245
Dramatik əsərlərin ifadəli oxusu üzrə müstəqil tətbiq və
yaradıcı iş üçün mətnlər
Hekayəti-mərdi xəsis
ƏVVƏLİMCİ MƏCLİS
Əvvəlimci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd
ağacının dibində, aydınlıq gecədə. Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı
oturub daş üstə, Heydər bəy qabağında habelə yaraqlı-əsbablı, qıvraq geyinmiş
məlal ilə danışır
.
Heydər bəy
. Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at
çapmağın
qiyməti var, nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək,
axşamdan sabahadək arvad kimi dustaq alaçığın içində oturasan. Dövlət dəxi
hardan olsun, pul hardan olsun? Ah, keçən günlər! Keçən dövrlər!
Hər həftədə,
hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. İndi karvan
çapmaq olur, nə ordu dağıtmaq olur. Nə Qızılbaş döyüşü var, nə Osmanlı döyüşü
var... Nə ki naçalnik çağıırb deyir:
Heydər bəy, rahat dur-otur, quldurluq etmə,
yol kəsmə, oğurluğa getmə!
Peşiman oldum dedim ki, naçalnik, biz də bu əmrə
rağib deyilik, amma sizə lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu
göstərəsiniz. Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər,
alış-veriş elə. Guya ki,
mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək
kotan sürəm, ya ləmbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki,
kəndlərdə
çərçilik edəm. Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və kümçü
görünməyib! Mənim
atam Qurban bəy onu etməyib; mən ki onun oğlu Heydər
bəyəm, mən də etməyəcəyəm! Qaşqabaqlı üzün çevirib atın sürdü.
Səfər bəy
. Bu sözlərdən fayda yoxdur. Hər kəs hər nə deyir, desin: Oğurluq
ət yeməyib, at minməyəndən sonra dünyada gəzmiyn nə ləzzəti var? Gecə keçdi,
Əsgər bəy bilmirəm niyə yubandı! Ha, odur gəlir!
Bu halda Əsgər bəy yetişir.
Dostları ilə paylaş: