Sığortaçı
lisenziyanın
qüvvəsinin
dayandırılmasından
ə
vvəl
bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri üzrə, sığorta vasitəçisi isə
sığorta əməliyyatları ilə bağlı müvafiq vasitəçilik xidməti müqaviləsi üzrə üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
106.4.
Lisenziyanın qüvvəsinin dayandırılması haqqında qərarda buna əsas
verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilməlidir.
106.5.
Lisenziyanın qüvvəsinin dayandırılması və ya bərpa edilməsi barədə
məlumat, müvafiq qərar qəbul edildikdən 3 iş günü müddətində sığorta nəzarəti
8
Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli Qanunu ilə əlavə edilmişdir.
66
orqanının mətbuat xidməti tərəfindən yayılmaqla, həmin orqanın rəsmi internet
səhifəsində yerləşdirilməlidir.
Maddə 107. Lisenziyanın ləğvi
107.1.
Sığorta nəzarəti orqanı aşağıdakı hallarda bu Qanun əsasında
verilmiş lisenziyanı ləğv edə bilər:
107.1.1.
lisenziya sahibi lisenziyasının ləğvi barədə müvafiq müraciət
etdikdə;
107.1.2.
lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş hallar
müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda;
107.1.3.
12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına
səbəb olmuş hal, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə
dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandıqda;
107.1.4.
sığortaçının iflası proseduruna başlamaq üçün bu Qanunla nəzərdə
tutulmuş hallardan biri mövcud olduqda;
107.1.5.
lisenziyanın verilməsi üçün əsas götürülmüş sənədlərdə, düzgün
ə
ks etdiriləcəyi təqdirdə lisenziya verilməsindən imtinaya səbəb ola biləcək səhv
və ya yanlış məlumatlar sonradan aşkar edildikdə;
107.1.6.
bu Qanunun 106.2-ci maddəsində nəzərdə tutulmuş qadağaya
riayət olunmadıqda.
Maddə 108. Lisenziyanın ləğvinin nəticələri
108.1.
Lisenziyanın ləğvi barədə məlumat, bu barədə qərar qəbul
edildikdən 3 iş günü müddətində sığorta nəzarəti orqanının mətbuat xidməti
tərəfindən yayılmaqla, həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilməlidir.
108.2.
Sığorta nəzarəti orqanı lisenziyanın ləğvi haqqında qəbul etdiyi
qərar barədə Azərbaycan Respublikasında nəşr olunan ən azı iki dövlət qəzetində
məlumat dərc etdirir və həmin qərar qəbul olunduğu tarixdən 5 iş günü müddətində
müvafiq vergi orqanına məlumat göndərir.
108.3.
Sığortaçının lisenziyasının ləğvi haqqında qərar qüvvəyə mindiyi
tarixdən etibarən sığortaçının bütün idarəetmə orqanlarının səlahiyyətləri
dayandırılaraq bu Qanunda nəzərdə tutulmuş qaydada müvəqqəti inzibatçıya və ya
ləğvetmə komissiyasına keçir, onun ləğvi prosesinə başlanılır.
108.4.
Ləğv edilən lisenziyanın sahibi müvafiq lisenziyada nəzərdə
tutulmuş fəaliyyətlə bağlı əqdlər bağlaya və aşağıda göstərilənlər istisna edilməklə,
bank hesabları üzrə əməliyyat apara bilməz:
108.4.1.
vergi və digər məcburi ödəmələrin həyata keçirilməsi;
108.4.2.
işlərin aparılması ilə bağlı cari xərclərin ödənilməsi;
108.4.3.
sığortaçıya ödənilmiş pul vəsaitlərinin hesaba daxil edilməsi;
108.4.4.
sığortaçıya daxil olmuş sığorta haqlarından müvafiq təkrarsığorta
müqaviləsi üzrə təkrarsığorta haqlarının ödənilməsi;
67
108.4.5.
lisenziyanın
ləğv
edilməsindən
ə
vvəl
bağlanmış
sığorta
müqavilələri üzrə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin
verilməsi;
108.4.6.
sığorta brokerinin sığorta haqqı hesabındakı və ya sığorta ödənişi
hesabındakı pul vəsaitlərinin təyinatı üzrə müvafiq qaydada ödənilməsi.
108.5.
Qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi,
o cümlədən sığorta ödənişlərinin vaxtında verilməsi məqsədilə iş günlərində ləğv
edilən sığortaçının ofis binasında müvafiq mütəxəssislərin olması təmin
edilməlidir.
108.6.
Fəaliyyət göstərdiyi müddət ərzində sığortaçının müvəqqəti
inzibatçısı və ya ləğvetmə komissiyası bu Qanunun 108.4-108.5-ci maddələrinin
tələblərinə riayət etməlidir.
108.7.
Bu Qanunun 107.1.1.-ci maddəsində nəzərdə tutulmuş müraciət
sığortaçının, sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə
məşğul olan hüquqi şəxsin səhmdarlarının (payçılarının, iştirakçılarının) Ümumi
Yığıncağı hüquqi şəxsin ləğv edilməsi barədə qərar qəbul etdiyi halda verilə bilər.
Bu halda həmin müraciət müvafiq qərarın qəbul edildiyi gündən sonra 20 gün
ə
rzində sığorta nəzarəti orqanına verilməlidir.
108.8.
Sığortaçının, sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti
fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin lisenziyası bu Qanunun 107.1.2-107.1.6-cı
maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edildikdə sığorta nəzarəti orqanı
lisenziyanın ləğv edilməsi barədə qərarından 20 iş günü müddətində lisenziya
sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırır. Ləğv
edilən lisenziya sahibi, yaxud onun səhmdarları (payçıları, iştirakçıları) sığorta
nəzarəti orqanının lisenziyanın ləğv edilməsi haqqında qərarından qanunvericilikdə
müəyyən edilmiş qaydada həmin məhkəmədə qarşılıqlı iddia qaldıra bilər. Sığorta
nəzarəti orqanının bu maddədə göstərilən iddiası məhkəmə tərəfindən təmin
edilmədikdə müvafiq lisenziya ləğv edilməmiş hesab olunur, lisenziyanın ləğv
edilməsi ilə bağlı bütün tədbirlər dayandırılır və bu barədə sığorta nəzarəti orqanı
bu Qanunun 108.1 və 108.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumatlar
verir.
Maddə 109. Sığortaçının müvəqqəti inzibatçısı
109.1.
Sığorta nəzarəti orqanı bu Qanunun 107.1.2-107.1.6-cı maddələrində
nəzərdə tutulmuş əsaslarla lisenziyanın ləğv edilməsi haqqında qərarında
lisenziyası ləğv edilən sığortaçının müvəqqəti inzibatçısını da təyin edir.
109.2.
Lisenziyası ləğv edilən sığortaçının müvəqqəti inzibatçısı təyin
edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
109.2.1.
müvəqqəti inzibatçı bu Qanunla İdarə Heyətinin sədri üçün
müəyyənləşdirilmiş tələblərə cavab verməlidir;
109.2.2.
lisenziyası ləğv edilən sığortaçının kreditoru, səhmdarı, işçisi və
onların yaxın qohumları müvəqqəti inzibatçı təyin edilə bilməzlər.
68
109.3.
Müvəqqəti inzibatçı sığortaçının mövcud maliyyə vəziyyəti barədə
hesabatı sığorta nəzarəti orqanına və bu orqanın sığortaçının ləğvi haqqında iddia
qaldırdığı məhkəməyə təqdim edir.
Maddə 110. Lisenziyanın qüvvəsi məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya
lisenziya ləğv edildikdə sığortaçının vəzifələri
110.1.
Lisenziyasının qüvvəsi məhdudlaşdırılan və ya dayandırılan
sığortaçı aşağıdakı tələblərə əməl etməlidir:
110.1.1.
qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirmək, o
cümlədən sığorta ödənişlərinin vaxtında verilməsi məqsədilə sığortaçının
səlahiyyətli nümayəndələrinin və müvafiq mütəxəssislərinin iş günlərində ofis
binasında olmasını təmin etmək;
110.1.2.
öhdəliklərini
yerinə
yetirmək
üçün
sığortaçının
maliyyə
sabitliyinin və ödəmə qabiliyyətinin müvafiq səviyyəsini saxlamaq və ya təmin
etməyə səy göstərmək;
110.1.3.
sığorta və ya təkrarsığorta müqavilələrinin müddəti bitənədək
müvafiq hesabatları və məlumatları qanunvericiliklə müəyyən olunmuş qaydada və
müddətlərdə sığorta nəzarəti orqanına təqdim etmək;
110.1.4.
fəaliyyətinin digər səlahiyyətli dövlət orqanları tərəfindən
yoxlanılmasının nəticələri barədə sığorta nəzarəti orqanına yazılı məlumat vermək;
110.1.5.
qanunvericilikdən irəli gələn digər vəzifə və öhdəlikləri yerinə
yetirmək.
110.2.
Bu Qanunun 110.1.1-ci maddəsində göstərilən tələbə həmçinin ləğv
edilmə prosesində olan sığortaçı da əməl etməlidir.
Maddə 111. Sığorta növü üzrə fəaliyyətin və ya lisenziyanın qüvvəsinin bərpa
edilməsi
111.1.
Sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılmasına, yaxud
sığortaçının və ya sığorta vasitəçisinin lisenziyasının qüvvəsinin dayandırılmasına
ə
sas verən halların aradan qaldırılması üçün müəyyən edilən vaxt, habelə müvafiq
hallarda lisenziyanın qüvvəsinin məhdudlaşdırılmasının son müddəti başa
çatdıqdan sonra 10 iş günü ərzində sığorta nəzarəti orqanı sığorta növü (növləri)
üzrə fəaliyyətin, yaxud lisenziyanın qüvvəsinin bərpa edilməsi haqqında qərar
qəbul edir.
111.2.
Sığorta nəzarəti orqanı sığorta növü (növləri) üzrə fəaliyyətin bərpa
edilməsi haqqında qərarı barədə 3 iş günü müddətində sığortaçıya, lisenziyanın
qüvvəsinin bərpa edilməsi haqqında qərar barədə isə, 5 iş günü müddətində
lisenziya sahibinə məlumat göndərir.
111.3.
Sığorta nəzarəti orqanının lisenziyanın qüvvəsinin, yaxud sığorta
növü (növləri) üzrə fəaliyyətin bərpa edilməsi haqqında qərarı müvafiq məlumat
69
lisenziya sahibinə çatdırılması təsdiq olunan qaydada təqdim edildiyi andan
qüvvəyə minir.
XIII Fəsil
Sığortaçıların ləğv edilməsi
Maddə 112. Sığortaçının ləğvinin əsasları
112.1.
Sığortaçı mülki qanunvericiliyə uyğun olaraq, həmçinin bu Fəsildə
nəzərdə tutulmuş əlavə tələblər nəzərə alınmaqla, aşağıdakı əsaslar olduqda ləğv
edilir:
112.1.1.
sığortaçının lisenziyası bu Qanunun 107.1.1-ci maddəsinə əsasən
ləğv edildikdə səhmdarların qərarı ilə (könüllü qaydada ləğvetmə);
112.1.2.
sığortaçının
lisenziyası
bu
Qanunun
107.1.2-107.1.6-cı
maddələrinə əsasən ləğv edildikdə sığorta nəzarəti orqanının iddiası əsasında
məhkəmənin qərarı ilə (məcburi qaydada ləğvetmə).
112.2.
Sığorta nəzarəti orqanı ləğv edilən sığortaçının qəbul etdiyi risklər
üzrə bağlamış olduğu sığorta və ya təkrarsığorta müqavilələrinin digər sığortaçıya
ötürülməsi barədə qərar qəbul edə bilər.
Maddə 113. Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası
113.1.
Səhmdarların Ümumi Yığıncağının sığortaçının könüllü qaydada
ləğvi barədə qərarının qəbul edildiyi tarixdən 20 gün müddətində sığortaçı
ləğvetmə komissiyasının yaradılması və onun tərkibi barədə sığorta nəzarəti
orqanına yazılı məlumat verməlidir.
113.2.
Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının
üzvlərinin sayı üç nəfərdən az olmamalı və onlar müvəqqəti inzibatçı üçün, bu
Qanunun 109.2.2-ci maddəsi istisna olmaqla, 109-cu maddəsində nəzərdə tutulmuş
tələblərə cavab verməlidirlər.
113.3.
Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası
sığorta nəzarəti orqanının yazılı sorğusu əsasında fəaliyyətinə dair sənədləri və
məlumatları, həmçinin sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin
mənafelərinə aid olan sənədləri və məlumatları təqdim etməyə, bu orqanın
səlahiyyətli əməkdaşlarının sığortaçının binasına daxil olmasına və ləğvetmə ilə
bağlı istənilən sənədlərlə işləməsinə şərait yaratmalıdır.
113.4.
Ləğvetmə komissiyası sığortaçının ləğv edilməsi haqqında hesabatı
və ləğvetmə balansını onları təsdiq etdiyi tarixdən 10 gün müddətində sığorta
nəzarəti orqanına təqdim etməlidir.
113.5.
Ləğv edilən sığortaçının əmlakının satılması ləğvetmə komissiyası
tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
113.6.
Sığorta nəzarəti orqanı könüllü qaydada ləğv edilən sığortaçının
ləğvetmə komissiyasının fəaliyyətinə nəzarət edir.
70
Maddə 114. Sığortaçının könüllü qaydada ləğvinin məcburi qaydada ləğvetməyə
çevrilməsi
114.1.
Sığortaçının könüllü qaydada ləğv edilməsi prosesində bu Qanunun
tələblərinə əməl edilmədikdə, habelə sığortalıların və başqa kreditorların qanuni
mənafelərinin pozulması faktı aşkar olunduqda sığorta nəzarəti orqanı ləğvetmə
komissiyasına bu Qanunla nəzərdə tutulmuş qaydada təqdimat verə bilər.
114.2.
Ləğvetmə komissiyası tərəfindən bu Qanunun 114.1-ci maddəsində
nəzərdə tutulmuş təqdimata vaxtında və ya tam əməl edilmədikdə sığorta nəzarəti
orqanı tərəfindən sığortaçının məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə
iddia qaldırılır.
Maddə 115. Sığortaçının məcburi qaydada ləğv edilməsinin xüsusiyyətləri
115.1.
Məhkəmə sığortaçının məcburi qaydada ləğvi barədə qərarının
surətini həmin qərarı qəbul etdiyi tarixdən 10 gün müddətində sığorta nəzarəti
orqanına göndərir.
115.2.
Sığorta nəzarəti orqanı bu Qanunun 114.2-ci maddəsinə əsasən
sığortaçının məcburi qaydada ləğv edilməsi haqqında məhkəmədə iddia qaldırdığı
tarixdən, könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının
səlahiyyətləri həmin orqanın iddia ərizəsində göstərdiyi müvəqqəti inzibatçıya
keçir.
115.3.
Məcburi qaydada ləğv edilən sığortaçının kreditorlarının siyahısı
sığorta nəzarəti orqanının təqdimatı ilə məhkəmə tərəfindən təsdiq edilir.
115.4.
Sığortaçının müflisləşmə ilə bağlı ləğvi müvafiq qanunvericiliyə
uyğun olaraq həyata keçirilir.
Maddə 116. Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası
116.1.
Sığortaçının məcburi qaydada ləğv edilməsi haqqında məhkəmə
qərarı qəbul edildikdən və ya müvafiq qanunvericiliyə uyğun olaraq müflis elan
olunduqdan sonra 30 iş günü müddətində sığorta nəzarəti orqanı məcburi qaydada
ləğv edilən sığortaçının ləğvetmə komissiyasının üzvlərinin siyahısını təsdiq
olunmaq üçün məhkəməyə təqdim etməlidir.
116.2.
Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası
yaradıldığı tarixdən etibarən müvəqqəti inzibatçının səlahiyyətləri həmin
komissiyaya keçir.
116.3.
Könüllü qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyası və
onun üzvləri ilə bağlı bu Qanunun 113-cü maddəsində müəyyən edilmiş tələblər bu
Qanunun 116.4-cü maddəsi nəzərə alınmaqla, məcburi qaydada ləğv edilən
sığortaçının ləğvetmə komissiyasına da şamil edilir.
71
116.4.
Məcburi qaydada ləğv edilən sığortaçının ləğvetmə komissiyasının
tərtib etdiyi ləğvetmə haqqında hesabat və ləğvetmə balansı məhkəmə tərəfindən
təsdiq edildikdən sonra sığorta nəzarəti orqanına təqdim edilməlidir.
Maddə 117. Ləğv edilən sığortaçının kreditorlar komitəsi
117.1.
Sığortaçının ləğvi prosesində onun kreditorlarının mənafelərinin
müdafiəsi, o cümlədən qərarların qəbul edilməsində onların iştirakını təmin etmək
məqsədilə kreditorlar komitəsi yaradıla bilər.
117.2.
Könüllü qaydada ləğv edilən sığortaçının kreditorlar komitəsinin
tərkibi sığortaçının ləğvetmə komissiyasının təqdimatına əsasən, sığorta nəzarəti
orqanı tərəfindən təsdiq edilir.
117.3.
Məcburi qaydada ləğv edilən sığortaçının kreditorlar komitəsinin
tərkibi sığortaçının ləğvetmə komissiyasının və sığorta nəzarəti orqanının birgə
təqdimatına əsasən məhkəmə tərəfindən təsdiq edilir.
Maddə 118. Sığortaçının iflası və müflis elan edilməsinin xüsusiyyətləri
118.1.
Sığortaçının iflas proseduruna aşağıdakı hallardan biri mövcud
olduqda başlana bilər:
118.1.1.
sığortaçı sığorta və ya təkrarsığorta müqavilələri üzrə öhdəliklərini
vaxtında və (və ya) tam yerinə yetirməyə qadir olmadıqda;
118.1.2.
sığortaçının məcmu kapitalı onun tələb olunan kapitalının 30
faizindən az olduqda;
118.1.3.
ləğvetmə prosesində olan sığortaçı kreditorlar qarşısında
öhdəliklərini yerinə yetirə bilmədikdə.
118.2.
Məhkəmə sığortaçının iflası proseduruna başlanmasına dair iddia
ə
rizəsinə yalnız bu maddədə göstərilən əsasları təsdiq edən sənədlər mövcud
olduqda baxır. Sığortaçının iflası haqqında iddia ərizəsi sığorta nəzarəti orqanı
tərəfindən verildikdə ona verilmiş lisenziyanın ləğvi haqqında müvafiq qərarın
surəti həmin ərizəyə əlavə edilməlidir.
118.3.
Sığortaçı qanunvericiliklə müəyyən edilmiş qaydada, sığorta
nəzarəti orqanının rəyi nəzərə alınmaqla, məhkəmənin qərarı əsasında müflis elan
edilə bilər.
Maddə 119. Sığortaçının kreditorlarının tələblərinin ödənilməsinin növbəliliyi
119.1.
Sığortaçı ləğv edildikdə onun kreditorlarının qanunvericiliklə
müəyyən edilmiş qaydada sığortaçı tərəfindən qəbul edilən tələbləri aşağıdakı
qaydada ödənilir:
119.1.1.
birinci növbədə, icbari sığorta müqavilələri ilə bağlı sığorta
hadisəsi üzrə tələblər;
72
119.1.2.
ikinci növbədə, şəxsi sığorta üzrə könüllü sığorta müqavilələri ilə
bağlı sığorta hadisəsi üzrə tələblər;
119.1.3.
üçüncü növbədə, əmlak sığortası üzrə könüllü sığorta müqavilələri
ilə bağlı sığorta hadisəsi üzrə tələblər;
119.1.4.
dördüncü növbədə, müddəti başa çatmamış sığorta müqavilələri
üzrə sığorta haqqının müvafiq hissəsinin bu Qanuna uyğun olaraq qaytarılması ilə
bağlı tələblər;
119.1.5.
beşinci növbədə, sığortaçının fəaliyyəti nəticəsində həyatına və ya
sağlamlığına zərər dəymiş fiziki şəxslərin belə zərərlə bağlı tələbləri;
119.1.6.
altıncı növbədə, işdənçıxarma müavinətlərinin verilməsi, əmək
müqaviləsi üzrə işləyən şəxslərin əməyinin, həmçinin müəlliflik müqavilələrinə
ə
sasən haqların ödənilməsi üzrə hesablaşmalar;
119.1.7.
yeddinci növbədə, vergilər, rüsumlar və dövlət büdcəsi ilə bağlı
digər icbari ödənişlər üzrə, həmçinin dövlət büdcəsindən verilmiş kreditlərin
qaytarılması üzrə borclar; dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə
borclar istisna olmaqla, bu tələblər sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində
yaranmış öhdəlikləri əhatə edir;
Dostları ilə paylaş: |