dirilməsi, nitqin tonu, tembri,
oxuda intonasiyanın aldığı çalar
Qarabağın /yaylağını/
Meşə örtmüş/ duman kimi.//
Mən gəzirəm/ qucağını/
Bir vəfalı/ mehman kimi.//
Şairin Qarabağın gözəl
təbiətinə, meşələrə
bürünmüş yaylaqlarına
məhəbbətini çatdırmaq
Səmimiyyətlə,
Heyranlıqla
Hərarətlə
Parçalanmış/ Ana torpaq/
Bu Qarabağ,/ o Qaradağ.//
Lal sərhəddə/ Araz ancaq/
Haray çəkir/ insan kimi.///
Vətənin parçalanmasından
doğan kədər, nisgili hissini
çatdırmaq
İttihamla
Kəskin
həyəcanla
Vətən qızı/ gözü yaşlı,/
Dağlar uca,/ yollar daşlı.//
Yenə dərdim/ həddən aşdı/
Dalğalandı ümman kimi.///
Xalqımızın ayrılıq dərdini, faciəsini
çatdırmaq
Kədərlə
Təəssüflə
Həyəcanla
Bir yaranmış /Azərbaycan/
Ayırsa da/ onu zaman.//
Görəcəkdir/ hər yaşayan///
Bu ölkəni/ bir can kimi.///
Şairin Vətənin birliyinə qəti inamını
çatdırmaq
İnamla
Əzəmətlə
Həyəcanla
210
Şagirdlərə şeirin bənd-bənd ifadəli oxusunu hazırlamaq tap-
şırılır. İfalar dinlənilir və müzakirə edilir. Şeirin bütün bəndləri üzrə
də bu qayda ilə iş aparıldıqdan sonra əsərin bütövlükdə ifadəli
oxusu təşkil edilir. Qruplarda iş zamanı hər bəndin məzmununa
uyğun intonasiya çalarının düzgün müəyyənləşdirilməsinə xüsusi
diqqət yetirilir. Belə ki əsərində birinci bəndində Vətənin təbiətinin
gözəlliyinə heyranlıq hissi ifadə edilirsə, orta bəndlərdə bu, parça-
lanmış ana yurdun taleyindən irli gələn kədər, nisgil ovqatı ön plana
çıxır. Sonuncu bənddə isə şairin Vətənin birliyinə qəti inamı ifadə
olunur.
|