Necə mehribandır, qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi!
II
Lahıc da, ləzgi də, tat da, talış da,
Kürd, udin, rutul da var-dövlətimdir.
Azərbaycanımın qucaqladığı,
Bağrına basdığı can sərvətimdir.
Fəxrim, qol-qanadım, şan-şöhrətimdir.
47. Mətnin oxusunda tonun yüksəlib alçaldığı məqamları müəyyənləşdirib şərti
işarə ilə göstərin.
Mən aşığam, qara bağ,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmır Qarabağ...
48. Mətnin ifadəli oxu xüsusiyyətlərini izah edin.
Hər kimsənin var kimsəsi,
Mən kimsənin yox kimsəsi…
Ey kimsəsizlər kimsəsi,
Mən kimsənin ol kimsəsi…
49. Şeirdəki məntiqi vurğulu sözləri şərti işarə ilə göstərin, oxuda hansı
vasitələrlə fərqləndirməyin məqsədəuyğun olduğunu izah edin.
266
- Kimdir ən böyük şair?
- Mənim babm Nizami.
- Ən qəhrəman sənətkar?
- İmadəddin Nəsimi.
- İldırım sürətli at?
- Koroğlunun qıratı.
- Qısa, qaynar bir həyat?
- Cabbarlının həyatı.
- Dünyada ən gözəl səs?
- Xanın , Bülbülün səsi.
- Ən doğma, gözəl ölkə?
- Azərbaycan ölkəsi.
50. Mətnin oxusunda melodikliyi təmin edən vasitələri aydınlaşdırın.
Könül, zəmanədən ehsan gözləmə,
Dövran gərdişindən səhman gözləmə,
Sən dərman axtarsan, artacaq dərdin
Döz acı dərdinə, dərman gözləmə.
51. İfaçılıq təhlilinin tələblərini tətbiq etməklə mətnin ifadəli oxusuna hazırlaşın.
Mən torpağam, məni atəş yandırmaz-
Tərkibimdə kömürüm var, külüm var.
Mən baharam, çəmən-çəmən
Çiçəyim var, gülüm var.
Mən küləyəm, əsməsəm
Kim bilir ki, mən varam?
Mən buludam səhraları susuz görüb
Ağlaram.
Mən ürəyəm döyünməsəm
Ölərəm.
Mən insanam, sadə insan əlimin
Yaratdığı nemətlərlə öyünməsəm, - ölərəm.
Mən işəğam – qaranlığın qənimi.
Mən insanam, daşıyıram qəlbimdə
Dünyaların sevincini, qəmini.
52. Aşağıdakı mətnin oxusunda ünsiyyətin hansı formasından istifadə etmək
məqsədəuyğundur?
Axan çaylar sən kiminsən? – Mənə körpü salanın,
Doğan günəş, sən kiminsən?- Məndən işıq alanın.
Sonsuz fəza, sən kiminsən? – Məndə qanad çalanın,
Həyat, söylə sən kiminsən? –Mən həyatı öyrənənin, bacarırnın, alanın.
267
53.Aşağıdakı cümlədə səsin hərəkət sxemini (melodikliyi) müəyyənləşdirin.
Dağa dersəm eşidər sonra verər əks-səda
Daşa dönmüşlərə əks eyləmədi fəryadım.
54. Aşağıdakı nümunənin mətnaltı mənasını, oxuda həyata keçirilməli olan
vəzifəni (ifaçılıq vəzifəsini) müəyyənləşdirib müvafiq qaydada yazın. Oxuda
intonasiyanın almalı olduğu çalarları aydınlaşdırıb qeyd edin.
Bir kəndli məhkəməyə çəkərək bir Qoyunu,
Cinayət eləməkdə təqsirləndirirdi onu.
Məhkəmənin rəisi-Tülkü qızışdı yaman
Əmr etdi ki, ədəblə, əsla səs-küy salmadan
Bircə-bircə söyləsin öz dəlilini.
Kəndli dedi: «Filan gün, səhər yoxladım hini,
Gördüm iki toyuğu yeyiblər, qalıb tükü,
Bir də ki, sür-sümüyü...
Təkcə bircə bu Qoyunu qoymuşdum həyətdə mən...»
Qoyun and aman etdi: «Yatmışdım mən sübhəcən,
Qonşular da şahiddir, mən ki, çox pəhrizkaram.
Oğruluq əyriliklə əslindən yoxdur aram.
Hamı bilir, ot ələf yeməkdir peşəm,
Mən heç ət yeməmişəm!..».
Tülkü bir az düşünüb, verdi belə bir qərar:
«Qoyunun sözlərinə yoxdur əsla etibar.
Mə’lumdur oğruların, əyrilərin adəti,
Daim aydın olur ki, oğruluq olan gecə
Qoyun qalıb həyətdə toyuqlar ilə təkcə.
Hamı bilir dadlıdır, şirindir toyuq əti, -
Qoyun da öz əlindən verməyi bu fürsəti.
Təcrubəmdən bilirəm: buna dözmək çətindir,
Qoyunun toyuqları yeməsi yəqindir!
Buna görə, ədalət yerinə yetsin deyə.
Belə əncam edilsin:
Qoyun edam edilsin!
Əti hakimə çatsın, dərisi də kəndliyə!».
55. Mətnin oxusunda hansı ünsiyyət formasından istifadə etməyin lazım olduğunu
müəyyənləşdirin.
Mən on yaşında, ya bəlkə bir qədər də artıq olardım. Xalam azarlamışdı. Hacı
Mirzə Səttar həkimi gətirmişdilər ki, baxsın və müalicə eləsin. Demək, xalamın
xəstəliyi o qədər də ağır deyildi və bunu mən ondan ötrü deyirəm ki, o vədələr,
268
yəni qırx il bundan qabaq bizim şəhərdə iki nəfər müsəlman həkimi var idi: biri
Hacı Mirzə Səttar idi və digəri Məşədi Nurməmməd idi.
Müsəlman həkimi dedikdə o deyil ki, bunlar müsəlman idilər. Bu iki nəfərə
onunçun müsəlman həkimi deyirdilər ki, bunlar həkimlik təhsillərini müsəlman
məmləkətlərində almışdılar. Hacı Mirzə Səttar Təbrizdə oxumuşdu; Məşədi
Nurməmməd də elə bizim öz şəhərimizdə nüsxəbənd kitablarının mütaliəsilə və
təcrübə ilə həkimliyi öyrənmişdi. Bunların da müalicəsi bir müxtəsərcə nəbzə
baxandan sonra ciblərindən xəstəyə kinə, həb və işlətmə verməkdən ibarət idi. Bu
müsəlman həkimlərindən savayı şəhərimizdə rus həkimləri də var idi. Rus həkimi
bunlara o səbəbə deyirdilər ki, bunlar Rusiyada və bəlkə Avropada təhsil
tapmışlardı. Və çün bizim camaatın arasında bu etiqad var idi ki, “rus həkimləri”
müsəlman həkimlərindən artıq təhsil görmüş və təcrübə hasil etmişdilər, onunçun
da ağır xəstəlik ittifaq düşəndə həmişə rus həkimlərini haziq hesab edib onları
dəvət edərdilər, savayı kasıb-kusubdan. Bunlar iki abbası fayton pulunun, bir
manat rus həkiminin həqqi-zəhmətindən və yarım manat aptek xərcindən qaçmaq
babətindən Hacı Mirzə Səttara, ya Məşədi Nurməmmədə qane olub beş-altı şahı
ilə həkimi də dava-dərmanı da ötüşdürərdilər.
Demək, müsəlman həkim çağırmaq istəyəndə, buradan bilmək olardı azar-
lının azarı yüngüldür. Amma “rus həkimi gətirənlərin də mənası bu idi ki, xəstə-
nin halı qorxuludur.
Hacı Mirzə Səttar xalama baxıb gedəndən bir saat sonra gördüm ki, xalamın
əri Məşədi Zülfüqar bir köhnə faytonda bir rus papaqlı kişi ilə gəlib yendilər. Bu
rus papaqlı kişi rus həkimi imiş. Buradan mən anladım ki, xalamın işi xarabdır.
Mən də uzaqda durub həkimin xalama baxmağına tamaşa edirdim.
56. Şərti işarələrdən istifadə etməklə heca vəznindəki şeiri ifadəli oxuyun.
Saplaya bilmədi iynəni ana
Kədərsiz qəlbindən bir kədər keçdi.
Sanki qocalığı o heç bir zaman
Əsla indikitək hiss etməmişdi.
Çağırıb saplatdı onu qızına.
Bir şadlıq duyuldu yenə üzündə,
Çünki itirdiyi işığı ana
Doğma balasının tapdı gözündə
57. Aşağıdakı nümunənin mətnaltı mənasını, ifaçının vəzifəsini müəyyənləşdirib
müvafiq qaydada yazın. Səsin tonundakı dəyişikliyə xüsusi diqqət yetirin, ilk
üç cümlədə şərti işarə ilə göstərin.
Rüstəm bəy (tək) – İndiyə kimi tamam ömrümdə düşmən qabağından
qaçmamışam, həmişə və hər yerdə düşmənə faiq gəlmişəm, bir allahdan savay
heç kimdən qorxmamışam… (Səktə). Mən haman Rüstəməm ki, topdağıtmaz
269
Cümşüd bəyin evini xaraba qoydum… Mənə bir təşəxxüs satmaqdan ötrü, Kərim
xanın yurdun xaraba qoydum, tar-mar eylədim, evinə od vurdum, külün havaya
sovurdum… İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam? (Durur
ayağa). Bir at görməmiş, tüfəng əlinə almamış övrət sifətdə uşaqdan
çəkinəcəyəm? Mən, mən Rüstəmi zəmanə? Heç vaxt. (Təbəssümlə) Hmm. Görək
Fəxrəddin atası Heydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan
tazı qabağında qaçan kimi vazıyırdı. (Səktə) …Hərgah onu atası yoluna
göndərməsəm, bu papaq mənə övrət ləçəyi olsun…»
58. Aşağıdakı mətnin oxusunda hansı niyyəti (ifaçılıq vəzifəsini) həyata keçir-
məyin lazım olduğunu izah edin. Həmin parçadakı mətnaltı mənanı çatdır-
maq üçün daha mühüm olan vasitəni aydınlaşdırın.
Amalımız, əfkarımız ifnayi-vətəndir,
Kinü qərəzü hirs bizə rahi-bədəndir,
Əfal yox, ancaq işimiz lafi-dəhəndir,
Dünyadə əsarətlə bütün kam alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.
Əqrəb kimi neştər gücü var dırnağımızda,
İslam susuz olsa, su yox bardağımızda,
Hər küncdə min tülkü yatıb çardağımızda,
Min hiylə qurub rütbəvü ikram alırız biz,
Qafqazlılarız, yol kəsiriz, nam alırız biz.
59. Aşağıdakı nümunənin mətnaltı mənasını (yazıçı niyyətini), oxuda həyata
keçirilməli olan vəzifəni (ifaçılıq vəzifəsini) müəyyənləşdirib müvafiq qay-
dada yazın. Birinci bəndin üzərində şərti işarələri qoyun.
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?
Əzəldən meylini salıb çöllərə,
Bəxtini tapşırdın bizim ellərə,
O qara gözlərin düşdü dillərə,
Dişlərin oxşayır mərcana, ceyran!
Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran,
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin ucalıb hər yana, ceyran!
270
60. Mətnin oxusunda hansı ünsiyyət formasının tətbiqi məqsədəuyğundur?
Səgrək qanlı kafirlərin əlindən qardaşını xilas etdi. Ağ saqqallı atasına
muştuluqçu göndərdi: “Atam qabağıma gəlsin!”- dedi.
Uşun Qocanın qapısına çapar gəldi: “Muştuluq! Gözün aydın! Oğullarının
ikisi də birlikdə sağ-salamat gəldi”,- dedilər.
Qoca eşidib şad oldu. Gumbur-gumbur təbillər çalındı. O gün böyük, geniş
otaqlar tikildi. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç kəsdirildi.
Qoca bəy oğullarının qarşısına gəldi. Atından endi, oğlanları ilə qucaqlaşıb
görüşdü: “Sağ-salamatsınızmı, yaxşısınızmı, oğullarım?”- dedi. Günlüyü qızıl
tağlı evlərinə gəldilər. Şadlıq, yemək-içmək oldu.
Uşun Qoca böyük oğlu üçün də gözəl gəlin gətirdi. İki qardaş bir-birinə
sağdış oldu. Öz muradlarına yetişdilər.
Dədə Qorqud məclisə gəldi. Keçmiş igidlərin başına gələnləri söylədi, dedi:
Hanı öydüyün ərənlər, dünya mənim deyənlər? Yer gizlədi, əcəl aldı, fani dünya
yenə qaldı. Qəmli-qəmli dünya, son ucu ölümlü dünya!
Dədə Qorqud məclisdəkilərə alqışlarla xeyir-dua verdi: Kölcəlicə qaba
ağacınız kəsilməsin. Dünyada ümidiniz üzülməsin! Yanan çırağınız həmişə
yansın! Namərdə möhtac olmayasınız!
61. Şərti işarələrdən istifadə etməklə şeiri ifadəli oxuyun.
Dil açanda ilk dəfə «ana» söyləyirik biz
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil- bizim ruhumuz, eşqimiz, canımızdır.
Bu dil- bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil- əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir… onu gözlərimiztək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
62. Mətnin ifadəli oxusunu hazırlayın. Şərti işarələrdən istifadə edin.
Murad
Doğrayın bəni riştə-riştə!
Əvət, doğrayın, məhv olmalı zalım!
Ah, bir alçağa mərhəmət nə lazım?
Qanlı bir canavar sağ bıraqılmaz;
Bən bir xainim, öldürün!
Dostları ilə paylaş: |