Bilal Həsənli Nazilə Abdullazadə


Hacı Qara. Vallah, indi macalım yoxdur. Sonra danışarıq. Hələ zəhmət  çəkin, gedin!  Heydər bəy



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə138/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   134   135   136   137   138   139   140   141   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Hacı Qara.
Vallah, indi macalım yoxdur. Sonra danışarıq. Hələ zəhmət 
çəkin, gedin! 
Heydər bəy.
A kişi, bizi qovmayacaqsan ki? Nə tövr adamsan! 
Hacı Qara.
A başına dönüm, mən ki, qovmuram. Təvəqqə edirəm. Axır 
kasıb adamam, siz mənim zərərimə razı gərək olmayasınız! İndiyədək siz gəlmə-
səydiniz, beş-on top çit, qədək satmışdım. 
Heydər bəy.
Əsgər bəy əcəb adam yanına gətirdi bizi! Durun gedək, bundan 
fayda yoxdur!
Əsgər bəy.
Heydər bəy, sən allah, sən dinmə! Hacı, incimə, bir qəlyan ver 
çəkək, bu saatda gedərik. 
Hacı Qara.
Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. Elə axırı idi ki, 
silkədim, doldurdum. Xoş gəldiniz! 
Əsgər bəy.
Hacı, doğru deyirmişlər ki, bir adamdan allah alsa, bəndə 
vermək ilə dövlət olmaz. Mən ki, bilirəm sən Ağcabədidə üç aydır üç top çit
qədək satmayıbsan, dərya zərərin vardır. Biz gəlmişdik ki, on beş günün içində 
sənə yüz manat xeyir yetirək; çifayda bəxtin işləmədi, xudahafiz! Ayağa durub 
çevrilirlər getməyə. 
Hacı Qara.
Bura baxın görüm, nə deyirsiniz? Necə on beş günün içində yüz 
manat? 


249 
Əsgər bəy.
Dəxi nə deyək? Sən ki, qulaq asmadın, bizi aşkara qovdun.
Hacı Qara.
A kişi, nə vaxt mən sizi qovdum? Oturun aşağı, allahı sevir-
siniz, cəhənnəm olsun alış-veriş! Oturun aşağı! Mən bilmədim ki, siz inciyəcək-
siniz, yoxsa yüz tümən zərərə düşsəydim də, sizə get deməzdim. Məndən bir 
kimsənə güldən ağır söz eşitdiyi yoxdur! 
Əsgər bəy.
İndi ki, belədir, baş üstə, oturaq, deyək ki, mətləb nədir. 
Hamı təzədən otururlar. 
Hacı Qara.
Di söyləyin görüm, Hacı qadanızı alsın, yüz manat xeyir hardan 
yetişəcək? Bu xeyri yetirən kimdir? 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin