Bilal Həsənli Nazilə Abdullazadə


Hacı Qara. Ha vaxt gedirsiniz?  Əsgər bəy



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə141/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Hacı Qara.
Ha vaxt gedirsiniz? 
Əsgər bəy.
Bu axşam gərək yola düşək! 
Hacı Qara.
Çox yaxşı, pul hazırdır. Gedin, geyinin, axşam gəlin bizim evə. 
Mən də atımı, əsbabımı tədarük edim, yola düşək.
Bəylər
(ayağa durub). Xudahafiz, hacı! 
Gedirlər. 
Hacı Qara.
(dallarınca).
Xoş gəldiniz, axşam vaxtlı qayıdın! 
Bəylər
Xatircəm ol. 
Uzaqlaşırlar. 
Hacı Qara.
A kişi, canım çıxdı dəxi bu köpək oğlunun malının üstündə 
oturmaqdan! Qiyamətədək bu satılmayacaqdır. Deyirlər firəng malı alıb satma, 
sövdəgərlik eliyirsən, qızılbaş, rus malı al, sat. Mən başıma nə kül töküm! Bu 
qızılbaş, rus malı bəs niyə satılmır? Xeyr, bir elə iş olmasa, mən bu zərəri ölüncə 
ödəyə bilməyəcəyəm! Durum, gedim evə, tədarükü görüm. Bir belə xeyir az ələ 
düşər, yoxsa qüssədən dərdəcər ollam.
Dükanı yığışdırıb bağlayıb gedir. Bu vaxtda məclisin vəzi dəyişib. Hacı Qa-
ranın evi nəzərə gəlir. Hacı Qara əlində açar, sandığın ağzın açır, torbadan qızıl 


251 
çıxardır. Üç yüz qızıl sanıyıb əlahiddə kisələrə qoyur, sonra gedir tüfəng-tapan-
çasını, xəncərini,qılıncını gətirir, yığır qabağına. Bu halda arvadı Tükəz yetişir. 
Tükəz.
A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən? 
Hacı Qara.
Səfərim var, yola çıxacağam! 
Tükəz.
De görüm, hara gedəcəksən? 
Hacı Qara.
Sənə deməli deyil! 
Tükəz.
Necə deməli deyil! Quldurluğa getmirsən ki, məndən gizlirsən. 
Hacı Qara.
Elə, bir elə zaddır! 
Tükəz
. Bəs elə zad isə, heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına, 
malını sat! 
(Yaraqları yığışdırır).
Hacı Qara.
Dükanı allah batırsın, malı yoxa çıxsın! Satılır məgər! 
Qoymazsan başımın çarəsini görüm? 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin