289
Dil, nitq və söz haqqında müdrik fikirlər
1
Bəndələrinə dе: «Dаnışdıqlаrı zаmаn gözəl sözlər söyləsinlər. Şеytаn
оnlаrın аrаsınа fitnə-fəsаd sаlа bilər».
Qurani-Kərim, əl-İsra surəsi, аyə 53.
Başının salamat olmasını istəyən gərək dilini qorusun.
Məhəmməd Peyğəmbər.
İnsan öz dilinin altında gizlənmişdir.
Hz. Əli
Dil insanı dəyərləndirmək üçün vasitədir.
Hz. Əli
Söz gözəl olursa-olsun nə qədər, Pis əda o sözü tamam məhv edər.
Nizami
Dilin bəlasıdır uzunçu olmaq
Ariflər işidir sükuta dalmaq.
Nizami
Gərək söz meydanı gen olsun, müdam,
Atını dördnala səyirtsin ilham.
Nizami
Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən.
Mövlana
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun
dilidir.
Heydər Əliyev
Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf
etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl
adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.
Heydər Əliyev
1
Bölmədə “Aforizmlər: seçilmişlərdən seçilmişlər.” (Prof. Dr. Səlahəddin
Xəlilovun təqdimatında, Bakı: Çaşıoğlu, 2012.) kitabındakı müdrik sözlərdən də
istifadə olunmuşdur.
290
Öz ana dilini bilməyənlər şikəst adamlardır!
Heydər Əliyev
Danış ki, səni görüm.
Sokrat
Birinə elə bir söz söylə ki,ya yaşat, ya da öldür; amma əsla yaralı buraxma.
Şəms Təbrizi
İnsanlar danışmağı öyrənirlər, halbuki əsas elm nə vaxt və necə susmaq
elmidir.
L.N.Tolstoy
Poeziya qafiyəyə, ahəngə, ritmə salınmış sözlərdən daha çox, sözlərlə ifadə
olunmuş ritm və ya ahəngdir. Hətta belə demək mümkündürsə, sözlərlə çəkilmiş
tablo və ya sözlərlə ritmlənmiş musiqidir.
Əbu Turxan
Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir.
Humboldt
Yaxşı danışmağı yaxşı yazan müəllifləri oxumaqla öyrənmək olar.
Volter
Bütün böyük sənətkarlar əslində həmişə eyni sualları qoyurlar; lakin hərə öz
dövrünün dilində.
Əbu Turxan
İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl.
Əbu Turxan
Dil mədəniyyətlə birgə boy atır.
А.N.Tolstoy
Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır.
Cavid
Yаlnız sözdə dеyil, həm də işdə hikmət sаhibi оl!
Nəsirəddin Tusi
Аbi-həyаt kimi sözüm həyаt vеrər insаnlаrа,
Аrif оlаn fеyz аpаrаr, nаdаn isə dоdаq büzər.
Məsləksizə hikmət dərsi, nаdаnlаrа öyüd nеylər,
Ulаğın dа qаbаğınа Gövhər töksən, mаt-mаt süzər.
Nəsimi
291
Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında da heç nə bilmir.
Höte
Nəqli cümlə yer hadisələrini, əqli cümlə göy hadisələrini ifadə edir.
Əbu Turxan
Şifahi nitq dönməzdir, – bu onun qismətidir.
Rolan Bart
Dil o zaman inkişaf edir ki, çağdaş düşüncə mövcud dil qəlibinə sığmır. Dil
fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra bilir.
Əbu Turxan
Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər.
Əbu Turxan
Sözlər yarpaqlara bənzəyir; çoxlu yarpağı olan ağac az bəhrə verir.
Aleksandr Pop
Sözün formasına aludə olanda məna kölgədə qalır.
Əbu Turxan
Sözün şeriyyəti fikrin şeriyyətinə xidmət etməlidir.
Əbu Turxan
Gözəl ifadələr gözəl fikri bəzəyir və qoruyub saxlayır.
Hüqo
Fikrin aydınlığı ilə ifadənin aydınlığı adətən bir yerdə olur.
T.Makoley
Deyilişin bənzərliyi fikrin də bənzərliyinə dəlalət etmir.
Əbu Turxan
Sözlərdə ehtiyatlı olmaq bəlağətli nitqdən daha üstündür.
F.Bekon
Dolaşıq danışmağı hamı, aydın danışmağı isə çox az adam bacarır.
Qaliley
Gözəl sözlərin arxasında çox çirkin əməllər, əzəmətli görkəmin arxasında
miskin bir qəlb gizlənə bilər.
Ezop
292
Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir.
Volter
Gözəl danışan natiqin çox danışdığı hiss olunmur.
J.Renar
Natiqliyin əsas şərti nitqi vaxtında və nida ilə bitirməkdir.
Əbu Turxan
Təzə bir söz demək artıq deyilmiş sözləri bir-biri ilə uzlaşdırmaqdan daha
asandır.
Vovenarq
Dil təfəkkürün qəlibidir.
Əbu Turxan
Dilin imkanları məhdud olanda təfəkkürə də çəpər çəkir.
Əbu Turxan
Dil də torpaq kimidir;münbit olmasa, fikir cücərməz.
Əbu Turxan
Sözlər fikirlərimizin qiyafətləridir.
El hikməti
Müxtəlif dilləri ortaq məxrəcə gətirən məntiqdir.Böyük fəlsəfələr ancaq
böyük dillərin çanağında yoğrulub yapıla bilər.
Əbu Turxan
Ən mahir müəllif də yetkin olmayan bir dildə yetkin əsər yaza bilməz.
Əbu Turxan
Yaxşı yorumçu bəzən müəllifin demək istədiklərindən daha dərin mənalar
üzə çıxara bilir.
Əbu Turxan
Hər kəs yalnız başa düşdüyünü eşidir.
Plavt
Dediklərin ancaq qarşıdakının anlaya bildiyi qədərdir.
Mövlana
Başqalarının sözlərini təkrar etmək hələ onların mənasını bilmək deyil.
Mövlana
293
Pozğun qulaqla eşidiləndə ən gözəl sözlər də masqara ilə qarşılanır.
Höte
Kar könlündəkini anlayar.
Atalar sözü
Sözü kütlənin səviyyəsinə endirənlər daha tez populyarlaşırlar.
Əbu Turxan
Dahi insanların dili təbiətin özünün dili qədər sadədir.
Vovenarq
Tək özün danışsan həmişə haqlı olacaqsan.
Balzak
Elə danış ki, başa düşməyə bilməsinlər.
Kvintilian
Bəzən sükut – güclü haraydan daha təsirlidir.
Siseron
Çox danışana ancaq lal həsəd aparır.
Cübran
Başqasını anlamaq istəyirsənsə, onun nə dediyini yox, nə demədiyini eşit.
Cübran
Ağıllı danışmaq çətindir, ağılla susmaq isə ondan da çətindir.
Kristian Bouvi
Ucadan danışmaq lazımdır ki, səni eşitsinlər, astadan danışmaq lazımdır ki,
sənə qulaq assınlar.
Pol Klodel
Az bilib çox danışan bədxərclik edən yoxsula oxşayır.
Napoleon
Yerində danışmaq və yerində susmaq böyük qabiliyyət tələb edir.
Sokrat
Deməyə sözü olmayan hamıdan çox danışar.
L.N.Tolstoy
294
Heç vaxt demə ki, bilirsən,amma nə danışdığını həmişə bil.
Klavdiy
Heç vaxt fikirləşmədən danışma.
Protaqor
Fani sözlərlə əbədi şeyləri ifadə et!
Lukretsi
Dil oddan da pis yandırır.
Kont
Hikmətin kökü qəlbdə, meyvəsi dildədir.
Ptolemey
Ən gözəl nitq ən qısa nitqdir.
Əbu Turxan
Susmaq dözülməsi çox ağır olan bir cavabdır.
Çesterton
Ləyaqətli adamla danışmamaq adamı, ləyaqətsiz adamla danışmaq isə
sözləri itirməkdir.
Konfutsi
Yersiz danışmaq axmaqlıq olduğu kimi, yeri gələndə danışmamaq da
axmaqlıqdır.
Sədi Şirazi
Düşünmədən danışanın cəzası sonradan düşünməyə məhkum olmaqdır.
Əbdülhaq Şinasi Hisar
İdrak edə bilən üçün bu yerlərin-göylərin hamısı sözdür.
Mövlana
Ağıl əmr edəni dil bəyan edər.
Xaqani
Ürək hislərlə dolu olanda söhbət də maraqlı olur.
Vovenarq
Söz gücsüz olduğu yerdə musiqi başlayır.
Vaqner
295
Az danış, düz danış.
Atalar sözü
Söz vaxtına çəkər.
Atalar sözü
Söz danışıqdan keçər.
Atalar sözü
Söz vermək asandır, yerinə yetirmək çətin.
Atalar sözü
Dünyada ən acı və ən şirin şey dildir.
Atalar sözü
İnsan başqaları ilə az, özü ilə çox danışmalıdır.
Danimarka atalar sözü
Söz götürənin, yer oturanındır.
Atalar sözü
Məftun olanların ürəyini şirin dillə əsir etmək olar.
Q.Təbrizi
Nitqin gücü az sözlə çox şey demək bacarığındadır.
Plutarx
Fəsadlı dillərdən gələn bəlalar,
Nizə zərbəsindən amansız olar.
Ə.Nəvai
Dilin bəlasıdır uzunçu olmaq,
Ariflər işidir sükuta dalmaq
Nizami
Cəbhədə qılınca, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır.
M.S.Ordubadi
Açılmamış dəfinədir hər bir canın xəzinəsi,
İnci saçan dilindədir hər insanın xəzinəsi.
M.Füzuli
Bəzən dil sıyrılmış qılınca bənzər,
Sərvaxt ol, başını bədəndən üzər
Ə.Xaqani.
296
Dil gülünc etməsin deyə insanı,
İnsan ağzı olmuş dilin zindanı.
Ə.Xaqani
Nitq ilə sövtəm, əzəldən ta əbəd həm güvvətəm.
Nəsimi
Dəmi-İsa kimi nitqin dirildir cansız əşyanı.
Nəsimi
Kəmalı, nitqi, ləfzi xoş, üzü xəndan,
Qiyami-qaməti sərvi-rəvan ölmək nə müşküldür.
Vidadi
Danışanda ölülər cana gəlir nitqindən,
Sənin hər bir sözünə çeşmeyi-heyvan dedilər.
Dostları ilə paylaş: |