11
önündə canlandırmaqla qavranılması təmin edilir. İfadəli oxu-
dan praktikum kursunun məqsədi tələbələrdə ifadəli oxu baca-
rıqlarının formalaşdırılması, onların ədəbiyyat dərslərində
şagirdlərlə ifadəli oxu üzrə iş aparılmasına hazırlaşdırılmasıdır.
Fənn kurikulumunun tələblərinə uyğun olaraq, ədəbiyyat təlimi
prosesində məktəblilərə bədii əsəri qavramaq,
təhlil etmək, qiy-
mətləndirmək, ifadəli oxumaq, estetik zövq, gözəllik duyğusu baca-
rığı aşılanması mühüm metodik problem kimi qarşıda durur.
Gənc
nəslin təlim-tərbiyəsində böyük əhəmiyyət kəsb edən ifadəli oxu
şagirdlərin yaradıcı təfəkkürünün, hiss və duyğularının inkişafı
baxımından mühüm vasitədir.
İfadəli oxu üzrə məşğələlərdə əsərin fəal, müstəqil şəkildə qav-
ranılması, sözə həssas münasibət yaradılması təmin edilir. Mətnə,
təsvir olunanlara yaradıcı yanaşma, nəticə etibarilə əsərin daha
əhatəli, dərindən qavranılması ilə nəticələnir. İfadəli oxunun tətbiqi
oxucunu əsərdə təsvir olunanlara
daha dərindən nüfuz etməyə, adi
oxu zamanı diqqəti cəlb etməyən, ilk baxışda əhəmiyyətsiz görünən,
lakin hadisənin mahiyyətinin, obrazın xarakterinin, qəhrəmanın hiss
və duyğularının qavranılması baxımından vacib bədii detallara
diqqət yetirməyə sövq edir.
Təlim prosesində ifadəli oxu mətnin oxunması, şeir və ya kiçik
nəsr parçasının əzbər söylənilməsi şəklində həyata keçirilir. Təmsil,
dram və nəsr əsərlərindən parçaların səhnələşdirilməsi zamanı da
ifadəli oxuya verilən tələblər gözlənilir.
İfadəli oxu yaradıcı prosesdir. Bu prosesdə ifaçı əsərin ideya-
məzmunu ilə yanaşı, bədii mətnə öz münasibətini da səslənən sözlə
çatdırır, dinləyicilərin hiss və düşüncələrinə
fəal təsir göstərərək
onları da yaradıcı qavramaya sövq edir.
İfadəli oxudan bəhs edərkən müəllimin peşə səriştəliliyi ilə
əlaqəli olan aşağıdakı məsələlər nəzərə alınmalıdır:
1.
Müəllimin nümunəvi ifadəli oxusu və ya bədii oxu ustasının
ifasının dinlənilməsi.
Bu daha çox bədii əsərin məzmununun mə-
nimsənilməsi üzrə iş zamanı məqsədəuyğun sayılır. Əsərin ideya-
məzmununu
dərindən dərk edən, oradakı ovqatı duyan və səslənən
sözlə çatdırmağı bacaran müəllimin nümunəvi ifadəli oxusu mətnin
ilkin qavranılması üçün zəmin yaradır. İfadəli oxunu dinləyən
12
şagird bədii mətnin məzmun, forma xüsusiyyətlərini
fəal şəkildə
qavramaq imkanı əldə edir.
2.
İfadəli oxunun dinləyiciyə təsiri.
Bədii söz ustasının ifası,
eləcə də müəllimin nümunəvi ifadəli oxusu şagirdə güclü təsir edir,
onda dərin təəssürat yaradır, əsərə, mütaliəyə, yaradıcı, ifadəli
oxuya marağı artırır.
3.
İfadəli oxu üzrə xüsusi bacarıq və vərdişlərə yiyələnmənin
zəruriliyi.
Məşğələlərdə ifadəli oxu bacarıqlarının aşılanması
üzrə xüsusi
iş aparılmalıdır. Təlim prosesində ifadəli oxu əsərin təhlilindən,
ideya-məzmununun, sənətkarlıq xüsusiyyətlərinin dərk edilmə-
sindən sonra həyata keçirilir. Əsərin məzmununu bilmədən, oradakı
ovqatı, hiss-həyəcanları, düşüncələri qavramadan,
qoyulan proble-
min mahiyyətini, qəhrəmanların səciyyəsini, mətnin bədii dil xüsu-
siyyətlərini aydınlaşdırmadan mətni ifadəli oxumaq qeyri-müm-
kündür.
“İfadəli oxudan praktikum” fənninin
əsas məqsədləri
Dostları ilə paylaş: