FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə61/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   57   58   59   60   61   62   63   64   ...   132
Fəlsəfə mühazirə

 
 
3. İ. Fixtenin subyektiv idealizmi və F.Şellinqin obyektiv idealizmi
 
Kantdan sonra klassik alman fəlsəfəsinin görkəmli nümayəndələrindən biri 
də Fixtedir (1762
-
1814). Kantın tə"siri altında Fixtenin yazdığı əsas əsərlər 
bunlardır: "Elmi tə"lim" (1794), "Alimin vəzifəsi barədə" (1794), "İnsanın vəzifəsi" 
(1800), "Qapalı ticarət dövləti" (1800) və s. Fixte Kantın ardıcılı kimi fəaliyyətə 
başlamış, lakin sonralar onun "şey özündələr" tə"liminin əleyhinə çıxmışdır.
Fixte fəlsəfəsinin çıxış nöqtəsini insan 

"Mən"i anlayışı təşkil edir. Onun 
tə"liminə görə, mütləq insan "Mən"i və ya mütləq subyekt ilkin, müəyyənedici 
reallıqdır.
Əgər Kant "Mən"i idrak prosesində obyektə münasibəti baxımından 
araşdırırdısa, Fixte onu yeganə reallıq, hər şeyə qadir yaradıcı qüvvə kimi qəbul 
edirdi. O, bütün gerçək aləmi mütləq subyektin törəməsi hesab edir, faktiki olaraq 
subyektdən asılı olmayan heç bir şeyi qəbul etmirdi. Fixtenin "Mən"i əslində 
təbiətdən təcrid edilmiş və başqa don geydirilmiş ruhdur. O özünün bu idealist 
sistemini elmi tə"lim adlandırmışdır. Fixtenin həmin tə"liminə görə, bütün 
gerçəklik iki növ reallıqdan ibarətdir: 1) Özü özünü yaradan reallıq 

bu "Mən" 
reallığıdır. 2) "Qeyri
-
Mən" reallığıdır. Bu reallıq "Mən" tərəfindən yaradılmışdır və 
tamamilə ondan asılıdır. Fixte birincini daxili reallıq, ikincini isə xarici reallıq 
adlandırmışdır. Göründüyü kimi, Fixte fəlsəfəsində maddi
aləm mə"nəvidən, 
obyektiv aləm isə subyektiv aləmdən hasil edilir.
Bununla birlikdə Fixtenin tə"limində həm də idealist dialektikanın 
elementlərini müşahidə edirik. Belə dialektik ideyalardan aşağıdakıları göstərmək 
olar: hərəkətdə olan subyekt və onun şüurunun fəallığının qeyd olunması; "Mən" 
və "Qeyri
-
Mən" əksliklərinin, subyektiv olanla obyektiv olanın ziddiyyətli vəhdəti; 


şüurun inkişafının inkarı inkar prosesi kimi başa düşülməsi və onun üç 
mərhələsinin tezis, antitezis və sintez kimi izah edilməsi; qarşılıqlı hərəkət, 
"səbəb" və "nəticə", "sonlu" və "sonsuz", "hissə" və "bütöv" kimi kateqoriyaların 
dialektikcəsinə şərhi. Fixte özünün dialektik fikirləri ilə bir çox müasirlərinə böyük 
tə"sir göstərmişdir.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin