Bilal Həsənli Nazilə Abdullazadə


Əsgər bəy. Bu xeyri yetirən Heydər bəydir.  (İşarə edir Heydər bəyə).  Hacı Qara



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə139/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Əsgər bəy.
Bu xeyri yetirən Heydər bəydir. 
(İşarə edir Heydər bəyə). 
Hacı Qara.
Hardan yetirəcək? Bay sənin qadan alım, Heydər bəy! Qəlyan 
doldurummu, ağrın mənə gəlsin! 
Heydər bəy.
Tənbəki yoxdur, nədən dolduracaqsan? 
Hacı Qara.
Torbada var. Sən təki qəlyan çək. 
(Tez əlin uzadıb, torbadan 
tənbəki çıxarıb, qəlyanı doldurub Heydər bəyə təvazö edir,uzun çevirir Əsgər 
bəyə). 
Di söylə görüm, neçə yetirəcək? 
Əsgər bəy.
Hacı, bu qədər mal ki, bura tökübsən, heç bir quruş bundan 
qazanc varmı? 
Hacı Qara.
Nə bilim varmı, yoxmu, sözünü de! 
Əsgər bəy
. Hacı, Heydər bəyin qoçaqlığını sən bilirsənmi? 
Hacı Qara.
Bəli, deyirlər ki, qoçaq adamdır! 
Əsgər bəy.
Hamı bilir ki, Qarabağda Heydər bəyin adı gələndə quş qorxu-
sundan qanad salır! 
Hacı Qara.
Bu zəmanədə çox qoçaqlıqdan isə ağrın alım, adamın cibi pul 
ilə dolu olsa yaxşıdır. 
Əsgər bəy.
Qoçaqlıq da olmasa, pul olmaz. Hacı, sözümə qulaq as! İndi 
firəng malı görürsənmi necə baha olub? Təbrizdə arşını bir abbasıya alınan çit, 
burda altı şahıya satılır. Girvənkəsi bir manata alınan çay, burda manat yarıma 
göydə gedir, heç bilirsənmi bunun səbəbi nədir? 
Hacı Qara.
Xeyr, bilmirəm! 
Əsgər bəy.
Səbəbi odur ki, qarabağlıların, erməni yasavullarının, gömrük-
xana qaravullarının və kazakların qorxusundan quş quşluğu ilə Arazın o tayına 
cəkə bilmir. 
Hacı Qara.
Yaxşı, siz istirsiniz ki, quşdan da zirək olub Arazın o tayına 
səkəsiniz?
Əsgər bəy
. Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan! Heydər 
bəy ki, bizim yanımızda ola, qaravul, yasavul bizə nə eyliyə bilər! 
Hacı Qara.
Olan, qaravulları, yasavulları qırağa qoy, kazaklar mənə nə 
eliyəcək? Mən Allahın lütfü ilə yalqız oların iyirmisinin öhdəsindən gələrəm. 
Doğrusu, kazaklardan çox xəta var! 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin