Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə131/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
 


241 
Vətəndaş 
Vətəndaş! Nə gözəl səslənir bu söz
Yəni- bir Vətənin övladıyıq biz. 
Anamız eynidir, qardaşıq demək, 
Mən sənə arxayam, sən mənə kömək. 
Vətəndaş! Nə gözəl səslənir bu söz. 
Yəni- iki canda bir ürəyik biz. 
Gücsüzük, bir heçik sən də, mən də tək. 
Vətənə güvənib olduq Vətəndaş. 
Mənim ürəyimi qanatsın gərək. 
Vətəndaş! Nə gözəl səslənir bu söz. 
Yəni- bir iqlimdə böyümüşük biz. 
Səni də, məni də böyüdən Vətən,
Sənə də anadır, mənə də ana. 
Sən də cavabdehsən, mən də hər zaman 
Vahid anamızın xoşbaxtlığına. 
Vətəndaş! Nə gözəl səslənir bu söz. 
Yəni- bir qaynaqdan su içmişik biz. 
O su qəlbimizdə coşdu, qaynadı,
Eyni bir ad ilə tanıtdı bizi. 
Vətənin ünvanı, Vətənin adı, 
Bizə xatırlatdı vəzifəmizi! 
Vətəndaş! Nə gözəl səslənir bu söz. 
Vətən əbədidir, gedəriyik biz. 
İnsan qüvvətlidir öz qüvvətində. 
Bilirik, dünyaya biz niyə gəldik. 
O bizi yaradan, biz ona bəndə. 
Yaradan uğrunda ölməyə gəldik. 
 
B.Vahabzadə 
 
Qaranquş 
 
Görürəm, yaz yağışı 
Yağır hiddətlə yenə. 
İldırımlar şaxıyır 
Göydə dəhşətlə yenə. 
Söykənib pəncərəyə 
Baxıram hər yana mən. 


242 
Yenə yollar kəsilib, 
Nə gələn var, nə gedən. 
Göydə karvan çəkərək 
Sıx buludlar dolanır. 
Hərə bir yer taparaq 
Sığınıb daldalanır. 
Belə neysanda fəqət 
Bir qaranquş görürəm. 
Yağış altında onu 
Qanad açmış görürəm. 
Bədənindən su damır, 
İslanıbdır o, tamam, 
Düzü, heyran kəsilir 
Ona baxdıqca adam. 
Nə əsən güclü külək, 
Nə yağan güclü yağış 
O zərif quşcuğazı 
Bircə an saxlamamış. 
Elə bil lap bu saat 
Gəlsə qış, yağsa da qar, 
O dayanmaz yenə də, 
Daha sürətlə uçar. 
Alaraq dimdiyinə 
Quşcuğaz yem aparır. 
Bax, bununçün havanı 
İldırımtək o yarır. 
İndi, yəqin, yolunu 
Gözləyir ağ balalar. 
Dözməyir qəlbi onun, 
Körpələr ac qalalar. 
Baxıram, yaz yağışı 
Yağır hiddətlə yenə. 
O qaranquşsa uçur 
Göydə sürətlə yenə... 
Ə.Kürçaylı 


243 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin