297
Aristotel «Poetika»
XIX fəsil
…Sözlə ifadə və fikir sahəsi. Sonuncuya aid
olan ritorikaya daxil edil-
məlidir, zira o, daha çox məhz həmin bilik sahəsinə aiddir. Sözlə əldə edilə bilən
hər nə varsa, hamısı fikir sahəsinə aiddir. Bura daxildir: sübut, təkzib, daxili
aləmdə, məsələn,
mərhəmət, qorxu, qəzəb və bu kimi digər ruhi halların əmələ
gəlməsi, həmçinin böyümə və kiçiltmə. Aydındır ki, fikrin sözlə şərhində olduğu
kimi, hadisələrin şərhində də əgər həmin hadisələri cılız, yaxud dəhşətamiz,
yaxud adi göstərmək lazımdırsa, istifadə olunan
vasitələr də gərək eyni mən-
bələrdən götürülsün, fərq yalnız bundadır ki, hərəkətlər aktyor oyunundan asılı
olmayaraq da aydın və canlı olmalıdır, nitqin məzmununda olanı isə danışan
adam ifadə etməlidir və nitqin özündən asılı olmayaraq baş verən hərəkət kimi də
təzahürünü tapmalıdır…
XXII fəsil
Sözlə ifadənin məziyyəti onun aydınlığında və alçaq olmamasındadır. Ən
aydın ifadə, ədbəttə, ümumən işlənən sözlərdən ibarət olur,
lakin belə ifadə
alçaqdır. Nəcib və yıpranmamış ifadə isə qeyri-adi sözlərdən ibarət olandır.
Qeyri-adi-metafora, uzadılan sözlər və ümumən işlənən sözlərdən xaric bütün ifa-
dələrdir…
Bualo «Poeziya sənəti»
I nəğmə
…Qələmə aldığın əhvalatı həmişə incə və qəşəng bir sadəliklə nağıl etməyə
çalış. Elə et ki, bəzək-düzəksiz xoşa gələsən.
Bunun üçün şeirdə ahəngə diqqət yetir, vəzni pozma, misranı
iki yerə
bölməli olsan, elə et ki, sözlər arasındakı fasilə mənaya xələl gətirməsin, onu
daha da aydın nəzərə çatdırsın. Xüsusilə səy et və çalış ki,
sözlərdəki saitlər
dalbadal gəlib qarışmasın, ahəngi pozmasın.
Ahəngdar kəlmələrin münasib uyğunluğunu yarat ki, şeir bütünlükdə gözəl
səslənsin;
unutma ki, samitlərin kobud səslənməsi və nahamar düzülüşü ikrah
hissinə səbəb olur. Şeirdə ki fikir oldu, söz gözəlliyi olmadı,
sözlər və səslər
qulağı dəldi, belə şeiri heç kəs oxumaz və dinləmək istəməz.
…Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möhkəmcə bilin.
Dostları ilə paylaş: