Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə132/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Yaşıl işıq 
 
Təbiət vurğunu, torpaq oğluyam, 
İlk dəfə əlimi ağaclar sıxıb. 
Dağlarda meşəyə düşən yanğının 
Tüstüsü evimdə başımdan çıxıb. 
Düzdə seyr etdikcə məğrur çinarı 
Qartal balasıtək qanadlanmışam. 
Yaşını kimsədən öyrənməsəm də, 
Babam Koroğluya yaşıd sanmışam. 
Hər dən bir sünbüldür, hər toxum bir tağ, 
Hər şitil bir nemət, bir yaraşıqdır. 
Baharda açılan hər yaşıl düymə 
Bir yaşıl şölədir, yaşıl işıqdır. 
Bir ağac əksəydi hərə həyatda, 
Torpaq quraqlıqdan verməzdi xəbər, 
Çoxdan Abşeronun boz yaxasını 
İlmələr bəzərdi, yaşıl ilmələr. 
Ağaclar əksəydik, nəhəng ağaclar, 
Doğma Abşeronun torpaqlarında; 
Susub çəkilərdi qınına xəzri, 
Kəsərdi hay-küyü gilavarın da. 
Torpağın sinəsi cadarlamazdı, 
Torpaq müqəddəsdir, torpaq əzizdir. 
Axı “Ana torpaq!” demişik ona. 
Ananı qorumaq vəzifəmizdir. 
Kəkliklər ötürkən daşda, qayada 
Xoşdur ötənləri gətirmək yada. 
Bir ipək çəməndə, bir göy talada 
Sakitcə dincəlib gələndən soruş. 
Bir yaşıl ümmandır açıb qoynunu, 
Görünməz sahili, bilinməz sonu. 
Bir deyil, beş deyil onun vurğunu
Demirəm, meşəni tək məndən soruş.
 
H. Arif 
 


244 
Anamın sözləri 
 
Anamın gözləri şəfadı, nurdu, 
Qəlbimdə, yolumda işıq yandırır. 
Anamın sözləri vüqar, qürurdur, 
Zehnimi, ruhumu işıqlandırır. 
Bəzən hirslənəndə, çətin anımda 
Əzizləyib məni köksünə sıxır. 
Anam saçlarımı tumarlayanda 
Bütün ağrılarım yadımdan çıxır. 
Sözləri, sığalı şəfalı anam 
Əzizdir hamıdan, dünyada təkdir. 
Ana vətən kimi vəfalı anam 
Mənə həyat verən canlı mələkdir. 
Anam qurban deyib vətənə məni, 
Deyib ki, “ən əziz balamsan mənim. 
Oğullar qoruyar ana vətəni, 
Vətəni qoruyan qalamsan mənim”. 
Oxuyub mühəndis, həkim olsam da, 
Mənə igid oğlum deyəcək anam. 
Oxuyub müəllim, hər kim olsam da, 
Ay ana, mən sənin əsgər oğlunam. 
F.Qoca 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin