7
Oxu sənətinin əsasları
Bədii oxu sənətinin nəzəri əsaslarını söz üzərində işin sisteminə
dair müddəaların təşkil etməsi.
Bədii oxu və ifadəli oxunun oxşar və fərqli cəhətləri.
İfadəli oxunun əsasında iki mühüm cəhətin durması: 1. İfa edi-
lən əsərin mahiyyətinə nüfuz edilməsi; 2. Hiss edilənlərin, başa
düşülənlərin dinləyicilərə çatdırılması.
İfadəli oxu bacarıqlarının aşılanması üzrə işin bədii əsərin
ideya-bədii, mövzu, janr baxımından təhlilinə əsaslanmaqla aparıl-
ması.
İfadəli oxu bacarıqlarının bədii oxu sənətinin qanunları, bədii
əsərin səslənən təsirli sözlə yaradıcı şəkildə canlandırılması əsa-
sında formalaşdırılması.
Əsərin səslənən sözlə çatdırılmasının ifaçıdan nəyi və hansı
məqsədlə dinləyiciyə çatdıracağını, hansı hiss və duyğular, fikirlər,
düşüncələr oyadacağını, dinləyicidə hansı qiyməti, nəticəni yarada-
cağını dəqiq bilməyi tələb etməsi.
Qarşıya qoyulan məqsədin konkret ifaçılıq vəzifələrini müəy-
yənləşdirməsi. İfaçının qarşya qoyduğu məqsədə uyğun olaraq din-
ləyicilərə sözlə təsir etmək bacarığı.
Dostları ilə paylaş: