284
Nazlı.
(yapma bir gülüşlə). Allah eşqinə, heç böylə padşah sarayında yaşa-
yan bir xanım da taleyindən şikayət edərmi?
Maral.
Haqqın var, Nazlı bacı! Lakin bu geniş dairə, bu müəyyən və gözəl
odalar, mənə dar və qaranlıq məzarlardan daha sıxıntılı gəlir. Uff, bəxtiyarlıq
içində ölmək, kədərlər, üzüntülər içində yaşamaqdan min qat xeyirli imiş. İki sənə
əvvəl böylə məşum, qara günü kim xatırlardı? Məsud
bir göyərçin kimi saf və
azadə yaşayırdım; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz
yerdən görücü. (kimi üstümüzü). Gəlməkdə ikən, yox olası Turxan bəy bəla
ildırımı kimi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı.
Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu.
Nazlı.
Yaradana qurban olum, hər şey onun əlində… Bir gündə insanı həm
bədbəxt edər, həm xoşbəxt.
***
Müharibə vaxtı Bakıya bomba düşmədi. Heç bircə dənəsi də düşmədi.
Deyəsən, bizdən – məhəllə uşaqlarından başqa, heç kəs buna təəssüflənmədi.
Hədər yerə gecədən xeyli keçənədək binanın damında
oturub hava hücumunu
gözləyirdik. Maşalar da, qarmaqlar da, baltalar da lövhədən asılı qaldı.
Lövhə divardan asılmışdı və orada hava hücumu vaxtı nə etmək lazım
gəldiyi göstərilmişdi. Biz onu əzbər bilirdik, amma hədər yerə. Bunlar hamısı
bütün müharibə dövründə asılı vəziyyətdə qaldı. Heç bir xeyri olmadı.
Bizim cürbəcür silahlarımız vardı. Qılıncları özümüz quraşdırırdıq, çəlləyin
ağaclarını çıxarıb, əyrisini düzəldir, dəstəyinə əski dolayırdıq
və nəticədə çox
yaxşı qılınc alınırdı. Qılıncdan başqa bizim qundaqsız tüfənglərimiz, iki mağa-
zasız tapançamız, alman dəbilqəmiz vardı. Bütün bunları biz
Salyan kazarmala-
rının yaxınlığındakı zibillikdən tapmışdıq. Orada otun üstündə cürbəcür silah-
lardan təpə vurulmuşdu, zenit toplarının lüləsi,
qumbara dəstəyi, tırtılsız tanklar
və üstündə xaç çəkilmiş iki təyyarə vardı. Danışırdılar ki, oranı yaxşı eşsək,
dəzgahlı pulemyot və ya tank əleyhinə mina da tapmaq olar. Biz çox axtardıq, an-
caq nə mina, nə də pulemyot tapdıq. Əvəzində oradan xeyli güllə, zapalsız
qumbara tapdıq. Güllələri konserv qutularına yığırdıq, zirzəmidə bu qutuları
ocağın üstünə qoyur, həyətdə oturub nə baş verəcəyini gözləyirdik.
94.
Monoloji nitqə dair verilmiş nümunələri ifadəli oxuyun.
Şəhərə gəldiyim bir il deyildi,
Sevildim inandım, sevdim, atıldım.
Ömrümün bir yolu necə əyildi,
Yanıb kül olmadım, yanıb ayıldım.
Səhvlər…. Düşünür hamı xeyrini,
Mən seçə bilmədim xeyiri şərdən.
Düz düzü gətirir, əyri əyrini,
Qorxuram yenidən səhv eləyim mən!?
285
Bəzən bircə anın yanıltısından
Bütöv bir ömrü uduzur insan!
Kimdir yıxılmayan? Məgər təkəm mən?
Bu dərdə düşənlər dünyada min-min…
İndi neyləməli? Ömrüm boyunca
Bir səhvin oduna külmü olum mən?
Bəsdir alışdığım, yandığım bunca,
Başlamaq gərəkdir ömrü təzədən.
Hələ nə görmüşəm? İyirmi bahar.
Bu yaşda ömrümü kəfənləyim mən?
Yox! Belə yaramaz!
Axar sel-sular
Kol-kosa ilişən çör-çöpün üstdən,
***
95.
Şeirdə fasilələri, məntiqi vurğulu sözləri, ifaçılıq vəzifələrini,
intonasiya
çalarlarını müəyyənləşdirin və ifadəli oxuyun.
Nə əcəb dovlət imiş seyri-şikari-Qarabağ,
Nə gozəl nemət imiş sohbəti-yari-Qarabağ.
Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ,
Abi-heyvan imiş ənhari-bukari-Qarabağ.
Govsəri-tubi imiş cayi-cinari-Qarabağ,
Aləmi-cənnət imiş dar - diyari-Qarabağ.
İmdi bildim nə imiş vəsfi həzari-Qarabağ,
Yeridir ki, cəkərəm ah və zari, Qarabağ.
Dağlayıbdır məni
bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
96. Heca vəzninin tələblərini nəzərə almaqla şərti işarələrdən istifadə edin, şeri
ifadəli oxuyun.
Aşıq oldum gene tazə
Bir nov cavanə, cavanə
Hanı bir əhli-dil yazə,
Ərzəm cananə-cananə.
Qəm əlindən getdim dadə,
Dərdimdir həddən ziyadə.
Yalvarıram, vermə badə
Zulfin Səlmanə, Səlmanə.
Cuda duşdum ellərindən,
Kəsmədim goz yollarından.
286
Zulfi-Leyla əllərindən
Gəzdim divanə-divanə.
Bilməzəm ki, ol kərəmkar,
Əfv edərmi, gunahım var.
Yalvarıram, mar kimi zar
Hərdəm yalmanə-yalmanə.
Qurdum ulfətin binasın,
Yıqdım dunyanın esasin.
Nigari, eşq səhrasın
Gəzdim mərdanə-mərdanə.
97.
Dostları ilə paylaş: