3
Giriş
İfadəli oxunun
gənc nəslin ədəbi təhsilində, tərbiyəsində və
inkişafında rolu böyükdür. Lakin uzun illər ərzində məktəb proq-
ramlarında
şagirdlərin emosional, mənəvi-estetik inkişafında mü-
hüm rol oynayan ifadəli oxu dərslərinin keçilməsinə dərs saatları
ayrılmadığından ümumtəhsil məktəblərində bu məsələyə lazımınca
diqqət yetirilməmiş, şagirdlərdə ifadəli oxu bacarıqları formalaş-
dırılması üzrə işlər kölgədə qalmışdır.
Lakin bu bir həqiqətdir ki,
yalnız nəzəri biliklərə yiyələnmək insanın mənəvi-estetik idealla-
rının formalaşmasına gətirib çıxarmır. Gənc nəsildə emosionallığın,
hislərin tərbiyəsi mənəvi-estetik inkişafın mühüm şərtidir.
Pedaqoji ali məktəblərin filologiya və ibtidai təhsilin peda-
qogikası və metodikası fakültələrində tədris olunan “İfadəli oxudan
praktikum” fənninin əsas məqsədi tələbələri səslənən söz sənəti ilə
bağlı
biliklərə yiyələndirmək, onlarda müəyyən ifaçılıq bacarıqları
formalaşdırmaqdır. Tələbə təcrübi məşğələlərdə səslənən söz
sənətinin özünəməxsus xüsusiyyətlərini aydınlaşdırmağa imkan
verən nəzəri bilikləri mənimsəməli, müvafiq elmi ədəbiyyatdan baş
çıxarmalıdır. Tələbə ifadəli oxunun
keyfiyyətini qiymətləndirməyi,
nəticə etibarilə müxtəlif janrlarda olan əsərləri ifadəli oxumağı
bacarmalıdır.
Məktəbdə müxtəlif ədəbi gecələr, teatr tamaşaları, səhnələş-
dirmələr
təşkil edən, şagirdlərə ana dilinin zəngin xəzinəsindən
bəhrələnərək canlı, ifadəli danışmağı öyrədən müəllim ilk növbədə
özü ifadəli oxunun nəzəri və praktik məsələlərindən baş çıxarmalı,
həmin bacarıqlara praktik şəkildə yiyələnməlidir.
Ümumtəhsil məktəblərində tətbiq
olunan fənn kurikulumunda
şagirdlərin ifadəli oxu bacarıqlarına yiyələnməsinə xüsusi diqqət
yetirilmiş, V-IX siniflərdə oxu ilə bağlı standartların reallaşdırılması
məqsədəuyğun sayılmışdır. Bu, tələbələrin gələcək müəllimlik
fəaliyyətinə hazırlıq dövründə ifadəli oxu təlimi metodikasına
yiyələnməsini də zəruri edir. İfadəli oxu üzrə praktikum tələbələrin
həm də ifadəli oxunun tədrisi metodikasına
yiyələnməsi üçün
nəzərdə tutulmuşdur.
Praktik məşğələlərin təşkili tələbələrin fənn üzrə nəzəri bilik-
4
lərə yiyələnməsinə əsaslanmalıdır.
Dostları ilə paylaş: