Qarabağ BƏYLƏRBƏYLİYİ I fəsil: Qarabağ bəylərbəyliyi,bəylərbəyliklərin yaranması və idarə sistemi. II fəsil: Qarabağ bəylərbəyliyinin siyasi həyatı. III fəsil: Qarabağ bəylərbəyliyinin iqtisadi həyatı



Yüklə 42,75 Kb.
tarix03.02.2017
ölçüsü42,75 Kb.
#7374
QARABAĞ BƏYLƏRBƏYLİYİ

I fəsil:Qarabağ bəylərbəyliyi,bəylərbəyliklərin yaranması və idarə sistemi.

II fəsil:Qarabağ bəylərbəyliyinin siyasi həyatı.

III fəsil:Qarabağ bəylərbəyliyinin iqtisadi həyatı

Mənbə və tarixşünaslıq

XV yüzilliyin sonu,XVI yüzilliyin əvvəllərində Səfəvi dövləti Azərbaycan cəmiyyətinin mükəmməl bir siyasi təşkilatı kimi meydana çıxmışdı..Səvəvilər dövlətinin tarixinə dair əsas və ən çoxsaylı mənbələr qrupunu müxtəlif xalqların nümayəndələrinin,o cümlədən də azərbaycanləların yazdəqları farsdilli salnamələr təşkil edir.

XVI əsrdə Azərbaycanda bəylərbəyiliklər yaranma dövrü hesab olunur.XVII əsrdə 13 bəylərbəyiliyin adı çəkilir. Bunlardan biri Qarabağ bəylərbəyliyidir. Qarabağ tarixini öyrənmək üçün ən yaxşı mənbələr Səfəvi dövr mənbələridir. Bu dövr mənbələri əvvəlki dövrlərlə müqayisədə daha çox olsa da,onlar az işlənmişdi. Bu dövr mənbələri 3 yerə bölünür: 1)nəsrani mənbələr(narrativ), 2)memuar ədəbiyyatı, 3)sənədli qaynaqlar.

1)NARRATİV MƏNBƏLƏR—XVI-XVIII əsrlərin farsdilli narrativ mənbələri hələlik çox qeyri-kafi halda az öyrənilmişdi.Sədrəddin Sultan İbrahim əl-Əmini –xronoloji cəhətdən nəzərdən keçirdiyimiz dövrün ilk narrativ mənbəyinin,hicri 918(1513-1514)-ci illərə qədər gətirilib çıxarılan,I Şah İsmayIlIn yürüşlərinin tarixi olan “Fütuhat-i şahi”(“Şahın qələbələri”) adlanan əsərin müəllifidir.Əsərdə Səfəvilərin şəcərəsi,I Şah İsmayılın uşaqlıq illəri,onun hakimiyyət uğrunda mübarizəsi haqqında elmi əhəmiyyətli məlumatlar vardır.Dövrün bir sıra mənbələrində “Fütuhati-Əmini”ni adı ilə də işlənir.

Səfəvilər dövlətinin tarixinə dair salnamələr arasında indiyədək

elmdə, demək olar ki, tədqiq edilməmiş Qazi Əhməd İbrahim Quminin

“Xülasət ət-təvarix” (“Tarixlərin xülasəsi”) əsəri qeyd olunmalıdı. “Xülasət ət-təvarix” Qazi Əhmədin yeganə əsəri deyildi. Bu əsərdə dövlət aparatı,əyalət və şəhərlərdə idarə sistemi,yüksək vəzifəli şəxslər,o cümlədən vilayət bəylərbəyi, kələntərlər,darğalar,qazılar,sədrlər,şeyx-ül islamlar,möhtəsiblər barədə məlumat vardır.

Azərbaycan Səfəvi dövlətinin idarə quruluşunu öyrənmək üçün Mirzə Səmianın 1725-ci ildə yazdığı “Təzkirət əl-müluk” əsərinin xüsusi əhəmiyyəti vardır. Əsərdə verilən məlumatlardan aydın olur ki,qaynağın müəllifi dövlət təşkilatı məsələlərinə mükəmməl bələd olmuşdur. Əsərdə Azərbaycan Səfəvi dövlətinin quruluşu, orqanların statusları,məmurların səlahiyyətləri,onların ləqəb və titulları haqqında ətraflı məlumat vermişdir. “Təzkirət əl-müluk” əsərinin əlyazmalarından birinin fotoşəkli 1943-cü ildə məşhur şərqşünas V.Minorski tərəfindən Kembriç şəhərində nəşr edilmişdir. Həmin nəşrdə “Təzkirət əl-müluk” əsərinin əlyazmasının fotoşəklindən başqa, onun İngilis dilinə tərcüməsi və geniş izahı verilmişdir. V.F.Minorski “Təzkirət əl-müluk” əsərinə şərh və əlavələrində dövlət və idarə quruluşu ilə yanaşı bəylərbəyiliklərdən də qısa bəhs etmişdir. Alman alimi Röhrbörn isə Səfəvilər dövründə əyalətlərin quruluşu” adlı yazısında ilk qaynaqlara əsasən Azərbaycan bəylərbəyilikləri, onların inzibati, hərbi və iqtisadi hüquqları ilə bağlı məsələlərə də müəyyən qədər toxunmuşdur.

Səfəvi dövr idarə quruluşu haqqında ətraflı məlumat verən qaynaqlardan biri də Mirzə Rəfianın “Dəstur əl-müluk” əsəridir

Azərbaycanın mərkəzi idarələrində çalışan məmurlar, vilayət və şəhər hakimləri, dini təsisatlar barədə çox qiymətli məlumatlarla zəngin olan qaybaqlardan biri də görkəmli Azərbaycan tarixşünası İskəndər bəy Türkman Münşinin “Tarix-i aləm arayi Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarix”) adlı əsəridir. İskəndər (1560/61-1634) o dövr üçün gözəl təhsil almışdı,mahir xəttat olmuşdur.İskəndər Münşi müxtəlif hakimlərin yanında maliyyə məmuru işləmiş, I Şah Abbasın birinci vəziri Hatəmbəy Ordubadinin sayəsində yüksək mənsəbə çatmışdı. İskəndər bəy yürüşlər,səfərlər zamanı şahı müşayiət etmiş,Azərbaycanda, İraqda, İranda və digər ölkələrdə bir çox hadisələrin şahidi olmuşdu. İskəndər bəy Münşinin Azərbaycan Səfəvi dövlətinin idarə quruluşu ilə yaxından tanışlığı onun bir çox şəhərləri gəzməsi, hadisələrin əksəriyyətinin iştirakçısı və müşahidəçisi olması ilə bağlıdır. İskəndər bəy Türkmanın əsəri girişdən(müqəddimə) və iki cilddən (səhifə) ibarət olub bu dövrü öyrənmək üçün ən mühüm və əvəzedilməz mənbədir.Əsərin giriş hissəsi daha maraqlıdı.Burada İskəndər bəy Münşi Səfəvilər sülaləsinin mənşəyindən söz açır,bu sülalənin ilk dörd şahının hakimiyyət tarixini şərh edir. Müəllif bu hissəni əvvəlki tarixşünasların materialları əsasında yazsa da,müxtəlif bizim üçün naməlum olan mənbələrdən götürülmüş materiallardan da istifadə etmişdir. ”Müqəddimə”nin II İsmayıl və Məhəmməd Xudabəndənin hakimiyyət dövrlərinə həsr olunmuş bölmələri bizim üçün olduqca qiymətli mənbə hesab olunur. Çünki biz sinxron mənbələrin heç birində həmin illərin belə tam və təfsilatlı şərhinə rast gəlmirik. Digər Səfəvi dövr tarixçilərinə nisbətən İskəndər bəy Münşi kefiyyət üstünlüyü ilə fərqlənir. O, sələflərindən məlumatları sadəcə götürmür, həm də hadisələrə öz münasibətini bildirməklə onları yenidən mənalandırmağa , sistemləşdirməyə səy göstərir. İ.Münşi bəzən hadisələrin təzahürlərinə aludə olmur, onların tarixini vermir,əsas diqqətini hadisələrin mahiyyətinin açılmasına yönəldir.

MEMUAR ƏDƏBİYYATI-Azərbaycanın XVI yüzilliyin əvvəllərində mərkəzləşmiş,hərbi-siyasi baxımdan güclü, geniş ərazini əhatə edən bir dövlətə çevrilməsi, onun iqtiasdi tərəqqisi Avropanın irəlidə gedən dövlətlərinin başçıları və işgüzar adamların diqqətlərini dərhal pzünə cəlb etmişdi. Elə buna görə də XVI yüzilliyin əvvəllərindən başlayaraq Avropadan müxtəlif məqsədlərlə Azərbaycana gələn səyyahlarıı ardı-arası kəsilmirdi. Xüsusi tapşırıqlarla Azərbaycana gələn səyyahlar hesabat səpgisində yazdıqları gündəliklərində ölkənin sosial-iqtisadi həyatı maddi və mənəvi mədəniyyəti ilə yanaşı onun ən xırda məsələlərini belə nəzərdən qaçırmırdılar. Azərbaycan Səfəvi dövlətini quruluşu,vilayət və şəhərlərinin hakimləri, dini və dünyəvi vəzifələr, məhkəmə prosesi və s. barədə məlumat verən Avropalı səyyah,tacir,missionerlərinin gündəlikləri olduqca qiymətlidir.

Fransalı tacirlərdən Jan Battist Tavernye də Şərq ölkələrində səyahətləri zamanı dəfələrlə Azərbaycanda da olmuş və gündəliyində Azərbaycanın Səfəvi dövlətinin idarə quruluşu haqqında qiymətli məlumatlar vermişdir. O, şəxsi müşahidələri əsasında idarə quruluşu formasına görə Səfəvi dövlətinin tipik monarxiya olması haqqında qismən doğru nəticələr əldə etməyə müvəffəq olmuşdur.


Səfəvi dövlətinin idarəçilik forması haqqında Tavernye ilə yanaşı Adam Oliyarenin də səyahətnaməsində geniş məlumatlar vardır. Həm də Adam Oliyare Tavernyedən fərqli olaraq dövrün qərb və şərq qaynaqlarına mükəmməl bələd olduğuna görə Səfəvi dövlət idarəçiilyinin qərb dövlət sistemləri ilə müqayisəli şərhini verməyə cəhd göstərmişdir. Tavernyenin gündəliyində dövlətin idarə quruluşunun əsasını təşkil edən orqanlarla yanaşı saray təşkilatı və bu təşkilatda fəaliyyət göstərən məmurlar, onların səlahiyyət bölgüsü öz əksini tapmışdır.

Vinçentso d Alessandri Venetsiya Respublikasının I ŞahTəhmasibin sarayına təyin edilmiş səfiri idi. O, 1571-ci ildə Səfəvilərin paytaxtı Qəzvin şəhərinə gəlmiş və təxminən iki il ölkədə yaşamışdı. Qayıtdıqdan sonra o, Venetsiya hakiminə özünün Səfəvilər dövlətinə olan Səfəri barədə hesabat təqdim etmişdi. Müxtəsər olmasına baxmayaraq, Alessandrinin hesabatında I Şah Təhmasibin hakimiyyətinin son illərindəSəfəvilər dövlətinin vəziyyəti haqqında maraqlı məlumatlar və avropalının müşahidələri vardır.

Alessandri Səfəvilər sarayı , I Şah Təhmasibin şəxsiyyəti və həyat

tərzi, mərkəzi hökumət, Səfəvilərin daxili siyasəti , o cümlədən vergi

siyasəti haqqında, dövlət idarəçiliyi və inzibati quruluşu haqqında qiymətli məlumatlar verir.

Missioner Sanson 1683-cü ildə Səfəvi dövlətinə gəlmiş və səkkiz ay ölkənin bir çox sahələrində olmuşdur.

Avropa mənbələrindən bizim üçün ən faydalı olanları XVI əsrin

ikinci yarısında Azərbaycana gəlmiş “Moskva kompaniyası” adlı ingilis

30 şirkətinin agentləri olan tacir-səyahətçilərin - Antoni Cenkinsonun, Tomas Olkonun, Riçara Consonun, Artur Edvardsın, Ceffri Deketin və Xristofor Berrounun hesabatları, habelə italyanlardan Ancolellonun, naməlum tacirin, Vekyettinin qeydləridir. Bu hesabatlarda Azərbaycanın və bütün Səfəvilər dövlətinin iqtisadi vəziyyəti, o cümlədən şəhərləri, ticarəti və ticarət malları, ticarət yolları, ölkə təsərrüfatının aparıcı sahələrindən biri olan ipəkçiliyin vəziyyəti və imkanları haqqında xeyli məlumata təsadüf edilir.

Bir çox tədqiqatçılar Azərbaycan tarixinə dair apardıqları araşdırmalarda dövlət quruluşu,əyalət və şəhər idarə sisteminə yeri gəldikcə toxunmuşlar.Xüsusilə Petruşevskinin əsərlərində Azərbaycan Səfəvi dövləti idarə sistemi bağlı maraqlı qeydlər vardır.1949-cu ildə nəşr olunmuş monoqrafiyasında Səfəvilər dövründə xəlifət əl-xülafə,əmir əl-üməra institutları ilə bərabər Azərbaycan,Şirvan,Qarabağ, Çuxur-Səd bəylərbəylikləri və onların idarə quruluşu barədə də qısa məlumat verilir.

Səfəvi dövrü həm yerli, həm də xarici tarixşünaslıqda geniş öyrənilmiş mövzulardan biridir. Bu dövrlə bağlı yazan tarixçilərdən biri də Adil Baxşəliyevdi. O,özünün 2009-cu ildə yazdığı “Səfəvi dövlətinin sosial-iqtisadi həyatı və beynəlxalq əlaqələri” kitabında sosial-iqtisadi münasibətlər,Səfəvi dövlətinin daxili,xarici siyasəti, Səfəvilərin Osmanlı, Şeybani, Moğol, İngiltərə,Fransa, Rusiya,Venesiya dövlətləri ilə münasibətlərindən bəhs edir.

Zeynal Həsənəliyev “XVII əsrdə Səfəvi dövlətinin beynəlxalq əlaqələri” adlı kitabında Səfəvi dövlətinin XVII əsr siyasi hadisələrindən,mərkəzi və yerli idarə sistemindən,ordu quruculuğundan yazır. Kitab 2007-ci ildə nəşr olunmuşdu. Həmçinin əsərdə bəylərbəyiliklər, onların idarə forması,kənd təsərrüfatı,sosial həyat haqqında da məlumatlar öz əksini tapır.

Ə.Ə.Rəhmani “Azərbaycan XVI əsrin sonu-XVII əsrin əvvəlində” əsərində bəylərbəyi,valayət vəziri,kələntər,darğa barədə qısa məlumat verir. R.Məmmədov da həmçinin öz əsərində bu mövzuya toxunur.

I FƏSİL: Qarabağ bəylərbəyliyi, bəylərbəyilərin yaranması və idarə sistemi

Azərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə edirdi. Bu geniş ərazi təbii sərhədləri ilə bir-birindən ayrılan vilayətlərə bölünürdü. Ərəbistan, Luristan, Gürcüstan, Kürdüstandan ibarət 4 valiliyə və 13 bəylərbəyiliyə bölünürdü. Bəylərbəyiliklərdən birinci Qəndəhar, ikinci Şirvan, üçüncü Herat, dördüncü Azərbaycan, beşinci Çuxur-Səd, altıncı Qarabağ və Gəncə, yeddinci Astrabad, səkkizinci Fars,doqquzuncu Kirman, onuncu Mərvi Şahicahan, on birinci Qələmrov-i Əlişəkər ölkəsi (Həmədan), on ikinci Məşhəd-i müqəddəs-i müəlla, on üçüncü Darüssəltəney-i (paytaxt) Qəzvin dir.1

Araz və Kür çayları arasında yerləşən Qarabağ bəylərbəyiliyinin ərazisi Sınıq körpüyə qədər uzanırdı. Qazax, Şəmsəddinli, Zəyən, Şərur, Zəngəzur , Dərələyəz də Qarabağ bəylərbəyliyinə daxildir.Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyin ərazisini bəzən Tiflisə qədər də uzanır. 1554-cü ildən sonra Qazax və Şəmsəddin, I Şah Abbasın dövründə Zəyəm, Səfəvilərin hakimiyytinin son illərində isə Kaxetiya və Zəngəzur da Qarabağ bəylərbəyiliyinə tabe olmuşdu. Hicri 1106 (1694-cü ildə) Kəlbəli xan Ziyad oğlu Qacarın Qarabağ bəybəyliyi ilə paralel, həm də Kaxetiya hakimin təyin edilməsi, bu vaxt Kaxetiyanında Qarabağa tabe olduğunu göstərir1

Qarabağ ərazisinə həmçinin, Bərdə, Cavanşir, Bərguşad, Lori pəmbək, Arasbar-Bəyazitli, Somal-Tərgəvər daxil idi. Bərdə Tərtər çayı üzərində, Şuşanın şimalında,Gəncənin qərbində yerləşirdi. Cavanşir ərazisində Türkman qoşunları kimi tanınan Otuz-ikilər tayfası məskunlaşmışdır. Bu tayfa 32 müxtəlif qoldan ibarət olduğu üçün Otuz-ikilər adlanırdı.4Lori Pəmbəkcənubdan Kürlə birləşən Borcalı çayı sahilində yerləşirdi. Arasbar Kürün sahili mənasını verir, Beyazitli bu tayfanın adı idi. Somay Salmasın cənub qərbinə kimi uzanırdı. Tərgəvər Urmiyanın qərb hissəsi idi.5 XVI-XVII əsrlərdə bəylərbəyiliklərin ərazisi sabit qalmamış ayrı-ayrı inzibati vahidlərin ərazisi dəfələrlə dəyişmiş, şəhər hətta bütöv bir mahal bir vilayətdən alınıb başqasına verilmişdi. XVI əsrin ikinci yarısına qədər əyalətləri əmirlər idarə edirdi.

Bəylərbəyi vəzifəsi isə məhz XVI əsrin ortalarında təsis edilmişdi. Bəylərbəyilik vəzifəsinə ilk dəfə 1543-cü ildə şah Təhmasibin fərmanı ilə Herat hakimi təyin edildi.


1


1Minorskiyə görə bəylərbəyi adı ilk dəfə I Şah Abbasın dövründə işlədilmişdir.Onun fikrincə,həmin vaxta qədər Səfəvilər dövlətini hakikmlər idarə etmişlər.Həm də bu zaman o,”Tarix-i aləm aray-i Abbasi” yə əsaslanmışdır.Çünki burada əyalət başçılarının adları sadəcə olaraq hakimlər kimi çəkilir.Alessandri isə göstərir ki,I Şah Təhmasibin dövründə dövlət sultanların idarəsi altında olan 50 hissəyə bölünmüşdü.1

Petruşevskiyə görə isə Səfəvi əyalətlərində bəylərbəyi vəzifəsi Şah Abbasa qadər mövcud olmuşdur.H.Zərinazədə də bu fıkri təsdiqləyir.Halbuki, hələ XIV əsrdə bəylərbəyi istilası vəzifə kimi işlənmişdir.”Tarix-i Vəssaf” əsərində deyilir:”Bayduxan Tığaçar noyana bəylərbəyi verdi”Bundan əlavə”Təzukat-i Teymuri” əsərində Teymurun dili ilə deyilir:”Əmr etdim ki,313 nəfərdən 4 nəfər bəylərbəyi və 1 nəfər əmir-ül-üməra olsun” göründüyü kimi,Səfəvilərə qədər Elxanilər və Teymurilər dövlətlərində bəylərbəyi istilahı işlənmişdir.Qaraqoyunlu,Ağqoyunlu və I İsmayılın hakimiyyəti dövründə bu istilaha təsadüf edilməmişdi.Şah Təhmasibin hakimiyyyətinin ilk dövrlərindən başlayaraq artıq əyalət hakimləri bəylərbəyi rütbəsi daşımaqdadırlar.2Bəylərbəyilər şahın fərmanı ilə bu vəzifəyə təyin olunur, onlara “Xan” titulu verilir, eyni zamanda onlara bayraq və təbil təqdim olunurdu. “Xan” titulunun verilməsi müvəqqəti xarakter daşımırdı. Bir dəfə verildikdən sonra bu titul sahibinin mənsub oldugu tayfa həmin titulun sahibi olaraq nasildən-nəsilə ötürür və irsən onun sahibi olurlar. Petro dello Valle yazır: Elə nəsil var ki, 200 ildir titulu daşıyır. Bəylərbəylərə çoxlu torpaqlar tiyul verilirdi.Tiyulun maliyyə işləri ilə bilavasitə bəylərbəyi özü məşğul olurdu,lakin onlar vəzifədən azad edildikdə tiyul əllərindən alınırdı.

Buna görə də əhali onları “Ərbab” adlandırır.1 Bəylərbəyilər içərisində sərhəd əyalətlərinə təyin olunan bəylərbəyilərə “əmr əl-üməra” hərbi rütbəsi verilirdi.Həm də I Təhmasib hakimiyyətinin ilk illərinə qədər bəylərbəyiliyə nisbətən “əmir- ul-uməra” termini daha geniş şəkildə işlənməkdə idi.Əslində “bəylərbəyi” və “əmir-ul-uməra” adlarını XVI-XVII əsr müəllifləri yanaşı işlətmişdilər.2

Məhz həmin dövrdən başlayaraq “Xan”, “Sultan” və “Bəy” titulları daşıyan bəylərbəyilərin hüquq və səlahiyyətləri arasında fərq qoyulur. Belə ki, səlahiyyət vilayətlərinin bəylərbəyi həm də ordu komandiri vəzifəsinin daşıdığı üçün digər əyalətlərdiki “Xan”,”Sultan” titulu daşıyan bəylərbəyidən daha yüksək imtiyazlara malik idi. Ilk Səfəvilər dövründə və sonralar da bəylərbəyilər feodal əyanları olan Qızılbaş tayfa başçıları və şəhzadələrin arasından təyin edilirdi. Bəylərbəyilər nə qədər müstəqil olsalarda, şah tərəfindən əyalətlərə maliyyə məmurları, vəzirlər təyin edilərkən onların fikri soruşulmurdu.

Şarden yazır ki,xanlar hakimlik etdikləri vilayıtlərdə kiçik padşahalr olub.Onların da şah kimi qəsri,sarayı və mühasibat divanı vardı.Ancaq onların arasındakı fərq xanın eli və gəlirinin şahın idarə etdiyi ölkənin əhalisi və gəlirindən çox az olmasında idi.Vilayətdə xandan sonra başqa hakimlər də vardı ki,onlar xana tabe idilər.

Həmin məmurlar bəylərbəyinin fəaliyyəti üzərində bir növ şahın nəzarətçiləri hesab olunur və mərkəzi hakimiyyət əyalətlərdə fəaliyyət göstərən həmin məmurlar vasitəsi ilə bəylərbəyilər və yerli məmurlar üzərində nəzarəti həyata kecirirdi.Bəylərbəyilər şah sarayın nümunəsindı yaradılmış saraya və vassallara malik idilər. Onların sarayında süfraçı başı, şərabçı başı, anbardar başı, miraxur, mirşikar və buludçu başı kimi vəzifə ştatları var idi. Bəylərbəyilər o qədər müstəqil idilər ki, onlar ancaq şahdan qorxur onun qarşısında hesabat verirdilər.

Qedrətli qızılbaş əyanlarının nümüyəndələri bəylərbəyi,əmir-əl-üməra və hakim sifətilə valayətləri irsi olaraq idarə edirdilər.Məsələn,Qarabağ və Astrabadı qacar tayfasından olan iki nəslin əmirləri idarə edirdi.1

Bəylərbəyilər tabeliyində olan əyalətə öz şəxsi ərazisi kimi baxırdılar. Onlar hökmdar olduqları əyalətin bütün mülki, maliyyə, inzibati və hərbi işlərinə rəhbərlik edir və çox vaxt əyalət daxilində bütün məsələləri müstəqil həll edirdilər. Hakim olduqları əyalət əhalisindən öz məmurları vasitəsilə vergiləri toplayır, onun müəyyən hissəsini dövlət xəzinəsinə verdikdən sonra yerdə qalan vəsaiti müstəqil xərcləyirdilər. Onlar başçılıq etdiyi ərazidən 3000 nəfərlik ordu toplayır onun paltar, yemək, silah və atlı təminatını yerli bütcə hesabına ödəyirdi. Müharibə vaxtı isə bəylərbəyi özü başda olmaqla tabeliyində olan ordu hissəsini cəbhaya aparmalı idi.I Şah Abbas hakimiyyətə keçdikdən sonra bəylərbəyilərin səlahiyyətlərini nisbətən məhdudlaşdırdı. Petro Della Valye yazır: Xanlara məxsus ərazi, torpaq, kənd ata öldükdən sonra oğluna çatırdı. Qanuna görə, xan öldükdə, onun daşınar və daşınmaz mallarının siyahısını vərəsələri tutub, şaha təqdim edirdilər. Şah bəyəndiyi şeyləri götürüb, qalığını vərəsəyə qaytarırdı”Bəylərbəyi və əyalət hakimləri məhkəmə işlərinə nəzarət funksiyasınıda həyata keçirirdilər. Bəylərbəyilər əyalət daxilindəki karvan yollarının təhlükəsizliyinə görə məsuliyyət daşıyırdılar. Oğurlanmış ticarət malları müəyyən olunmuş müddətə tapılmadıqda, hakim həmin malın əvəzini şəxsən özü mal sahibinə ödəməli idi.Bəylərbəyilərin malik olduqları səlahiyyətləri öz əllərində saxlamasında onların tayfa başçıları arasından seçilməsi vətəyin edilməsinin də böyük rolu var idi.Çünki bəylərbəyi hökmran olduğu əyalətdə başçılıq etdiyi qızılbaş oymaqlarına və tayfalarına arxalanırdı.Həm də İslam dininə əsasən,tayfa üzvləri öz tayfa başçıların sözsüz itaət edib,onun əmirlərini yerinə yetirməli idi.Bu,şərq ölkələrinə məxsus bir adət-ənənə idi.



Əyalətlərdə cinayətə aid olan məsələlərdə də bəylərbəyi səlahiyyətli idi.Samson yazır ki,əyalətlərdə hökmranlıq edən xanlar cinayət məhkəməsinin sədri hesab olunurdu.Xacəki İsfahaninin qetdlərinə görə Qarabağ əyalətində “ehdase ərbe” I Təhmasib bəylərbəyi Şahverdi Sultan Ziyad oğluna tapşırmışdı.

Əyalətlərdə yolların təhlükəsizliyini qorumaq sahəsində də bəylərbəyi məsuliyyət daşıyırdı.1501-ci ildən 1578-ci ilə qədər yolların qorunması yaxşı qurulmuşdur.Quminin yazısına görə,yollar o qədər təhlükəsiz idi ki,hər yerdə tacirlər və yolçular rahat və əziyyətsiz səfərə çıxardılar .Yollarda oğurlanmış mallar müəyyən olunmuş vaxt ərzində tapılıb sahibinə çatdırılmalı idi,əualət bəylərbəyi oğurlanmış malı vaxtında tapmadıqda onun dəyərini sahibinə ödəməli idi.1

Qaynaqlarda Səfəvilərin hakimiyyətinin ilk illərində Qarabağda Qacarlardan Göyçə Sultanın bəylərbiyi oldoğu göstərilir.I Şah Təhmasib(4524-1576) isə Qarabağa Kəmaləddin Şahverdi Sultan Ziyadoğlu Qacarı bəylərbəyi təyin edir.Ata yurdu Qarabağa bəylərbəyi təyin olunan Şahverdi Sultan Qacarın Ziyadlı oymağından idi.İskəndər bəy Türkman yazır ki,Şah Təhmasib yaxınlıqlarına görə Kəmaləddin Şahverdi Sultan Ziyad oğlu Qacara qardaş-mühasib deyirdi.Hərbi yürüşlərdə göstərdiyi qəhrəmanlıqlara görəI Şah Təhmasib Şahverdi Sultandan sonra onun bəylərbəyi olacaq bütün varislərini “mühasib” adlanması və bu ifadənin Qarabağa aid bütün fərmanlarda başçının adından sonra yazılması barədə göstəriş vermişdi.1568-ci ildə Kəmaləddin Şahverdi Sultan Ziyad oğlu Qacar vəfat etdi.Yerinə oğlu İbrahim Sultan bəylərbəyi oldu.Qarabağda yaşamış Fəzli İsfahani adlı tarixçi 1570-1571-ci ildə baş verən hadisələrdən danışarkən Qarabağa İbrahim Sultandan sonra Kəmaləddin Şahverdi Sultan Ziyad oğlu Qacarın digər oğlu Yusif xəlifənin bəylərbəyi göndərdiyini yazır.II Şah İsmayıl (1576-1578) isə Qarabağ əmir əl- üməralığını Yusif xəlifə Ziyad oğlundan alıb,onun əmisi oğlu Peykər Sultan Qacara vermişdir.Peykər Sultan Yusif xəlifənin Heydər Mirzə ilə yaxınlığını bilir və hesab edirdi ki,onu öldürsə,II Şah İsmayılın yanında nüfuzu,şöhrəti artacaq.O,bu məqsədlə fürsətdən istifadə edib Yusif xəlifəni hamamda öldürtdü.Hətta bununla kifayətlənməyərək onun anası və qardaşını da qətlə yetirdilər.Ancaq bu hadisə II Şah İsmayılın xpşuna gəlmədi.Peykər Sultanı Qarabağ bəylərbəyliyindən azad edib,yerinə İmamqulu xan Qacarı bəylərbəyi yəyin etdi.Doğma ata-baba yurdunu, Qarabağı qeyrətlə qoruyan İmamqulu xan Qacar 1588-ci ildə Gəncədə vəfat edir.Kəmaləddin Şahverdi xan Ziyad oğlu Qacarın nəvəsi Məhəmməd xan(Xəlil xanın oğlu) Qarabağa bəylərbəyi göndərilir .Məhəmməd xan Qacarı oğlu Murtuzaqulu xan Qacar əvəz edir.Murtuzaqulu xanın vəfatından sonra isə onun əmisi oğlu Uğurlu xan 1664-cü ildə Qarabağ bəylərbəyi oldu.Qarabağda çox möhkəm hərbi qüvvəyə malik olan Ziyad oğulların hakimiyyəti irsi idi.Ancaq bəylərbəyilərin hakimiyyətinin irsi olmasına baxmayaraq,onların üzərində mərkəzi dövlət aparatının möhkəm nəzarəti vardı.Dövlət bəylərbəyini öz tabeliyində saxlamaq üçün onların öhəsində olan qoşunlarının sayını şah qoşununun sayından həmişə az olmasına çalışırdı.Digər tərəfdən bəylərbəyinin özünə də artıq qoşun saxlamaq sərfəli deyildi.Çünki qoşunun bütün xərci onun öhdəsinə düşürdü.Qarabağ vilayəti timsalında bir məsələ də aydın olur ki,I Şah Abbas və ondan sonra hakimiyyət başına keçən Səvəfi hökmdarlar vilayətdə sakin olan Qızılbaş tayfa ağsaqqalları və əmirləri ilə həmişə hesablaşırdılar.

1588-1593-cü illərdə “Gəncə- Tahrir Dəftəri “ yazıldı. Sərdar Fərhad Paşa İmamzadə Məhəmməd Əfəndini Gəncə-Qarabağ Tahrir Dəftərinin yazılmasına məmur etdi.Başlanğıcı və axırı(1588-1593) İmamzadə Məhəmməd Əfəndinin rəhbərliyinə nəsib olan “Gəncə-Qarabağ Tahrir Dəftəri”beş maliyyə məmurunun səyi ilə hazırlanmışdı.III Sultan Mehmedin Tuğra(imza)sı çəkilmişdir.Osmanlıların “Gəncə-Qarabağ” Tahrir(Sayım) Dəftəri aşağıdakı həqiqətləri ortaya çıxarır:

1.Qarabağ tamamilə Türk ulusu ilə məskunlaşəb.

2.Qarabağda Türk adət-ənənələri hakimdir.Hər el,obada qədim Oğuzlara uyğun siniflər vardır.

3.Türkiyə dövtəti xalqının öz kökündən gördüyü Azərbayacnı,xüsusilə Qarabağı bir Anadolu bölgəsi qəbul edərək eyni tərəziyə qoymaqdadır.Gəncə-Qarabağın digər Türk bölgələrindən fərqlənmədiyini,eyni həyat şərtlərinin qurulmasına çalışdığını ortaya çıxarır.

4.Savaşın ağırlıqlarını xalqa yükləməyərək bölgənin iqtisadi inkişafınına əhəmiyyət qazandırmaqdadır.

5.Türk və Müsəlman Azərbaycan xalqının rifahı,rahatlığı və yaxşı yaşayış şərtlərinə sahib olması üçün çalışmaqdadır.Hər ildə dəftər hazırlanarkən türk olduqlarına geniş yer verildiyi halda mənsəb ayrılığına qəti sürətdə yol verilməmişdir.

Şah Abbas dövründə bölgələrdə Osmanlı idarə sistemini çox da dəyişdirmədi.Bəylərbəylikilər bölgələr halına gətirildi.Başına məliklər,minbaşılar.yüzbaşılar.sultanlar,naiblər,qorçubaşı və s. qoyuldu.Türkiyə ilə İran savaşlarında fərqlənənlərə “Məlik” ünvanı verildi.



II FƏSİL

Qarabağ bəylərbəyliyinin siyasi həyatı

Qarabağ Ağqoyunlu dövründə olduqca inkişaf etmiş,həyatını musiqi,şənlik,varlıq içırisində keçirmişdir.Qarabağ yarım əsrə yaxın Ağqoyunlu sülaləsinə mənsub hökmdarlara qışlaq olmuşdur.Şah İsmayılın bababı Cüneyd 1459-cu ildə Şirvan üzərinə olan səfərindən dönərkən burada qaldı.Onun oğlu Heydərin (1488) səfəri üçün topladığı qüvvənin mühüm bir qismini Qarabağ müridləri təşkil edirdi.1

Qarabağ Osmanlı-Səfəvi arasında gedən savaşların bir növ meydanı olmuşdu.1514-cü ildə Çaldıran savaşında(23.8.1514) zəfər qazanan Yavuz Sultan Səlim(1512-1520) heç bir müqavimət görmədən Təbrizə girdi.Yavuz 9 gün Təbrizdə qald;,oradan Qarabağa hərəkət etdi(22.9.1514).Qışı Qarabağda keçirmək niyyətində idi,burada ordusunu yenidən toplayıb Türküstana yürüş edəcəkdi.

Qanuni Sultan Süleyman(1520-1566) İran üzərinə üç böyük səfər etdi.İlk səfəri zamanı Ərzurum,Qars üzərindən Rəvan,Naxçıvan və Qarabağı aldıqdan sonra(28.9.1534) Tebrizə gedir.İkinci səfərdə Hünkar,Araz boyunca Revan və Naxçıvanı alaraq Qarabağa girdi.Qarabağ/Gəncə bəylərbəyi Qacarlı Ziyad –Xan Oğlu Şahverdi Sultan idi. 25.7.1554 günü Osmanlı ordusu Qanuninin başçılığı altında Qarabağa girdi.Gəncə/Qarabağ bəylərbəyi İmamqulu Xan Osmanlının qarşısında durmağa cəsarət etmədi.Qanuni dörd gün Qarabağda qaldı.Sonra Naxçıvana hərəkət etdi.Təhmasib Qanuniyə sülh müqaviləsi bağlanması üçün elçi göndərir.1.6.1555 Amasya müqaviləsi bağlanır.İrəvan,Naxçıvan,Təbriz,İraq(Bağdad) Osmanlıda qalır.Gəncə,Qarabağ İranlılarda qalır.



1.10.1588-ci ildə Osmanlılar Qarabağı ilhaq etdilər.Bu zaman Kürün sağındaki Sarıqamışa çatanda bütün Aran(Qarabağ) Türkiyənin bir parçası oldu.Yerli əhalidən Qacarlı,Şahsevən tayafaları Osmanlı axınlarından qorxaraq Qarabağı tərk etdilər.Bütün gözəlliiklərə sahib Gəncə şəhəri əyalət mərkəzi oldu.Partaloğlu Mustafa bəy vali təyin olundu.1588-1593-cü illərdə “Gəncə-Tahrir(Sayım) Dəftəri” yazıldı.Qarabağın mərkəzi Gəncə olduğundan əyalətə Gəncə/Qaraabğ ünvanı verildi.2 1578-1590-cı il savaşlarının sonunda Osmanlı dövləti Gürcüstan,Dağıstan(Şirvan.Aran/Gəncə-Qarabağ,Təbriz),bütün Azərbaycan və Xəzər dənizinə yiyələndi.Tutduqları hər ərazidə öz idarəçilyini quran Osmanlı dövləti Qafqazda da bu planı həyata keçirdi. 1578-1590-cı il savaşlarından sonra Qafqaz da böyük əyalətlərə bölünərək Anadolu Bəylərbəyliyinə tabe edildi.Gəncə qalası da”Gəncə-Qarabağ əyaləti”nin mərkəzi oldu.İlk olaraq Partaloğlu Mustafa bəy bu əyalətin bəylərbəyi oldu.Sonra da Sohumlu Çərkəz (Apkaz) Heydər və Həsən Paşanın adı çəkilir.Gəncəni fəth edən Fərhad Paşa elə o zaman qala inşa etdirdi.37 gündə tamamlanan qalanın hündürlüyü 20,sahəsi 3800 zira idi(1 zira=75-90sm).

1603-1612-ci il müharibəsində Səfəvilər torpaqlarını Osmanlıadn azad etməyə başladı.Səfəvi ordusu Gəncə qalası önündə göründü.Aylarca davam edən mühasirəyə tab gətirməyən qala 6.7.1606-da təslim oldu.Bununla da Türkiyənin çox önəm verdiyi “Gəncə-Qarabağ əyaləti” əldən çıxmış oldu.I Şah Abbas Gəncə qalasını dağıtdırdı.Sonradan bu günə gələn Gəncə qalasını bir az irəlidə inşa etdirdi.20.11.1612-ci ildə İstanbul sülhü bağlanır.Rəvan,Naxçıvan,Gəncə,Qarabağ,Urmiyə,Təbriz Türkiyə torpaqlarından qoparaq İran hakimiyyətinə keçdi.1578-1590-cı il savaşlarında qazanılan 570.000km2 lik Qafqazan 400km2 ərazi itirildi.

Osmanlı-Səfəvi savaşları başlayanda(1603) səkkiz Qacar oymağı Rəvan və Qarabağa hücum edən Səfəvilərdən ayrılıb Osmanlı ifdarəsindəki yerlərə köçdülər.Bu vaxt Qarabağın fəthinə Hüseyn xan qoşuldu.Osmanlı hakimiyyətindəki Qacarlıların çoxu Hüseyn xana qoşuldu.Çox şiddətli qarşılaşmalarla 1606-cı ildə Qarabağı aldılar.O.Qarabağda gedən son döyüşlərdə qətiyyətsizlik göstərdiyinə görə Qarabağ əhalisinin gözündən düşür.Qarabağ valiliyi yenə Ziyadoğlularından Xəlil Xan oğlu Məhəmməd xana verildi.İlk Qarabağ valisi Məhəmməd xan gürcülərlə savaşda öldürüldü.Onun yerinə Ziyadoğullarından Məhəmməd Qulu xana rast gəlinir.Gürcüstan valisi 1627-ci ildə şahlığa qarşı çıxarkən Məhəmməd Qulu xanın səhlənkarlığında istifadə edib Qarabağa qoşun yeridərək yerli əhaliyə xeyli zaayn vurdu.Şah dərhal Məhəmməd Qulu xanın əvəzinə Qarabağa Allahverdi xanın oğlu Davud xanı bəylərbəyi təyin edir.

I Şah Abbas əslində fürsətdən istifsdə edərək Qarabağı da Qacarların irsi hakimiyyətlərini ləğv etmək istəyirdi.Ancaq onların irsi idarə hüquqlarına son qoymaq baş tutmurdu.Davud xan Qızılbaş olmadığına görə nə Qarabağın yerli əhalisinə araxalaan,nə də burada özünə möhkəm hərbi dayaq yarada bilmədi.O,Gürcüstan valisi ilə yaxınlaşdı.Gürcüstan valisi bu əlaqədən istifadə edərək Qarabağa qarətçilik yürüşləri edirdi.Bu işlərdən xəbərdar olan Şah Səfi (1629-1642) Məhəmməd Qulu xan Qacarı 1631-ci ildə yenidən Qarabağa bəylərbəyi təyin etdi.Beləliklə də,qısa fasilədən sonra Qacarların irsi idarə hüquqları yenıdın bərpa olundu.Davud xan Osmanlı Dövlətinə qaçdı və orada öldürüldü.

Məhəmməd Qulu xan Qacar Qarabağ və qonşu bəylərbəyliklərin də qorunmasında çox böyük igidliklər göstərirdi.1635-ci ilin avqust ayından 1636-cı ilin aprel ayına qədər Çuxur-Səddə Osmanlı qoşunlarına qarşı döyüşlərdə olduğu zaman onu Qarabağda oğlu Murtuzaqulu xan əvəz edirdi.Murtuzaqulu xanın vəfatından sonra isə onun əmisi oğlu Uğurlu xan 1664-cü ildə Qarabağ bəylərbəyi oldu.1614-1639-cu il müharibəsi zamanı Qarabağda Osmanlı hakimiyyəti 7 ay,24 davam etmişdi.Müharibənin nəticəsi olaraq bağlanan 17 may 1639-cu il Qəsr-i Şirin sülh müqaviləsinə görə 1)Rəvan,Gəncə-Qarabağ əyalətləri İranda qalır,2)Bağdad,Çıldır,Ahıska,Ahılkələk,Borçalı Türkiyəyə qaldı.Artıq Gəncə-Qarabağ rəsmi şəkildə İranda qaldı/

III FƏSİL

Qarabağ bəylərbəyliyinin sosial- iqtisadi həyatı

Oğuzlarla bağlı Alpout, Ayrım,Əfşar,Bayandur, Bəydili,Bayat, Dondarlı, Düyərli,Təklə,Qırxqız(Qırzquz) kimi toponim və etnonimlərlə dolu olan bəylərbəyliyi ulu babalarımızın Qarabağ adlandırması təsadüfi deyildir.Azərbaycan tarixçisi İsgəndər bəy Münşi(1560-1634) özünün məşhur “Tarix-i aləm aray-i Abbasi” əsərində yazır ki,Qarabağ axar-baxarlı yaylaqları,qışlaqları olan,hər yeri yaşıllıqla örtülü,təmiz havalı yerdir.Qacarlar və onlara doğma olan digər türk elləri orada gözəl bağlar-baxçalar salmışdılar.

Əvvəlki yüzilliklərdə olduğu kimi,Səfəvilərin də vaxtında XVI-XVII yüzilliklərdə Qarabağda Qacar,Qaramanlı,Baharlı tayfaları,Zülqədər elinin Şəmsəddinli obası,onlarla qaynayıb qarışmış Qazaxlar,Otuziki və İyirmidörd oymaqları əkinçiliklə,heyvandarlıqla məşğul olurdular.Otuziki obadan meydana gəldiyi üçün bu adla anılan böyük Türkmən topluluğu Qarabağın qədim sakinləri olub,Tərəkəmə deyilən türklər də yerli əhali idi. Otuzikinin Qarabağda Müqəddəm,Cavanşir, Əhmədli,Qaraqoyunlu, Göycəli(Göyçəli), Ozan kimi obaları məlumdur. Adları çəkilən tayfa və obalarla bağlı toponim və etnonimlərin izlərinə hal-hazırda da Qarabağın bütün rayonlarında rast gəlinir.

XVI-XVII yüzillərdə Səfəvi məmləkətində yerli bazarların təşəkkülü prosesi yüksək səviyyəyə çatmışdı.Şəhərlərin çoxu geniş vilayətlərin iqtisadi mərkəzlərinə çevrilmiş,onların ən böyükəri bütün ölkə miqyasında xüsusi əhəmiyyət kəsb edərək xarici və tranzit ticarətdə əsas rol oynayırdı.Daxili ticarət əsasən şəhər bazarlarında cəmlənmişdi.Araz çayı kənarındakı Qarabağ şəhərində 600 dükan olduğunu yazmışdır.

XVI-XVII əsrlərdə Qarabağda Qacarların geniş qışlaq və yaylaqları var idi.Qarabağ bəylərbəyiliyi ərazisində bəslənən “Qarabağ atı” yaxşı bəslənilirdi və savaşlarda çox sürətli qaçırdı.Həmçinin Dağlıq Qarabağda sürü-sürü qoyunlar,seçilmiş heyvanlar vardı.Bunlar da Osmanlı idarəçiliyi dövründə Türk xalqının yeganə gəlir qaynağı idi.1Qarabağda ipəkböcəyi yetişdirilirdi.”Kənar” adlı ipək olduqca məşhur idi.Qarabağın “Şerbafi” ipəyi də zərifdi.Dünya ticarətində yerini alan hər iki növ dəyərliydi.Burada ildə 12000 batman(təqribən 96000 kq) ipək əldə edilirdi.Qarabağ həm də toxunan qiymətli xalçaları ilə şöhrət qazanmışdı.

Osmanlılar ticarətə də əhəmiyyət veriridilər.Qarabağdan ələdə edilən ya da Qarabağa gətirilən malların təhlükəsizliyi üçün ticarət yolları üzərində karvansaraylar qurulmuşdu.Bundan əlavə Gəncədə Qapalı çarşı(Bədəstan) açılaraq hər ölkədən gələn tacirlərin işi asanlaşdırılmışdı.İstanbuldan gətirilən bakır 18-20%,gümüş 14-15%,qızıl isə 20% karla satılırdı.Bundan əlavə Gəncədə Qapalı çarşı(Bədəstan) açılaraq hər ölkədən gələn tacirlərin işi asanlaşdırılmışdı.İstanbuldan gətirilən bakır 18-20%,gümüş 14-15%,qızıl isə 20% karla satılırdı.1

XVI-XVIII yüzilliklərdə tacir və sənətkarlar şəhər əhalisinin mütləq əksəriyyətini təşkil edir və müxtəlif vergilər ödəyir,mükəlləfiyyətlər yerinə yetirirdilər.Bu dövrdə təxminən 45 vergi və mükəlləfiyyət mövcud olmuşdu:tamğa,bac,boniçə,təyin,rəsme daruğəgi,qapıçılıq,şikari,ələfə,ülufə,ulam,ixracat,çərik,novruzi,üşr,salami,çobanbəyi və s.2İlk Səfəvilərin vergi siyasətini öyrənmək baxımından Bakı şəhərinin qala hissəsindəki epiqrafik abidə böyük əhəmiyyət kəsb edir.Bu,Şah Təhmasibin mətni farsca olan,daş üzərində həkk olunmuş və Cümə məscidi minarəsinin özülünə qoyulmuş fərmanıdır.Hicri 964(1556-1557)-cü il tarixli fərmanda dövlətin bütün vilayətlərində vergilərin azaldığını bildirir.3Alessandriyə görə I Təhmasibin hakimiyyətinin son illərində torpaq vergisi məhsulun 1/6 hissəsinə bərabər idi.Şah hökuməti tez-tez xəracı və digər vergiləri ləğv etməyə,yaxud azaltmağa məcbur olurdu.Əvəzində isə bir neçə il keçdikdən sonra şah adətən əvvəlki illərdə alınmamış vergi bprclarını da dərhal ödəməyi tələb edirdi ki,bu da kütləvi dilənçiliyə gətirib çıxarırdı.Əvəzində isə bir neçə il keçdikdən sonra şah adətən əvvəlki illərdə alınmamış vergi bprclarını da dərhal ödəməyi tələb edirdi ki,bu da kütləvi dilənçiliyə gətirib çıxarırdı.İ.Petruşevskinin yazdığına görə XVII əsrdə Azərbaycanın müxtəlif rayonlarında malcəhət ümumi məhsulun 1/5-dən 1/3-nə qədərini təşkil edirdi.Şarden yazırdı ki,rüsum XVII əsrin sonlarında məhsulun 1/10-dən 1/20-i qədərini təşkil edirdi.

XVI-XVII əsrlərdə Gəncə şəhəri Qarabağ bəylərbəyliyinin mərkəzi,inkişaf etmiş şəhərlərdən biri idi.Ö.Çələbi şəhərdə 6000 evin olduğunu yazırdı.Kornelli de Brüin 1703-ci ildə Gəncəni Şamaxı ilə müqayisə edərək qeyd edirdi ki,Gəncə 4 dəfə Şamaxıdan böyükdür,orada əksəriyyəti iki mərtəbəli olan daş binalar,yaraşıqlı küçələr,bazarlar,karvansaralar,qubernatorun böyük və əzəmətli sarayı vardır.Bu şəhər İranın ən mühüm mərkəzlərindən biridir.

Əvvəlki dövrlərdə olduğu kimi bu dövrdə dətorpaq sahibliyinin beş əsas növü vardı:

1.Dövlət torpaqları(xəzinə torpaqları)-əraziyi divan;

2.Hakim sülalənin şəxsi mülkləri-əraziyi xassə;

3.Müsəlman ruhani idarələrinə vəsiyyət edilmiş torpaqlar-əraziyi məuquf(vəqflər);

4.Xüsusi mülkiyyətdə olan olan torpaqlar-mülklər;

5.Kənd icmalarının mülkiyyəti olan torpaqlar-camaatideh.

Rafael dü Man qeyd edirdi ki,bu torpaq mülkiyyətləri arasında iki əsas forma –divan və xassə mülkləri üstünlük təşkil edir.Divandan əldə edilən gəlir dövlət xərclərinin ödənilməsinə yönəldilirdi,xassə torpaqları əgər şaha məxsus idisə,xəzinəyə verilir və ya onun göstərişi ilə xərclənirdi,şah ailə üzvlərinin xassə torpaqlarından gəliri onların özünə məsrəf olunurdu.

Istifadə olunmuş ədəbiyyat siyahısı



1..Həsənəliyev Z. XVII əsrdə Səfəvi dövlətinin beynəlxalq əlaqələri,Bakı,2007

2..Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti,Bakı,2007

3.Baxşəliyev A. Səfəvi dövlətinin sosial-iqtisadi həyatı və beynəlxalq əlaqələri,Bakı,2009

4. ONK Nizamettin Azərbayacan Qarabağ tarixi,İstanbul,1997

5. Bayamlı Z. Azərbayacn Səfəvilər dövlətinin inzibati quruluşu və idarə sistemi,Bakı,2006

6. Cəfərli N. Səfəvilər dövləti:hakimiyyət və idarəçilik orqanları.Bakı,2000

7. 1 Bayramov Z. Azərbaycan bəylərbəyilikləri və onun statusu məqaləsi,Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri,Tarix,Fəlsəfə və hüquq seriyası,1984,N4

8. Bayramlı Z. Azərbayacn Səfəvi dövlətinin idarə quruluşunun bəzi məsələləri Tavernyenin S əyahətnaməsində məqaləsi ,Bakı Universitetinin xəbərləri,Humanitar elmlər seriyası N 1,2004




Yüklə 42,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin