9
Hekayələrin ifadəli oxu xüsusiyyətləri.
Irihəcmli əsərlərin
ifadəli oxusu.
Təmsillərin ifadəli oxusu
İfadəli oxuda janrın xüsusiyyətlərinin nəzərə alınması, alleqo-
riyalar, dialoqlar, əxlaqi nəticənin oxu xüsusiyyətləri. İfadəli oxuda
danışıq tərzi. Təmsilin bir ifaçı tərəfindən oxusu.
Əsərin bir neçə
ifaçı tərəfindən oxusu.
Lirik əsərlərin ifadəli oxusu
Müxtəlif mövzuda lirik əsərlərin ifadəli oxusu. Lirik şeirlərin
ifadəli oxusunda vəzn xüsusiyyətlərinin (heca, əruz və sərbəst)
nəzərə alınması.
Lirik
şeirin janr xüsusiyyətləri, ahəngdarlığı, musiqililiyi.
Ifadəli oxuda misrasonu, misradaxili fasilə, rədif, alliterasiya, asso-
nans kimi səs ahəngdarlığı vasitələrinin gözlənilməsi.
Dramatik əsərlərin ifadəli oxusu
İfadəli oxuda janrın səciyyəvi xüsusiyyətlərinin (dram, kome-
diya, faciə) nəzərə alınması. Dramatik əsərdə remarka, dialoq,
monoloq, replikaların ifa xüsusiyyətləri.
Dramatik əsərlərin rollar
üzrə oxusu.
Ədəbiyyat dərslərində şagirdlərə ifadəli oxu bacarıqlarının
aşılanması
Kurikulum üzrə dərslərin təşkili metodikası. Ayrı-ayrı dərs
nümunələri vasitəsilə ifadəli oxu üzrə məzmun standartlarının
reallaşdırılmasında fəal/interaktiv metodlardan, praktik çalışmalar
sistemindən istifadənin imkan və yolları. Tələbələrin özünün ifadəli
oxu üzrə tapşırıq, dərs nümunəsi hazırlaması.
Dostları ilə paylaş: