FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


fəlsəfənin  nümayəndələrinin baxışlarında öz əksini tapmışdır. Bu məqsədlə  İ



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə60/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   56   57   58   59   60   61   62   63   ...   132
Fəlsəfə mühazirə

 
fəlsəfənin 
nümayəndələrinin baxışlarında öz əksini tapmışdır. Bu məqsədlə 
İ. 
Kant
insanın 
butün həyat fəaliyyatini əxlaqi şüur subyekti kimi nəzərdən keçirmiş, vətəndaş 
azadlığından, cəmiyyətin ideal vəziyyətindən bəhs etmiş
,
 
İ. Fixte 
xalqın 
dövlətdən yüksəkdə durduğunu
 
qeyd etmiş, 
Şellinq
əxlaqi
 
məqsədə nail 
olmaqda 
zəkanın rolunu ön plana çəkmiş,
 
Hegel
vətəndaş və hüquqi dövlətdən, 
xüsusi mulkiyyətdən qeyri
 
təkmil dövlət forması olmadığını göstərmiş

Feyerbax
isə məhhəbət dini və humanist etika yaratmağa cəhd göstərmişdir

Bütün deyilən xüsusiyyətlər klassik alman fəlsəfəsinin öz dövrünün yüksək 
tipli fəlsəfə tipi olmasına dəlalət edir. Klassik alman fəlsəfəsi 
XIX 
əsrin
 
mə'nəvi 
mədəniyyətinin ən 
mühüm
 
forması və ifadəsidir.
 
Onun banisi Almaniyada 
maarifçiliyin son nümayəndəsi və alman burjuaziyasının 
ideoloqu 
İ. Kantdır

 
2. İmmanuil Kantın fəlsəfəsi baxışları
 
Dünya mədəniyyətinin 

elmin, fəlsəfi fikrin inkişafı tarixində onun xidməti 
böyükdür. Kant (1724-
1804) XVIII əsrin ən görkəmli mütəfəkkirlərindən biri idi.


Kant yaşadığı dövrün fəlsəfi fikri qarşısında iki başlıca vəzifənin durduğunu 
qeyd edirdi:
1) 
Təbiət 
qanunlarının 
əsaslandırılması 
və 
fəlsəfi 
cəhətdən 
ümumiləşdirilməsi; 
2) 
İnsanların 
ləyaqətinin 
qorunması 
və 
onların 
bərabərl
iyinin 
əsaslandırılması.
Bu məsələləri həll edərkən Kant keçmiş metafizik fəlsəfəni kəskin tənqid 
etmiş, hadisələrə dialektikcəsinə yanaşmış və bu iki vacib məsələni həll etməklə 
alman klassik fəlsəfəsinin əsasını qoymuşdur.
Kantın nəzəri fəaliyyətini iki dövrə bölmək olar: Birinci təxminən 1747
-ci 
ildən, yə"ni "Canlı qüvvələrin düzgün qiymətləndirilməsi haqqında fikirlər" 
əsərindən 1770
-
ci illərə qədər olan dövrü əhatə edir. Tənqidəqədərki dövr 
adlanan bu mərhələdə o əsasən, təbii
-
elmi problemlərlə məşğul olmuşdur. Günəş 
sisteminin meydana gəlməsi haqqındakı dialektik fikirləri məhz bu dövrdə irəli 
sürmüşdü. Kant "Səmanın ümumi təbii tarixi və nəzəriyyəsi" əsərində Günəş 
sisteminin nəhəng qaz dumanlıqlarından əmələ gəldiyini sübut etməyə çalışırdı. 
Bütün bu
nlarla birlikdə Kant həm də təbiətin öz
-
özünə inkişafı ideyasını 
əsaslandırdı və inkişaf etdirdi.
XVIII əsrin 70
-
ci illərindən Kantın fəaliyyətinin "Tənqid dövrü" adlanan ikinci 
mərhələsi başlanır. Kantın bu dövrdə yazdığı "Xalis zəkanın tənqidi" (1781), 
"
Proleqomenlər" (1783), "Əməli zəkanın tənqidi" (1788), "Mühakimə 
qabiliyyətinin tənqidi" (1790) adlı əsərlərinin əsasını onun "şey özündələr " 
haqqında tə"limi təşkil edir. Kantın fikrincə, şeylər aləmi insan şüurundan asılı 
olmayaraq mövcuddur. Kant onlar
ı "şey özündələr" adlandıraraq deyirdi ki, bunlar 
"transsendent"dirlər, yə"ni bizim şüurumuz, idrakımız üçün əlçatmazdırlar, o biri 
dünyaya məxsusdurlar; onlar dərk edilməzdirlər, insanlar yalnız onların 
təzahürlərini dərk edə bilərlər.
Bütün bunlar onu gö
stərir ki, Kant fəlsəfədə bir tərəfdən materialist, digər 
tərəfdən isə idealist olmuşdur. O, "şey özündələr"in obyektiv surətdə mövcud 
olduğunu qəbul etməklə materialist kimi çıxış etmiş, onları dərkedilməz, 
transsendent, o biri dünyaya məxsus hesab etməklə özünü idealizmin 
nümayəndəsi kimi göstərmişdir. Bizim şüurumuzdan kənarda və bizdən asılı 
olmayaraq mövcud olan obyektiv reallığı qəbul edən Kant sübüt etməyə çalışırdı 
ki, bu reallığın hiss üzvlərimizə tə"siri nəticəsində meydana gələn duyğular 


predmetl
ərin həqiqi surəti, şəkli deyildir. Ona görə də insan bu "şey özündələr"i 
dərk edə bilməz.
Kant təzahürlər haqqında tə"limində isə göstərirdi ki, insan yalnız təzahürlər 
aləmini dərk edə bilər. O belə hesab edirdi ki, təbiət öz müxtəlifliyi (torpağı, suyu, 
dağları, dərələri, ağacları, bitkiləri, heyvanları) və qanunları ilə birlikdə təzahürlər 
aləminə məxsusdur. Bu mə"nada təbiət və onun qanunları, prinsipial surətdə "şey 
özündələr"dən fərqlənir. Guya təbiət öz müxtəlifliyi və qanunları ilə, "şey 
özündələr"in hisslərimizə tə"siri nəticəsində meydana gəlmişdir. Ona görə də Kant 
təbiəti təzahürlərin, yə"ni təsəvvürlərimizin məcmusu kimi başa düşürdü. O, sübut 
etməyə çalışırdı ki, şüur yalnız özünün yaratdığı şeyləri, yə"ni təzahürlər aləmini 
əks
etdirə bilər. Subyektdən asılı olmayaraq mövcud olan şeylər, ümumiyyətlə, 
idrakın predmeti ola bilməzlər. Beləliklə, Kantın bu konsepsiyası David Yumun 
aqnostisizm və subyektiv
-
idealizm xəttinin davamından başqa bir şey deyildir. 
Kantın aqnostisizmi sadəcə olaraq dünyanın dərk edilməzliyi müddəasında deyil. O 
bunu "Şey özündələr" aləminin sirlərinin heç zaman elm tərəfindən açıla 
bilməməsi və insana mə'lum ola bilməməsi timsalında nümayiş etdirirdi.
Kant fəlsəfəsində biz çoxlu dialektik fikirlərə rast gəlirik. "Saf ağılın tənqidi" 
və "Proleqomenlər" əsərlərində Kant antinomiyalar haqqında dialektik tə"lim 
yaratmışdır.
Kant həm də əxlaq haqqında tə"limin yaradıcısı kimi məşhurdur. Onun 
fikrincə, əxlaqın əsasını qəti imperativ (hökm, qeyd
-
şərtsiz tələb) təşki
l edir. Bu 
imperativ obyektiv aləmdən asılı olmayaraq, insan şüurunda mövcud olan əbədi, 
dəyişməz qanun və insan davranışının idealıdır. Kant göstərirdi ki, qəti imperativ, 
ümumi mə"nəvi qanun kimi insanı elə hərəkət etməyə vadar edir ki, onun 
hərəkətləri ümumi qanunvericiliyin əsası və idarəedici başlanğıcı ola bilsin.
Qəti imperativ haqqında Kant tə"limi onun "Şey özündələr" nəzəriyyəsi 
ilə qırılmaz surətdə bağlıdır. Onun fikrincə, insana iki mə"nada baxılmalıdır: bir 
tərəfdən təzahür, digər tərəfdən isə "Şey özündə" kimi. Təzahür kimi insanın 
davranışı təbiət qanunlarına tabedir, onun hərəkətləri azad deyil, zəruridir, 
səbəbiyyət əlaqələri ilə bağlıdır. "Şey özündə" kimi insanın davranışı səbəbiyyət 
əlaqələrinə, təbiət qanunlarına tabe deyildir. Burada insan davranışı qəti 
imperativə müvafiq olaraq baş verir. Bunlara əsaslanaraq, Kant hər vasitə ilə 
ruhun ölməzliyi, iradə azadlığı və Allahın mövcudluğu fikrini yaymağı tələb edirdi. 
Onun nəzərincə, insanlar bunların varlığına inanmalı, lakin onları dərk etməyə 
çalışmamalıdırlar, çünki onlar transsendentdirlər, dərk olunmaz "Şey özündələr" 


aləminə məxsusdurlar. Kant özünün fəlsəfi sistemini yaradarkən sübut etməyə 
çalışırdı ki, insanın dərketmə dairəsi təzahürlər aləmi ilə məhdudlaşır.
Göründüyü kimi, 
Kant fəlsəfəsi çox mürəkkəb və daxilən
ziddiyyətlidir. Ona 
görə də o özünün yarandığı 
ilk
 
andan müxtəlif fəlsəfi cərəyanların nümayəndələri 
tərəfindən tənqidə mə"ruz qalmışdır.
XIX əsrin başlanğıcında Kant fəlsəfəsinin əsaslı tənqidini Hegel vermişdir. 
Buna baxmayaraq, Kant fəlsəfəsi bəşəriyyətin
fəlsəfi fikir tarixində mühüm rol 
oynamışdır.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin