Bilal Həsənli Nazilə Abdullazadə


Tükəz. A kişi, başına nə gəlibdir, çarəsini görəsən? Nə danışırsan?  Hacı Qara



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə142/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Tükəz.
A kişi, başına nə gəlibdir, çarəsini görəsən? Nə danışırsan? 
Hacı Qara.
Dəxi nə gələcəkdir! Evim yıxılıb, gedib! Düz yüz manat 
indiyədək zərərim var. Boğazıma çörək getmir. 
Tükəz.
Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! 
Uşaq aşıq yığan kimi, bu qədər pulu yığıb nə eləyəcəksən? Yüz il ömrün ola 
yiyəsən, geyəsən, içəsən, sənin pulun tükənməz. Yüz manat zərərdən ötrü nə 
özünü öldürürsən? 
Hacı Qara.
Min kərə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə 
öyüd-nəsihət vermə! Yaraqları yerə qoy! 
(Əlini uzadıb tüfəng-tapançanı dartıb 
alır). 
Tükəz.
Yəni sən bu yaraqları qurşanıb olar ilə adam qorxudacaqsan? Bu 
tüfəng-tapançanın iyirmisin üstünə götürəsən, mən bu arvadlığım ilə səndən 
qorxmanam! Torpaq sənin başına 
(ikiəlli başına qarıyır).
Hacı Qara.
Səni lənətə gələsən, arvad! Toxumunuz yer üzündən 
götürülsün! İtil burdan! 
Tükəz.
Kişi dəli olubsan. Mən evimdən hara itiləcəyəm? De görüm, hara 
gedirsən? 
Hacı Qara.
Cəhənnəmə, gora! Əl çəkməzsən? Nə istirsən məndən? 
Tükəz.
Kaş cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi 
toy-bayram edəm? Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer 
üzündə qoyub gözəl cavanları qara torpaq altına yollayır. 
Hacı Qara.
Yer üzündə qalan murdarların biri sən özünsən ki, tugi-lənət 
olub keçibsən mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir 
kimsəyə bir zərər yetirməmişəm! Mən niyə murdar oluram? 
Tükəz.
Bir kimsəyə zərər yetirməmisən, xeyir də verməmisən! Ondan ötrü 
murdarsan ki, öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. Sən 
ölsən, heç olmazsa arvad-uşağın doyunca çörək yeyər. 
Hacı Qara.
Arvad-uşaq zəhrimar yesin! 
Tükəz.
Sənin evində zəhrimar da tapılmaz; Olsaydı, onu bizə qıyıb 
verməzdin! 
(M.F.Axundzadə)


252 
Almaz 
(dramdan parça) 
S ə d r. Yoldaşlar... 
Ş ə r i f. Arvadlar qaldılar cəhalət və səfalət pəncəsində. Məktəbdən də hər 
kəs öz uşağını apardı, məktəb də dağıldı. 
B a r a t. Məktəbi siz dağıtdınız! 
Ş ə r i f. Mən öz bacım oğlunu heç aparmadım da. Ona bina, mən bilirəm ki, 
burada təqsir müəllimədədir. Ona görə də belə müəllimə, hansı ki, heç nəyə 
ləyaqəti yoxdur, gərək ona lap böyük cəza verilsin ki, başqalarına da dərs, ibrət 
olsun. Ona görə də mən deyirəm: yaşasın Şura hökuməti! 
Hamı əl çalır. Bu aralıq bayırdan bir gurultu qopur. 
X a n ı m n a z ağlayaraq, içəri girir. 
X a n ı m n a z. Vay, evim yıxıldı. Yıxdılar balamın evini. Mən yuxumu 
görmüşdüm. Ay balam! 
(İçəri girib, Almaza doğru gedir.Almaz onu görüb, tez 
ayağa durur). 
S ə d r. Yoldaşlar, səs salmayın! 
K ə n d l i l ə r 
(daldan Xanımnazı tuturlar
). Ay arvad, ora getmək olmaz ey! 
X a n ı m n a z. Olmaz? Bəs neyləyim? Ay balam! 
B a r a t. Eybi yoxdur. Xala, otur bir yanda. 
X a n ı m n a z. Vay, balamın evini yıxdılar. Ay camaat, uşaqlarınızın başına 
dolanım, uşağımı sizdən istəyirəm. 
H a c ı Ə h m ə d. Bacı, biz nə edək? Dedi, malı qırov öldürər, qışın adı 
bədnamdır... 
O c a q q u l u. Ey ciyərə qane olmayan pişik, asıl qənarədən, sənə bundan 
bətəri gərəkdir! 
X a n ı m n a z. Ay başınıza dönüm, mənim uşağımda bir təqsir yoxdur. 
Nadandır. Ay camaat, çevirin uşağımı balalarınızın başına, yazığam. 
M i r z ə S ə m ə n d ə r. Uşaqdır, canı çıxsın, dilini saxlasın. O gəlmişdi 
ayran içməyə, başlamayaydı ara açmağa. Keç otur daha bir yanda, zəhəndəlik 
eləmə. 
A f t i l. Xanımnaz bacı, keç otur. Eybi yoxdur. Dünyanın işi belədir. 
Çəkişməsə, bərkişməz. 
S ə d r. Hacı Əhməd, sizin bu barədə sözünüz varmı? 
H a c ı Ə h m ə d. Yoldaş sədr, mən özüm orta bir kəndliyəm. Özüm də 
invalid, bu da mənim kağızlarım. Şura hökumətinə də canla-başla qulluq eləməyə 
hazırıq. 
S ə d r. Vətəndaş Hacı Əhməd, siz vətəndaş Almaz xanımın işi haqqında nə 
bilirsiniz? 
H a c ı Ə h m ə d. Mən, yoldaş sədr, bir az avam adamam, zakundan başım 
çıxmaz. O ki, hər nə ki, Şərif dedi, əlbəttə, onların hamısı doğrudur. Bu, bu işləri 
görübdür. Ancaq mən xahiş eləyirəm hökumətdən ki, hələ bu dəfəlik keçsin 
onunçun. Doğrudur, bir dana bir naxırı korlar, daha onu siz yaxşı bilirsiniz... Biz 


253 
avam adamıq Deyərlər ki, qurunun oduna yaş da yanar. Bunu buraxarsan
kəndlilər o yaxşını da qoymazlar. O səbəbə ki, ilan vuran ala çatıdan da qorxar.
Ancaq mən yenə də xahiş edirəm ki, hökumət onun cəzasını bir az hələ yüngül 
eləsin. Uşaqdır, bu dəfə eləyibdir, gələn səfər eləməz. O ki qaldı bardaqlarımı 
uşağıma apartdırır, canunçun, yoldaş sədr, mən hələ ondan da keçirəm. Neynək, 
daha avam adamıq də. 
İ b a d. Uşaqdan danış, uşaqdan, bunlar hamısı boş söhbətdir! 
H a c ı Ə h m ə d. Vallah, uşaqdan daha nə deyim. Mənim ki, bu barədə 
dilim varmır. Mən bu təzə z akunları yaxşı bilmirəm. O bu kənddə daha duruş 
gətirə bilməz. Odur ki, məktəb də dağıldı, o biri də, bu biri də. Yəni bunu 
kəndlilər deyir ha. Canunçun, yoldaş sədr, mənə heç bir peykamı yoxdur. Bir 
arvadım var, Allaha şükür, samana qatsan, at yeməz, sümüyə qatsan, it. Lap 
istəyir hələ bu saat arvadları hopçılıq eləsinlər, mənə peykamı yoxdur. Ona görə 
də mən deyirəm: yaşasın Şura hökuməti! 
İ b a d. Yoldaş sədr, mən bir bilmək istəyirəm: bu müəllimənin bu kənddə 
əsl işi nədir? Nəçidir? Hə? Soruşuram də. 
S ə d r. Sözünüzü deyin! 
İ b a d. Yox, soruşuram də? 
S ə d r. Vəzifəsi müəlliməlikdir. 
İ b a d. Deməli, məktəbdə dərs deməkdir də? Rəhmət atova! Bəs o ki, dərsi 
qurtaran kimi, o dərə sənin, bu dərə mənim, o bulaq başı sənin, bu bulaq başı 
mənim, toyxana gəldi, yasxana gəldi, başlayır arvadlara çehil-tuti kitabından dərs 
verməyə: ərin incidir – çıx heç yoxdur – gəl hopçılıq ol, şura sədri yaramaz, gərək 
arvad olsun. Bu hansı zakunda vardır? Məscid gərək klub olsun, bilmirəm nə 
olsun, nə olsun, nə olsun... Görüb bu işlər hamısı onun palağayısıdır, ya zakundan 
qıraq iş görür. Kəndin arvadlarını da yoldan çıxardır. O gələni külli-camaat öz 
arvadına bir söz deyə bilmir. 
B a r a t. Kolxoza yazmaq, yoldan çıxartmaqdır? 
B a l a r z a. Əlbəttə ki. Hansı zakunda var ki, mən evdə oturum, sən gəl 
mənim arvadımı tovla, kolxoza yaz, kursa yaz, hopçılığa yaz... hə? Zakunda 
palağayıs var? Əgər var, qoy böyük yoldaşlar desinlər. 
İ b a d. Əlbəttə ki, yoldan çıxartmaqdır. 
B a l a r z a. Uşaqdan danış, İbad. 
İ b a d. Bəs bu yoldan çıxartmaq deyil, nədir: içəri girirəm, görürəm, adə, iş 
birtəhərdir, verirəm özümü irəli, görürəm yox, iş birtəhərdir, bu dayanıb belə, 
bizim qardaşın evliliyi də belə, bir az da özümü irəli verdim, gördüm yox, iş 
birtəhərdir. Bunun əlində bir uşaq sapsarı meyit rəngi götürüb... Gördüm yox, iş 
birtəhərdir, bir az da özümü irəli verdim, bu nə əhvalatdır? Daşdan, divardan səs 
çıxar, bundan yox... Hə, bəs mən xahiş edirəm ki, hə, mən xahiş edirəm ki, 
mənim uşağımı saxlasın, mənə pamağayıt eləsin. Bu, yoldan çıxartmaq deyil? 
A f t i l. Sən iki arvadı candan eləmişsən, üçünü kəbin altında saxlamışsan, 
ona görə arvad sözü danışanda yuxuva ilan-qurbağa girir. 
İ b a d. Sözünü bil danış, əbləh, qurumsaq. Keçinin ölümü çatanda çobanın 


254 
çomağına sürtüşər. 
S ə d r. Səs salma, otur yerində, sənə deyirəm. Mən sənə söz verməmişəm. 
İ b a d. Neynək. Axır mənə də söz verəcəklər, ya yox? Onda danışarıq. 
S ə d r. Vətəndaş Barat, siz nə deyə bilərsiniz? 
B a r a t. Mən onu deyə bilərəm ki... onu deyə bilərəm ki... Almaz xanım 
gələni məktəb nizama düşüb. Özəyin iclaslarında aktiv iştirak edir, hər gün 
bizimlə söhbətə gəlir, biz onun yanına gedirik. 
H a c ı Ə h m ə d. Hay barakallah, barakallah! Hə... hə... Xırda 
söhbət, xırda söhbət. 
B a r a t 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin