287
pulun var xərc elə, bağışla, ye, iç, ver kefə, ləzzətə, eyşü işrətə, beş gün qara
dünyanın ləzzətini apar, öləndə də dünyada bir təmənnan qalmasın və beş
adam da sənə rəhmət oxusun.
99. Bədii nağıletmənin tələblərini nəzərə almaqla nəsr əsərindən parçanın
məzmununu danışın.
İndi mən nə edim, Qəmər? Axı sən mənim sirdaşım, dar günümdə harayım
idin. Sən məni çox dardan çıxarmısan. Sən mənim urəyimdən keçənləri balaca bir
işarədən başa düşürdün. Sən quşdan ayıq və ehtiyatlı
bir atsan, Qəmər. Çox
qaranlıq gecələrdə, məndən qabaq yolda təhlükə olduğunu sən başa düşübsən.
Qulağını yapıxdırıb sakitcə dayanmısan və məni başa salmısan ki, irəli getmək
olmaz. Məndən qabaq özün
yolu dəyişmisən, Qəmər. Bir toyda, bir nişanda geri
qalmamısan, hələ indiyəcən cıdırlarda səni keçən olmayıb. Məni utandırmamısan,
həmişə başımı uca eləmisən. Neçə dəfə mən sənin yalına yatıb, «gözlərinə
qurban, Qəmər, əlac sənə qalıb» demişəm. Sən quş kimi qanad açıb məni güllənin
altından çıxarmısan. Mən səni özümə qardaş, sirdaş bilirdim, Qəmər, sən
kişnəyəndə ürəyim dağa dönürdü. Qəmər, indi mən nə edim, sənin rüsvayçılığına
necə dözüm?
100. Şeirdə fasilələrin yerini, məntiqi vurğulu sözləri müəyyənləşdirin.
Əqlimi
ey guli-xəndan,
Atdın həvayə-həvayə.
Eylədin bulbul tək əfqan,
Duşdum ah-vayə, ah-vayə.
Qeydi-zulfində, ey mahim,
Ərşə yetişibdir ahim.
Murəxxəs et, padişahim
Məni bir ayə, bir ayə.
Ləlindir omrum səfası,
Ağzındır dərdim şəfası
Ey sənəm, zulfin həvası
Əldə sərmayə, sərmayə.
Bəndi-bənd gəldim xuruşə,
Zovqi yetirdim suruşə.
Mayıl oldum cuşə-cuşə,
Ləbi həmrayə, həmrayə.
Dərsin almış rahibərdən,
288
Mushəfi-ruyi-dilbərdən.
Nigari
hərdəm əzbərdən
Oxur min ayə, min ayə.
101.
Nümunələrdə ifaçılıq vəzifəsini müəyyənləşdirin, şərti işarələrdən istifadə
etməklə ifadəli oxuyun.
Еy аnа təbiət, dе nеçün, niyə,
Gülün budаğındа tikаn bitirdin?
Bulаğın gözünü qоtur kеçiyə,
Bulаnıq suyunu cеyrаnа vеrdin?
* * *
Yаşаmаq yаnmаqdır, yаnаsаn gərək,
Həyаtın mənаsı yаlnız оndаdır.
Şаm əgər yаnmırsа, yаşаmır dеmək,
Оnun dа həyаtı yаnmаğındаdır.
* * *
Xırdа duyğulаrdаn uzаq оl, uzаq,
Böyük duyğulаrlа yаşа, kiçilmə.
Hər şеyin sоnu vаr… həyаtа düz bаx,
Gеcəni, gündüzü əbədi bilmə.
Dostları ilə paylaş: