər, yük maşmları verildi. Aynlan vəsaitin həcmi artırıldı. Nəticədə, asfalt-
beton zavodu 1966-cı ildə 25 min manatlıq, meşə sənayesi 104 min manatlıq
gəlirlə işləmişdır.51 Əmək məhsuldarhğımn inkişaf tempi 1962-ci illə müqayisədə
1963-cü ildə 120, 1964-cü ildə 141, 1965-ci ildə 150 faiz
artmışdır.33 Bəhs
etdiyimiz illərdə, Xankəndində yaradılmış beton zavodu ildə tənəkləri qaldıruıaq
üçün 3000 kubmetr dəmir-beton sütunlar hazırlayırdı.34 1970-ci ildə isə həmin
göstərici 3 dəfədən çox artdı, Xankəndi kombinatınm buraxdığı mərmər
bloklarmdan təkcə DQMV-nin ərazilərində deyil Bakı, Moskva, Kiyev, Daşkənd
və başqa şəhərlərdə də geniş istifadə olunurdu. Kombinatm daş karxanalarında
5-6 çeşiddə əla növ mərmər məmulatı buraxılırdı ki, bu da keçmiş SSRİ-nin 160-
dan çox şəhər və rayonlarına göndərilirdi.35 Kombinat mişar daşı, kərpic, üzlük
tavalar da istehsal edirdi. Ağdərə rayonunun Vənkli sənaye kombinatının
istehsal etdiyi dəyirman daşları Sovet İttifaqınm bir çox respublikalarına
göndərilirdi. Ninki kəndində istehsal olunan kərpic-kirəmit məhsullarına isə
dünya bazannda böyük ehtiyac var idi. Araçazorda fəaliyyət göstərən
kombinatda isə çirkli suları təmizləyən daşlar hazırlayırdılar. Kombinatm
hazırladığı materiallar təkcə ittifaq ərazisində deyil İran və Türkiyə bazarlannda
da satılırdı. Yerli xammala əsaslanaraq gəlirlə işləyən tikinti materiallan
sənayesində istehsalm həcmi ildən-ilə artırdı. Bunu aşağıdakı cədvəldən də
görmək olar:36
160
Sıra
sayı
Məhsulun
növləri
Olçü
vahidi
1950
1958
1960
1965
1966 1967 1970
1 Taxta-şalban
Min
m3
2
6,9
11,7
10,1
13,5
14,5
15,9
2 Əhəng
Ton
1313
6274
7118 416Ü 5566 5244 7200
3 Kərpic
Min
ədəd
72
240
325
1365
1265 476
1413
4 Kirəmit
Min
m2
49,5
240
32,5
40,3
50,9
24,4
61,8
5 Yonulmuş daş
Min
m3
42,7
40
31,6
24,2
50,9
24,8
54,5
6 Mebel
Min
man.
173
669
876
1499
1543 1654 1891
Cədvəldən göründüyü kimi, 1950-ci illə müqayisədə 1970-ci ildə taxta-
şalban istehsalı 9 dəfə, əhəng istehsalı 5 dəfədən artıq, kərpic 2 dəfəyə yaxm,
kirəmit təxminən 25 faiz, yonulmuş daş 30 faiz, mebel istehsalı 10 dəfədən çox
artdı.
Azərbaycan hökuməti DQMV-də sənayenin daha da inkişaf etdirilməsi
üçün 50-ci illərin əwəllərində daha bir sənaye sahəsi olan tikiş fabrikinin
tikintisinə başladı. Qısa bir müddətdə istifadəyə verilən həmin müəssisəyə Məşədi
Əzizbəyovun adı verildi və məhsul istehsalı ildən-ilə artdı. Belə ki, 1958-d illə
müqayisədə istehsalın həcmi 1959-cu ildə 143,8 %, 1960-cı ildə 124,6%, 1961-ci
ildə 136,5%, 1962-d ildə 184,2%, 1963-cü ildə 229,8%, 1967-ci ildə 335,9%, 1970-
ci ildə 402,4% yerinə yetirilmişdir.37 Fabrikdə istehsal olunan çoxçeşidli
məhsullar nəinki respublikamızda, hətta ittifaq miqyasmda tanınır və bazarlarda
böyük həvəslə ahnırdı. Xüsusi olaraq, fabrikdə tikilən uşaq geyimləri özünün
keyfıyyətinə və yaraşığına görə həmişə alıcıların diqqətini cəlb edirdi. Onu da
qeyd etmək yerinə düşərdi ki, 1965-ci ildə fabrikin istehsal etdiyi məhsullar 1
milyon 377 min m anata satılmışdırsa, 1966-cı ildə 1 milyon 654 min manat,
161
1970-ci ildə isə 2 milyon manatlıq məhsul satılmışdır.38 Xankəndi şəhərində
fəaliyyət göstərən tikış fabrikinin əməkdaşları yüksək əmək göstəricilərinə nail
olduqları üçün dəfələrlə Azərbaycan hökumətinin və həmkarlar təşkilatlarmm
fəxri mükafatlarına layiq görülmüşlər. DQMV-də tikiş fabriki ilə yanaşı fərdı
paltarların tikişi, təmiri emalatxanaları da fəaliyyət göstərir və yerli əhalinin
tələbatını ödəyirdi. Dağlıq Qarabağ tikiş fabrikinin bölgədəki ümumi sənaye
məhsullan istehsalında yeri 1965-ci ildə 2,5 faiz, 1967-ci ildə 2,6 faiz, 1970-ci ildə
isə 3,1 faiz təşkil edirdi.39 Faktlardan göründüyü kimi, tikiş fabrikinin istehsal
tempi ildən-ilə artırdı.
X X yüzffliyin 50-60-cı illərində Dağlıq Qarabağm iqtisadiyyatmda
Xankəndi elektrotexnika zavodu mühüm yer tuturdu. Həmin zavod əvvəlcə Baki
elektrik maşmqayırma zavodunun filialı kimi fəaliyyət göstərirdi. Bakı elektrik
maşmqayırma zavodunun vəsaiti hesabına 50-ci illərin sonlarmda tikilməyə
başlayan zavod 1962-ci ildə istifadəyə verilmişdi.40 İlk illərdə zavod 212 min
manatlıq məhsul buraxmış və sonrakı dövrlərdə bu rəqəm bir neçə dəfə
artmışdır. Məsələn, 1965-ci ildə zavodda 1 milyon 416 min manatlıq, 1966-cı ildə
4 milyon 148 min manatlıq, 1967-ci ildə 6 milyon 134 min manatlıq məhsul
istehsal olurımuşdutsa, 1970-cı ildə ıstehsal həcmı’ 7 mı'Iyon 550 min manata
çatmışdır.41 Xankəndi Elektrotexnika zavodunun DQMV-nin ümumi sənaye
məhsulları istehsalında yeri 1965-ci ildə 3,6%, 1966-cı ildə 8,1%, 1967-ci ildə
10,9% olmuşdursa I970-ci ildə 14,5%-ə qədər qalxmışdır.42 Zavodda əmək
məhsuldarhğı 60-cı illərdə 4 dəfədən çox artmışdır. Xankəndi Elektrotexnika
məmulatları zavodu lampa istehsalı sahəsində ixtisaslaşdırılmışdır. Lüminissent
lampaları ictimai binalarm konstruktor bürolarmın və məktəblərdə sinif
otaqlarını işıqlandırmaq üçün nəzərdə tutulmuşdur. Zavodun istehsaL etdiyi
məhsullar, təkcə Azərbaycan ərazisində deyil, o cümlədən, ittifaq miqyasında və
xarici dövlətlərdə istifadə edilirdi. Belə ki, Bratiski və Voljskin yeni tikintilərində,
Rustavi, Surqut, Kama zavodlarının tıkinti meydançalannda, Manqışlağm təzə
salınmış qəsəbələrində və ittifaqın digər şəhərlərində, Xankəndində istehsal
162
olunan yüksək keyfiyyətli lampalar ətrafı işıqlandırırdı. Misir Ərəb Respublikası
və Əfqanıstan Demokratik Respublikasında zavodun buraxdığı məhsullar böyük
həvəslə alınırdı.43 Bakı elektrik maşınqayıranları vaxtaşırı olaraq Dağlıq
Qarabağa ixtisaslı fəhlə və ustalar göndərirdilər. Paytaxtımızın ali təhsil
müəssisələri isə zavoda mütəxəssislər göndərirdilər ki, onlar yeni qabaqcıl
metodları, səmərələşdirid təklifləri istehsalata tətbiq edib yüksək keyfıyyətli
məhsul əldə edirdilər. Təsadüfı deyildir ki, Xankəndində istehsal olunan yüksək
keyfiyyətli lüminissent lampaları Leypsik yarmarkasında böyük müvəffəqiyyətlə
nümayiş etdirilmişdir. Müəssisənin inkişafı çox sürətlə getmişdir. Təkcə 1970-ci
ildə 477000 ədəd lampa istehsal olunmuşdur. Bu əwəlki ildən 35% çox idi.44
Zavod 1970-ci ildə Azərbaycan K P MK-mn, Respublika Ali Soveti Rəyasət
Heyətinin, Nazirlər Sovetinin və AHİŞ-nm fəxri fərmam ilə təltif olunmuşdur.
Dağlıq Qarabağda əsas sənaye sahələrindən olan yağ-pendir və çörək
zavodları da yerli xammala əsaslanırdı. Bölgədə mal-qaranın sayının artması və
cinsinin yaxşılaşması, dövlətə taxıl tədarükü satışının ildən-ilə genişlənməsi
müxtəlif çeşidli un məmulatlarmm, mal-qara yağınm, pendir və yağlı brınza
istehsalınm da artmasına şərait yaratdı. Həmin artımı aşağıdakı cədvəldən də
görmək olar:45
Sıra
sayı
Məhsulun
növləri
Ölçü
vahidi
1950
1958
1960
1965
1966
1967
1970
1
M al-qara
yağı
Ton
62,3
262,2
345,6 496,9
512
530
550
2
Pendir
və
yağlı brınza
Ton
113,3
199,9 •268,3
280
302
391
557
3
Çörək
məmulatları
Ton
12,4
15,3
16,5
20
18,3
20
22
163
Yuxarıdakı cədvəldəki rəqəmlər yalnız zavodlarda istehsal olunan
məhsullar idi. Vətəndaşların şəxsi istehsal etdiyi yağ pendir və çörək məmulatları
buraya daxil deyildi. Aparılan hesablamalar nəticəsində məlum olur ki, 1970-ci
ildə Dağlıq Qarabağ Yağ-pendir zavodunun istehsal etdiyi məhsullar ümumi
sənaye məhsullannm 4 faizini, çörək zavodu isə 2 faizini təşkil edirdi.46
1950-1960-cı illərdə Azərbaycan SSR DQMV-də sənayenin başqa sahələri
Məişət xidməti idarəsi, Yerli sənaye müəssisəsi, nəşriyyat, Ərzaq məhsullan
müəssisəsi, Asfalt-beton zavodu, 9 saylı Tikinti tresti də fəaliyyət göstərirdi.
Dağlıq Q arabağda yerli sənaye müəssisəsi 4 kombinat - Şuşa, Vənkli, Ağdərə və
H adrut kom binatlannı birləşdirirdi.47 Həmin sənaye müəssisələri, sırf yerli
sənayeyə əsaslanaraq, getdikcə inkişaf edib daha da möhkəmlənirdi. Burada yerli
materiallarmdan müxtəlif musiqi alətləri, pambıq parça, tikinti məmulatlan və
başqa məhsullar buraxılırdı. Yerii sənaye DQMV-nin ümumi sənaye məhsulları
istehsahnda yeri 1966-cı ildə 1,4 faiz, 1968-ci ildə isə 1,6 faiz təşkil edirdi.48
1965-1970-ci illərdə DQMV-nin 17 savxozunda 9 sənaye müəssisəsi
yaradıldı ki, bunlardan 6-sı müstəqil, 2-si isə fılial kimi fəaliyyət göstərirdi.
Azərbaycan dövləti bu zavodlan, kombinləşdirmə
metodunu əldə rəhbər
tutaraq, daha çox üzümçülüklə məşğul olan kəndlərdə yaratmışdı.49
XX yüzilliyin 50-60-ci illərdə Azərbaycanda energetika sənayesi sahəsində
çox böyük nailiyyətlər əldə edildi. Belə Ki, 150 min kilovat gücündə “Şimal”
elektrik stansiyası, 600 min kilovat gücündə açıq tipli Əli Bayramlı elektrik
stansiyası, 75 min kilovat gücündə 1 saylı Gəncə elektrik stansiyası istifadəyə
verildi və Azərbaycan, Ermənistan, Gürcüstanın enerci sistemləri birləşdırildi.so
Bütün bünlar, E)QMV-də elektrik enercisinə olan tələbatın ödənilməsinə təsir
etdi. 50-ci illərin ortalarında Ağdam-Xankəndi yüksək voltlu elektrik xətti
çəkilib qurtardı. Mingəçevir SES-nın trubinlərində istehsal edilən elektrik
enerdsi bu magistral xətlə Dağlıq Qärabağın şəhər və kəndlərinə, sənaye
müəssisələrinə və tikintilərinə, kolxoz və sovxozlanna verildi. Bundan əlavə,
Azərbaycan hökuməti 1928-1946-cı illərdə DQMV ərazisində bir neçə stansiya, o
164
cümlədən, Madagiz, Əskəran, Sacan, Xankəndi və başqa elektrik stansiyaları
tikib istifadəyə vermişdi.51 1950-1960-cı illərdə Dağlıq Qarabağda elektrik
enercisi istehlakı təxminən 15 dəfə artmışdı. Belə ki, 1950-d ildə bölgədə elektrik
enercisi istehlakı 4 milyon 669 min kilovat, 1960-cı ildə 13 milyon 880 min
kilovat idisə, 1972-ci ildə 70 milyon kilovata çatmışdı.52 Onu da qeyd edək ki,
1971-ci ildə Naxçıvan M R-da 5 milyon kilovat elektrik enercisindən istifadə
edilmişdir.53 1970-ci ildə, demək olar ki, DQMV-nin bütün ərazisində
elektrikləşmə işi başa çatmışdır. Belə ki, 1950-ci ildə ərazinin yalnız 12%-i, 1960-
cı ildə 55%-i, 1965-ci ildə 80%-i elektrik enercisindən istifadə edirdisə, 1970-ci
ildə ərazinin 99,5%-i elektrikdən istifadə etməyə başladı.54 Aparılan tədqiqatlar
nəticəsində məlum olur ki, elektrikləşməyən ərazi həmin 0,5% azərbaycanlılar
yaşayan kəndlərin payına düşmüşdür. Eyni zamanda, azərbaycanlılar yaşayan
kəndlərə işıq fasilələrlə verilir, sıradan çıxan elektrik nizamlayıcıları, dəyişən
elektrik cərəyanınm artu-ıb-azaldan aparatlar süni sürətdə ləngidilir və aylarla
verilmirdi.
1950-1960-cı illərdə Dağlıq Qarabağ sənayesi 4,2 dəfə, 1923-cu illə
müqayisədə 1950-ci ildə 75%, 1960-cı ildə 135%, 1970-d ildə 316% artmışdır.55
Bəhs etdiyimiz illərdə, vilayətin bütün sənaye müəssisələri gəlirlə işləmişdi.
Bölgənin müəssisə və təşkilatlarının 2 illik maliyyə təsərrüfat fəaliyyətinin başhca
yekunlarını nəzərdən keçirməklə bir daha yuxarıda dediklərimizin şahidi olarıq
(qazanc+; itgi-; min m anat hesabı ilə).56
Sıra
sayı
Müəssisə və təşkilatların adı
1966
(min man.)
1967
(min man.)
1
Q arabağ İpək Kombinatı
337
112
2
Q arabağ Spirt-Şərab Tresti
2922
3672
3
Elektrik məmulatları zavodu
801
1804
4
Mebel fabrıki
289
262
5
Q arabağ Yağ-pendir zavodu
308
262
165
6
Tikiş fabriki
103
130
7
Məişət xidməti müəssisəsi
83
119
8
16 saylı Cörək bişirmə zavodu
228
182
9
Yerli Sənaye müəssisəsi
26
55
10
Taxta-Şalban təsərrüfatı
191
143
11
5 saylı sənaye kombinatı
12
50
12
Nəşriyyat
36
36
13
Tikinti materialları kombinatı
-8
9
14
Ərzaq sənaye idarəsi
21
16
15
Xalçaçılıq fabriki
-10
-8
16
Kino verilişi idarəsi
16
19
17
Asfalt-beton zavodu
25
16
18
9 sayh Tikinti tresti
-221
71
19
Avtobaza
386
344
20
Vilayət Kommunal Xidməti idarəsi
203
183
21
Vilayət Təchizat idarəsi
62
29
22
Vilayət Satış müəssisəsi
541
638
23
Cəmi DQMV-i üzrə
6339
8144
Cədvəldən göründüyü kimi, təkcə bir il ərzində DQMV idarə və
müəssisələrinin qazanc fərqi 1 milyon 805 min m anata bərabər olmuşdur.
Sonrakı illərdə bu artım sürətlə davam etmişdir.
Bəhs etdiyimiz illərdə, DQMV-də sənayenin bir qolunu təşkil edən
sənətkarlıq da mövcud olmuşdur. Burada yun emalı, boyaqçılıq, xalçaçılıq,
keçəçilik, şərabçılıq, dəriçilik, dərziçilik, papaqçılıq, kürkçülük, sərraclıq,
nalbəndlik, daşişləmə kimi qədim sənət sahələri fəaliyyət göstərirdi. Qədim
yaşayış məskəni olan Şuşa şəhərində sənətkarlıq xüsusi olaraq inkişaf etmiş və
keçmiş ənənəvi xüsusiyyətlərini qoruyub saxlamışdır. Təsadüfi deyildir ki, son
dövrlərə qədər Qarabağımızm cənnət məkanı olan Şuşa şəhəri özünün keçmiş
J66
sənətkarlıq adlarmı - dəmirçi, boyaqçı, misgər, dərzi, papaqçı, başmaqçı və
başqa məhəllə adlarını qoruyub saxlamışdı.
Omumiyyətlə, 60-cı ilbrdə Azərbaycanda ümumi sənaye məhsulu istehsalı
94 faiz artmışdır. Həmin dövrdə, bu göstərici DQMV-də 181 faizə çatırdı. Bu
yüksək göstəricinin ən başlıca amili Azərbaycan rəhbəriiyinin Vilayətə göstərdiyi
qayğınm nəticəsi idi. Təkcə 1950-1960-cı illərdə Azərbaycan hökumətinin
DQMV-də xalq təsərrüfatmın inkişafına qoyduğu vəsait 20 dəfə artmışdı (1
milyondan 20 milyona qədər).57 Bölgə ixtisaslı kadr, dəzgah və avadanhqlarla,
xammalla tam təmin edilmişdir.
Dağlıq Qarabağ sənayesi özünün çoxsahəliliyi ilə fərqlənirdi. Burada
istehsal olunan sənaye məhsulları dünyanın bir çox ölkələrinə ixrac edilirdi.
Lakin 50-60-cı illərdə Dağlıq Qarabağda sənayenin inkişafma baxmayaraq
ziddiyyətli anlar da mövcud olmuşdur. Belə ki, müəssisələrdə dövlət intizamınm
pozulması, köhnə sahəbrin yenidən qurulması prosesinin ləngiməsi, Dağlıq
Qarabağm erməni rəhbərbrinin ciddi nöqsanları, onların məhsulun keyfıyyətinə
yox kəmiyyətinə fikir verməsi rəhbərliyin inzibati amirlik metodları,
müəssisəbrdə işləyən az-çox azərbaycanlı fəhblərə ögey münasibət, sənaye
müəssisələrinin yerbşdirilməsində hökm sürən valyuntarizm və azərbaycanlılar
yaşayan kəndbrin bu siyahıdan çıxarılması və başqa bu kimi mənfı hallar
müşahidə edilmişdir. Həmin dövrə obyektiv qiymət verən ümummilli liderimiz
H.Ə.ƏIiyev çıxışlarından birində göstərmişdir ki, 1960-cı ildə Azərbaycan
sənayesi müharibədən əvvəlki səviyyəni ötmüş, 40-cı ildəki sənayeni 2,8 dəfə
üstələyən məhsul buraxılışma nail olunmuşdur. 1950-1960-cı illərdə yeni sənaye
sahələri əmələ gəlmiş, energetika və su təsərrüfatı tikintiləri genişlənmişdir.
M üharibədən sonrakı beşilliklər ərzində Sovet Azərbaycanın keçdiyi tarixi yolun
əhəmiyyətini azaltmadan onu da qeyd etmək vacibdir ki, 60-cı ilbrdə respublika
iqtisadiyyatmın inkişafında
mənfı m eylbr də özünü göstərməyə başlamışdı.
Azərbaycan milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatında istehsalın
həcminə,
elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə, ictimai
167
məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geri qalırdı. Bu dövrdə,
istehsal qüvvələrinin yerləşdirilməsi işində kobııd yanlışlıqlara yol verilmişdi.
Odur ki, yaranmış vəziyyətdən çıxış yolu tapmah, gələcəkdə iqtisadiyyatm
inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib
hazırlanmalı, xalq təsərrüfatmda köklü struktur dəyişikliklər aparmalı,
təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi.58
Beləliklə, 1950-1960-cı illərdə ziddiyyətli, tərəddüdlərə və qeyri sabit olsa
da, Dağlıq Qarabağda yeni sənaye sahələri əmələ gəldi və bununla da, işsizlik
problemi aradan götürüiməklə istehsal xeyli artdı. Mərkəz isə öz iqtisadi təməlini
möhkəmləndirmək üçün Azərbaycanı öz xammal bazasma çevirməklə yeraltı və
yerüstü sərvətlərimizin talan edilməsini daha da sürətləndirdi. İstehsal olunan
sənaye məhsulları Rusiyaya və Ermənistana daşınırdt.
Dostları ilə paylaş: |