Bilal Həsənli Nazilə Abdullazadə


Əsgər bəy . Heydər bəy, mən də hazıram. Gedirsiniz, bismillah, yola düşək.  Niyə belə qəmgin və fikirli görükürsən?  Heydər bəy



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə134/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Əsgər bəy
. Heydər bəy, mən də hazıram. Gedirsiniz, bismillah, yola düşək. 
Niyə belə qəmgin və fikirli görükürsən? 
Heydər bəy
. A kişi, bilmirəm hansı ağzı dağınıq naçalnikə məni nişan 
veribdir. Mahalı gəzməyə çıxmış imiş. Bu gün obanın qırağında ötəndə məni 
çağırıb deyir ki, Heydər bəy, quldurluq, oğurluq eləmə! 
Səfər bəy
. Yəni acından öl! 
Heydər bəy. Əlbəttə, elə deməkdir! Guya ki, bütün Qarabağda – dana-doluq 
oğrusu bir Heydər bəydir! Əgər o əl çəksə, ölkə farağat olur. Dana-doluq oğurla-
maq da bizə çətin olubdur. İndi məəttəl qalmışam: əgər qızı gedib götürsək
qorxuram ata-anası şikayət edə: Gərək genə təzədən qaçaq olam. 
Əsgər bəy.
Heydər bəy, tamam Qarabağ bilir ki, o qızı ata-anası sənə 
veriblər; bilmirəm götürüb qaçmağına səbəb nədir? 


246 
Heydər bəy
. Səbəb odur ki, pul tapmıram xərcin çəkib, toyun edib gətirəm. 
Ondan ötrü Səfər bəy məsləhət görür ki, götürüb qaçım, toy xərci aralıqda itsin. 
Amma bu iş mənə ölümdən bedtər görünür ki, deycəklər: Qurban bəyin oğlu pul 
tapmadı toy edə, nişanlısını götürüb qaçdı. Çün Səfər bəy dedi ki, qorxundan bu 
bəhanəni gətirirsən, onun üçün acığa düşüb səni çağırtdım ki, sən də mənə 
yoldaşlıq edəsən. 
Səfər bəy. Mənim üçün təfavütü yoxdur! Mənim yanımda uf-tuf elədin ki, 
iki ildir adaxlını toy edib gətirə bilmirsən. Mən dedim ki, istirsən gəlim, gedək 
qaçıraq, gətirək! İndi özün bil! Əsgər bəy. Heydər bəy, niyyətdən düş! Mənə bir 
on beş gün möhlət ver, mən sənə toy xərci hazır edim; ağıllı-başlı toy elə, adaxlını 
gətir! 
Heydər bəy.
Toy xərcini hardan hazır edəcəksən? 
Əsgər bəy
. On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, 
birə bir qazanarıq; onun qazancı ilə toyunu elərsən! 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin