248
Hacı Qara.
Allah bərəkət versin! Ağrın alım, mal ki yaxşı oldu, bazar heç
vaxt kasad olmaz. Özün bilirsən ki, mən dükana pis mal qoymanam. Günbəgün
satılır. Dünən dükan lap boşalmışdı. Qalaya sifariş eləmişdim, qulbeçəniz bu malı
təzə göndəribdir. Elə bu gün yığıb doldurmuşam. (Qəlyanı verib, əlin uzadır
qədəkdən, şilədən tökür bəylərin qabağına). Hacı qadanızı alsın, hər nə qədər
istirsiniz seçin. Getdiyim Kə`beyi-beytüllah haqqı, qur`ana and olsun, peyqəmbər
haqqı, oğlum Bədəlin toyun görməyim, yalan deyirəmsə, tamam Ağcabədidə
bundan yaxşı qədək və çit heç kimdə tapmazsınız! Buların qumaşı özgə qumaşdır.
Müştəri macal vermir, göydə götürür. Sabah bura güzarınız düşsə, buların birin də
dükanda görməzsiniz. Alın, aparın!
Əsgər bəy.
Nəyimizə gərəkdir, Hacı? Zəhmət çəkib parçaları töküb-
dağıtma!
Hacı Qara.
(təəccüb və məlal ilə). Necə nəyinizə gərəkdir? Bəs sövdə elə-
məyəcəksiniz? Bayram ağzıdır, yalavaşlıq istəməzsinizmi?
Əsgər bəy.
Xeyr, Hacı, yalavaşlıq üçün gəlməmişik, bir ayrı mətləbimiz var.
Hacı Qara.
Əgər nəqd pulunuz yox isə, mən yağ ilə də sövdə edərəm.
Bəşərti ki, xalis inək yağı ola.
Heydər bəy.
A kişi, yağ olsa, özümüz yeyərik: nə inək yağı var və nə qoyun
yağı. Qulaq as, gör Əsgər bəy nə deyir.
Hacı Qara.
(qaşqabaq ilə). Allahı sevirsiniz, indi zəhmət çəkin, gedin, bir
özgə vaxt gələrsiniz, danışarıq! Müştərinin gələn zamanıdır, dükanın qabağın
kəsməyiniz!
Heydər bəy.
Hacı, bir çox vacib iş vardır. Alış-veriş bir az sonra olsun. Axı
biz səni deyib gəlmişik!
Dostları ilə paylaş: