Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə129/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
YANVARIN İYİRMİSİNDƏ 
Əsgər tək səf-səf durun 
Yanvarın iyirmisində. 
Səbrinizə od vurun 
Yanvarın iyirmisində. 
Toy umurduq, yas verdi, 
Nə verdisə nəhs verdi. 
Tarix bizə dərs verdi, 
Yanvarın iyirmisində. 
Bir də qalx, Azərbaycan, 
Bir də təzədən silahlan, 
Təpədən dırnağacan 
Yanvarın iyirmisində. 
Qoy yağsın od yağışı, 
Gözləməyin çağırışı, 
Meydanlara yığışın 
Yanvarın iyirmisində. 
Qəm – qardaş, kədər – bacı, 
Azadlıq ehtiyacı... 
Hər dirək dar ağacı 
Yanvarın iyirmisində. 
Bir qədim adət kimi 
Odda tapaq sevgini. 
Azadlığın ad günü-
Yanvarın iyirmisində. 


237 
Şəhidlərə tanrı tək,
Diz çökək və and içək. 
And içib candan keçək 
Yanvarın iyirmisində. 
R.Behrudi 
 
ƏKİNÇİ 
Məzlumluq edib başlama fəryadə, əkinçi! 
Qoyma özünü tülkülüyə, adə, əkinçi! 
Bir üzrlə hər gündə gəlib durma qapımda, 
Yalvarma mənə, boynunu kəc burma qapımda, 
Gahi başına, gah döşünə vurma qapımda, 
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! 
Lal ol, a balam, başlama fəryadə, əkinçi! 
Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum? 
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum? 
Getdi mənə nə fələliyin badə, əkinçi?! 
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi! 
Aldı dolu əldən sərü samanını, neylim? 
Yainki çəyirtkə yedi bostanını, neylim? 
Verdin keçən il borcuna yorğanını, neylim? 
Ol indi palas satmağa amadə, əkinçi! 
Lal ol, a balam, başlama fəryadə, əkinçi! 
Söz açma mənə çox çalışıb, az yeməyindən, 
Canın bəcəhənnəm ki, ölürsən, deməyindən! 
Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən! 
Çəltik də gətir, arpa da, buğda da, əkinçi! 
Yoxsa soyaram lap dərini, adə, əkinçi! 
Sən hey de yoxumdur, çıxarıb canını, allam! 
Vallahi ovub dideyi-giryanını, allam! 
Şallağə tutub peykəri-üryanını, allam! 
Öz halını sal indi özün yadə, əkinçi! 
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi! 
Cütçü babasan, buğdanı ver, darı yeyərsən, 
Su olmasa, qışda əridib qarı yeyərsən, 
Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən, 
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi! 
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!


238 
Lakin mənim insanlıq olub vəz’i-mədarim, 
Bəyzadəyəm, asayişədir cümlə qərarim, 
Meysiz, məzəsiz bitməz olur şamü nəharim; 
İştə belədir haləti-bəyzadə, əkinçi! 
Bəyzadələrin rəsmi budur, adə, əkinçi!.. 
M.Ə.Sabir 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin