256
yırdınız?
S ü r m ə. Biz “Yeni kənd” oynayırdıq, müəllimə.
A l m a z. Kəndlilər, bu bir oyundur, onu indicə göstərmək olar.
İ b a d. Yoldaşlar, bu sözlər bizə lazım deyil, yaxşısı budur ki...
Ş ə r i f. Sən o yanındakı uşaqdan danış.
A l m a z. O kimsənin işi deyildir.
İ b a d. Necə kimsənin işi deyil?
H a c ı Ə h m ə d. Necə kimsənin işi deyil?
Ş ə r i f. Necə kimsənin işi deyil?
S ə d r. Yoldaşlar, qulaq asın, uşaq məsələsini biz indicə aydınlaşdırarıq.
B a r a t. O heç bizim işimiz deyil.
Ş ə r i f. Necə bizim işimiz deyil? Bu uşaq kimindir?
B a r a t. O bizim borcumuz deyil.
B a l a r z a. Yox, siz işin olanını kəndlilərdən gizlədirsiniz. Qoy o, açıq
desin görək uşaq kimindir?
A l m a z. Uşaq mənimdir.
İ b a d. Atası kimdir?
A l m a z. O mənim öz işimdir...
Ş ə r i f. Sən subutalni, dakumentalni de görüm uşaq kimindir?
İ b a d. Biz istəyirik, qoy o desin uşaq kimindir?
H a m ı. Qoy desin, olmaz, desin uşaq kimindir?
F u a d
(duraraq).
Yoldaş sədr, mən müəllimə Almazın nişanlısıyam və bu
camaatın qabağında rəsmi surətdə bildirirəm ki, uşaq mənimdir.
A l m a z. Uşaq sənin deyil, vətəndaş Fuad. Mərhəmətinizə qarşı təşəkkür
edirəm. Mənim sizin mərhəmətinizə ehtiyacım yoxdur.
İ b a d. Yoldaş sədr, siz kəndliləri aldadırsınız. Biz kəndlilər tələb edirik:
qoy o açıq desin ki, uşaq kimindir?
S ə d r
(yığılanların israrını görüncə).
Yoldaş Almaz, siz bu suala cavab
verə bilərmisiniz?
A l m a z (qəti). Uşaq mənimdir və bundan artıq sorğuya cavab vermək
istəmirəm.
Ş ə r i f. Çünki təqsirkarsan.
A l m a z. O mənim öz işimdir.
S ə d r. Yoldaşlar, gurultu salmayın. Çığırtı ilə adamı söz deməyə məcbur
etmək olmaz.
İ b a d
(ortalığa atılaraq).
Necə məcbur etmək olmaz? …Yox, belə
müəllimə bizə gərək deyil! Onu güllələmək lazımdır.
H a m ı s ı. Güllələnsin, güllələnsin!..
F a t m a n s a. Gördünüz, dedim güllələnəcək.
S ə d r. Yoldaşlar, səs salmayın.
(C.Cabbarlı)
Dostları ilə paylaş: