246
Heydər bəy
. Səbəb odur ki, pul tapmıram xərcin çəkib, toyun edib gətirəm.
Ondan ötrü Səfər bəy məsləhət görür ki, götürüb qaçım, toy xərci aralıqda itsin.
Amma bu iş mənə ölümdən bedtər görünür ki, deycəklər: Qurban bəyin oğlu pul
tapmadı toy edə, nişanlısını götürüb qaçdı. Çün Səfər bəy dedi ki, qorxundan bu
bəhanəni gətirirsən, onun üçün acığa düşüb səni çağırtdım ki, sən də mənə
yoldaşlıq edəsən.
Səfər bəy. Mənim üçün təfavütü yoxdur! Mənim yanımda uf-tuf elədin ki,
iki ildir adaxlını toy edib gətirə bilmirsən. Mən dedim ki, istirsən gəlim, gedək
qaçıraq, gətirək! İndi özün bil! Əsgər bəy. Heydər bəy, niyyətdən düş! Mənə bir
on beş gün möhlət ver, mən sənə toy xərci hazır edim; ağıllı-başlı toy elə, adaxlını
gətir!
Heydər bəy.
Toy xərcini hardan hazır edəcəksən?
Əsgər bəy
. On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik,
birə bir qazanarıq; onun qazancı ilə toyunu elərsən!
Dostları ilə paylaş: