aşağıda-
kılardır:
♦ Tələbələrin səslənən söz sənəti ilə bağlı elmi-nəzəri biliklərə
yiyələnməsi, onlarda müəyyən ifaçılıq bacarıqlarının formalaş-
dırılması.
♦ Tələbələrin təcrübi məşğələlərdə ifadəli oxunun özünəməxsus
xüsusiyyətlərini aydınlaşdırmağa imkan verən müvafiq elmi ədəbiy-
yatla tanış olması və onları təhliletmə bacarığına malik olması.
♦ Tələbələrin ifaçılıq bacarığının təkmilləşdirilməsi. Tələbə
dinləməyi, oxunun keyfiyyətini qiymətləndirməyi, nəticə etibarilə
əsəri ifadəli oxumağı bacarmalıdır.
♦ Müxtəlif siniflərdə şagirdlərin yaş və qavrama xüsusiyyət-
lərini nəzərə almaqla ifadəli oxu təliminin metod və üsullarının
tələbələrə öyrədilməsi;
İfadəli oxunun xüsusiyyətlərindən bəhs edərkən bədii oxu
sənəti ilə müqayisə aparılması məktəb təcrübəsi baxımından
əhəmiyyətli olan bir sıra mətləbləri aydınlaşdırmağa kömək edir.
Belə ki, ifadəli oxunu bədii oxu sənətindən təcrid etmək olmaz.
İfadəli oxu təlimi zamanı bədii oxunun qanunları nəzərə alınır. Bir
sıra metodistlərin fikrincə, ifadəli oxu məktəb şəraitində həyata
13
keçirilən bədii oxudur. Sinifdən-sinfə keçdikcə ifadəli oxu təliminin
məzmunu və metodları şagirdlərin yaş xüsusiyyətlərinə, imkanla-
rına və kurikuluma, tədris proqramına uyğun olaraq dəyişsə də, bir
sənət kimi ifadəli oxunun özünəməxsus qanunlarına hər pillədə
əməl edilməsi zəruriridir.
1
Təlim prosesində ifadəli oxudan istifadənin məqsədi bədii
qiraət ustası hazırlamaq deyil, ilk növbədə bədii əsərin ideya-
məzmununun dərindən, emosional qavranılmasını, şagirdlərin este-
tik tərbiyəsini təmin etməkdir.
Həm ifadəli oxu, həm də bədii oxu sənəti üçün sadəlik, təbiilik
səciyyəvidir. Bədii oxunun bir çox metodları ifadəli oxu zamanı da
tətbiq olunur. Ədəbiyyat müəllimləri ifaçılıq məharətini Soltan
Nəcəfov, Əli Zeynalov, Məhluqə Sadıqova, Əminə Yusifqızı,
Mikayıl Mirzə, Rasim Balayev kimi bədii oxu ustalarının nümu-
nəsindən öyrənməlidir. Lakin, aydın məsələdir ki, ədəbiyyat müəl-
limlərindən, eləcə də şagirdlərdən bədii oxu ustalarının səviy-
yəsində ifaçılıq tələb etmək olmaz.
Məktəblilərlə aparılan ifadəli oxu məşğələləri, demək olar ki,
peşəkar qiraətçinin yaradıcılıq işi ilə eyni prinsiplərlə, ardıcıllıqla
aparılır. Lakin ədəbiyyat dərslərində bədii əsərlərin ifadəli oxusu-
nun özünəməxsus xüsusiyyətləri vardır. Ədəbiyyat müəlliminin
qarşısında sinifdəki bütün şagirdlərin ifadəli oxu bacarıqlarına
yiyələnməsinə nail olmaq vəzifəsi durur. Bu baxımdan müəllim
ifadəli oxunun nəzəri məsələlərini və tədrisi metodikasını bilməli,
müxtəlif siniflərdə ifadəli oxu təliminin xüsusiyyətlərini nəzərə
almaqla fərdi, cütlük və qruplar üzrə çalışmalar sistemindən istifadə
etməyi bacarmalıdır. Müəllim ifaçılıq məharətinə malik olmaqla
yanaşı, pedaqoji tələblərə əməl etməli, şagirdlərin psixologiyasını,
qavrama, təfəkkür, təxəyyül xüsusiyyətlərini bilməlidir. Məhz bu
şərtlər daxilində müəllimin nitqi, nümunəvi ifadəli oxusu şagirdlər
üçün örnəyə çevrilir.
Əli Sultanlının tələbəsi olmuş Y.Qarayev yazır ki, yüksək təhlil
mədəniyyəti, erudisiya, natiqlik onun mühazirələrinin əsas qüvvə-
1
Соловьева Н.M.,Завадская Т.Ф. Выразительное чтение в 4-8 классах. М:
Просвещение, 1983, с.7.
14
tini və təsir gücünü təşkil edirdi... Biz Ərəstu və Esxillə, Prometey
və Axilleslə ilk dəfə onun dili və sözü ilə tanış olmuşuq. Gəncliyin,
ziyalılığın bugünkü bir neçə nəsli Qərbin sənət klassikasına ilk dəfə
onun sehrli təqdimi və köməyi ilə aşina olmuşdur. Hamletdən,
Lüssiferdən, Faustdan danışmaq ona yaraşırdı. O, Zevsdən bir Zevs
kimi danışardı. O, Axillesdən danışanda Axillesə bənzərdi. Onun
ruhunda və varlığında əsl Şekspir dünyası və ehtirasları yaşardı.
Zaman, məkan məfhumlarını o anda biz unudardıq. O, bizi də özü
ilə bütün allahların və qəhrəmanların yığışdığı sehrli bir Olimpə
aparardı. Eşitməkdən, dinləməkdən çox hiss edərdik, görərdik,
duyardıq, yaşayardıq. Bu aləmi fikrən və xəyalən təsəvvürə gəti-
rərdik. Qədim mifik süjetləri, sehrli əsatirləri o, alimliyin və
müəllimliyin sehri və təravəti ilə bizə çatdırardı.
1
Ədəbiyyat müəllimi yalnız oxu sənəti üzrə nəzəri biliklərini
konkret əsərlərin ifasına tətbiq etməyi bacaran, əsəri təsirli oxu-
mağı, dinləyicilərdə əsərin məzmununa uyğun ovqat yaradan ifaçı
olmamalı, şagirdlərə ifadəli oxu bacarıqlarını aşılayan, onları
yaradıcı fəaliyyətə istiqamətləndirən bələdçi kimi də fəaliyyət
göstərməlidir.
Ədəbiyyat müəllimi əsəri şagirdlərə canı, emosional, bədii,
ifadəli çatdırmağı bacarmalıdır. Əksər hallarda məhz müəllimin
nümunəvi ifadəli oxusu şagirdin ilk baxışda qavranıması, dərk
edilməsi çətin görünən İ.Nəsimi, Ş.İ.Xətayi, S.Ə.Şirvani, C.Məm-
mədquluzadə, M.Ə.Sabir, R.Rza və digər görkəmli sənətkarların
əsərlərinə münasibətini dəyişir, onların yaradıcılığına maraq oyadır,
mütaliəyə sövq edir.
Yazılı mətnə, çap materialına nisbətən canlı sözün oxucuya
təsiri daha güclüdür.Əgər ifaçı mövzunu, ideyanı, əsərin tonunu,
üslubunu, emosional boyalarını düzgün çatdırırsa, eşitmə duyğu-
suna əsaslanan belə qavrama görmə duyğusuna əsaslanan oxudan
daha güclüdür.
2
1
Bax: Y.Qarayevin “Əli Sultanlı” məqaləsi. “Fikrin karvanı”, Bakı: Yazıçı,
1984, s.231.
2
Рыбникова М.А. Очерки по методике литературного чтения. 3-я изд. М.:
Просвещения, 1963, с.143.
|