Bilal Həsənli Nazilə Abdullazadə


Heydər bəy. Avazın yaxşı gəlir, oxuduğun quran olsa! Məgər Təbrizdə  müftə mal töküblər, gedib yığışdırıb gətirək, gələk?  Əsgər bəy



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə135/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Heydər bəy.
Avazın yaxşı gəlir, oxuduğun quran olsa! Məgər Təbrizdə 
müftə mal töküblər, gedib yığışdırıb gətirək, gələk? 
Əsgər bəy.
Əlbəttə, müftə mal harda idi; pul ilə satın allıq. 
Heydər bəy
. Əcəb danışırsan! Mən pulu hardan alım? 
Əsgər bəy.
Məgər mənim özümün pulum var? Mən dediyim budur ki, Hacı 
Qara ağcabədilidən ki, sövdəgər və dövlətli kişidir, pul götürrük, gedərik, mal 
gətirrik, satarıq, onun pulunu özünə rədd edərik, qazancı bizə qalar. 
Heydər bəy
. Hacı Qara, deyirlər, çox xəsisdir. O, adama pul verər? 
Əsgər bəy
. Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. 
Tamahkar adamdır; ondan ötrü bizə də pul verər, özü də bizim ilə gedər. 
Heydər bəy
. Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razıyam. Amma 
gərəkdir əvvəl bir qız ilə görüşüb əhvalatı bildirəm, çünki söz vermişəm, bu gecə 
məni gözlüyür. 
Əsgər bəy və Səfər bəy .
Çox əcəb, çox gözəl! 
Heydər bəy. 
Di, bəs siz gedin, sonra mən gəlləm, sizinlə görüşərəm, 
bərabər gedərik Hacı Qaranın yanına. 
Əsgər bəy və Səfərbəy.
Salamat ol, gedirik. Amma sübh tezdən gəl 
(Gedirlər). 
İKİMCİ MƏCLİS 
İkimci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş 
dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara 
yarım arşın əlində bikef oturubdur. 
Hacı Qara.
Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə 
verənin əli qurğuşun imiş! Üç aydır Qalada5 almışam, gətirib beş top 
satmamışam! Heç kəs malın üzünə baxmır. Deyəsən ölətdən qırılanların 
sovxasıdı. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də buları satıb 
qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş 
yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da 


247 
əlinə gəlməyə, bu harda görülübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə 
verən! Çadra verən, səni görüm heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın 
malın qazancın yemiyəsən! Uf, uf! (Əlin dizinə çırpır). Zalım oğlu, yüz yol 
qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır. Ağcabədi bazarında üç gündə 
hamısın satarsan! Üç gün, indi üç ay oluğdur. Üç ay deyil ki, bu mal üç ilə də 
satılmaz. Yaxşı məni allatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd 
məni şəksiz öldürəcək. 
Bu halda Xudaverdi müəzzin yetişib qəflətən. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin